Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Britaniya adaları ilə birlikdə Mərkəzi Avropa (3)



Yüklə 0,75 Mb.
səhifə2/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
dunya land. - копия 2018

Britaniya adaları ilə birlikdə Mərkəzi Avropa (3). Şimal hissədə mezo-kaynozoyun çöküntülərinin altında dərinə çökmüş (Mərkəzi Avropa və Atlantiksahili ovalıq), cənubda isə qayma və qırışıq dağlıq massivlərdən, bəzi yerlərdə vulkanik konuslardan (1886 m-ə qədər) ibarət, əsasən hersin qırışıqlıq bünövrəsinə aiddir. Orta Avropa düzənliyində qədim buzlaşmanın relyef formaları aydın seçilir, Atlantiksahili ovalıq üçün kuest relyef tipikdir. Böyük Britaniyanın şimalındakı (1343 m) və İrlandiyadakı dağlar kaledon qırışıqlıq zonasına aiddir. Bütün ərazi subboreal humid iqlim qurşağı zolağında yerləşmişdir, qərbdə çox yumşaq və cənub-şərqdə mülayim kontinentaldır. Ucqar cənubda subaralıqdənizi landşaftlara keçən enliyarpaqlı meşələr üstünlük təşkil edir.
Alp-Karpat dağlıq ölkəsi (4) qövsşəkilli Alp və Karpat dağ sistemlərindən və tektonik çökəkliklərdən: Padan, Orta Dunay və Aşağı Dunaydan ibarət Alp qırışıqlıq qurşağının bir hissəsidir. Dağlıq ölkənin böyük hissəsi enliyarpaqlı meşələr zonasında yerləşmişdir. Dağlarda, ortadağlıq iynəyarpaqlı meşələrdən və hündürdağlıq çəmənlərdən ibarət hündürlük qurşaqlığı sistemi inkişaf etmişdir. Alp dağlarında müasir buzlaşma əhəmiyyətli dərəcədə çoxdur. Çox quru və kontinental iqlimli düzənliklərdə meşə-çöl və çöl landşaftlarına rast gəlinir. Padan ovalığı subaralıqdənizi zonasına aiddir.
Aralıq dənizi (5) Qərbi Avropanın cənubundakı yarımadaları və adaları aiddir. Daha qədim hersin massivləri sahələrindən ibarət olub, əsasən alp strukturlarda dağlıq relyef üstünlük təşkil edir (Pireney 3404; Betis dağları 3482 m; Apenin dağları 2914 m; Dinar dağlıq yaylası 2692 m; Rodop dağları 2925 m; Stara Planina dağları 2376 m və s.). Seysmiklik və müasir vulkanizm intensiv təzahür edir. Karst geniş inkişaf etmişdir. Subtropik enliklərdə yerləşməsi, isti dənizin təsiri və soyuq hava kütlələrinin qarşısını kəsən dağların olması isti, quru yayı və isti, rütubətli qışı olan Aralıq dənizi iqlimini müəyyən edir. Həmişəyaşıl sərtyarpaqlı meşələr və kolluqlar inkişaf etmişdir. Şimal periferiyalarda enliyarpaqlı meşələrə keçən (subaralıq dənizi) landşaftlar yayılmışdır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə