Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi


AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   2   3   4   5   6   7   8   9   ...   44


AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
İfaçılıq sənəti       Искусство исполнения 
 
Murtuz ƏSƏDULLAYEV 
 Azərbaycan Milli Konservatoriyasının müəllimi 
 
 
 
TARZƏN KAMİL ƏHMƏDOV MƏKTƏBİ 
 
Açar sözlər: Kamil Əhmədov, ifaçılıq sənəti, tar, muğam dünyası. 
Azərbaycan  simli  musi-
qi  alətləri  arasında  müasir 
tar  texniki  və  dinamik  im-
kanlarına  görə  ən  mükəm-
məl və təkmil çalğı alətidir. 
Dahi bəstəkar Üzeyir Hacı-
bəyli  tarın  texniki  ifaçılıq 
imkanlarına,  akustik  səs-
lənmə xüsusiyyətlərinə isti-
nad edərək yazır: “Tar Şərq 
musiqi  təhsilini  artıra  bilən 
alətlərdən  ən  qiymətlisi  və 
ən mühümüdür.” 
“Tar”  sözünün  farsca  lüğəti  mənası  tel,  sap  deməkdir.  Başqa  musiqi 
alətləri  kimi,  təbiidir  ki,  müasir  tar  da  özündən  əvvəlki  qədim  simli 
musiqi  alətlərinin əsasında  yaranmış  və əsrlər boyu formalaşmışdır. Qu-
ruluş  və  forma  etibarilə  başqa  musiqi  alətlərindən  fərqli  olan  tar  əsasən 
üç hissədən – çanaq, qol və kəllədən ibarətdir. 
Tar  sinədə  üfüqi  vəziyyətdə  tutulur,  sağ  əlin  biləyi  ilə  çanaq  hissəsi 
döşə sıxılır, simlər baş və şəhadət barmaqların arasında tutulmuş mizrab 
vasitəsilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları 
arasında  sıxılır,  sağ  əlin  ehtizaza  gətirdiyi  simlər  sol  əlin  şəhadət,  orta, 
adsız  (üzük)  və  nadir  hallarda  çeçələ  barmaqları  ilə  müxtəlif  pərdələri 
sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün 
tel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir.  
Üst  mizrab,  alt  mizrab,  üst-alt  mizrab,  alt-üst  mizrab,  rux  (sağ-sol) 
mizrab, santur mizrab (üst-alt-üst) və digər ştrixlərdən əlavə lal barmaq, 
dartma  sim  (vibrasiya),  sürüşdürmə  barmaq  (qlissando)  kimi  ştrix  və 
üsullardan  da  istifadə  olunur.  İfaçı  mizrabı  simə  vuraraq  tarı  döşünə 



sıxmaqla  səsi  uzun  müddət  dalğalandırır.  Alınmış  bu  fasilə  zamanı 
yaranan effekt “xum” adlanır. 
Tar  üçün  notlar  “do”  sistemli  metsosoprano  açarında  yazılır.  Tarın 
səsdüzümü  xromatik  olub,  2,5  oktavanı  əhatə  edir.  Diapazonu  kiçik 
oktavanın “do” səsindən ikinci oktavanın “sol” səsinə kimidir.  
Tarın  adına  Orta  əsr  klassiklərimizdən  Qətran  Təbrizinin,  Nizami 
Gəncəvinin, Məhəmməd Füzulinin və başqa söz ustadlarının əsərlərində 
rast  gəlmək  olur.  Nizami  Gəncəvinin  “İsgəndərnamə”  əsərində  ulu  şair 
tarı belə təsvir edir: 
 
 Müğənni, tək bircə gecə də tar çal
 Məni bu dar yolda əzabdan qurtar! 
 Bəlkə genişlənsin, açılsın yolum, 
 Köçüm, bu daşlıqdan, asudə olum. 
 
Orta əsr rəsm  əsərlərində də tarın  təsvirinə rast  gəlmək olur. 1816-cı 
ildə Əbu Qasim Təbrizinin yağlı boya ilə çəkdiyi “Tarçalan qız” əsəri bu 
baxımdan maraqlıdır. XIX əsrin ikinci yarısında Mirzə Sadıq Əsəd oğlu 
(Sadıqcan: 1846-1902) tərəfindən tarın quruluş və formasında dəyişiklik-
lər edilmiş, simlərinin sayı artırılaraq 5-dən 11-ə çatdırılmışdır. O, tarın 
tutma qaydasında da əsaslı dəyişikliklər edərək aləti diz üstündən sinəyə 
qaldırmışdır. 
Müasir tar ifaçılığı Sadıqcandan sonra daha güclü inkişaf mərhələsinə 
başlamışdır.  Tarın  bir  musiqi  aləti  olaraq  təkmilləşməsində  mərhum 
Mirzə  Fərəcin  də  xüsusi  xidmətləri  olmuşdur.  Musiqiçilərimiz  muğam 
ifaçılığına aid hər bir mübahisəli məsələ üzrə qəti və düzgün cavab almaq 
üçün  çox  vaxt  Mirzə  Fərəcə  müraciət  edərmişlər.  Əlbəttə,  muğamatın 
tarixi  inkişaf  prosesində  təbii  olaraq  müəyyən  dəyişiklilərə  uğraması 
zərurəti yaranırdı. Hər gələn yeni nəslin içindən tarın təəssübünü çəkən, 
onu daha da təkmilləşdirən ifaçılar yetişirdi. 
XX əsrdə isə tarın inkişafının daha bir mərhələsi başlayır. Tar muğam 
ifaçılığında aparıcı alət olaraq öz yerini qoruyub saxlamaqla bərabər bir 
sıra  üstünlüklər  də  qazandı.  Təbii,  bu  inkişafda  Azərbaycanın  böyük 
bəstəkarlarının  da  əməyi  danılmazdır.  Bu  gün  onları  da  minnətdarlıqla 
yad etmək bizim borcumuzdur.  
1931-ci ildə Ü.Hacıbəyli və M.Maqomayevin təşəbbüsü ilə yaradılmış 
ilk  notlu  xalq  çalğı  alətləri  orkestrində  tar  aparıcı  alət  kimi  əsas  yeri 
tutmuşdur. Əsası Ü.Hacıbəyli tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi 
tarın texniki və bədii imkanlarını daha da artırmışdır. Tar əsasən, muğam 
üçlüyünün  tərkibində  (tar,  kamança,  qaval)  aparıcı  alət  kimi  istifadə 
edilib və bu gün də muğam ifaçılığının inkişafında müstəsna rol oynayır. 



Muğam operalarında solo oxumaları tarın müşayiətilə aparılır.  
Azərbaycan  bəstəkarları  tar  ilə  orkestr  üçün  bir  çox  irihəcmli  kon-
sertlər  yazmışlar.  Tar  haqqında  bu  qədər  geniş  məlumat  vermək,  çox-
larının  bildiyi  həqiqətləri  yenidən  təkrarlamaq  zərurəti  o  zaman  yarandı 
ki, biz tara bütöv bir ömür həsr etmiş görkəmli bir sənətkar haqqında  – 
Kamil Əhmədov haqqında yazmaq qərarına gəldik. Müasir tar ifaçılığının 
inkişafında  böyük  xidmətləri  olan  ustad  sənətkarlarımızdan  biri  də  adı 
həmişə minnətdarlıqla anılan Kamil Əhmədovdur. 
Azərbaycanın əməkdar mədəniyyət işçisi Kamil Əlisəttar oğlu Əhmə-
dov  1920-ci  ildə  Bakı  şəhərində  dünyaya  göz  açmışdır.  Atası  zərgər, 
anası  isə  evdar  qadın  olub.  Böyük  qardaşı  İsmayil  Böyük  Vətən 
müharibəsində itgin düşüb. Bacısı Leyla Məmmədbəyli 1935-ci ildə Adil 
Gərayın qardaşı Əmirulla Gəraybəyli ilə ailə həyatı qurub. Leyla xanımın 
həyat yoldaşı da tarzən idi. 
Kamil müəllim 4 yaşındaykən atasını itirib. Tale onu hələ uşaqlıqdan 
çətin  sınaqlara  çəkib.  Bu  sənəti  seçməyinə  valideynləri  razı  olmayıblar. 
Ancaq hələ uşaq ikən el havalarına, xalq mahnılarına maraq göstərirmiş. 
Valideynlərinin  etirazlarına  baxmayaraq  içindəki  istedadın  və  qəlbinin 
səsinə qulaq asıb, öz istəyinin ardınca getdi. 
Özünün  inadı,  səyi  nəticəsində  1934-cü  ildə  Asəf  Zeynallı  adına 
Musiqi  Məktəbində  keçirilən  müsabiqəyə  qoşuldu  və  bu  müsabiqədə  də 
komissiya  üzvlərindən  biri  dahi  Ü.Hacıbəyli  idi.  Üzeyir  bəy  istedadın 
işartısını  ustad  fəhmiylə  duyub  və  onun  çalğısını  bəyənmişdi.  Gənc 
Kamil  1936-cı  ildə  A.Zeynallı  adına  Misiqi  Məktəbinə  qəbul  olundu  və 
bununla da onun sənət taleyi müəyyənləşdi. 
1941-ci  ildə  başlayan  Böyük  Vətən  Müharibəsi  Kamilin  gələcəklə 
bağlı  planlarını  alt-üst  edir.  Müharibənin  başlanmasından  bir  il  sonra, 
1942-ci ilin 25 sentyabrında hamı kimi o da cəbhəyə yollanır. Müharibə-
nin  odundan-alovundan  keçmiş  gənc  Kamil  dinc  həyata  qayıtdıqdan 
sonra  yarımçıq  arzularını  həyata  keçirir.  Hələ  müharibənin  taleyi  həll 
olunnmamış,  1944-cü  ildə  Qırğızıstanın  Oş  şəhərində  keçirilən  olim-
piyadada  iştirak  etmək  üçün  Bakıya  gələrək  öz  tarını  götürüb  geri 
qayıdır. Orda Azərbaycan musiqisini, muğamını layiqincə təmsil edir və 
2-ci yeri tutaraq gümüş medal alır. Bu parlaq musiqiçilərlə əməkdaşlıqda 
keçən qısa zaman kəsiyi Kamil müəllim üçün böyük məktəb idi. Ustalığı 
da, biliyi də xeyli artır. 
Bu  illərdə  Kamil  müəllim  müharibənin  dəhşətlərini,  odunu-alovunu 
yaxından görür, ən gur musiqi alətinin belə səsini eşidilməz edən topların 
səsini,  mərmilərin  uğultusunu,  güllələrin  vıyıltısını  ürəyinin  bütün 
ağrısıyla,  bütün  əsəbləriylə  duyur.  Axı  o,  musiqiçi  idi.  Axı  o,  insanlara 
gözəl,  zərif, ruha sığal çəkən səslər bəxş etmək arzusuyla  yaşayırdı. Bu 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə