Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə8/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   42
dunya land. - копия 2018

Ərəbistan-Mesopotamiya ölkəsi (28) üzərində hündür plato və laylı düzənliklər, kənar əyilmələrdə allüvial düzənliklər (Mesopotamiya) formalaşmış, böyük hissəsi mezo-kaynozoyun çökmə çöküntü təbəqələri ilə örtülmüş, əsasən qədim Ərəbistan platformasına aiddir. Kembriyəqədər süxurların yer səthinə çıxdığı qərb hissədə qayma dağlar (3600 m-ə qədər) və hündür sokol düzənliklər yüksəlir. Ölkə bütövlükdə Şimali Afrikaya yaxın tropik səhralar zonasında yerləşmişdir, yalnız onun şimalında subtropik landşaftlara keçir.
Cənub-Şərqi Asiya subkontinenti Hindistan və Hind-Çin yarımadasını və Asiya və Avstraliya arasındakı çoxlu sayda adaları əhatə edir. Aşağı subekvatorial və ekvatorial enliklərdəki vəziyyəti, isti okeanın təsiri, rütubətli musson iqlim regionun landşaftlarına müəyyən ümumilik verir.
Hind-Qanq düzənliyi (29) Himalayın dağılması nəticəsində əmələ gəlmiş, məhsullarla dolmuş alp qırışıqlıq qurşağının geniş kənar əyilməsinə bitişikdir. Alçaq səth allüvidən təşkil olunmuşdur. Şərqdən qərbə doğru musson sirkulyasiyasının zəifləməsi nəticəsində quraqlıq artır və rütubətli subekvatorial meşə landşaftları tropik səhra landşaftları ilə əvəzlənir.
Hindistan (30) yarımadasını əhatə edir, əsasən qədim Hindistan platforması strukturunun üzərindədir. Hindistan yarımadasının çox hissəsini kənar qayma dağlarla (Qərbi Qat və ya Saxyadri 2338 m; Nilquri 2698 m; Şərqi Qat 1689 m) haşiyələnmiş, kembriyəqədər kristallik süxurlardan və trapplardan təşkil olunmuş Dekan yaylası tutur. Subekvatorial savanna tipli landşaftlar, dağların küləkdöyən yamaclarında rütubətli subekvatorial meşələr üstündür.
Hind-Çin (31) mürəkkəb relyefli yarımada olub, müxtəlif yaşlı strukturlarda formalaşmışdır. Qərb kənarda Alp-Himalay qırışıqlıq qurşağına aid Arakan və ya Rakxayn (3053 m) dağları uzanır. Mərkəzi hissəsində və şərqdə meridional istiqamətdə mezozoy qırışıqlıq qurşağının nisbətən hündür silsilələri yüksəlir. Silsilələr sistemi tektonik çökəkliklərdə və əyilmələrdə əmələ gəlmiş dağlıq yaylalarla, yaylalarla, laylı düzənliklərlə və allüvial ovalıqlarla parçalanmışdır. İqlimi subekvatorial musson, cənubda ekvatorialdır. Ərazinin relyefi rütubətli ekvatorial meşə, meşə və subekvatorial tipli savanna landşaftlarının müxtəlifliyinə şərait yaradır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə