Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   2   3   4   5   6   7   8   9   ...   44

13 
cəhətlər  gətirmiş  və  onları  inkişaf  etdirmişdir.  Onun  sənətə  gəlişi  və 
yaradıcılıq fəaliyyəti XX əsrin birinci yarısına təsadüf edir. Ə.Bakıxanov ilk 
təhsilini  İranda  almış,  burada  ustad  tarzənlərdən  tar  ifaçılığının  və 
muğamatın  sirlərinə  dərindən  yiyələnmiş,  1920-ci  ildən  Bakıda  musiqi 
məclislərində  və  konsertlərdə  çalmış,  müəllimlik  etmişdir.  Onun 
yaradıcılığının ilkin dövrü İranın və Azərbaycanın musiqi həyatından aldığı 
bədii  təəssüratlarla  zəngin  olmuşdur.  Məhz  bu  dövrdə  onun  dünyagörüşü, 
zövqü və sənətə baxışları formalaşmış, yaradıcılığı tədricən zənginləşmişdir.  
Sonrakı  mərhələdə  onun  yaradıcılığı  bir  neçə  istiqamətdə  inkişaf 
etmişdir. Birincisi, o, muğam ifaçısı kimi o dövrün mədəni həyatında iştirak 
edir.  Bura  həm  el  şənliklərini,  həm  musiqi  məclislərini,  həm  də  kütlələr 
qarşısında təşkil olunan təbliğat xarakterli konsertləri aid etmək olar. İkinci 
istiqamət  Əhməd  Bakıxanovun  yaratdığı  xalq  çalğı  alətləri  ansamblının 
bədii  rəhbəri  kimi  fəaliyyəti  ilə  bağlıdır.  Üçüncü  istiqamət  Azərbaycan 
muğam sənətinin qorunması və təbliği ilə bağlı fəaliyyəti, onun bəstəkarlarla 
yaradıcı  ünsiyyət  qurması  və  onun  ifasından  muğam  və  xalq  musiqi 
nümunələrinin  nota  yazılması  ilə  əlaqədardır.  Dördüncü  istiqamət  isə 
Əhməd Bakıxanovun müəllimlik fəaliyyətini özündə əks etdirir.  
 Əhməd Bakıxanovun fəaliyyətinin bütün bu göstərilən sahələri bir-birilə 
əlaqəli  surətdə,  qarşılıqlı  zənginləşmə  şəraitində,  eləcə  də  həmin  dövrdə 
cəmiyyətdə  baş  verən  hadisələrlə  bağlı  olaraq,  inkişaf  etmişdir.  Hər  bir 
sahədə də tarzən musiqi mədəniyyəti tarixinə öz dəst-xəttilə tanınan böyük 
musiqi xadimi kimi öz töhfəsini vermişdir. 
Ə.Bakıxanov  ustad  tarzən,  muğam  bilicisi  kimi  Azərbaycanın  şifahi 
ənənəli  professional  musiqisinin  inkişafında  böyük  rol  oynamışdır. 
Çoxcəhətli  yaradıcılığa  malik  tarzən  ifaçılıqla  bərabər,  muğam  sənətinin 
keyfiyyətcə  yaxşılaşdırılması  və  gələcək  nəslə  çatdırılması  məsələsinə 
xüsusi  diqqət  yetirmişdir.  Ə.Bakıxanovun  Azərbaycan  muğam  ifaçılığında 
və  muğamların  təbliğində  böyük  xidməti  var.  Ə.Bakıxanov  muğam 
sənətinin  dərin  bilicisi  olmuşdur.  Xüsusilə  o,  ifaçılıq  təcrübəsində  az  ifa 
olunan  “Nəva-Nişapur”,  “Əbu-əta”  muğamlarının  mahir  ifaçısı  kimi 
tanınmışdır. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq 
ifaçılığında  geniş  yayılmışdır.  Onun  musiqi  məktəbləri  üçün  tərtib  etdiyi 
muğam  proqramı  isə  tar  və  xanəndəlik  üzrə  muğam  tədrisində  bu  gün  də 
istifadə olunur.  
Əhməd  Bakıxanovun  musiqi  sahəsindəki  xidmətlərindən  biri  də  xalq 
çalğı  alətləri  ansamblı  təşkil  etməsindən  ibarətdir.  Bu  sahədə 
Ə.Bakıxanovun  böyük  təcrübəyə  malik  olmasını  xüsusi  qeyd  etmək 
lazımdır. Belə ki, o, dərs dediyi musiqi məktəbində belə ansamblın təşkilinin 
təşəbbüskarı  olmuşdur.  Onu  da  deyək  ki,  həmin  ansambl  əsasən  onun 
tələbələri olan tarzənlər Adil Gəray, Əliağa Quliyev, Orxan Orxanbəyli və 


14 
başqalarından ibarət idi.  
Azərbaycan radiosunun nəzdində xalq çalğı alətləri ansamblının təşkili də 
Əhməd Bakıxanovun adı ilə bağlıdır. Belə ki, 1931-ci ildə o dövrdə Radio 
Komitəsinin  musiqi  rəhbəri  vəzifəsində  çalışan  görkəmli  bəstəkarımız 
Müslüm Maqomayevin təşəbbüsü ilə Şərq ölkələrinə konsert vermək üçün 
Ə.Bakıxanovun rəhbərliyi altında xalq çalğı alətləri ansamblı yaradıldı.  
Xalq çalğı alətlərindən təşkil olunmuş ansamblın tərkibinə simli (tar, ud, 
kamança,  qanun,  saz),  nəfəsli  (zurna,  balaban,  tütək)  və  zərbli  (nağara, 
qoşanağara, şaxşax və s.) musiqi alətləri  qrupları daxildir. Müxtəlif illərdə 
ansambllarda  bu  qruplardakı  alətlərin  sayı  dəyişikliyə  uğramışdır.  Belə  ki, 
xalq  çalğı  alətləri  ansambllarının  tərkibinə  fortepiano,  qarmon,  klarnet, 
gitara və skripka kimi Avropa alətləri də daxil edilmişdir. 
Xalq  çalğı  alətləri  ansamblının  repertuarı  muğam,  təsnif,  rəng,  xalq 
mahnı  və  rəqsləri  əsasında  qurulmuşdur,  eyni  zamanda,  müğənnilərlə 
yaradıcılıq  ünsiyyəti  sayəsində  ansamblın  repertuarı  bəstəkar  mahnıları  ilə 
də  zənginləşmişdir.  Xalq  çalğı  alətləri  ansamblının  əsas  xüsusiyyəti  şifahi 
ənənə  əsasında  (notsuz)  ifa  tərzindən  ibarətdir.  Ansambl  tərəfindən 
xanəndələri müşayiət edərək muğam dəstgahlarının ifa olunması geniş tətbiq 
olunur.  
Ə.Bakıxanov böyük  yaradıcılıq təşəbbüsü göstərərək, ifa olunan musiqi 
nümunələrini  ansambl  üçün  tərtib  edirdi.  O,  muğamların  ifasına  xüsusi 
diqqət  yetirir,  muğam  şöbələrini  müxtəlif  solo  alətlərə  -  tar  və  kamança 
alətlərilə  yanaşı,  ud,  saz,  klarnet,  balaban  kimi  alətlərə  həvalə  edirdi. 
Ə.Bakıxanov  həmçinin,  muğam  dəstgahların  tərkibini  yeni  dəramədlər, 
təsniflər və rənglərlə zənginləşdirirdi.  
Ə.Bakıxanovun  ansambl  ifaçılığına  gətirdiyi  yeniliklərdən  biri 
dəramədlərə  geniş  yer  verilməsi  ilə  bağlı  idi.  Muğam  dəstgahlarının  ifası 
zamanı  Ə.Bakıxanov  musiqi  təcrübəsində  çox  yayılmış  dəraməd  və 
rənglərlə  yanaşı,  özünün  bəstələdiyi  rəngləri  də  ansamblın  ifasında 
səsləndirirdi. Bu da onun yaradıcılığının genişliyini sübut edir, şifahi ənənəli 
musiqi  irsinin  təbliği,  zənginləşməsi  və  yazıya  alınaraq  qorunması 
sahəsindəki fəaliyyətinə təkan verirdi. 
Konsertlərdə  “Segah”,  “Çahargah”,  “Rast”,  “Şur”,  “Humayun”  və  s. 
muğamlar  müxtəlif  xanəndələrin  ifasında  səslənirdi.  Bu  muğamları 
ansamblın  müşayiəti  ilə  Cabbar  Qaryağdı  oğlu,  Həqiqət  Rzayeva,  Yavər 
Kələntərli  və  başqa  xanəndələr  oxuyurdular.  Şövkət  Ələkbərova,  Fatma 
Mehrəliyeva, Tükəzban İsmayılova, Zeynəb Xanlarova və digər sənətkarlar 
da  bu  ansamblla  çıxış  etmişlər.  Ümumiyyətlə,  bir  çox  xanəndələr  və  xalq 
çalğı  alətləri  ifaçıları  məhz  bu  ansamblda  fəaliyyətə  başlamış,  böyük 
sənətkarlıq məktəbi keçərək püxtələşmişlər.  
Hal-hazırda  da  Əhməd  Bakıxanovun  adını  daşıyan  bu  kollektiv 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə