Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

47 
Respublikanın  xalq  artisti  Hüseynağa  Hacıbababəyovun  adını  çəkmə-
liyik.  Onu  da  deyək  ki,  Hacıbababəyov  hələ  1912-ci  ildən  opera  səh-
nəsində  baş  rolların  ifaçısı  idi.  Üzeyir  Hacıbəylinin  “Leyli  və  Məcnun” 
operasında  Məcnunu,  “Əsli  və  Kərəm”  operasında  Kərəmi,  “Arşın  mal 
alan”  musiqili  komediyasında  Əsgər  və  Süleymanın  partiyalarını  yarat-
mışdır. Yüksək tenor-altino səsinə malik olan H.Hacıbababəyov əvvəllər 
qadın rollarında da müvəffəqiyyətlə çıxış edərdi. O, Leyli, Əsli, Gülçöhrə 
və  haqqında  söz  açdığımız  “Şah  İsmayıl”  operasında  Gülnaz  rolunun 
gözəl  ifaçısı idi. Eyni  zamanda H.Hacıbababəyov o dövrdə Şah  İsmayıl 
rolunda da tez-tez çıxış edirdi.  
Şah  İsmayıl  rolunu  Respublikanın  xalq  artisti  Əlövsət  Sadıqov  da 
şövqlə yaratmışdır.  
Bu  obrazda  sonralar  Arif  Babayev,  Baba  Mahmudoğlu,  Canəli 
Əkbərov,  Qulu  Əsgərov,  Bakir  Haşımov,  Əli  Mehdiyev  və  başqaları 
müvəffəqiyyətlə çıxış etmişlər. 
“Şah  İsmayıl”  operasında  Aslan  şahın  obrazın  yaratmış  bariton  səsə 
malik  professional  müğənni,  Respublikanın  xalq  artisti  Məmmədtağı 
Bağırovu xüsusi qeyd etmək lazımdır.  
Məmmədtağı  Bağırovdan  sonra  bu  obrazı  uzun  illər  Respublikanın 
xalq artisti Ağababa Bünyatzadə oynamışdır. Onu da deyək ki, Aslan Şah 
rolunda rus aktyorları da oynamışlar. Biz xüsusilə Nikolskinin və Levinin 
adını  qeyd  etmək  istərdik.  Bu  nə  ilə  əlaqədardır?  Azərbaycan  opera 
teatrında  əvvəllər  həm  kişi  və  həm  də  qadın  səsləri  çatışmırdı.  Bunun 
üçün  də  bariton  və  bas  səs  tələb  edilən  partiyalarda  rus  aktyorları  çıxış 
edərdilər.  Özü  də  Azərbaycan  dilində.  Xatırladaq  ki,  Nikolski  sonralar 
“Şahsənəm” operasında Bəhram bəyin, “Koroğlu”operasında isə İbrahim 
xanın rolunda oynamışdır.  
Onu  da  qeyd  edək  ki,  Alsan  şahın  I  pərdədən  ariyasını  siz  dəfələrlə 
bəstəkarın  nəvəsi  SSRİ  xalq  artisti  Müslüm  Maqomayevin  ifasında 
eşitmisiniz.  
Aslan şah rolunda Qafar Əliyev, Şahlar Quliyev, Əli Haqverdiyev də 
məharətlə oynamışlar.  
Ərəbzəngi  obrazından  söz  açarkən  onu  demək  olar  ki,  bu  obraz 
qəhrəmani,  igid,  cəsur  xüsusiyyətləri  özündə  əks  etdirən  ilk  qadın 
obrazıdır. Bu obrazın ilk ifaçılarından biri olan Respublikanın xalq artisti 
Həqiqət  Rzayevanın  adını  çəkməliyik.  Həqiqət  Rzayevanın  yaradıcılıq 
həyatında Ərəbzəngi onun ilk böyük roludur. Aktrisa özü bu rolda çıxış 
etməyini  belə  xatırladır:  “Mən  bu  rolda  ilk  qadınam  ki,  artistlərdən  Əli 
Zülalovun  və  Məhəmmədtağı  Bağırovun  başından  qadın  parikini 
çıxartmışam”. Doğrudan da Həqiqət Rzayevaya qədər Ərəbzəngi rolunda 
həmişə  kişi  aktyorları  çıxış  etmişlər.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
Həqiqət  Rzayeva  böyük  səhnəyə  qədəm  qoyan  ilk  qadın  muğam 


48 
ifaçılarındandır. O, bir sıra rolların mahir ifaçısı idi. Üzeyir Hacıbəylinin 
opera  və  musiqili  komediyalarında  H.Rzayevanın  Leyli  (“Leyli  və 
Məcnun”),  Əsli  (“Əsli  və  Kərəm”)  və  s.  obrazlarını  oynaması  milli 
musiqi tariximizdə yüksək yer tutmuşdur. 
Həqiqət  Rzayevadan  sonra  Ərəbzəngi  rolunun  mahir  ifaçısı  Respub-
likanın xalq  artisti Gülxar Həsənova sayılır. Gülxar Həsənova həmçinin 
“Leyli  və  Məcnun”  operasında  Leyli  və  Leylinin  anasını,  “Əsli  və 
Kərəm” operasında Əslini, “Koroğlu” operasında Xanəndə qızı və başqa 
obrazların yaradıcısı olmuşdur. 
Onu da deyək ki, Ərəbzəngi obrazını bir neçə il orijinal ifaçılıq üslubuna 
malik  Respublikanın  xalq  artisti  Rübabə  Muradova  gözəl  yaratmışdır.  Bu 
rolda həmçinin Simuzər Hətəmova da bir neçə il çıxış etmişdir.  
Gülzar obrazının gözəl  ifaçılarından biri ilk Azərbaycan professional 
qadın  müğənnisi,  SSRİ  xalq  artisti  Şövkət  Məmmədovanın  adını 
çəkməliyik.  Bu  rolda  uzun  illər  SSRİ  xalq  artisti  Firəngiz  Əhmədova 
çıxış  etmişdir.  Gülzar  rolunu  Gülnarə  Əhmədova,  Dilarə  Babayeva, 
Xədicə Babayeva və başqaları da oynamışlar.  
Gördüyümüz kimi, Müslüm Maqomayevin “Şah İsmayıl” əsəri opera 
sənətinin inkişafında, eləcə də yeni klassik opera üslubunun yaranmasına 
təkanverici bir qüvvə kimi böyük və əhəmiyyətli rol oynamışdır.  
 
Ədəbiyyat siyahısı 
1.
 
Əbdülqədir İsmayılzadə. Məktub. “Sədayi-həqq” qəzeti, 26 aprel 1913-cü il. 
 
РЕЗЮМЕ 
Тогрул Асадуллаев 
Статья  посвящена  опере  «Шах  Исмаил»  Муслима  Магомаева.  Здесь  осве-
щается  информация  о  история  создания  оперы,  новые  характерные  черты,  сово-
купность  принципов  мугамной  оперы  с  Европейскими  музыкальными  формами, 
богатство музыкального языка и первые исполнители главных образов. 
Ключевые слова: Мугам-опера, либретто, Мирза Абдулгадир Исмаилзаде. 
 
SUMMARY 
Togrul Asadullayev 
The article is devoted to the opera "Shah Ismail" of Muslim Magomaev. Author no-
ticed history of opera, innovation features, coordination of the principles of the mugham 
opera and forms of European music, richness of the musical language and information 
about the first performers of the main images of opera were reflected. 
Key words: Mugam-opera, libretto, Mirza Abdulgadir İsmailzadeh. 
 
Rəyçilər:   Professor Ramiz Zöhrabov
Professor Fəxrəddin Dadaşov.               
 


49 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Bəstəkarların yaradıcılığı       Творчество композиторов 
 
Malik QULİYEV 
Azərbaycan Milli Konservatoriyasının professoru 
 
Arzu QULİYEVA  
Azərbaycan Milli Konservatoriyasının dosenti 
 
AZƏRBAYCAN HƏSRƏTİLƏ YAŞAYAN BƏSTƏKAR 
(Əli Səliminin xatirəsinə həsr olunur) 
  
Açar sözlər: Azərbaycan, Əli Səlimi, “ Ayrılıq ”, tar
Əli  Səliminin  adı  Azərbaycanda  ilk  növbədə  bir  bəstəkar  kimi  tanınır. 
Həm musiqiçilər, həm də musiqiçi olmayanlar belə onun məşhur “Ayrılıq” 
mahnısını  çox  gözəl  bilirlər.  Hətta  bir  çoxları  müəllifin  kimliyinin  fərqinə 
varmadan,  bundan  xəbərsiz  olanlar  belə,  bu  mahnının  heç  olmasa  birinci 
bəndinin  sözlərini  zümzümə  edərək  oxuyurlar.  Yaddaşlarda  həkk  olan, 
ürəklərdə yer tapan, ayrılıq həsrəti ilə yaşayan hər bir kəsin özəl duyğularını 
titrədən  melodiya  sanki  “insan  damarlarındakı  qanı  dondurur”,  bir  neçə 
dəqiqəlik də olsa əsəblərimizə sakitlik gətirir, düşündürür, özümüzdən asılı 
olmayaraq bizi xəyallar aləminə aparır, yaddaşımızı vərəqləyir. Sanki harasa 
tələsərək  gedən,  fikrində  onlarla  problemi  olanların  qulaqları  “Ayrılıq” 
mahnısının sədalarını eşitdikdə istər-istəməz ayaq saxlayır, bir anlıq da olsa, 
problemlərindən  uzaq  olur,  həyatın  keşməkeşliyini  unudur.  Bu  mahnının 
sehrindən  feyzyab  olmamaq  mümkün  deyildir.  Sözləri  musiqini,  musiqisi 
isə sözlərini tamamlayan mahnı bütün dünyanı dolaşaraq neçə-neçə qəlbləri 
riqqətə gətirmişdir. Məşhur türk və Azərbaycan müğənniləri - Əməl Sayın, 
Ququş, Zəki Müren, Rəşid Behbudov son dövrlərdə isə Yaqub Zurufçunun 
ifasında  səslənərək  Türkiyədən,  İrandan  başlamış,  Amerika,  Balkan 
ölkələrinə  qədər  bir  çox  məmləkətlərin  konsert  salonlarında,  televiziya 
kanallarında  bu  günə  kimi  “Ayrılıq”  mahnısı  səslənir.  Əcnəbilər 
mahnının sözlərini anlamasalar da, musiqisini heyranlıqla dinləyirlər.  
Belə  gözəl  sənət  nümunəsi  yaradanların  həyatı,  yaradıcılığı  bəzən 
diqqətdən  kənarda  qalır.  Onların  haqqında  doğru-dürüst  məlumatımız 
belə  olmur.  Əli  Səlimi  də  bu  şəxsiyyətlərdən  biridir.  İranda,  cənubi 
Azərbaycanda  adı  çox  yaxşı  tanınan  musiqiçi  haqqında  biz  daha  az 
məlumata  sahibik.  Bu  səbəbdən  də  hazırki  məqaləmizi  məhz,  məşhur 
“Ayrılıq” mahnısının müəllifi olan bəstəkarımız Əli Səlimiyə həsr etməyi 
qarşımıza  məqsəd  qoymuşuq.  Əli  Səlimi  odlar  yurdu  Azərbaycanımızın 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə