Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
75 
 
Şagirdlərə  müxtəlif  icraçılar  (insan,  adamlar  kollektivi,  təlim  almış  heyvan,  avtomat)  üçün, 
həmçinin  müxtəlif  tətbiq  sahələri  (məsələn:  informatikada,  riyaziyyatda,  dildə,  elmdə,  həyatda) 
üçün alqoritm nümunələri gətirməyi  təklif edərək anlayışın ilkin möhkəmləndirilməsini aparaq. 
Daha  sonra  göstərmək  lazımdır  ki,  heç  də  hər  istənilən  əməllər  planı  deyil,  onlardan  yalnız  
müəyyən xassələrə malik olanlar alqoritmlərdir. Alqoritm hər bir xassəsini nümayiş etdirmək üçün 
misallar  və əks misallar göstərilir. Alqoritm aşagıdakı əsas xassələri müzakirə edir: 
1.
 
Diskretlik.  Alqoritm  bir-birindən  ayrı  və  müəyyən  qayda  ilə  ardınca  gələn  ayrı-ayrı 
əməllərdən ibarətdir. Alqoritm addımlar üzrə hər bir sonrakı əməl yalnız onlardan əvvəlki 
əməlin icrası bitdikdən sonra icra olunmaqla ardıcıl yerinə yetirilir. Məsələn “sol düzlən”,  
“sağa düzlən” əmrlərini bilən icraçı üçün “sola-sağa düzlən” göstərişi diskret deyildir. 
2.
 
Aydınlıq.  Icraçıya  alqoritmin  əmrləri  aydındır,  onları  necə  yerinə  yetirmək  lazım 
olduğunubilir.  Məsələn,  yalnız  “sola”  əmrini  bilən  icraçı  üçün  “solda”  və  ya  “left” 
əməlləri olan göstəriş aydın olmayacaqdır. 
3.
 
Dəqiqlik.  Alqoritm  icraçı  tərəfindən  tam  mənası  ilə  yerinə  yetrildiyindən  göstərişlərdə 
əsassız ehtimala yer qalmamalı, birqiymətli dəqiq olmalı iki  mənalı təyin edilməməlidir. 
Məsələn,  “bir-iki  addım  irəli  at”  və  ya  “nə  lazımdırsa  götür”  göstərişlərini  birqiymətli 
hesab etmək olmaz. 
4.
 
Nəticəvilik.  Alqoritm  sonlu  sayda  addımlarda  nəticənin  allınmasına  istiqamətlənmişdir. 
Məsələn,  əər  göstərişdə  sonuncu  əməldən  birinciyə  keçid  əmri    varsa  və  əməlin    başa  
çatması   şərti  yoxdursa,onda  nəticə   əldə  olunmayacaqdır. 
5.
 
Kütləvilik   arzu   olunan,   lakin   məcburi  olmayan   xassə.  Müxtəlif   ilkin   verilənləlrlə   
bir    tipli     məsələlərin     həlli    üçün  eyni     bir   alqoritim     istifadə    edilməsi     imkanı.   
Məsələn,    açarla      yalnız    bir      unikal  qıfılın  açlmasına  imkan  verən  göstəriş  kütləvi 
deyildir. 
Göstərilən bu xassələri  nəzərə alaraq “alqoritm” anlayışının tərifini dəqiqləşdirək. Alqoritm 
dedikdə nəticəyə gətirən sonlu addımlar üzrə əmrlər ardıcıllığını yerinə yetirən icraçı üçün dəqiq və 
aydın göstəriş başa düşülür. Anlayışı daxil etdikdən sonra onun mənimsənilməsi və məsələ həllində 
tətbiqi üzrə işlərin aparılması zəruridir. 
Anlayışın  formalaşdırılmasının  aşağıdakı  əsas  mərhələdən  ibarət olan  texnoloji  yanaşmadan 
istifadə edilməsi məqsədəuyğundur: 
-
 
Anlayışın daxil edilməsi motivasiyası; 
-
 
Anlayışın mühüm xassələrinin təyin edilməsi; 
-
 
Anlayışın tərifinin ifadə edilməsi; 
-
 
Anlayışın mənimsənilməsi; 
-
 
Anlayışın tətbiqi; 
-
 
Anlayışın tətbiq edilməsi. 
Əvvəllərdə  təsvir  etdiyimiz  anlayışın  formalaşdırılması  üsuluna  uyğun  olaraq  “alqoritm” 
anlayışının formalaşmasını nəzərdən keçirək. 
Motivassiya  ilk  mərhələdir.  Onun  mahiyyəti  bu  anlayışın  öyrənilməsinin  vacibliyinin  açılıb 
göstərilməsindən,  onun  öyrənilməsinə  şagirdlərdə  maraq  oyatmaqdan,  şagirdlərin  dərsdə  
məqsədyönlü  və  aktiv  fəaliyyətinə  səbəb  olmaqdan  ibarətdir.  Şagirdləri  yeni  materialın  təqdim 
olunmasına  hazırlamaq    zəruridir.Tərifdə  şagirdlərin  istifadə  etdiyi  sözlər  anlara  aydın  olmalıdır. 
Alqoritm  anlayışına  gəldikdə  insanlar  həmişə  müəyyən  məqsədə  nail  olmaq  üçün  əməllər 
ardıcıllığını  fikirləşirlər  ,  yəni  alqoritmişləyib  hazırlayırlar.  Alqoritmin  mahiyyətini,  onun 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
76 
 
xassələrinin  başa düşülməsi, alqoritmik strukturların və  alqoritmin  yazılması üsullarının  bilinməsi, 
alqoritmik konstruksiyaların formalaşmış yazılmasını bacarmaq və kompüterdn alqoritmin icrasının 
vasitəsi  kimi  istifadə  etmək,  mürəkkəb  məsələləri  altməsələlərə  bölmək  bütün  bunlar  insanlara 
informasiya proseslərini səmərəli idarə etməyə  və müxtəlif (informasiya məsələlərini) o, cümlədən 
kompüterin köməyilə həll etməyə imkan verir. 
Növbəti  mərhələdə  anlayışın  mühüm  xassələri  ayrılır.  Bunun  üçün  şagirdlərin  diqqətini 
mühüm xassələrə yönəldən misallar və çalışmalardan istifadə olunur. Bu mərhələ anlayışın tərifinin 
ifadə  edilməsi  ilə  yekunlaşır.  “Alqoritm”  anlayışı  üçün  mühüm  xassələr  diskretlik,  anlaşıqlıq, 
dəqiqlik  və  nəticəvilikdir.  Alqoritminhər  bir  xassəsinin  nümayiş  etdirilməsi  üçün  misallar  və  əks 
misallar təklif edilir. 
Sadalanan  xassələri  nəzərə  almaqla    “Alqoritm”  anlayışının  tərifi  ifadə  olunur.  Alqoritm 
dedikdə nəticəyə gətirən sonlu addımlar üzrə əmrlər ardıcıllığını yerinə yetirən icraçı üçün dəqiq və 
aydın göstəriş başa düşülür. 
Mənimsəmə  mərhələsində  tərifdə  istifadə  olunan  hər  bir  mühüm  xassə  öyrənilmə  obyekti 
hesab  edilir.  Anlayışın  tərifinin  yadda  saxlanlması  təmin  edilir.  Deməli,  alqoritmin  xassələrinin 
mənimsənilməsi üçün alqoritmin göstəriş olub olmadığını müəyyən etmək, alqoritmi tam mənası ilə 
icra  etmək,  alqoritmdə  səhvləri  tapmaq,  göstərişi  alqoritmə    çevirmək  təklif  edilir.  Şagirdlər  öz 
cavablarını arqumentləşdirərək shər dəfə “alqoritm” anlayışının tərifinə müraciət edir, təkrarlayır və 
onu şüurlsu şəklində yadda saxlayır. 
Sonra  anlayışın  konkret  situassiyalarda  istifadəsi  baş  verir.  Bu  mərhələdə  şagirdlər 
məsəssssssssslələr  sistemi  həll  edərək  anlayışdan  onun  mühüm  xassəsinə  və  tərsinə  keçmək  
bacarıqlarına yiyələnirlər. Deməli, şagirdlər aşağədakı tağşırıqları yerinə yetirilər:  həyatda istifadə 
olunan  alqoritmlər  tərtib  edirlər(çayın  dəmlənməsi,  buterbrodun  hazırlanması,  dükandan  çörəyin 
alınması və s.), alqoritmin vəzifəsini müəyyən edirlər, bu alqoritmə ad verirlər, alqoritmin icraçısını 
əmrlər  sistemini  müəyyən  edirlər,  icraçının  sistemi  məlim  olduqda  müxtəlif  alqoritmmlər  tərtib 
edirlər. Ilkin verilənləri və alqoritmin son nəticəsini müəyyən edirlər.  
Anlayışın  sistemləşdirilməsi son  mərhələ olub  bu anlayışın digər anlayışlar sistemində  yeri 
müəyyən  edilir.  Bu  ayrı-ayrı  anlayışlar  arasında  əlaqələrin  müəyyən  edilməsi  ilə  və  materialən 
müxtəlif əsaslar üzrə sistemləşdirilməsi, anlayışın ümumiləşdirilməsi və konkretləşdirilməsi ilə əldə 
edilir.  Deməli,  “alqoritm”  və  “informasiya  prosesləri”,  “alqoritm”  və  “proqramlaşdırma  dili”, 
“Alqoritm” və köməkçi alqoritm” və i.a. anlayışları arasında əlaqələr müəyyən edilir. 
 
Ədəbiyyat. 
1.
 
 Abdullayev C. və b. İnformatikanın tədrisi metodikası. Bakı, 2003 
2.
 
 Бочкин А. Ц. Методика преподавания. Минск, 1998. 
3.
 
Лапчик М.П.  Методика преподавания. Омск, 2001 
4.
 
Kazımov N.M. Ali məktəb pedaqogikası, Bakı, 1999. 
5.
 
Paşayev Ə., Rüstəmov F. Pedaqogika: Yeni kurs, Bakı, Nurlan, 2007 
6.
 
Pələngov Ə.Q., Abdullayeva M.N. İnformatikanın tədrisi metodikası, Bakı, 2003. 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə