Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   32   33   34   35   36   37   38   39   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
89 
 
müsbət  təsir  edərək  onun  daha  yüksək  səviyyəyə  (tənqidi  və  yaradıcı  təfəkkür  səviyyəsinə) 
keçməsinə zəmin yaradır. Bu iş düşünülmüş və sistemli surətdə aparıldıqda şagirdlər kompüter 
modelləşməsinin  incəliklərinə  bələd  olur,  onların  öyrənilən  məsələ  ilə  əlaqədar  öz  fikirləri  və 
variantları yaranır. Bu da nəticədə şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasına səbəb 
olur.  Tədqiqatçılıq  bacarıqlarının  təşəkkülü  dərsin  əvvəlində  şagirdləri  fərziyyə  irəli  sürməyə, 
özlərinin düşündükləri model əsasında hadisənin mahiyyətini dərk etməyə, izah etməyə və öz fi-
kirlərini hadisənin komputer variantı ilə tutuşdurmağa  sövq  edir. 
Dərsdə  kompüter    modelləşməsindən    istifadə  müəllimin  də    elmi  -  metodiki    imkanlarını 
artırır və müxtəlif istiqamətlərdə fəaliyyətini zənginləşdirir, rəngarəng edir. Müəllim kompüter 
texnologiyaları  ilə  hadisə  və  prosesləri    modelləşdirərkən  şagirdlərin  fəaliyyətini    səmərəli  
təşkil   etmək, qrupların    işini diqqətlə  izləmək   və onların    fərdi    xüsusiyyətləni  nəzərə  almaq  
imkanı  əldə  edir. 
Çoxsaylı  kompüter  proqramları  müxtəlif  modellərdən  istifadə  etməyə  əlverişli  zəmin 
yaradır.  Belə  proqramlara  uyğun  tədris  materiallarının  nümayişinə  aid  vəsaitlər  vardır 
(Fizikadan multimedia elektron dərslikləri, “Otkrıtaya fizika” TOO NSS və s.). Bununla yanaşı 
tədrisdə təklif olunan hazır modellərlə kifayətlənmək bəzən hadisə və proseslərin öyrənilməsini 
həddən artıq sxematik-ləşdirir  və  izahını  yeknəsəq edir. Nəticədə  hadisənin  mahiyyətinin  izahı 
bəsitləşir.  Fizikanın  öyrənilməsi  zamanı  real  obyekt  və  hadisələrin,  zəruri  müşahidə  və 
təcrübələrin şərhinə diqqət yetirməyib, onların mücərrəd anlayışlar və simvollarla əvəz olunaraq 
şagirdlərə  təqdim  edilməsi  çox  zaman  formalizmin  zərərli  təsirinə  yol  açır.  Şagird  hadisənin 
zahiri  əlamətlərini,  baş  verdiyi  şəraiti,  gedişini  və  s.  -  ni    bilsə  də,  onun  mahiyyətini  başa 
düşməkdə çətinlik çəkir. 
Deyilən fikirlər VIII sinifdə “İstilikkeçirmə” mövzusunun tədrisinə aid aşağıdakı nümunədə 
öz əksini tapmışdır. 
 
Mövzu:  İstilikkeçirmə. 
Standartlar:  
1.1.1. İstlik və elektromaqnit (elektrik) hadisələrinin  və  onların  baş vermə səbəblərini şərh 
edir. 
2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 
Dərsin məqsədi: 

 “İstilikkeçirmə” anlayışını şərh edir. 

 Müxtəlif maddələrin istilik keçirməsinin fərqli olduğunu sadə təcrübələrlə əsaslandarır. 
İnteqrasiya: Coğ 1.2.1., 2.1.5; İnf. 3.3.1., 3.3.2; Riy. 4.1.1., 4.2.1; Tex. 1.1.1., Kim. 1.1.1., 
Həy. bil. 1.1.1. 
Resurslar: Dərslik, iş vərəqi, su qızdırıcı, dəmir, mis, alüminium, şüşə və plastmas çubuqlar, 
kalorimetr,  su,  kiçik  mismarlar  (3-4  sm-lik),  plastilin  və  ya  parafin,  şam,  ştativ,  kibrit, 
“Fizikadan  multimedia”  elektron  diski,  kompüter,  proyektor,  interaktiv  lövhə  (mimio  və  ya 
“Promethan”), internet saytları. 
Təlim üsulları: Beyin həmləsi, müzakirə, problemli vəziyyət, klaster (şaxələndirmə), təcrübə 
nümayişi, kompüter modelləşdirməsi. 
İş formaları: Qruplarla iş, siniflə iş. 
Bu  mövzuda  fəndaxili  inteqrasiya  əsasında  şagirdlərin  əvvəlki  dərsdə  öy-rəndikləri  daxili 
enerjinin  dəyişmə  üsulları  haqqındakı  bilikləri  inkişaf  etdirilir.  Onlar  əvvəlki  dərsdə  cismin 
daxili  enerjisinin  dəyişməsini  (iş  görmədən)  mühüm  üsulu  olan  istilikvermə  anlayışı  ilə  tanış 
olmuşlar. Bu mövzuda şagirdlərin istilik-vermənin bir növü olan istilikkeçirmə hadisəsini, onun 
baş  vermə  səbəblərini,  ma-hiyyətini  və  müxtəlif  maddələr  üçün  fərqli  olmasını  öyrənmələri 
nəzərdə tutulur. 
Dərsin  əvvəlində  motivasiyanın  yaradılması  zamanı  müəllim  beyin  həmləsi  üsulundan 
istifadə  edərək  şagirdlərdə  yeni  mövzuya  maraq  oyatmağa  çalışır.  Beyin  həmləsi  üsulu 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
90 
 
şagirdlərin  əvvəlki  dərsdə  daxili  enerjinin  dəyişməsini  necə  mənimsədiklərinin 
aydınlaşdırılmasında da əlverişlidir. Bunun üçün lövhəyə aşağıdakı suallar yazılır: 
Nə üçün məişət radiatorları metaldan hazırlanır? 
Nə üçün insan qışda qalın paltar geyinir ? 
Şagirdlər suallara öz fikirlərini bildirirlər. Onların mülahizələri şərhsiz qeydə alınır. Bundan 
sonra  söylənilən  fikirlər  müzakirə  edilir,  aparıcı  ideyalar  yekunlaşdırılır.  Şagirdlər  söylənmiş 
fikirləri təhlil edir, münasibət bildirir və qiymətləndirirlər. Bundan sonra müəllim içərisində isti 
su olan stəkana qaşığı salaraq baş verən hadisə ilə əlaqədar aşağıdakı suallar əsasında müsahibə 
aparır: 
1. Hansı  şəraitdə bərk cisimlər  arasında istilik mübadiləsi   baş verir? 
2.  İstilik  mübadiləsi  zamanı  hansı  cismin  daxili  enerjisi  azalır,  hansının  daxili  enerjisi  isə 
artır? 
3. Qaşığın daxili enerjisinin dəyişməsi hansı üsulla baş verir? 
Suallara  verilən  daha  məntiqli  cavablar  lövhədə  qeyd  edilir.  Kompüter  və  proyektor  olan 
siniflərdə  sualları  slaydlar  vasitəsi  ilə  ekrana  vermək  olar.  “Promethan”  lövhələr  olan 
kabinetlərdə  şagirdlərin  fikirlərinin  (fərziyyələrinin)  özləri  tərəfindən  elektron  lövhəyə 
yazılması da məqsədəuyğundur. 
Bu  mövzuda  praktik  xarakterli  araşdırmaların  sayının  çox  olması  və  İKT-dən  istifadə 
edilməsi böyük qruplarla və  ya siniflə  iş formasından istifadəyə  zəmin yaradır. Belə  iş forması 
kollektivdə  işləmək,  birgə  fəaliyyətə  alışmaq  bacarığının  bünövrəsi  qoyulur,  şagirdlərdə 
ünsiyyət yaratma bacarığı inkişaf etdirilir. 
Maraqoyatmanın yaradılması tədqiqat sualının ifadə edilməsilə yekunlaşır: Daxili enerjinin 
dəyişməsi necə baş verdi? 
Tədqiqatın aparılması. Bunun üçün qruplara aşağıdakı təchizat verilir:  ştativ, tutqac, dəmir 
çubuq, 3-4 sm - lik  4-5 ədəd mismar,  plastilin və ya parafin,   şam və kibrit. 
Şagirdlərə  iş  vərəqində  işin  gedişinə  və  alınan  nəticənin  müzakirəsinə  aid  aşağı-dakı 
göstərişləri  qeyd etmək  tövsiyə olunur. 
İşin gedişi: 
1. Dəmir çubuğu uc hissədən ştativə bərkidin. 
2. Mismarları ara məsafəsi eyni olmaqSla plastilinlə və ya parafinlə ona yapışdırın. 
3. Şamı yandırıb çubuğun sərbəst ucunu qızdırın 
və mismarların 
qopma ardıcıiiığını izləyin. 
Nəticəni müzakirə edin: 

 Dəmir çubuğun daxili enerjisi necə dəyişər? 

  Çubuğun  daxili  enerjisi  hansı  istiqamətdə 
dəyişər? 

Çubuğun 
daxili 
enerjisinin 
dəyişməsini 
molekulyar  -  kinetik  təsəvvürlər  baxımından  necə 
izah edırsiniz? Cavabınızı əsaslandırın. 
“Daxili  enerjinin  dəyişməsi  necə  baş  verdi?” 
araşdırması  nəticəsində  dəmir  çubuğun  şam  alovunun  təsirilə  qızdırılan  ucundan  istilik  onun 
digər  hissələrinə  doğru  ötürülür,  plastilin  yumşalır  və  mismarlar  tədricən  növbə  ilə  qopub 
düşürlər  (şəkil  1).  Mismarların  düşmə  ardıcıllığı  daxili  enerjinin  hansı  istiqamətdə  və  necə 
dəyişdiyini (artdığını) göstərir. 
Sonra  müəllim  fəal  oxu  üsulunu  tətbiq  etməklə  şagirdlərin  daxili  enerjinin  dəyişməsinin 
bilavasitə  səbəblərini  araşdırmalarına  şərait  yaradır.  Şagirdlərin  dərslikdəki  mətni  mə-
nimsədikdən  sonra,  onlara  “Fizikadan  multimediya”  diskindən  “İstilikkeçirmə”  nin    kompüter 
modeli nümayiş etdirilir. 
Şəkil 1. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə