Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Tibet dağlıq yaylası və Himalay (19)



Yüklə 0,75 Mb.
səhifə6/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
dunya land. - копия 2018

Tibet dağlıq yaylası və Himalay (19) Alp-Himalay qırışıqlıq qurşağının ən hündür dağlarıdır. Tibet dağlıq yaylasının orta hündürlüyü 4000-5000 m-dir; Himalay (8848 m) dağları onun cənubunu haşiyələyir. Tibetin daxili hissəsi ekstraarid, son dərəcə kontinental iqlimli hündür dağlıq soyuq səhradır. Mussonun təsiri altında olan şərq qurtaracaqda (Sino-Tibet dağları, 7590 m) hündür dağlıq iynəyarpaqlı meşələr qurşaqlı rütubətli subtropik tipli landşaftlar müşahidə olunur. Himalayın cənub yamacları üçün dağlıq meşələr və çəmənlərdən ibarət rütubətli meşələr tropik zonasının hündürlük qurşağı sistemi xasdır. Zirvələrində buzlaşma inkişaf etmişdir.
Şərqi Asiya subkontinentinə (Uzaq Şərq) istilik rejimi və rütubətlənmənin kəskin seçilən fəsli ritmi xarakterik olan, ümumi əlamətlərdə Sakit okeansahili musson sektoruna oxşayan materikin sakit okeansahili qurtaracağı və adalar qövsü daxildir: isti (cənubda çox isti) rütubətli yayı və həmin enlikdə yerləşən qərb sektoruna nisbətən qışı quru, daha soyuqdur.
Kamçatka-Kuril ölkəsi (20) Sakit okean qırışıqlıq qurşağının bir hissəsi olub, tektonik hərəkətlərin fəallığı ilə seçilir. Kamçatkanın relyefi (hündürlüyü 4750 m.-ə qədərdir) əsasən vulkanik mənşəlidir, Kuril adaları təpəcikləri vulkanlar zəncirini əmələ gətirir. Vulkanların çoxu fəaldır. İqlimi rütubətli boreal, şimalda subarktikaya keçir. Dağlarda meşə-çəmən tipli landşaftlar tipikdir. Kuril arxipelaqının cənub adalarında tayqaaltı landşaftlara rast gəlinir. Hündür Kamçatka vulkanlarının zirvələrində buzlaşma inkişaf etmişdir.
Amuryanı (Priamurye)-Koreya ölkəsi (21). Müxtəlif yaşlı, əsasən mezozoy və hersin strukturlarda geniş dağarası depresiyalı dağlıq relyef üstündür (Bureya silsiləsi 2167 m; Sixote-Alin silsiləsi 2077 m; Mancuriya-Koreya dağları 2750 m). İqlimi musson, ərazinin çox hissəsində kəskin kontinentaldır. Tayqa landşaftları şimaldan cənuba tayqaaltı və Uzaq Şərqin enliyarpaqlı meşələri ilə əvəzlənir.
Şimali-Çin ölkəsi (22) Dunbeypinyuan və Şimali-Çin akkumlyativ düzənlikləri və onları haşiyələyən Böyük Xinqan (2034 m), Yanşan (2050 m), Tayxanşan (2894 m) və s. dağlardan ibarətdir. Bünövrəsində mezozoy və kaynozoyun tektonik hərəkətləri ilə işlənmiş qədim Çin platformasının strukturları yerləşmişdir. Dunbeypinyuan düzənliyi üçün çöl landşaftları, Şimali-Çin düzənliyi üçün musson arid-meşə landşaftları, onun cənub hissəsi üçün subtropiklərə keçən musson meşə landşaftları üstündür.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə