Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

27 
“hamımızın boynunda Bəhram Mansurovun böyük müəllimlik haqqı var. 
O,  hamımızın  zəhmətini  çox  çəkib.  Onun  çalğısını  eşitdikdə  oxumaya 
bilmirəm”. (3) 
Sadaladığımız  xidmətlər  Bəhram  Mansurovun  Azərbaycan  opera 
sənəti  üçün  inanılmaz  dərəcədə  əvəzolunmaz  fəaliyyətini  açıq-aydın 
göstərir. Əlbəttə ki, bu qədər zəhmət dövlətimiz tərəfindən öz qiymətini 
tapmalı idi. Tanınmış ustad – tarzən 1956-cı ildə Azərbaycanın Əməkdar 
Artisti,  1978-ci  ildə  Azərbaycanın  Xalq  Artisti  fəxri  adlarına  layiq 
görülmüş,  1959  və  1967-ci  illərdə  isə  “Şərəf”  ordeni  ilə  təltif 
olunmuşdur.  
Geniş  yaradıcılıq  fantaziyası,  virtuoz ifa, dəqiq,  incə musiqi  duyumu 
kimi  xüsusiyyətlər  B.Mansurovun  solist-tarzən  obrazını  təsvir  edən 
cəhətlərdir.  Xanəndənin  səhnədə  yaratdığı  obrazın  emosionallığını 
artırmaq  üçün  müşayiətçi  alətin  rolu  böyükdür.  Çünki  tarın  müşayiəti 
olmadan  muğam  operasını  təsəvvür  etmək  mümkün  deyildir.  O,  məhz 
xanəndəyə  ifadan  əvvəl  giriş-başlanğıc  verir,  onun  səsinə  bir  növ 
“qüvvət” gətirir, aktyorun roluna bütünlüklə daxil olmasına yol göstərir. 
Deməli,  muğam  operalarında  qəhrəmanların  xarakterinə  uyğun  əhval-
ruhiyyəni  yaradan da tar aləti, daha doğrusu, onu səsləndirə bilən ustad-
tarzəndir.  Klassik  operada  bu  vəzifə  ümumən  orkestrin  üzərinə  düşür. 
Amma muğam opera bu cəhətdən öz fərdi, spesifik xüsusiyyətini bir daha 
sübut edir ki, burada tarzən-solist demək olar, bir bəstəkar qədər yaradıcı 
surəti ilə seçilir. Hətta bəstəkardan da məsuliyyətli vəzifənin öhdəsindən 
gəlmək ustalığı tarın üzərinə düşür. Bəstəkar hər qəhrəmanın ifa edəcəyi 
muğam  parçasının  mətnini  və  tamaşadakı  yerini  qeyd  edir.  Tarzən  isə 
əyani  olaraq  bəstəkarın  təsəvvüründə  olan  mənzərəni,  səhnəni  tama-
şaçıların  gözündə  canlandırmalıdır.  Eyni  zamanda  müxtəlif  musiqi 
nömrələrinin  vahidliyini  yaratmağa  müvəffəq  olmaq  da  məhz  muğam 
operalarında tarzənin öhdəsinə düşür. 
Adətən  tarzən  xanəndənin  çıxışına  giriş  verənə  kimi  daha  çox 
improvizə üsullarından istifadə edir. B.Mansurov bəzən öz improvizəsini 
xanəndənin  solo  ifası  zamanı  da  davam  etdirmək  bacarığına  yiyələn-
mişdi. Eyni zamanda istedadlı tarzən tarın ifasını orkestrə də daxil edirdi. 
İmprovizə  ilə  yanaşı,  B.Mansurov  operada  bəstəkarın  fikrinə  də 
dəqiqliklə  riayət  edirdi.  Ümumiyyətlə,  onun  tarı  ilə  orkestr  partiyası 
arasında  dərin  üzvi  əlaqə  həmişə  heyrət  doğururdu.  B.Mansurovun 
müşayiəti  xanəndənin  səsini  heç  zaman  üstələmir,  əksinə,  operada 
qəhrəmanların  hiss  və  həyəcanlarını  hiss  etdirməkdə  ifası  ilə  onlara 
köməklik  göstərirdi.  Bir  sözlə  demək  olar  ki,  musiqili  səhnə  əsərlərinin 
rəhbəri  kimi  çıxış  edirdi.  Bu,  əlbəttə  ki,  onun  illərlə  əldə  etdiyi 
təcrübəsinin nəticəsidir.  


28 
B.Mansurovdan  sonra  Azərbaycan  Opera  teatrında  onun  yolunu  bir 
çox  tarzənlər  davam  etdirmişlər.  Əlikram  Hüseynov  adını  çəkə  bilə-
cəyimiz  ifaçılarımızdandır.  Daha  sonra  B.Mansurovun  oğlu  Elxan 
Mansurov,  hal-hazırda  isə  onunla  yanaşı,  gənc  ifaçı-tarzən  Elçin 
Həşimov və kamançaçalan Elnur Əhmədov da Opera və Balet Teatrının 
orkestrində  çalışırlar.  Onlar  tamaşaya  qoyulan  muğam  operaları  və 
klassik  operalarımızın  səhnələşdirilməsində  B.Mansurov  ənənələrinə 
yiyələnərək,  onun  ifa  üslubundan  bəhrələnərək  özlərinə  xas  çalğı 
texnikası nümayiş etdirirlər.  
 Əlbəttə,  bütün  dediklərimizlə  Bəhram  Mansurovun  milli  opera 
sənətindəki  rolu  tamamlanmır.  Bu  mühüm  məsələ  musiqişünaslığımız 
tərəfindən bir vəzifə kimi qarşıya qoyulmalıdır. Onun yaradıcılığına həsr 
olunmuş  elmi  işlər,  dissertasiyalar  öz  aktuallığı  ilə  gənc  alimlərin 
tədqiqat  obyektinə  çevrilməlidir.  Ümidvarıq  və  inanırıq  ki,  Azərbaycan 
tarını,  muğamları  zirvələrə  qaldıran  Bəhram  Mansurovun  adı,  sənəti  və 
musiqi  mədəniyyətimizin  tarixində  göstərdiyi  “nəhəng”  xidmətləri 
həmişə yad ediləcək, əbədi yaşayacaqdır. 
 
Ədəbiyyat siyahısı 
1.
 
Э.  Абасова.  Тарист  Бахрам  Мансуров.  «Советский  композитор»  Москва, 
1977 
2.
 
F. Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı, Yazıçı, 1985 
3.
 
Ə. İsazadə və X. Quliyev. Bəhram Mansurov. İşıq, 1982 
 
РЕЗЮМЕ 
Творческая деятельность Бахрама Мансурова в оперном театре 
 
Бахрам Мансуров известен как талантливый тарист Азербайджана. В этом го-
ду  отмечается  100-летний  юбилей  известного  тариста.  В  статье  стараемся  отме-
тить заслуги Б. Мансурова в оперном театре. 
 
Ключевые слова: Опера – мугам, Бахрам Мансуров, исполнение на таре. 
 
SUMMARY 
Bahram Mansurov’s opera activity 
 
Bahram Mansurov is a distinguished Azerbaijan tar player and master. This year is 
100 years of his birthday anniversary. We intend to highlight Bahram Mansurov’s mer-
its in opera by exploring his activities in this sphere. 
Key words: Opera – mugam, Bakhram Mansurov, performing the tar. 
 
Rəyçilər:   AMK-nın professoru Ağasəlim Abdullayev
AMK-nın professoru Möhlət Müslümov. 


29 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Alətşünaslıq       Органология 
 
Munis ŞƏRİFOV  
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi 
 
XANƏNDƏ VƏ SAZƏNDƏ DƏSTƏLƏRİNİN TARIXI ROLU, UD 
VƏ QANUN MUSIQI ALƏTLƏRI 
 
Açar sözlər: muğam, üçlük (trio), ud, qanun.  
Muğamın əsl ifaçısı xanəndədir. Daha doğrusu, muğamın oxunmasına 
ayrı-ayrı  ifaçıların,  din  xadimlərinin  və  s.  təsadüf  edilə  bilər.  Əsrin 
əvvəllərində  muğamın  dəstgah  halı  ən  çox  xanəndə  və  sazəndə 
repertuarında  səslənirdi  və  onun  əsl  ifaçıları  elə  xanəndə,  həmçinin 
sazəndələr sayılırdılar. Belə dəstələr xalq arasında, xüsusilə iri şəhərlərdə 
böyük  hörmət  və  ehtiramla  qarşılanırdı.  Sazəndə  dəstələri  təkcə 
Azərbaycanda  deyil,  o  dövrdə  bütün  Qafqazda  məşhur  idi.  Keçən  əsrdə 
(XIX)  bir  neçə  il  Tiflisdə  yaşayıb-yaratmış  rus  şairi  Y.Polonski  yazırdı: 
"Gürcüstanda  əvvəlki  kimi  sazəndəçilər  fəxri  yer  tutur  və  xalq  arasında 
özlərinə çoxlu pərəstişkar dinləyici tapmışlar". 
Xanəndə 
və 
sazəndə 
dəstələrinin 
repertuarı  təkcə  muğam 
dəstgahlarından ibarət deyildi. Belə qrupların repertuarına xalq mahnıları, 
rəqslər  və  müxtəlif  janrları  əhatə  edən  vokal-instrumental  əsərlər  daxil 
ola  bilərdi.  Xanəndə  və  sazəndə  dəstələrinin  gördüyü  işi  dahi 
bəstəkarımız  Üzeyir  Hacıbəyli  daha  obrazlı  şəkildə  vermişdi:  "Xanəndə 
və sazəndə dəstəsi əksər üç nəfərdən ibarət olur ki, onlardan biri oxuyar, 
təğənni  edər,  digəri  "tar"  və  üçüncüsü  isə  "kamança"  çalar,  bu  dəstənin 
əhli  bütün  muğam  və  dəstgahları  lazımınca  bilməlidirlər.  Ələlxüsus 
xanəndə, bir çox şeir, qəzəl və təsniflər hafizində saxlamalıdır; tar çalan 
dəxi  dəstgahların  yollarını  yaxşıca  bilməlidir  ki,  xanəndəyə  "rəhbərlik" 
etsin,  yəni  xanəndə  bir  "guşə"ni  oxuduqdan  sonra  onun  dalınca  gələn 
guşəni  çalıb  xanəndəni  qızışdırsın,  kamança  isə  əksərən  tar  çalan; 
xanəndə gözəl səsə malik olub, ustadını tərənnüm etməkdən əlavə bir də 
"zərb"  alətindən  olan  "qaval"ı  da  ustalıqla  çala  bilməyə  borcludur  ki, 
"rəng"  və  "təsnif"lərə  keçdikdə  "bəhr"  tuta  bilsin.  Xatırladaq  ki,  on 
doqquzuncu  yüzillikdən  ta  bu  günümüzə  qədər  sazəndə  dəstələrinin  say 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə