Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI



Yüklə 1,12 Mb.
səhifə1/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   20
C fakepathTMAMMP mühazireler konspekti


TEXNOLOJİ MAŞIN VƏ AVADANLIQLAR MÜHƏNDİSLİYİNİN MÜASİR PROBLEMLƏRİ


Mühazirələr konspekti
Tərtib etdi: dosent Hüseynli Z.S.
Bakı – 2022



  1. FƏNNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRI



Mühəndis praktikasında sürtünmə hadisəsinə və onun törətdiyi ciddi nəticələrə tez-tez rast gəlinir. Maşın və mexanizmlərin işinin mexanikasına, faydalı iş əmsalına, uzunömürlüyünə və ehtibarlığına əhəmiyyətli dərəcədə təsir edən sürtünmə effekti və yeyilmə hadisəsi, onun texniki məsələlərin həllində nəzərə alınması və s. kimi problemlər bu fənndə araşdırılmışdır. TMAMMP fənninin məqsədi elmin qarşısında duran müasir problemlərin araşdırılmasi, sürtünmə və yeyilmənin nəzəri əsaslarının ümumi qanunauyğunluqlarını özündə əks etdirən, bu istiqamətdə indiyə qədər əldə edilmiş nəticələri sistemli şəkildə ümumiləşdirən müddəaların öyrənilməsidir. Bu məsələləri ozündə birləşdirən elmi istiqamət Tribologiyadır.
Tribologiya, təmasda olan hissələrin nisbi yerdəyişmələrini və sıxıcı qüvvə altında olan toxunan işçı səthlərin qarşılıqlı təsirini mühitlə əlaqəli şəkildə öyrənən elmdir. Tribologiya, yunan sözü olub, mənası “tribos” –sürtünmə sözündən götrülmüş sürtünmə haqqında elm deməkdir.
Maşın və avadanlıqların sürtünmə və yeyiməyə işləyən düyünlərı tribotexniki düyün adlanır. Mexanikı sistemlərdə tribotexniki düyünlərin yaratdığı qarşılıqlı əlaqəli sistem tribotexniki sistem adlanır. Tribotexnikanın öyrənmə obyektlərı tribotexniki sistemlər, tribotexniki düyünlər və onların yağlanmasıdır.
Etibarlı və səmərəli maşınların yaradılması və onların keyfiyyətlilik səviyyəsi müasirliyin tələbi ilə müəyyən olunur. Etibarlı maşın anlayışı maşının əvvəlcədən qərarlaşdırılmış istismar müddətini keyyfiyyətlə başa vurması ilə başa düşülür. Maşınların uzunömürlüyünün azalmasının və imtinalarının ən əsas səbəbi istismar dövründə maşınların ilk növbədə triboqovşaqlarının yeyilməsıdir.
Maşınların yeyilməyə davamlığının artırılması çox mürəkkəb problem olaraq qalmaqdadır, onun həlli üçün maşınların yaradılmasının bütün mövcud mərhələlərində konstruktiv, texnoloji və təşkilati tədbirlər kompleksinin həyata keçirilməsi vacibdir.
Istismar zamanı maşının texniki vəziyyətinin dioqnostik dəyişməsinin öyrənilməsi müasir dövrümüzə qədər inkişaf etməkdədir. Tribologiya elmində qazanılmış son nailiyyətlər elmi tədqiqatların yerinə yetirilməsi üçün geniş imkanlar açmış və onların tətbiqi hesabına istehsalatda texniki – iqtisadi səmərə əldə edilmışdır.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə