Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə9/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   42
dunya land. - копия 2018

Malay adaları ölkəsi (32). Kaynozoy və fəal vulkanizmli müasir qırışıqlıq qurşağında yerləşən, Asiya və Avstraliya arasında çoxlu sayda adalar (təxminən 2 mln. km2) aiddir. Relyefi əsasən dağlıqdır (Kalimantan adasında 4101 m-ə qədər). Sumatra və Kalimantan adalarında dənizsahili akkumlyativ ovalıqlar yayılmışdır. Ekvatorial zonada rütubətli meşə landşaftları, periferik adalarda (Filippin və s.) subekvatorial meşə və savanna landşaftları üstündür.
Mühazirə 2
Şimali Asiya subqitəsi. Daxili Asiya subqitəsi
Plan:

  1. Asiyanın landşaftları

  2. Şimali Asiya subqitəsi və landşaftları

  3. Daxili Asiya subqitəsi və landşaftları

Arktik tipli landşaftlara şimal qütb dairəsi və ya arktik qurşağın landşaftları aiddir. Arktikanın sərhədləri tam dəqiqləşdirilməyib. Adətən Arktika zonasına tundranı da aid edirlər, ancaq xəritəyə baxdıqda arktika qurşağının tundradan şimalda yerləşdiyini görürük. Arktika hüdudunda iki zona ayrılır: hündür arktika və xarici arktik zonalar (Григорьев, 1970). Hündür arktika zonası buzlaq və ya daimi şaxta zonası adlandırıla da bilər. İllik radiasiya balansı burada mənfidir, bütün aylarda havanın orta temperaturu 00C-dən aşağıdır. Bu zona qurudan kənarda, mərkəzi Arktika hövzəsi hüdudlarında yerləşir.


Xarici Arktik zona qütb səhraları (arktik) zonası adı altında məlumdur. Cənub yarımkürədə analoji antarktika landşaftları mövcuddur. Avrasiyada arktik landşaftların cənub sərhədi 750 paralel yaxınlığından keçir. Buraya Şimal Buzlu okeanının çoxlu adaları daxildir: Şimal-şərqi Torpaq (Şpisbergen arxipelaqı), Frans-İosif Torpağı, Şimal Torpaq, Yeni Torpağın (Novaya Zemlya) Şimal adası, De-Lonq. Arktik landşaftların əsas əlamətləri uzun qütb gecələri, arktik hava kütlələrinin hakim olması, aşağı radiasiya balansının olması ilə səciyyələnir. İl ərzində yer səthi 57-67 kkal/sm2 cəm radiasiya qəbul edir. Bu isə tayqaya nisbətən çox azdır. Qar və buz səthindən əks olunma hesabına radiasiyanın böyük itkisi baş verir ki, bununla əlaqədar radiasiya balansı cəmi 6-10 kkal/sm2 təşkil edir, oktyabrdan aprelə qədər isə mənfi kəmiyyətlərlə xarakterizə olunur.
Şimali Atlantikadan siklonlar və dəniz cərəyanları ilə gətirilən istiliyin adveksiyası böyük əhəmiyyətə malikdir. Arktik hövzənin səth sularının orta temperaturu -1,70C-dir, ona görə də arktikanın adalarında qış Sibirin cənub rayonlarından daha istidir. Amma yayı çox soyuqdur. İstiliyin böyük hissəsi qarın və donuşluğun əriməsinə sərf olunur. Ən isti ayın temperaturu 2-30C-dən çox deyil. Atlantik okeanından uzaqlaşdıqca qış temperaturları əhəmiyyətli dərəcədə aşağı düşür və bununla əlaqədar kontinentallıq da artır. 2 sektoru qeyd etmək olar: qərb (qərb sektorda ilin ən soyuq ayı fevral-marta, ən isti ayı isə avqusta yerini dəyişir) və Atlantiksahili. Atlantik okeansahili sektorda temperaturun illik amplitudası verilmiş enlikdən 70-80C aşağıdır və iqlimi N.N.İvanovun hazırladığı 10-ballıq kontinentallıq şkalasına görə dəniz və ya zəif dənizdir (4-5-ci pillə) və kontinental və zəif kontinental (6-cı pillə) iqlimli şərq sektor.
Arktik hava kütlələrində rütubət azdır, ancaq nisbi rütubət isə yüksəkdir. Yağıntıların orta illik miqdarı 200 mm-ə yaxındır (qərbdə çox, şərqdə isə azdır). Buxarlanmanın az olmasından rütubətlənmə əmsalı (düşən yağıntıların miqdarının buxarlanmaya nisbəti) yüksəkdir (2-3). Yağıntıların maksimumu yayda müşahidə edilir və onların böyük hissəsi bərk halında düşür. Qar örtüyü ildə 280-300 gün qalır. Bu zonada buzlaqlara hündürlük qurşağının əlamətləri kimi baxmaq olar. Dəniz səviyyəsindən bir neçə yüz metr hündürlükdə yerləşən ərazilərdə bərk halda düşən yağıntılar yayda əriyə bilmir. Bəzən arktik adaların buzlaqları dəniz səviyyəsinə qədər enərək sahillər əmələ gətirir. Frans-İosif Torpağının bir çox adaları: Viktoriya, Uşakov, Şmidt adaları tamamilə buz gümbəzlərindən ibarətdir. Daha aşağı enliklərdə yerləşən qütb buzlaqlarının dağ buzlaqlarından əhəmiyyətli dərəcədə fərqlənməsi və onların buzlaqdankənar arktik landşaftlarla kontrastlığı (ziddiyyətliyi) onlara landşaftların tipi və ya yarımtipi kimi baxmağa imkan verir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə