Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə4/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
dunya land. - копия 2018

Qərbi Sibir düzənliyi (9) (sahəsi təxminən 3 mln. km2) əsasən alçaq, güclü bataqlıqlaşmış, akkumlyativ relyefli qalın mezo-kaynozoy çöküntü təbəqələrindən ibarət epihersin platformasının bir hissəsini tutur. İqlimi tipik kontinentaldır. Enlik istiqamətində tundra, meşə-tundra, tayqa, tayqaaltı, meşə-çöl və çöl zonaları bir-birini əvəzləyir.
Orta Sibir yaylası (10) kembriyəqədər Sibir platformasına uyğundur. Qədim bünövrə bəzi sahələrdə üzə çıxmış, lakin onun çox hissəsi trapplı intruziyalarla yarılmış, paleozoyun çökmə örtüyü ilə örtülmüşdür. Şimal-qərbdə (Putorana platosu, 1664 m) qalın lava təbəqələri vardır. Relyefi dərin dərələrlə parçalanmış pilləvarı formalıdır. Şərqi Sibir tipli (kəskin kontinental) tayqa landşaftları, şimal qurtaracaqda meşə-tundra landşaftları üstündür. Hər yerdə çoxillik donuşluq inkişaf etmişdir.
Şimali Sibir ölkəsi (11) Şimali Sibir ovalığını, Bırranqa dağlarını (1146 m) və Şimal Torpağı arxipelaqını əhatə edir. Bünövrədə, dağlarda səthə çıxan paleozoyun qırışıq strukturlarıdır. Ovalıq əsasən buzlaq və su-buzlaq çöküntülərindən təşkil olunmuşdur. Qalın çoxillik donuşluq sahələri var. Arktik, tundra və meşə-tundra landşaft tipləri yayılmışdır.
Şimal-Şərqi Sibir (12) əsasən mezozoyun (şərq ucqarında kaynozoyun) qırışıq strukturlarında yerləşən dağlıq ölkədir. Orta hündürlüklü dağ silsilələri (Verxoyansk 2389 m; Suntar-Hayata 2959 m; Çersk 3147 m və s.) yaylalarla, dağarası çökəkliklərlə, akkumlyativ düzənliklərlə növbələşir. Subarktik və boreal kəskin və son dərəcə kontinental iqlimlidir. Dağarası çökəklərdə şimal yarımkürəsi üçün ən aşağı temperatur və temperaturun ən böyük illik amplitudası müşahidə olunur. Landşaftları şimal tayqa və tundra tiplidir (düzənlik və dağlıq).
Altay-Sayan dağlıq ölkəsi (13) paleozoy və daha qədim strukturlarda əmələ gəlmiş və yeni tektonik hərəkətlərlə cavanlaşan Altay (4506 m), Monqol Altayı (4362 m), Qərbi Sayan (2930 m), Şərqi Sayan (3491 m), Xanqay (3905 m) hündür silsilələr sistemini, həmçinin dərin tektonik çökəklikləri (Minusinsk, Tuva və s.) əhatə edir. Hündürdağlıqda qədim buzlaşmanın izləri qalmışdır. Dağlıq ölkə tipik və kəskin kontinental sektorların sərhədində, tayqa, meşə-çöl, çöl, yarımsəhra və səhraların qovuşduğu yerdə yerləşmişdir. Landşaftları böyük müxtəlifliyi, ekspozisiyaların kontrastlığı və cənuba doğru aridliyin artmasını əks etdirən hündürlük qurşaqlarının bir neçə sisteminin olması ilə fərqlənir. Şimal və qərb yamaclar üçün dağlıq qaranlıq-iynəyarpaqlı və ya qara şam meşələri qurşağı, cənub yamaclar üçün dağ çölləri tipikdir. Hündür dağlıqda dağlıq tundra, bəzi sahələrdə çəmənlər üstündür. Altayda müasir buzlaşma əhəmiyyətli dərəcədə inkişaf etmişdir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə