Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
84 
 
Ş: Bu fiziki kəmiyyətləri xarakterizə edir. 
M: İstilik miqdarı nəyə deyilir? 
Ş: İstilikvermə prosesində cismin aldığı və verdiyi enerji miqdarına istilik miqdarı deyilir. 
M: İstilik miqdarı hansı hərflə işarə olunur? 
Ş: İstilik miqdarı Q hərfi ilə işarə olunur. 
M: Başlanğıc temperaturları eyni olan bərabər kütləli müxtəlif kütləli eyni temperatura qədər 
qızdırmaq üçün onlara veriləcək istilik miqdarı haqqında nə deyə bilərsiniz? 
Ş: Təcrübə göstərir ki,onlara müxtəlif istilik miqdarı vermək lazımdır. 
M: Tələb olunan istilik miqdarı cismi təşkil edən maddədən necə asılıdır? 
Ş: Hər hansı cismin temperaturunu müəyyən qədər dəyişmək üçün tələb olunan istilik miqdarı 
həmin cismi təşkil edən maddədən asılıdır. 
M: Beləliklə,cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı (və ya ayrılan istilik miqdarı) hansı 
kəmiyyətlərdən asılıdır? 
Ş: Bu cismin kütləsindən,temperaturundan və cismi təşkil edən maddənin növündən asılıdır.Yəni: Q 
= cm(t
2
-t
1

M: Fincandakı ilıq çayı qızdırmaq üçün adətən bir qədər qaynar su əlavə edirik.Bu zaman ilıq çay 
ilə su temperaturları tarazlaşana qədər onlar arasında istilik mübadiləsi gedəcək.Mayelərin daxili 
enerjisi dəyişəcək.Hansı mayenin daxili enerjisi artır və hansının daxili enerjisi azalır. 
Ş: Qaynar suyun daxili enerjisi azalır,ilıq çayın daxili enerjisi artır. 
M: Bunun səbəbi nədir? 
Ş: Temperaturun tarazlaşması üçün enerjisi çox olandan az olana ötürülməsi baş verir.Qaynar suyun 
daxili enerjisi azalaraq ilıq çaya ötürülür. 
   İndi gəlin kiçik sualların yerində cavablarını yazaq. (səkil 2.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                    
 
 
 
 
Çaynikdəki suyun daxili 
enerjisi artır. 
 
 
 
Çaynikdəki 
su 
qızdırıldıq-
da nə baş 
vermiş 
olur? 
İstilik 
ver-mə 
baş 
verir

Çaynikdəki su 
istilik almış 
olur. 
Çaynikdəki 
suyu çaydana 
tökdükdə 
nə 
baş 
verir? 
İstilik 
miqdarı cismin 
kütləsindən asılıdır. 
Çaynikdəki suyu 
qızdırarkən  nə baş 
verir? 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
85 
 
                                                                                                                                  Şəkil 2 
 
 
M: Bütöv bunlar birlikdə nəyi ifadə edir? 
Ş: Bütün bunlar birlikdə istilik miqdarını ifadə edirlər. 
M: Demək,bu günkü dərsimiz “İstilik miqdarı” olur. 
   Bunları nəzərə alsaq,alarıq. (şəkil 3.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                            Şəkil 3. 
 
 
 
 
Tədqiqat sualı: İstilik miqdarı hansı kəmiyyətlərlə xarakterizə olunur? 
3.Tədqiqatın aparılması - 10 dəq 
 Şagirdlər 4 qrupa bölünür: “Atom”,“Molekul”,“Maye”və “Qaz” qrupları.Hər bir qrupa mövzu ilə 
bağlı cihaz və avadanlıq,iş vərəqləri paylayır.Onlara təcrübələri aparıb,müşahidələrini işçi 
vərəqlərinə qeyd etmələri tapşırılır. 
1.”Atom” qrupu  
 
1.
 
İstilik mübadiləsi zamanı fincandakı çay və suyun daxili enerjisi necə dəyişər? 
2.
 
Hansı mayenin daxili enerjisi azalır,hansının daxili enerjisi artır?Nə üçün? 
2.”Molekul” qrupu 
1.
 
Mayenin daxili enerjisinin nə qədər artdığını təyin edin. 
2.
 
Mayenin daxili enerjisinin nə qədər azaldığını təyin edin. 
Çaynikdəki suyun daxili 
enerjisi artır

İSTİLİK 
MİQDARI 
Çaynikdəki 
su 
qızdırıldıq-
da nə baş 
vermiş 
olur? 
İstilik 
ver-mə 
baş 
verir

Çaynikdəki su 
istilik almış 
olur

Suyu qızdırdırmaq üçün 
lazım olan istilik cismin 
kütləsindən necə asılıdır? 
Çaynikdəki 
suyu çaydana 
tökdükdə 
nə 
baş 
verir? 
Çaynikdəki suyu 
qızdırarkən nə baş 
verir? 
İstilik miqdarı cismin 
kütləısindən asılıdır. 
Suyu qızdırmaq üçün lazım 
olan istilik cismin 
kütləsindən necə asılıdır? 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
86 
 
3.”Maye” qrupu 
1.
 
İstilik miqdarı kütlədən necə asılıdır? 
2.
 
Kimyəvi stəkanlardan birisində su o birindən 2 dəfə çoxdur.Hər iki stəkana eyni vaxtda eyni 
istilik miqdarı veriləndə nə müşahidə olunar?Nə üçün? 
4.”Qaz” qrupu 
1.
 
İstilik miqdarı mayenin növündən necə asılıdır? 
2.
 
Stəkanlardan birinə 100 q su,digərinə 100 q bitki yağı tökün və stəkanlara termometrləri 
daxil edin.Qızdırıcını şəbəkəyə qoşub,stəkanlardakı mayeləri qızıdırın.5 dəqiqədən sonra 
termometrlərin göstərişləri necə olar?Nə üçün? 
4.Məlumat mübadiləsi – 5 dəq 
   Kiçik qruplar öz aralarında aparılmış tədqiqat nəticələrini məlumat mübadiləsi edir və gəldikləri 
nəticələri işçi vərəqlərində qeyd edirlər.Həmin vərəqlər lövhədən asılır. 
5.Məlumatın müzakirəsi və təşkili - 5 dəq 
   Məlumatın müzakirəsi üçün şagirdlərin fiziki düşüncələrini inkişaf etdirmək məqsədilə aşağıdakı 
suallar verilir: 
M: Bu gün nəyi öyrəndik? 
Ş: Bu gün “İstilik Miqdarı” mövzusunu öyrəndik. 
M:İstilik miqdarı nəyə deyilir? 
Ş:İstilik miqdarı- istilik vermə zamanı alınan və ya verilən enerjidir. 
M:İstilik miqdarı hansı hərflə işarə olunur? 
Ş: İstilik miqdarı Q hərfi ilə işarə olunur. 
M: İstilik miqdarı vahidi nədir? 
Ş: İstilik miqdarı vahidi BS-də Couldur.[Q]=1C 
M: İstilik miqdarının digər vahidi nədir? 
Ş: İstilik miqdarının digər vahidi kaloridir. 
M: Kalori nəyə deyilir? 
Ş: 1q suyu 1 dərəcə qızdırmaq üçün tələb olunan istilik miqdarına kalori deyilir. 
M: Stəkanların birində o birisindən 2 dəfə çox su olduqda,eyni vaxtda stəkanlardakı sular eyni 
miqdarda istilik verildikdə həmin sulara salınmış termometrlərin göstərişlərində nə müşahidə edilir? 
Ş: Termometrlərin göstərişlərində fərq əmələ gəlir. 
M: Buradan hansı nəticəyə gəlmək olar? 
Ş: Cismi müəyyən temperatura qədər qızdırmaq üçün tələb olunan istilik miqdarı bu cismin 
kütləsindən asılıdır.Kütləsi böyük olan cismə daha şox istilik miqdarı vermək lazımdır. 
M: Cismin temperaturunu müəyyən qədər dəyişdirmək üçün tələb olunan istilik miqdarı nədən 
asılıdır? 
Ş: Cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı həmin cismi təşkil edən maddədən asılıdır. 
M: Deməli,cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı bu cismin kütləsindən,onun 
temperaturunun dəyişməsindən,cismi təşkil edən maddədən asılıdır. 
M: Bunu riyazi olaraq necə ifadə etmək olar? 
Ş: Q=cm(t
2
-t
1

6.Müqayisə,ümumiləşdirmə və nəticə - 5 dəq 
   Beləliklə,biz “İstilik miqdarı” mövzusunu öyrəndik.Öyrəndik ki,istilikvermə prosesində cismin 
aldığı və ya verdiyi enerjiyə istilik miqdarı deyilir.Cismi qızdırmaq və soyuması zamanı aldığı və 
verdiyi istilik miqdarlarının hesablanması bacarıqları formalaşmış oldu.Həm də cismi qızdırmaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə