Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   2   3   4   5   6   7   8   9   10   ...   44

17 
onlardan bəstəkar yaradıcılığında istifadəsi bunu sübut edir. Eyni zamanda, 
Əhməd  Bakıxanovun  ifasından  muğamların  və  şifahi  ənənəli  digər  musiqi 
nümunələrinin nota yazılması və onların musiqişünaslıq tədqiqatlarına cəlb 
olunması  Əhməd  Bakıxanovun  etnomusiqişünaslıqdakı  rolunun  üzə 
çıxarılmasına əsas verir. 
Beləliklə,  XX  əsrdə  tar  ifaçılığının,  muğam  sənətinin  böyük  bir  dövrü 
Əhməd  Bakıxanovun  adı  ilə  bağlı  olmuşdur.  Əhməd  Bakıxanov  öz 
yaradıcılığı,  ifaçılığı  ilə  musiqi  mədəniyyətimizin  inkişafında  xüsusi  bir  iz 
qoymuşdur.  Eyni  zamanda,  şifahi  ənənəli  sənətlə  bəstəkar  yaradıcılığının 
yaxınlaşdırılmasında onun mühüm rolu olmuşdur. Azərbaycan şifahi ənənəli 
professional  musiqisini  müasir  şəraitdə  qoruyub  saxlamaq  və  onu  inkişaf 
etdirmək  işi  bu  gün  də  çox  vacibdir  və  bu  işdə  ən  real  addım  ustad 
sənətkarların  ənənələrinin  öyrənilməsi  və  gələcək  nəsillərə  ötürülməsinin 
təmin olunmasıdır. 
 
Ədəbiyyat siyahısı 
1.
 
Bakıxanov Ə. Ömrün sarı simi. Bakı, İşıq, 1985. 
2.
 
Məmmədbəyov D. “Muğam ustası Əhməd Bakıxanov”. 1966 
3.
 
Rəhmətov Ə. “Əhməd Bakıxanov” 1977 
4.
 
Səfərov C. “Azərbaycan xalq çalğı alətləri” 1971.  
 
РЕЗЮМЕ 
«Роль  Ахмеда  Бакиханова  в  развитии  Азербайджанского  музыкального  искусст-
ва».  
Статья  посвящена  изучению  такой  актуальной  проблемы  современного  искусст-
воведения, как достижения азербайджанского мугамного исполнительского искусст-
ва,  в  призме  творчества  видного  тариста  и  знатока  мугама  Ахмеда  Бакиханова.  В 
статье  представлены  факты  о  жизни  и  деятельности  Ахмеда  Бакиханова;  подробно 
изучены  периоды  творческого  пути  и  охарактеризованы  основные  вехи  творчества 
Ахмеда Бакиханова, исследована деятельность тариста как информатора, с игры ко-
торого были записаны множество образцов  народной музыки  и мугамов,  на основе 
которых созданы композитоские произведения и музыковедческие исследования. 
Ключевые слова: Ахмед Бакиханов, мугам, тар, музыковедческие исследования.  
 
SUMMARY 
«Ahmed Bakikhanov's role in development of the Azerbaijan musical art». The article is 
devoted to studying of such actual problem of modern art criticism, as achievements Azer-
baijan mugam performing art, in a prism of creativity great tar player and the mugam expert 
Ahmed Bakikhanov. In the article are submitted the facts about life and activity of Ahmed 
Bakikhanov; the periods of a creative way are investigated in detail and the basic marks of 
creativity  of  Ahmed  Bakikhanov  are  characterized,  investigated  activity  tar  player  as  in-
formant,  from  which  game  have  been  written  down  set  of  samples  of  a  folk  music  and 
mugam, on the basis of which are created composer's products and musicological researches. 
Key words: Ahmed Bakikhanov, mugam, tar, musicological researches. 
 
Ряйчиляр:  
AMK-nın профессорu Мющлят Мцслцмов; 
AMK-nın профессорu Малик Гулийев.  


18 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
İfaçılıq sənəti       Искусство исполнения 
 
Vaqif  ƏBDÜLQASIMOV  
Professor  
 
Elçin NAĞIYEV  
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi  
 
ƏNƏNƏ DAVAM EDİR 
 
Açar sözlər: tar ifaçılığı, Hacı Məmmədov, xalq çalğı alətəlri orkestri. 
Azərbaycan bəstəkarlarının orijinal mahnı, romans və ariyaları tar ilə 
fortepiano və tar ilə xalq çalğı  alətləri orkestri üçün köçürmə, işləmə və 
orkestrləşdirmə  şəkilində  radio  və  televiziya  dalğalarında,  konsert 
salonlarında daim ifa olunur. Belə əsərlərdən daha çox tar ixtisas fənninin 
tədrisi prosesində istifadə edilir.  
Vokal  əsərlərin  tarda  səsləndirilməsi  bir  ənənə  kimi  1930-cu  illərin 
əvvələrindən  başlayaraq  yaranmışdır.  Bu  heç  də  təsadüfi  olmamışdır. 
Həmin  ənənənin  formalaşması  1931-ci  ildə  dahi  bəstəkar  Üzeyir 
Hacıbəylinin  rəhbərliyi  ilə  Respublika  Radiosunun  nəzdində  yaradılan 
Azərbaycanda  xalq  çalğı  alətləri  orkestrinin  fəaliyyəti  təsirindən  irəli 
gəlmişdir.  Belə  ki,  həmin  dövrdən  başlayaraq  tardan  solo  alət  kimi 
bəstəkarlarımızın vokal əsərlərinin ifasında istifadə edilmiş və bu ənənə 
bu günümüzə kimi yaşayır.  
İlk  dəfə  vokal  əsərlərin  tarda  solo  ifasının  təməlini  Ü.Hacıbəylinin 
əsərləri  təşkil  etmişdir.  Bu  haqda  sənətşünaslıq  namizədi,  professor 
Oqtay  Quliyev  bəstəkarlarımızın  vokal  əsərlərinin  tar  musiqi  alətində 
interpretasiyası  haqqında  belə  yazır:  «1932-ci  ildə  kollektivin 
(Respublika  radiosunun  xalq  çalğı  alətləri  orkestri  nəzərdə  tutulur  – 
V.Ə.) ifasında daim səslənən əsərlərdən biri də Ü.Hacıbəyovun «Leyli və 
Məcnun» operasından «Məcnunun atasının ariyası»dır. Bu gözəl ariyanı 
müəllif  solo  tar  və  orkestr  üçün  işləmişdir.  Tarın  bədii  imkanlarını 
göstərmək məqsədilə Ü.Hacıbəyov oxuma partiyasını tarın solo ifasında 
səsləndirmişdir. Bu əsərdə solo tar partiyasının ilk ifaçısı Səid Rüstəmov 
olmuşdur.  
Uzun  illər  keçməsinə  baxmayaraq  bu  gün  belə  kollektivin 
repertuarında  özünə  möhkəm  yer  tutan  həmin  əsəri  bir  çox  görkəmli 


19 
tarzənlərimiz  xalq  çalğı  alətləri  orkestrinin  müşayiəti  ilə  böyük  həvəslə 
ifa edirlər».  
Onu da qeyd edək ki, sonralar bu əsərin ən yaxşı ifaçısı əməkdar artist, 
tarzən Baba Salahov olmuşdur.  
Buradan  belə  nəticəyə  gəlmək  olur  ki,  1932-ci  ildə  Ü.Hacıbəyli  ilk 
dəfə  vokal  əsərlərin  tar  ilə  orkestr  üçün  işlənmə  ənənəsini  yaratmışdır. 
Hansı  ki,  bu  ənənə  bu  günümüzə  qədər  tarzənlərimiz  tərəfindən  davam 
etdirilərək  onların  ifaçılıq  repertuarını  yaratmışdır.  Bu  sahədə  görkəmli 
tarzən, respublikanın xalq artisti Hacı Məmmədovun xidmətlərini xüsusi 
qeyd etmək lazımdır.  
Tarın  səslənmə  tembrinə,  fərdi  ifaçılıq  imkanlarına  uyğun  olan 
Azərbaycan,  Qərbi  Avropa  və  Orta  Asiya  xalqlarının  vokal  və  müxtəlif 
alətlər  üçün  bəstələnmiş  instrumental  əsərləri  fortepiano  müşayiəti  ilə 
tarzənin  ifasında  səsləndirilməsi  geniş  dinləyici  kütləsinin  marağına 
səbəb  olmuşdur.  Onu  da  qeyd  edək  ki,  60-cı  illərdən  başlayaraq 
Azərbaycan  bəstəkarlarının  lirik  səpkili  vokal  əsərlərinin  (xüsusilə 
mahnıların)  H.Məmmədov  tərəfindən  tarda  instrumental  interpretasiyası 
ifaçılıq  baxımından  özünü  doğrultmuş  və  bu  ənənə  tarzənlər  tərəfindən 
hal-hazıra  kimi  davam  etdirilərək  onların  repertuarında  səslənməkdədir. 
Onu da deyək ki, H.Məmmədov nəinki Azərbaycan bəstəkarlarının, digər 
xalqların  mahnı  və  romanslarını  da  zövqlə,  diqqətəlayiq  şəkildə  tarda 
tərənnüm etmişdir.  
Tarda 
lirik 
səpkili 
mahnıların 
H.Məmmədov 
tərəfindən 
interpretasiyası  instrumentallaşdırılaraq  konsert  ifaçılığına  tətbiq 
olunmasını böyük hadisə saymaq olar. Belə əsərlərin tədris proqramlarına 
da  daxil  edildiyi  üçün  bu  ifaçılığın  bəzi  məsələləri  üzərində  elmi-
metodiki baxımından dayanmaq istəyirəm. Bu məqsədlə biz XX əsrin 60-
cı  illərindən  bu  günümüzə  kimi  tarzən  H.Məmmədovun  və  bu  sahədə 
onun ardıcıllarının lent yazılarına müraciət edərək belə nəticəyə gəlmişik 
ki,  Azərbaycan  bəstəkarlarının  vokal  əsərlərini  tar  instrumental 
variantında səsləndirilməsi üçün bir çox aşağıdakı keyfiyyətlər vacibdir.  
Maraqlı  tembrə,  orijinal  səs  sırasına  malik  tarda  Azərbaycan 
bəstəkarlarının tar üçün köçürülmüş əsərlərin tam vokal xarakteristikasını 
vermək, onun milli xüsusiyyətlərini açmaq, bir sözlə, əsərin bütünlükdə 
məzmununu  dinləyiciyə  çatdırmaq  üçün  tarzənin  özünəməxsus  ifa 
interpretasiyası  olmalıdır.  Tarzən  alətin  qeyri-bərabər  temperasiyalı 
xüsusiyyətlərini,  texniki  imkan  mövqeyindən  tarın  tələbatını  bilməlidir. 
O,  musiqimizin  milli  nəbzi  ilə  döyünən  bu  alətin  səslənməsinə  məxsus 
olan incə ifadə vasitələrindən həssaslıqla istifadə etməyi də bacarmalıdır.  
Bunlardan  başqa,  tarzənin  muğam  sirlərinə  dərindən  bələd  olması  və 
onu  ifa  etmək  bacarığı  burada  əsas  rol  oynayır.  Həmçinin,  muğam 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə