Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə28/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

68 
və hər bir xanəndə bunu bacara bilmir. Çünki bu üsul əsil məharət tələb 
edərək,  səsi  bir  müddət  burunda  uzatdıqdan  sonra  ehmallıca  ağıza 
keçirtməkdən  ibarətdir.  Gərək  burada  heç  bir  sərt  səs  ayrılığı  hiss 
olunmasın.  Mirzə  Muxtar  qeyd  edir  ki,  Qarabağ  xanəndələri  arasında 
yalnız  Seyid  Şuşinski  burunda  oxumaq  üsulundan  məharətlə  istifadə 
etməyi bacarırdı. 
O,  xanəndələrə  səsin  diapazonunu  artırmaqla  əlaqədar  da  bəzi 
tövsiyələr  vermişdir.  Belə  ki,  «səsin  həcmini  istər  bəm,  istərsə  də  zil 
pərdələrə  doğru  çox  böyük  ehtiyatkarlıqla,  ehmalca,  tədricən,  pillə-pillə 
genişləndirmək lazımdır.» Səs rəvan olduğu qədər qıvraq, oynaq olduğu 
qədər də səlis, dayanıqlı və axıcı olmalıdır. 
Mirzə  Muxtar  göstərirdi  ki,  səsi  süni  surətdə  gücləndirmək  və 
həddindən  ziyadə  bərkdən  (ucadan)  oxumağa  cəhd  etmək  zərərlidir,  o 
cümlədən,  zümzümə  aludəçiliyi  də  ziyandır.  Çünki  bunların  hər  ikisi 
boğaz  əzələlərinin  düzgün  inkişaf  etməsinə  mane  olur.  Nəhayət  o, 
fıkirlərini  yekunlaşdıraraq  qeyd  edirdi  ki,  «xaric  oxumaq  -  fəlakətdir, 
xaric  oxuduğunu  eşitməmək  faciədir,  xaric  oxuduğunu  inkar  etmək  isə 
cəhalətdir» (4, с. 183-184).  
Göründüyü  kimi,  xanəndələrin  düzgün  oxuması  üçün  verilən  dəyərli 
tövsiyələr  gənc xanəndələrə sənətin sirlərinə  yiyələnməyə kömək etmiş, 
həm  də  onların  professional  xanəndə  kimi  yetişməsində  və  inkişaf 
etməsində böyük rol oynamışdır.  
Bütün  bu  fikirlər  dərin  mənalıdır  və  şifahi  ənənəli  musiqidə  ifaçılıq 
məsələlərinin  tədqiqində  mühüm  əhəmiyyətə  malikdir.  Çünki  bunlar 
xanəndəlik  sənətində  peşəkarlıq  kateqoriyalarını  açıqlayır  və  onların 
dəqiq tətbiqi sahələrini göstərir.  
Beləliklə də, ifaçılıq ənənələri nəsildən-nəslə ötürülmüşdür. Şübhəsiz 
ki,  bütün  bu  keyfıyyətlərə  malik  olan  ustad  xanəndələr  müasirlərindən 
fərqlənmiş,  onların  adı  milli  musiqi  salnaməsinin  səhifələrinə  həkk 
olunmuşdur. 
YUNESCO tərəfindən bəşəriyyətin ən möhtəşəm sənət abidələri siya-
hısına  daxil  edilmiş  Azərbaycan  muğam  sənətinin  öyrənilməsi  musi-
qişünaslığın aktual mövzularından olub, həm Azərbaycan, həm də xarici 
ölkə  musiqişünaslarının  diqqət  mərkəzində  durur.  Muğamın  tədqiqi 
müxtəlif aspektlərdən – tarixi, nəzəri, ifaçılıq, estetik, etnomusiqişünaslıq 
baxımından  həyata  keçirilir.  Bu  sahədə  yüzlərlə  sanballı  tədqiqat  işləri 
yazılır.  
Bu  baxımdan,  əlbəttə  ki,  Heydər  Əliyev  Fondunun  prezidenti 
ЙUNESCO-nun  və  İSESCO-nun  Xoşməramlı  səfiri  Mehriban  xanım 


69 
Əliyevanın  təşəbbüsü  və  rəhbərliyi  ilə  həyata  keçirilən  “Muğam  aləmi” 
beynəlxalq  musiqi  festivalı  və  elmi  simpozium,  eləcə  də  muğam 
sənətinin inkişafı və təbliği ilə bağlı çoxsaylı möhtəşəm layihələr mühüm 
əhəmiyyət kəsb edir. 
 
Ədəbiyyat siyahısı 
1.
 
Qabusnamə. Bakı, Azərnəşr, 1989.  
2.
 
 Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı, Yazıçı, 1985.  
3.
 
Bülbül.  Seçilmiş  məqalə və  məruzələri. (Tərtibçilər: Q.Qasımov  və  Ə.İsazadə). 
Azərb. EA-nın nəşri. Bakı, 1968.  
4.
 
Bədəlbəyli Ə. İzahlı-monoqrafik musiqi lüğəti. Bakı, Elm, 1969.  
  
РЕЗЮМЕ 
Назакет Теймурова 
«Исполнительские традиции азербайджанских ханенде». В статье рассмотрены 
основные  направления  деятельности  ханенде  и  их  роль  в  развитии  азербай-
джанской музыки устной традиции. Ханенде, глубоко изучившие все закономер-
ности  пения  мугамов,  вобрав  в  себя  лучшие  традиции  своих  предшественников, 
бережно охраняли эти традиции, развивали, обогащали, передавали их будущему 
поколению. Таким образом, они создавали свой стиль пения, свои традиции, свои 
оригинальные исполнительские школы и имели своих последователей. 
Ключевые слова: искусство ханенде, правила пения, Гобуснаме, мир мугама. 
 
SUMMARY 
Nazaket Teymurova 
«Performing traditions of  Azerbaijani khanende». In this article  are  considered the 
basic directions of khanende’s activity and his role in development of Azerbaijani music 
of oral tradition come to light. Khanende  - mugham singers, who mastered all rules to 
sing  mughams  and  best  tradition  of  their  predecessor,  carefully  protected  these  tradi-
tions, developed and enriched them, and then transmitted to the future generation. Thus 
they created their own style of singing, own traditions, own performing schools, and had 
own adherents.  
Key words: The khanendes art, the rules of sing, Gobusname, The space of mugam. 
 
 
Rəyçilər:   AMK-nın professoru Arif Babayev;  
AMK-nın dosenti Mənsum İbrahimov. 
 


70 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Musiqişünaslıq      Музыковедение 
 
Aygün BAYRAMOVA 
Azərbaycan Milli Konservatoriyasının müəllimi 
 
AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİNDƏ QARŞILIQLI 
ƏLAQƏLƏRİN ROLU 
 
Açar  sözlər:  musiqi  mədəniyyəti,  Orta  əsrlər,  muğam  aləmi,  mənəvi 
dəyərlər. 
Məlum  həqiqətdir  ki,  tarix  yalnız  adlar,  sosial,  coğrafi  dəyişikliklərin 
xronoloji salnaməsi deyil, ilk öncə, xalqın taleyi, onun mənbələri, kökləridir. 
Bu sözlər musiqi tariximizə də aiddir. Yalnız xalqımızın çoxçalarlı musiqi 
tarixini  toplu  halında  bilmək  şərti  ilə  biz  ölkəmizin  sonrakı  yüksəlişi  və 
inkişafı, perspektivi haqqında müəyyən fikir yürüdə bilərik. 
Dünya sivilizasiyasının inkişafı boyu Azərbaycan cəmiyyətinin – iqtisadi, 
siyasi  və  xüsusən  mədəni  sahələrdə  inkişafı  böyük  məna  kəsb  edir. 
Azərbaycan incəsənəti digər xalqların mədəniyyəti ilə sıx əlaqədə təşəkkül 
tapmışdır. Məlumdur ki,  xalqın mədəniyyəti nə qədər  yüksək olarsa, onun 
incəsənəti də digər xalqlar ilə daha fəal qarşılıqlı əlaqədə olur. 
Azərbaycan  xalqının  tarixinin  başlanğıcından  insanpərvərlik,  başqa 
xalqlara,  digər  din  nümayəndələrinə  qarşı  dözümlülük,  başqa  dinlərə 
məxsus  xalqların  mədəniyyətinə,  ənənəsinə  hörmət  onun  əsas  xüsusiy-
yətidir ki, bu da bilavasitə Azərbaycan xalqının mentaliteti ilə sıx əlaqədə 
olan bir cəhət olub, Azərbaycan mədəniyyətinin açıqlığına, onun bir çox 
əsrlər  boyu  əlaqədə  olduğu  fars,  ərəb,  türk,  slavyan  yaradıcılıq  siviliza-
siyasını dərk etməsinə və assimilyasiyasına səbəb olmuşdur. 
Mədəniyyətin  formalaşma  proseslərini  öyrənərkən,  inkişafın  vacib 
faktorları  arasında  təbii-coğrafi  şərtlərlə,  bioloji  kodlarla,  genetik 
əlamətlərlə,  sosial  və  tarixi  mühitlə  yanaşı,  mədəni  mübadlilə  xüsusilə 
qeyd edilməlidir, çünki mədəni mübadilə milli mədəniyyətin daha yüksək 
səviyyədə inkişafına şərait yaradır. 
Ədəbiyyat  və  incəsənət  xadimlərinin,  son  halda  –  bütün  Azərbaycan 
xalqının  digər  xalqların  -  ərəb,  fars,  rus,  yunan  və  b.  mədəniyyətinə 
marağı  diqqətəlayiqdir.  Sirr  deyil  ki,  böyük  və  müdrik  xalqlar  həmişə 
zəngin  bəşəri  biliklərə  ehtiyac  duyurlar.  Alimlərin  haqlı  rəyinə  görə, 
mədəniyyətlərin  qarşılıqlı  əlaqələri  əsasında  milli  mədəniyyətlərin 
inkişafı,  xüsusən,  dünya  sivilizasiyasının  inkişaf  etmiş  ölkələrinin 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə