Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

20 
ifaçılıq  qabiliyyətindən  başqa  tarzənin  musiqi-nəzəri  savadı  olması  da 
vacib  şərtlərdəndir.  Belə  ki,  tarzən  muğama  tam  bələdçiliyi  olmaqla 
bərabər  ifa  etdiyi  vokal  əsərin  məqam-lad  və  muğam  köklərini,  musiqi 
formasını  yaxşı  bilməli  və  onu  dərindən  duymalıdır.  Əsərin  melodik 
dilini, səs tessiturasının, lad və muğam xüsusiyyətlərinin nəzərə alınması 
da vacib şətrlərdəndir. Əks təqdirdə vokal əsərin incəlikləri instrumental 
ifada tam ifadə oluna bilməz.  
Bir  maraqlı  cəhəti  də  qeyd  edək.  H.Məmmədov  vokal  mahnı  və 
romansları  ifa  edərkən  əsərin  məzmununu  öz  ifaçı  duyumuna, 
interpretasiyasına  elə  ustalıqla,  həssaslıqla  uyğunlaşdırır  ki,  melodiya 
orijinal  variantından,  yəni  müəllif  dəst-xəttindən  «kənara  çıxır».  Bu  hal 
xüsusilə  Azərbaycan  bəstəkarlarının  muğamla  bağlı  olan  əsərlərində 
özünü daha aydın göstərə bilir. Onu da qeyd edək ki, əsərin xarakterindən 
irəli  gələn  yuxarıda  qeyd  etdiyimiz  «bəstəkar  dəst-xəttindən  kənara 
çıxma» əsərin musiqi məzmununa heç bir xələl gətirmir, əksinə, xüsusilə 
yeni  xalların  əlavə  edilməsi,  yəni,  deyilən  «bəstəkar  dəst-xəttindən 
kənara  çıxma»  əsəri  daha  da  rövnəqləndirir,  dinləyiciyə  xoş  təsir 
bağışlayır və onu qane edir.  
Vokal əsərlərin tarda ifası zamanı muğam pərdələrindən geniş istifadə 
edilir ki, bu da milli vokal sənətimizin xüsusiyyətlərindən irəli gəlir. Belə 
ki, müğənnilərimiz muğamlara əsaslanan əsərləri oxuyan zamanı muğam 
oxuma  sənətinə  xas  olan  1/3,  1/4  tonlardan  istifadə  edirlər.  Tarzənlər 
instrumental 
ifa 
zamanı  melodiyanın  səslənməsində  yuxarıda 
deyilənlərdən istifadə etməklə ondan həm də bəhrələnirlər. 
Bütün  bu  dediklərimizə  nümunə  kimi  H.Məmmədovun  tarda  çaldığı 
«Ana»  mahnısına  müraciət  edək.  Əvvəla  qeyd  etmək  istərdik  ki, 
C.Cahangirovun  səs  ilə  fortepiano  üçün  yazılmış  «Ana»  əsəri  melodik 
dilinə görə «Segah» muğamının intonasiyalarını özündə cəmləşdirmişdir. 
Əsərin  vokal  tessiturası  birinci  oktavanın  «fa  diyez»  səsindən  ikinci 
oktavanın  «lya»  səsinə  kimidir.  Məqam  xüsusiyyətinə  görə  isə  əsərin 
mayə pərdəsi «lya diyez»dir. 
H.Məmmədovun  ifasında  lentə  alınmış  «Ana»  əsərində  isə  melodiya 
«si» mayəli «Xaric segah» yerindədir. Çünki, «Xaric segah» muğamının 
diapazonunda tarın imkanları əsərin mahiyyətinin açılmasına kömək edir, 
bir  növ  bu  diapazonda  tar  özünü  bariz  şəkildə  nümayiş  etdirə  bilir. 
Bundan  başqa,  əsərin  tarda  «Xaric  segah»  yerində  çalınmaqla  mahnının 
həm bəm, həm zil tessiturası əldə edilir.  
«Ana»  əsərinin lent  yazısına qulaq asarkən H.Məmmədovun ifasında 
əsərin  yeni,  özünəməxsus  instrumental  variantı  yaradıldığının  şahidi 
oluruq.  Bu  instrumental  variantda  tarzən  tarı  elə  səsləndirir  ki,  onun 
melodik  xəttində  sanki,  «Xaric  segah»  muğamının  ifadə  vasitələri 


21 
nümayiş  etdirilir.  Bu  səciyyəvi  cəhət  əsərin  ideyasına  uyğun  olaraq 
Azərbaycanlı  ananın  daxili  aləminin,  onun  hisslərinin  daha  qabarıq 
açılması üçün bir vasitə olur.  
Azərbaycan  bəstəkarlarının  vokal  əsərlərinin  tarda  ifası  zamanı 
muğam  pərdələrindən  istifadə  nədən  irəli  gəlir?  Hər  şeydən  əvvəl,  bu 
Azərbaycan  mili  vokal  oxuma  xüsusiyyətlərindən  irəli  gəlir.  Çünki, 
Azərbaycan  müğənniləri  muğamlara  əsaslanan  vokal  əsərlərin  ifası 
zamanı muğama xas olan yarım tondan kiçik tonlardan və melizmlərdən 
istifadə edirdilər. Bu səciyyəvi xüsusiyyətə malik olan əsərlərə müraciət 
edən  tarzənlər  də  öz  çalğılarını  vokal  oxumaya  uyğun  tərzdə 
interpretasiya  edirlər.  Onu  da  qeyd  edək  ki,  Azərbaycan  bəstəkarlarının 
vokal əsərlərindən başqa tar üçün köçürülmüş rus Qərbi Avropa və dünya 
xalqlarının iri və kiçik həcmli əsərlərində muğam pərdələrindən istifadə 
olunmur. Çünki, bu əsərlərin ifası ciddi temperasiya sisteminə əsaslanır.  
Yuxarıdakı  fikirlərlə  əlaqədar  olaraq  tarzən  Hacı  Məmmədov 
C.Cahangirovun qeyd olunan vokal əsərinin orijinal variantında «fa diyez 
mayəli  segah»  üzərində  yazılmasına  baxmayaraq,  tar  alətinin  səslənmə 
imkanını,  ən  əsası  mahnının  hansı  segah  üzərində  daha  mükəmməl 
səslənməsini  əsas  götürərək  onu  si  mayəli  «Xaric  segah»  kökündə  ifa 
edir.  Əsərin  ifası  göstərir  ki,  tarzən  səslənmə  imkanının  yerini  düzgün 
nəzərə almışdır.  
Əvvəla, onu qeyd edək ki, «Xaric segah» muğam kökü tarda ən təsirli 
səslənməyə malikdir. Digər tərəfdən, bu kök mahnının diapazonuna tam 
uyğun  gəlir  ki,  bütün  bunlar  da  mahnıdakı  emosional  ovqatın,  ana 
məhəbbətinin,  musiqinin  təsir  gücünün  ifaçı  tərəfindən  dinləyiciyə 
çatdırıla bilməsinə lazımi imkan yarıdır.  
H.Məmmədov  bu  əsəri  ifa  edərkən  ona  öz  instrumental  əlavəsini  də 
edir, yəni mahnının içərisində segah muğamının melodiyasından istifadə 
edir.  Tarzənin  bu  əlavəsi  mahnının  məzmununa  tam  uyğun  gəldiyindən 
onu  daha  da  zənginləşdirir,  əsərin  emosional  təsirini  artırır  ki,  nəticədə 
mahnı dinləyici tərəfindən daha zövqlə, daha həvəslə qavranılır.  
Hacı Məmmədovun ifasındakı «Ana» mahnısının tarda ifası da məhz 
yuxarıda  qeyd  olunan  keyfiyyətlərə  görə  musiqisevərlərin  qəlbinə  yol 
tapa bilmiş, onların əbədi rəğbətini qazanmışdır. Sənət adamları arasında 
belə  deyirlər  ki,  yaxşı  ifaçı  əsərin  ikinci  müəllifidir.  Bu  mənada 
C.Cahangirovun  «Ana»  mahnısının  əvəzolunmaz  vokal  ifaçısı  Rəşid 
Behbudov  və  əvəzolunmaz  instrumental  ifaçısı  Hacı  Məmmədov  onun 
ikinci  müəllifləridirlər.  Həqiqətən  də  H.Məmmədov  «Ana»  mahnısının 
ən yaxşı instrumental variantını yaratmışdır. 
Bu  tipli  mahnılardan  F.Əmirovun,  Niyazinin,  V.Adıgözəlovun, 
S.Ələsgərovun,  S.Rüstəmovun,  H.Xanməmmədovun,  Ş.Axundovanın  və 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə