Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə7/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   42
dunya land. - копия 2018

Şərqi-Çin ölkəsi (23). Mussonlu rütubətli subtropik və tropik meşə (ucqar cənubda) landşaftlarından ibarət qədim Çin platformasına nisbətən hündür dağlar (qərbdə 3550 m-ə qədər), karstlı dağlıq yaylalar, tektonik çökəkliklər (Sıçuan çökəkliyi) aiddir.
Yapon adaları (24). Paleozoy strukturun çıxıntılarından ibarət və fəal vulkanizmli Sakit okeanı qırışıqlıq qurşağının dağlıq adalar qövsü aiddir. Vulkanlar ən hündür zirvələri əmələ gətirir (3776 m). İqlimi rütubətli mussonlu mülayim kontinentaldır. Rütubətli subtropik meşə landşaftları, şimalda - enliyarpaqlı meşə və tayqaaltı landşaftlar üstündür.
Cənub-Şərqi Asiya (Ön Asiya) subkontinenti. Relyef və geoloji strukturuna görə müxtəlif tiplidir; tropik və subtropik enliklərdə yerləşən hündür arid dağlıq yaylaları və platoları birləşdirir. Səhra landşaftları üstündür. Kiçik Asiya (25) daxili Anadolu yaylası və kənarlarında qırışıq-qayma silsilələrdən (Pont dağları 3937 m; Tavr dağları 3916 m) ibarət Alp-Himalay qırışıqlıq qurşağının dağlıq yaylasıdır. Mərkəzdə və şərqdə subtropik səhra-çöl, silsilələrin dənizsahili yamacları boyu və düzənliklərdə aralıq dənizi və subaralıq dənizi landşaftları üstündür.
Ermənistan dağlıq yaylası (26) vulkanik konuslardan (hündürlüyü 5165 m-ə qədər) ibarət mezo-kaynozoy yaşlı vulkanogen-çökmə təbəqələrdən təşkil olunmuşdur. Tektonik çökəkliklərdə iri göllər (Van, Göyçə, Urmiya) əmələ gəlmişdir. İqlimi quru subtropik, kəskin kontinentaldır. Dağlıq səhra-çöl landşaftları üstündür.
İran dağlıq yaylası (27) qalın, qırıntılı materiallar təbəqəsi ilə doldurulmuş və çox vaxt şoranlaşmış, platoyaoxşar səthlərin, dağ silsilələrinin, axarsız tektonik çökəkliklərin mürəkkəb növbələşməsindən əmələ gəlmiş Ön Asiyanın iri dağlıq yaylasıdır. Dağlıq yaylanın kənarları qalxmış və alp qırışıqlığının hündür dağlarından əmələ gəlmişdir (Elburs 5604 m; Türkmən-Xorasan dağları 3314 m; Hindiquş 7690 m; Zaqros 4548 m və s.). Dağlıq yaylanın şimal hissəsi subtropik səhralar zonasında, cənub hissəsi tropik səhralar zonasında yerləşmişdir. Periferik silsilələrin küləkdöyən yamaclarında dağ-meşə landşaftlarına, Elbursun ətəklərində rütubətli subaralıq dənizi landşaftlara rast gəlinir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə