Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə27/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

66 
Bakı,  Şamaxı  və  Şuşa  musiqi  məclislərində  ifa  edilən  muğamlar 
arasında  fərqlərdən  biri  xanəndələrin  qəzəlin  tələffuzü  zamanı,  yerli 
ənənəyə  xas  dialektin  ahənginə  uyğun  boğazların  işlədilməsi  və  yerli 
ifaçıların daha çox istifadə etdikləri muğamlara üstünlük verməsi idi.  
Azərbaycan vokal sənətinin banisi sayılan Bülbül öz geniş yaradıcılıq 
irsində xanəndəlik məktəblərinin bir-birindən fərqlənməsi məsələsinə bir 
sıra  elmi  məqalələr  həsr  etmişdir.  O,  xanəndəlik  sənəti  ilə  aşıq  oxuma 
üslubu  arasında  müqayisə  apararaq,  hər  iki  oxuma  üslubunun  bəzi  spe-
sifık  cəhətlərini  layiqincə  göstərməyə  müvəffəq  olmuşdur.  «Azərbay-
canda  oxuma  məktəbi»  məqaləsində  Bülbül  yazırdı:  «Cabbar  Qaryağdı 
oğlu  Azərbaycan  xalq  mahnılarını  ifa  etməyə  başlayan  və  tədricən  fars 
dilli mətndən uzaqlaşan ilk müğənnilərdən biri olmuşdur
 
(3, с. 138).  
Onu da qeyd etmək lazımdır ki, Cabbar Qaryağdı oğlunun fars mətni 
əsasında mahnı və ya təsnif oxumasını fars musiqi nümunəsi kimi qəbul 
etmək  düzgün  deyil.  Xanəndə  sadəcə  əvvəllər  oxuduğu  mahnıların, 
təsniflərin  sözlərini  məclisin  tələbinə  uyğun  olaraq  fars  dilində,  lakin 
həmişə sırf Azərbaycan milli musiqi üslubuna xas şəkildə oxuyardı. 
Cabbar  Qaryağdı  oğlu  2,5  oktava  səs  diapazonuna  malik  mahir 
ханяндя  olmuşdur.  Azərbaycan  oxuma  üslubunu  birinci  olaraq  o, 
yaratmışdır.  Cabbar  fars  dilində  yüzdən  artıq  təsnifı  gözəl  oxumaqla 
bərabər,  xalq  yaradıcılığından,  başlıca  olaraq  aşıq  yaradıcılığından 
istifadə edərək Azərbaycan dilində də bir o qədər təsnif yaratmışdır. Bu, 
o zaman üçün olduqca cəsarətli bir addım idi, bunun nəticəsində müğənni 
öz auditoriyasını itirə bilərdi. O, öz sənətkarlığı ilə geniş kütlələrin şöhrət 
və məhəbbətini qazandığına görə belə olmadı. Cabbarın gətirdiyi yenilik 
Azərbaycanın  orijinal  vokal  üslubunun  təşəkkülündə  və  daha  da  inkişaf 
etdirilməsində çox böyük rol oynamışdır» (3, с. 139).  
Aşıq oxuma üslubu ilə xanəndə oxuma tərzi arasında saysız paralellər 
aparan Bülbül maraqlı məsələlərə toxunur. Onun fıkrincə, hər iki oxuma 
üslubları  arasında  bir-birini  tamamlayan  çoxlu  spesifık  cəhətlər  vardır. 
Məsələn o yazır ki, «Aşıq auditoriyasında onun həm oxuma orijinallığını, 
həm  də  ifaçılıq  üsulu  və  üslubunu  lazımınca  qiymətləndirməyi  bacaran 
adamlar  həmişə  tapılar».  Bülbül  göstərirdi  ki,  ifaçı  modulyasiya  etməyi 
bacarmalı,  xüsusən  sinə  səsi  ilə  zildən  oxumaq  ustalığına  mükəmməl 
yiyələnməlidir.  Son  dərəcə  yüksək  səslə  oxumaq  bacarığına  xüsusilə 
böyük əhəmiyyət verilirdi. 
Musiqini yaxşı bilən adamlar bədii gözəlliyi olmayan, yekrəng, «duz-
suz» səsi «ağ səs», aydın tembri olmayan səsi isə «qara səs» adlandırırlar. 
İşlənməmiş,  xam  səsə  «cır  səs»  deyilir.  Yaxşı  ahəngdar  səs  «yağlı  səs» 


67 
adlandırılır.  Xüsusi  yumşaqlığı  və  tembr  gözəlliyi  ilə  fərqlənən,  xoşa 
gələn  və  dinləyicilərdə  rəğbət  oyadan  «məlahətli  səs»  yüksək  qiymət-
ləndirilir. Səsləri təkcə onlarm tembrinə və növlərinə görə deyil, həm də 
emosional səslənmə çalarlığına görə fərqləndirirlər. «Dəyərli səs» termini 
buna misal ola bilər» (3, с. 139).  
Bülbülün yuxarıda qeyd etdiyi oxuma sənətinin meyarları bütövlükdə 
xanəndəlik  sənətində  öz  yerini  tutmuşdur.  Həmin  terminlər  xanəndəlik 
sənətində bu gün də istifadə olunur. 
Xanəndələr  öz  sənətlərini  nəsildən-nəslə  ötürməklə  yanaşı,  ifaçılıq 
üslubu  haqqında  dəyərli  tövsiyələrini  də  gənc  xanəndələrə  çatdırmışlar. 
Bu  baxımdan  dövrünün  məşhur  xanəndələrindən  biri,  Qarabağ  mək-
təbinin  nümayəndəsi  Mirzə  Muxtarın  tövsiyələri  diqqətəlayiqdir.  O, 
Şuşada  muğam  məclislərində  görkəmli  xanəndələrin  məsləhətlərini 
dəfələrlə  sınaqdan  keçirərək,  səsin  qorunma  və  inkişaf  etdirilməsi,  ifa 
zamanı  nəfəsin  alınıb-verilməsi  qaydalarını  gənc  xanəndələrə  də 
öyrədirdi.  Ə.Bədəlbəyli  «İzahlı-monoqrafık  musiqi  lüğəti»ndə  Mirzə 
Muxtarın tövsiyələrini dərc etmişdir. Onlara nəzər salaq. 
Mirzə Muxtarın mülahizələrinə görə, «səs işlədikcə açılır». Oxuma adi 
danışıq  kimi  sərbəst  olmalıdır.  Oxumağın  ən  ümdə  şərti  düzgün  nəfəs 
almaqdır.  Xanəndə  oxuduğu  zaman  sakit,  heç  bir  tövşüməyə  yol  ver-
mədən,  səssiz  nəfəs  almağa  çalışmalıdır.  Nəfəsi  ağızdan  yox,  burundan 
almaq lazımdır. Bunun səbəbini Mirzə Muxtar belə  izah edirdi ki,  hava 
ağız vasitəsilə ciyərlərə getdikdə, boğazın qurumasına səbəb ola bilər. O, 
həmçinin, qeyd edirdi ki, xanəndə oxuma zamanı boynunu və çiyinlərini 
sərbəst saxlamalıdır. Çünki hər bir kəskin hərəkət boğaza zərərdir. 
Mirzə Muxtar bəzi xanəndələrin oxuyan zaman alt çənəsini sağa-sola 
hərəkət  etdirməsini  böyük  səhv  hesab  edir  və  bunun  heç  vaxt  səsi 
artırmadığını  göstərir.  O,  xanəndələrə  məsləhət  görürdü  ki,  evdə  güzgü 
qabağında həm bəmdə, həm də zil pərdələrdə bir müddət oxusunlar və bu 
zaman  sifətlərinin  nə  hala  düşdüyünü  izləsinlər.  Çünki  oxuyan  zaman 
sifətin əyilməsi böyük nöqsan sayılır və bundan uzaqlaşmaq lazımdır. 
Mirzə  Muxtar  həmçinin,  xanəndələrin  nəzərinə  çatdırırdı  ki,  zil 
pərdələrdə oxuyan zaman ağızı həddən artıq açmaq lazım deyil, ona görə 
ki,  əngin  aşağı  sallanması  boğazın  yolunu  daraldır,  bu  isə  səsin 
dolğunluğunu  azaldır.  O,  öyrədirdi  ki,  heç  vaxt  olduğundan  daha  güclü 
səs  çıxarmağa  cəhd  etməyin,  чцнки  бунун  heç  bir  faydası  yoxdur. 
«Qışqıraraq  oxuyan  həm  dinləyicinin  zəhləsini  tökər,  həm  də  axırda 
özünün səsini batırar». Onun fikrincə, oxuma zamanı müxtəliflik xatirinə 
hərdənbir burunda, yəni ağzı yumulmuş halda oxumaq çox gözəl üsuldur 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə