Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI


KONTRUKSİYALARIN ELEMENTLƏRİNDƏ BAŞ VERƏN YEYİLMƏ VƏ YEYİLMƏDƏN YARANAN PROBLEMLƏR



Yüklə 1,12 Mb.
səhifə5/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
C fakepathTMAMMP mühazireler konspekti

4. KONTRUKSİYALARIN ELEMENTLƏRİNDƏ BAŞ VERƏN YEYİLMƏ VƏ YEYİLMƏDƏN YARANAN PROBLEMLƏR

Sürtünən maşın detallarının sıradan çıxmasının əsas səbəbi sürtünən sahələrin yeyilməsidir. Müəyyən edilmişdir ki, sıradan çıxan maşınların bəziləri sürtünən səthlərin yeyilməsi hesabına, başqa 10-15%-i isə digər səbəblərdən, məsələn, qırılma, dağılma hesabına alınır.


Dünya enerji resursunun bir qədər hissəsi hazırda bu və digər formada sürtünmənin itirilməsinə səbəb olur. Odur ki, sürtünmə xarakterinin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Maşınların quruluşlarının etibarlılığı, istismarı və sürtünməsi ilə məşğul olan elm və predmet «Tribotexnika» adlanır.
Yeyilmə mürəkkəb proses olub öz xasiyyətinə görə mexaniki, molekulyar-mexaniki və erroziya olunmaqla mexaniki kimi növlərə ayrılır.
Mexaniki yeyilməyə yarıqlı, yorulmaqla və elastik deformasiya olunmaqla yeyilmə növləri aiddir.
Molekulyar-mezaniki yeyilməyə yapışaraq qopmaqla, qat-qat olub çatlamaqla yeyilmə növləri aiddir.
Erroziya mexaniki yeyilməyə oksidləşərək, abraziv korroziya olunaraq yeyilmə ilə qeyri qarışıqların təsiri ilə baş verir.
Mexaniki yeyilmə mexaniki hallarda alınır.
Abraziv yeyilmə kontakt səthinə gələn yumşaq hissəciklərin görüşən səthləri qoparması və kəsməsi nəticəsində alınır. Bu hissəciklər səthlərdən kiçik çızıqlarla metal qatları çıxarır. Nəticədə detalların səthində çala-çuxurlar yaranır. Abraziv materiallar mineral mənşəli detalların səthindən qopan metal hissəcikləri formasında ola bilər. Bu hissəciklərin sərtliyi əsas materialın bərkliyindən çox, elastikliyi isə ondan azdır.
Detalların abraziv yeyilməyə davamlılığı onların sahəsinin bərkliyi artdıqca çoxalır. Bu zaman səthləri bərkitmə – tablama, sementləmə ilə hissələrin uzunömürlülüyünü artırma üsullarından istifadə edilir. Abraziv hissəciklərin kontakt səthinə getməməsi üçün qoruyucu quruluşlardan, hermetiklərdən, yağı təmizləyən süzgəclərdən istifadə olunur.
Elastik deforimasiya olunmaqla yeyilmə bir neçə qismə ayrılır. Səthlər arasındakı temperatur kiçik olduqda, bu səthlər üstündəki kələ-kötürlüklər əzilərək sahənin daha da hamarlaşması ilə yeyilmənin azalmasına səbəb olur. Sahələr arasındakı təzyiq çox olduqda və detalların üz səthi xeyli dərəcədə tərzini dəyişir və bu da müxtəlif dinamik gərginlik yaranmasına, gurultuya, hissələrin normal yağlanmasının pozulmasına aparır. Belə hallarda görüşən səthlərdə əmələ gələn təzyiqin qiymətini daha dəqiq hesablamaq ilə o səthlərin bərkliyini artırmaq lazım olur. Yorularaq yeyilmə - səthlərdə bərabər təsir edən kontakt gərginliyini əvəzləməklə baş verir. Dişli çarxlarda qasnaqlar, diyirlənmə yastıqlarında diyircəklər, zərbənin işlək səthi detallar iş zamanı görüşdükləri digər detallarla kontakta girdikdə onların səthində təzyiq gərginliyi yaranır. Bu təzyiq təkrar olunduqda hissələrin sahəsində yorulma nəticəsində mikroskopik çatlar (20-40mkm) əmələ gəlir və müəyyən vəziyyətdə bu çatlar genişlənir. Hadisə hissələrin səthindən kiçik qəlpələrin getməsi ilə nəticələnir. Çatlaqların sayı artdıqca səthdə əvvəlcə çox görünən, sonra isə tədricən böyüyüb ölçüsü 4-5 mm-ə çatan çala-çuxurlar yaranır. Görüşən səthlərin bu növ çatlaması yorularaq yeyilmə Pittinq adlanır. Pittinq – ingiliscə yarğan, çuxur deməkdir.
Metal səthlərdə yarıqların böyüməsinə bu çatlara süzülən sürtgü materialının hidrodinamik təzyiqinin, səthi aktiv sahələrin adsorbsiya-kimyəvi xassələrinin güclü təsiri olur.
Müəyyən vəziyyətdə yorulmadan yaranan çatlar metalın xaricində kontakt səthindən içəridə alınır. Çatlar genişləndikdə metalın səthindən böyük qırıntılar qopur, metal səthi qat-qat gedir. Belə halda əsas yeyilmə güçlənir və hissə tezliklə dağılır.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə