Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə41/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   36   37   38   39   40   41   42   43   44

101 
xəyallarının  ifadəsi  kimi  yaranan  musiqi  və  nəğməkarın  sənəti  öz  təsir 
dairəsini genişləndirərək cəmiyyətin, xalqın adət və ənənəsinə ciddi təsir 
göstərmişdir.  
Əsrlərdən  bəri  davam  edib  gələn  böyük  musiqi  irsimiz  XIX  əsrin  II 
yarısından  başlayaraq  daha  da  zənginləşməyə  başlamışdır.  Bu  dövrdə 
Azərbaycanda  bir  sıra  muğamlar,  müxtəlif  muğam  variantları,  saysız-
hesabsız  orijinal  musiqi  nümunələri  yaranmışdır.  Əgər  «zabul»  və 
«Segah»  kimi  hər  biri  müstəqil  işlənən  muğamları  nəzərə  almasaq 
«Zabul-segah»,  «Qatar»,  «Kürd-Şahnaz»  kimi  muğamlara  və  xüsusən 
«Çoban  bayatısı»na  başqa  Şərq  ölkələrində  təsadüf  olunmur.  Bunlar 
Azərbaycan xanəndə və sazəndələrinin yaradıcılıq məhsuludur.  
Azərbaycan  musiqi  sənətində  xalq  dühasının  ən  parlaq  yaradıcılıq 
məhsulu  muğamlardır.  Muğamlar  musiqimizin  təməli,  onun  bünövrəsi, 
dayaq sütunudur.  
Muğamat  Azərbaycan  xalqının  zövqünü  oxşayan  dərin  məzmunlu 
musiqidir.  Xalqımız  onu  çox  sevir  və  asanlıqla  dərk  edir.  Hətta  musiqi 
təhsili olmayanlar da muğamatı müəyyən dərəcədə zümzümə edir, yaxud 
onu  hər  hansı  bir  çalğı  alətində  müstəqil  olmasa  da  ifa  edir.  Bu, 
muğamatın  Azərbaycan  xalqına  çox  yaxın  olduğunu  göstərir. 
Azərbaycanda  işlənən  muğamlar  özünün  bir  çox  xüsusiyyətlərinə,  ifa 
üsullarına, ifadə vasitələrinə görə başqa Şərq ölkələrinin muğamlarından 
fərqlənir.  Bu  belə  də  olmalıdır:  ona  görə  ki,  mahnı,  təsnif,  rəqs  kimi 
muğamlar  da  xalqımızın  ictimai-iqtisadi  həyatı  ilə  sıx  əlaqədə  inkişaf 
edərək yayılmışdır.  
Cəmiyyətin müəyyən inkişaf dövrü ilə əlaqədar olaraq, muğamlar da 
müxtəlif təbədtüllata uğramış, zaman keçdikcə öz məzmun və şəklini bu 
və  ya  digər  dərəcədə  dəyişdirmişdir.  Azərbaycan  xalq  musiqisinin 
müxtəlif  janrları  sırasında  muğam  janrı  da  əsas  yer  tutur.  Öz  tarixi 
kökləri  etibarı  ilə  çox  qədim  zamanlarla  bağlı  olan  bu  musiqi  növünün 
harada,  nə  vaxt  və  kim  tərəfindən  yaradıldığını  konkret  şəkildə  demək 
çətindir. Çünki, muğam təkcə bir xalqa deyil, bir neçə xalqa aiddir. Hələ 
Orta  əsrlər  musiqi  mədəniyyətimizdə,  xüsusən  muğamların  inkişafında 
məhşur  azərbaycanlı  musiqişünaslardan  Səfiəddin  Əbdül  Mömin  Yusif 
Əl  Urməvi  (XII  əsr),  Xacə  Əbdülqadir  Marağalı  (XIX  əsr),  Mirzə  bəy 
(XVII əsr) kimi şəxslər iştirak etmişlər.  
Muğamı  bilmək  və  ifa  etmək  müqayisə  edilməz  dərəcədə  çətindir. 
Xalq  yaradıcılığının  bir  qismini  təşkil  edən  mahnılardan  və  oyun 
havalarından  fərqli  olan  muğam  sənəti  musiqi  folklorunun 
professionalizmə qədər inkişaf etmiş formasıdır.  
Muğamla dərindən məşğul olan hər hansı şəxs xüsusi hazırlıq və bilik 
əldə  etməli  və  buna  bir  sənət  kimi  baxmalıdır.  Əks  təqdirdə  muğamın 


102 
əsrlər  boyu  qorunub  saxlanılmış  ifaçılıq  ənənələri,  mürəkkəb  keçid 
yolları və quruluş xüsusiyyətləri axıra qədər anlaşılmaz qala bilər.  
Xalq  musiqisinin  bütün  növləri,  o  cümlədən  muğama  xidmət  etmək 
kimi yüksək şərəfə nail olanları saymaqla qurtarmaq olmaz. Bunlar xalq 
musiqisinin  gözəl  nümunələrini  illər  boyu  öz  hafizələrində  saxlayıb 
cəmləmiş, xüsusən onun səlistliyinin qeydinə qalmışdır.  
Azərbaycanda  yayılmış  muğamlar  özünəməxsus  xüsusiyyətləri  ilə 
xalqımızın  zövqünə  uyğun  üslubda  inkişaf  etmişdir.  Azərbaycan  xalq 
musiqisi janrları içərisində şəkil etibarı ilə ən böyüyü muğamdır. Dəstgah 
şəkilli  vokal-instrumental  muğamlar  müxtəlif  adlar  daşıyan  bir  sıra 
şöbələrdən təşkil olunmuşdur. Muğamın ifasında şöbələrin ardıcıllaşması 
müəyyən  prinsipə  tabe  edilir.  Yəni,  hər  sonra  gələn  şöbə  əvvəlkinə 
nisbətən zildə ifa olunmalıdır.  
Uzun  illərin  təcrübəsinə  əsasən  bütövlükdə  muğam  və  zərb 
muğamlarımız  proqramlaşdırılaraq  uşaq  musiqi  məktəbində,  orta  ixtisas 
musiqi  kolleclərində  və  ali  musiqi  ocaqlarında  geniş  surətdə  tədris 
olunur.  
Azərbaycanda  hal-hazırda  çalınıb  oxunan  muğamlar  bunlardır: 
«Rast»,  «Şur»,  «Segah»,  «Şüştər»,  «Çahargah»,  «Bayatı-Şiraz»,  «Hu-
mayun»,  «Mahur-Hindi»,  «Bayatı-Qacar»,  «Orta-Mahur»,  «Qatar», 
«Çoban-Bayatı»,  «Rahab»,  «Nəva»,  «Kürd-Şahnaz»,  «Zabul-Segah», 
«Xaric-Segah», «Mirzə Hüseyn Segahı».  
Zərb  muğamlar  bunlardır:  «Heyratı»,  «Heydəri»,  «Kəsmə  şikəstə», 
«Qarabağ 
şikəstəsi», 
«Mənsuriyyə», 
«Simayi-şəms», 
«Mani», 
«Arazbari», «Ovşarı».  
Qeyd  etdiyim  kimi  Azərbaycanda  7  əsas  muğam  var.  Bu  muğamlar 
əsasında yaranan 11 muğam hal-hazırda əsas muğamlarla yanaşı öz şöbə 
və güşələri ilə xanəndə və sazəndələrimiz tərəfindən çalınıb oxunur.  
Muğam  şöbələri  arasında  adətən  instrumental  melodiyalar  da  ifa 
olunur  ki,  bunlara  rəng  deyilir.  Adətən  irihəcmli  muğam  dəstgahlarının 
əvvəlində geniş instrumental melodiya ifa olunur ki, buna da «Dəraməd» 
deyilir.  
Rəqs havası xarakteri daşıyan yüngül «rəng»lərə «diringi» də deyilir. 
Muğam  hissələri  arasında  bəzən  həmin  muğama  xas  olan  təsniflər  də 
çalınıb-oxunur.  Muğamın  tərkib  hissələri  olan  dəraməd,  təsnif,  rəng  və 
diringi kimi musiqi nümunələrinin əhəmiyyəti ondan ibarətdir ki, bunlar 
muğamın  şöbələri  arasında  müəyyən  vacib  əlaqələr  yaradır.  Həmin 
musiqi  nümunələri  muğamın  şöbələrini  bir-birinə  bağlamaqla  bərabər 
muğam dəstgahı oxuyan xanəndələrə arada istirahət vermək üçün imkan 
yaradır.  
Hal-hazırda  18  muğam  dəstgahımız,  9  zərb  muğamlarımız  yetkin 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə