Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə1/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   42
dunya land. - копия 2018




DÜNYA LANDŞAFTLARI VƏ EKOLOJİ PROBLEMLƏR


MÜHAZİRƏLƏR TOPLUSU

Mühazirə 1


Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları
Plan:

  1. Geosistem nədir

  2. Avrasiya landşaftları

  3. Avropanın landşaftları

Landşaftşünaslıq anlayışlarının yaranmasında və landşaft tədqiqatları nəticəsində müxtəlif səviyyəli çoxlu sayda geosistemlər məlum olmuşdur. Bununla yanaşı, onların yerbəyer olması (sıralanması) məsələsi ortaya çıxmışdır. Geosistem iyerarxiyasında həddindən artıq çox pillələr var. Belə ki, onlardan birinə səhrada şoran çökəklər və ya həmin zonada seyrək kol-psammofitli (qumsevər)-qamışlı bataqlıq və qum təpələri massivini, digərinə səhra hüdudunda qanunauyğun birliklər əmələ gətirən çoxlu tabeli geosistemlərdən ibarət düzülmüş, daha yüksək cərgəli geosistem kimi ümumilikdə səhranı aid etmək olar.
Geosistem iyerarxiyasında 3 əsas səviyyəni ayırmaq lazımdır. Aşağı, lokal səviyyəni, kiçik fəaliyyət dairəsinə malik olan, məsələn, ayrı-ayrı relyef elementli, yerli faktor ilə əlaqədar formalaşan geosistemlər əmələ gətirir. Ona ilk növbədə – elementar, bölünməz coğrafi vahid, yekcins geosistem kimi fasiyanı aid etmək olar. Fasiya üçün bir relyef elementi hüdudunda yerləşmək (eyni meylliyə malik bir yamac «sahəsini», çayarası düz səth və s.), bircinsli mikroiqlim və su rejimi, vahid torpaq fərqi və fitosenoz xarakterikdir. Fasiya daha mürəkkəb ərazi sistemi kimi müxtəlif lokal səviyyələrdə qruplaşdırılır ki, sonrakı davamlı inteqrasiya nəticəsində prinsipial yeni səviyyəyə - regional sistemlərə çatır. Regional sistemlər: landşaftlar, landşaft əyalətləri, rayonlar, zonalar, sektorlar və s. daha geniş fəaliyyət radiuslu faktorların qarşılıqlı təsiri nəticəsində formalaşır: yer qabığının müxtəlif strukturlarını və makrorelyef formalarını (materik çıxıntıları və okean çökəklikləri, dağlar və düzənliklər, yüksəkliklər və ovalıqlar və s.) əmələ gətirən yer səthində günəş radiasiyasının və tektonik hərəkətlərin qeyri-bərabər (enlik üzrə) paylanması.
Nəhayət, geosistem iyerarxiyasının sonuncu – qlobal səviyyəsi bizim planetimizdə coğrafi və ya landşaft təbəqə adı ilə təqdim olunur. O, qarşılıqlı nüfuzetmə və daimi qarşılıqlı təsir göstərən troposferi, hidrosferi, litosferin yuxarı sərhədini və canlı aləmi (biosferi) əhatə edir. Regional və lokal səviyyəli geosistemlər landşaft təbəqəsinin struktur hissəcikləri kimi xidmət edir.
Bir çox landşaftşünaslar hesab edirlər ki, geosistem iyerarxiyasında əsas, köməkçi pillə olmalıdır və bu pillə kimi məhz landşaftı seçirlər. Landşaft dedikdə torpaq, bitki qrupları və lokal səviyyəli geosistemlərin xarakter qarışığından ibarət, bircinsli geoloji bünövrəli, vahid relyef tipi üstünlük təşkil edən (məsələn, təpə-moren, laylı erozion, hündürdağlıq qədim buzlağı), eyni iqlim şəraitində formalaşan, ümumi inkişaf tarixinə malik vahid mənşəli geosistem başa düşülür. Beləliklə, landşaft – lokal geosistemlərin ərazi üzrə inteqrasiyası olub, onun xarakterik daxili rəngarəngliyini və ya morfologiyasını yaradır (müqayisə edin, məsələn, sıx yarğan-qobu şəbəkəsi ilə əmələ gələn, müxtəlif fasiyaların ağacaoxşar şəkilli və ya hər hansı çölün lyöslü yüksəkliyinin landşaftı və göllü, donuşluq çatların sıx şəbəkəsi ilə parçalanmış, poliqonal bataqlıqlardan ibarət dairəvi termokarst çökəkliklərlə örtülmüş dənizsahili tundra düzənliyi landşaftı). Bununla belə, landşaft regional səviyyənin başlanğıc pilləsidir. Landşaft əyalətlərinə, rayonlarına və s. landşaft birliyi kimi də baxmaq olar. Buna görə də landşaft, həqiqətən, fiziki-coğrafi vahidlərin ərazi sistemində qovşaq vəziyyətini tutur. Təbii resursların kompleks qeydə alınmasında dayaq ərazi sistemi kimi, onun rasional istifadəsi üçün təbii mühitin qiymətləndirilməsində, qorunan ərazilərin təşkil olunmasında və s. landşaftın vacibliyi praktika ilə sübut olunmuşdur.
Landşaftın bütövlüyü maddə və enerji axını ilə əlaqədar olub, landşaftın komponentlərini və onun morfoloji hissələrini vahid sistemdə birləşdirir (fasiya, mərz və s.). Landşaftda şaquli və üfüqi (lateral) axınlar fərqləndirilir. Landşaftda rütubət dövranını buna nümunə göstərmək olar. Bir tərəfdən, o şaquli istiqamətdə komponentlərarası dəyişməni həyata keçirir: atmosferdən yer səthinə yağıntı şəklində düşür ki, onun bir hissəsi yenidən torpağın və bitki örtüyünün səthindən buxarlanaraq atmosferə qayıdır, digər hissəsi torpağa hopur, bitki kökləri tərəfindən sovrulur və üzvi aləmin əmələ gəlməsində iştirak edir (bəzi hissəsi heyvanların orqanizminə daxil olur), atmosferə transpirasiya olur və s. Digər tərəfdən bu axında üfüqi vəziyyət tutan axın, və ya ağırlıq qüvvəsinin təsiri nəticəsində zirvədən yamacların ətəklərinə, çayların mənsəbinə doğru bir fasiyadan digər fasiyaya yerdəyişməsidir. Nəticədə biz eyni miqdarda yağıntı və eyni landşaftda rütubətlənmə şəraitində böyük müxtəliflik müşahidə edirik. Bundan əlavə, axın istiliyin, mineral və üzvi maddələrin daşınmasında bir sıra dəyişdirici funksiyaları yerinə yetirərək müxtəlif fasiyaları vahid sistemdə birləşdirir. Landşaftda dəyişmə prosesləri, enerjinin və maddənin əmələ gəlməsinin ümumi məcmusu landşaftın fəaliyyəti adlanır.
Landşaft, müəyyən mənada təşkil olunmuş sistem olmaqla, şaquli və üfüqi istiqamətdə baxılan müəyyən struktura malik olmalıdır. Şaquli struktur onun yarusluluq quruluşunda, canlı maddənin bərk, maye və qazaoxşar mühitlə əlaqədə maksimal toplanması ilə möhkəm bünövrədən hava təbəqəsinə qədər komponentlərin nizamla yerləşməsində özünü göstərir. Üfüqi (planda) və ya morfoloji struktur tabeli lokal geosistemlərin qarşılıqlı yerləşməsi və nəinki axınla, həmçinin materialların yamacla yerdəyişməsi, havanın yerli sirkulyasiyası (məsələn; soyuq havanın çökəkliklərə axması), tozun və duzların küləklə aparılması, orqanizmlərin miqrasiyası ilə təmin olunmuş onların birləşdirilməsi və ya qoşulma qaydalarıdır.

Avrasiya – yer kürəsinin ən böyük materiki olub, bütün qurunun 2/3 hissəsini tutur. Burada Yer kürəsi əhalisinin ¾ hissəsi yaşayır. Materik cənubdan şimala 8 min km, qərbdən şərqə 16 min km məsafədə uzanır. Onun ucqar nöqtələri: Çelyuskin burnu (77043' şimal enliyi), Piay burnu (1016' şimal enliyi), Roka burnu (9034' qərb uzunluğu), Dejnyov burnudur (169040' qərb uzunluğu). Avrasiyaya Zond (1,4 mln. km2), Yapon (372 min km2), Filippin (300 min km2), Şpitsbergen (62 min km2) arxipelaqları, Yeni Torpaq (82,6 min km2) və bir sıra digər adalar aiddir.


Təbiətinə görə Avrasiya materiklər içərisində ən mürəkkəb geoloji quruluşa malikdir. Burada geoloji strukturun bütün tiplərinə və müxtəlif yaşlı nümunələrinə - ən qədim materik qaymalarından tutmuş cavan qırışıqlığa qədər - rast gəlinir. Güclü zəlzələlər və vulkanların püskürməsi strukturların bəzilərində fəal dağəmələgəlmə prosesinin davam etməsinə dəlalət edir. Burada qurunun ən yüksək dağlarına (8848 m-ə qədər, Comolunqma və ya Everest), ən dərin çökəkliyinə (-1165 m, Baykal gölünün dibi), ən iri daxili su hövzəsinə (Xəzər dənizi, 395600 min km2) rast gəlinir. Avrasiyanın çayları uzunluğuna görə Nil, Missurili Missisipidən və Amazonkadan, sululuğuna görə Amazonka və Konqodan geri qalır. Lakin burada iri çay sistemləri formalaşmış və onların yeddisinin sutoplayıcılarının ümumi sahəsi 1 mln. km2-dən çoxdur (Ob 2990 min km2; Qanq 2055 min km2; Yenisey 2580 min km2; Lena 2490 min km2; Amur 1855 min km2; Yansızı 1808,5 min km2; Volqa 1360 min km2) . Yeddi çayın uzunluğu 4000 km.-dən çoxdur: Yansızı 5800 km, Ob (mənbəyi İrtışdan) 5410 km, Yenisey (mənbəyi Selenqa) 5075 km, Xuanxe 4855 km, Mekonq 4500 km, Amur (mənbəyi Arqun) 4444 km, Lena 4400 km-dir. Geniş şəkildə enlik boyu uzanması və iqlimin müxtəlifliyi Avrasiyada Arktik landşaftlardan ekvatorial landşaftlara qədər bütün landşaft zonalarının yaranmasına səbəb olmuşdur. Bu müxtəliflik landşaftların sektorlar üzrə diferensiasiyasında da özünü daha aydın göstərir. Materikin daxili hissəsində geniş ərazilər Yer kürəsinin ən kontinental iqlimi ilə səciyyələnir, zonal və sektorluq ziddiyyətinin uyğunluğu landşaft tiplərinin müxtəlifliyini yaradır. Bu xüsusiyyətinə görə Avrasiya materiki digər materiklərdən daha çox fərqlənir. Biz sonra 40 landşaft tipini qeyd edib, onların 20 enlik-zonal qrupda birləşdirəcəyik. Onların icmalına keçməzdən əvvəl materikin ümumi regional strukturuna baxmaq məqsədəuyğun olardı. Onun subkontinent və fiziki-coğrafi ölkələrə bölünməsində məhz bunlar nəzərə alınır («Subkontinent» anlayışı, adətən Asiyaya uyğun şərh edilir, subkontinentin sərhədi şərti götürülür).
Avrasiyanın subkontinentindən biri Avropa, materikin şimal-qərb çıxıntısını əmələ gətirir və sahil xətləri güclü parçalanmış böyük yarımada şəklindədir. Relyefin strukturu böyük müxtəlifliyi ilə seçilir. Avropanın şimalında Fennoskandiya (1) fiziki-coğrafi ölkəsi yerləşir. Fiziki-coğrafi ölkə Baltik kristallik sokol (materiklərin relyefində qalxanlar sokol düzənlikləri, hamarlanma səthləri, yaxud peneplenlər kimi təzahür edir) düzənliklərini və kaledon qırışıq strukturlarında olan qayma dağlıq yaylanı - Skandinaviya (2468 m) dağlarını əhatə edir. Bütün ərazi qədim örtük buzlaşmasına məruz qalmış, çoxlu sayda göllər, fiord və şxer tipli sahillər xarakterikdir. Enlik vəziyyəti çoxda yüksək olmayan istilik təminatını müəyyən edir. Atlantik okeana yaxınlığı iqlimin mülayimləşməsinə və rütubətlənməsinə səbəb olur. Ərazinin əsas hissəsi boreal (tayqa) zonada yerləşir. Şimala doğru okeansahili çəmənlər və meşə-tundra, ucqar şimalda tundra, cənubda tayqaaltı tipə və bəzi sahələrdə enliyarpaqlı meşələrə rast gəlinir. İslandiya (2) qalın lava təbəqələrindən təşkil olunmuşdur ki, onların üzərində, o cümlədən, fəaliyyətdə olan vulkanlar (2119 m-ə qədər) yüksəlir. Tundra landşaftlarının cənub-qərb qurtaracağında okeansahili çəmənlər üstünlük təşkil edir. İslandiya adasının təxminən 12%-i buzlaqlarla örtülüdür.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə