Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI


KONSTRUKSİYA ELEMENTLƏRİNİN YEYİLMƏYƏ DAVAMLILIQ PROBLEMLƏRİ



Yüklə 1,12 Mb.
səhifə7/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   20
C fakepathTMAMMP mühazireler konspekti

6. KONSTRUKSİYA ELEMENTLƏRİNİN YEYİLMƏYƏ DAVAMLILIQ PROBLEMLƏRİ

Hissələrin yeilməyə davamlılığının artırılması üçün ilk növbədə aşağıdakı cəhətləri nəzərə almaq lazımdır:



  1. Yeyilmənin növü, mexaniki, fiziki-kimyəvi xassəsi və s. yaxından araşdırılır;

  2. Sürtünmə cütünə daxil olan metallar elə seçilməlidirlər ki, yeyilmə azalsın. Məsələn, bu məqsədlə sürüşmə qasnaqlarının val ilə görüşən səthi sürtünməyə davamlı material olan babbitdən hazırlanır;

  3. Sürtünən hissələr elə layihələnməlidir ki, yeyilmə səthinə düşən təzyiq buraxılabilən təzyiqdən kiçik olsun;

  4. Sürtünən səthlərin yağlanması təmin olunmalıdır. Yağın markası elə seçilir ki, o hissələrin iş rejiminə uyğun gəlsin. Məsələn, isti mühitdə istiyə, soyuq iqlim mühitdə ancaq donmaya davamlı yağlar işlədilməlidir. Ümumi şəraitdə yağı təzyiq altında periodik sistemlə sürtünən səthlərə sürtmək və onun soyudulmasını təmin etmək lazımdır;

  5. Xarici şəraitin təsiri ilə erroziyaya uğrayıb tez sıradan çıxan detalların səthi korroziyaya davamlı maddə və örtüklərlə izolə edilməlidir;

  6. Yeyilən hissələrin daxil olduğu mexaniki vəziyyət dinamik həll olunan mexaniki sistemdə qalır. Əks halda oynaqlarda əlavə sürtünmə qüvvələri yaranır və yeyilmə azalır;

  7. Konstruksiya etdikdə çalışmaq lazımdır ki, gec yeyilən hissələr mümkün qədər əlverişli ölçülərdə olsun və təmir vaxtı asanlıqla dəyişdirilə bilsin;

  8. Konstruksiya və mexanizmlərin istismar dövründə hissələrin vəziyyətinə nəzarət olunmalı və istənilən vaxt cari təmir yaxşı təşkil edilməlidir.



7. SÜRTÜNMƏNİ MÜŞAYİƏT EDƏN İSTİLİK PROSESLƏRİ
Sürtünmə zamanı hissələrin işçi səthlərinin qarşılıqlı təsiri intensiv istilik ayrılması ilə müşayiət olunur. Plastik deformasiya və kələ - kötürlüklərin kəsilməsi, hissənin materialının kristal qəfəsində təhrif əmələ gətirir ki, bu da yerli istilik artımı ilə aşkarlanır. Sürtünmə prosesində faktiki təmasın mikro sahəciklərində 1000  qədər temperatur işartısı yaranır.
Sürtünmə hissələrinin materialının istilik kecirməsi nəticəsində sürtünmə zamanı ayrılan istilik bir neçə istilik axınına ayrılır. Bu axınların bir hissəsi qarşılıqlı təsirdə olan hissələrin hər birinin daxilinə və digər hissəsi ətraf mühitə istiqamətlənir. Beləliklə, qovuşan hissələrin işci səthlərinin materialına və ətraf mühitə paylanması prosesləri ilə müşayiət olunur.
Sürtünmə hissələrinin ətraf mühitlə istilik mübadiləsi şəraiti, materialların istilik – fiziki xassələri, işci səthlərin profillərinin parametirlərinin və qovuşmanın iş rejimi cəm halda sürtünən hissələrin orta temperaturunu müəyyən edir. Bu temperatur sürtünmə əmsalına, hissələrin yeyilməsini xarakterinə və qovuşmanın uzunömürlülüyünə mühüm dərəcədə təsir göstərir.
Sürtünmə zamanı istilik yaranması və istilik mübadiləsi proseslərinin analizi nəticəsində qovuşanın iş rejimini dəyərləndirmək üçün keyfiyyət göstəriciləri təyin olunmuşdur. Bu stend və laboratoriya sınaqlarını planlaşdıran, maşının uzunömürlülüyünün sürəti sınaqlarla təyin edən zaman xüsusilə vacibdir.
Sürtünmə düyünlərində hissələrin işci səthlərində temperaturun dəyişməsi proseslərinin təsviri zamanı aşağıdakılar nəzərdən atılmışdır: ətraf mühitin istilik tutumu o qədər böyükdür ki, onun temperaturu istilik mübadiləsində dəyişmir; cismin bütün səth boyu soyunma şəraiti eynidir; istilik tutumu və istilik verimi temperaturdan asılı deyil; cisimin səthinin bütün nöqtələrində temperatur eynidir. Lakin, çoxsaylı təcrübi tədqiqatlar göstərib ki, (3) və (4) ifadələri mühəndis məsələlərinin həlli üçün qovuşma hissələrinin işçi səthlərində orta temperaturunun dəyişməsi xarakterini lazımi dəqəqlikdə təsvir edir.
Işçi səthlərin temperaturunun yüksəlməsi sürtünmə qüvvəsinin mexaniki və molekulyar təşkiledicilərinin dəyişməsinə gətirib çıxarır.
Metal səthləri üçün sürtünmə qüvvəsinin mexaniki təşkiledicisinin dəyişməsi əsasən materialın bərkliyinin azalması hesabına olur. Temperaturun yüksəlməsi şəraitində metal materiallar üçün bərkliyin dəyişməsi eksponensial asılılıq təsvir olunur:
H = H0  
Burada H0 illik temperaturdakı bərklik;
β- temperatur əmsalı;
∆t – sürtünməyə görə səthin qizması zamanı temperatur emsalıdır.
Işçi səthlərin temperaturunun dəyişməsi nəticəsində sürtünmə qüvvəsinin molekulyar təşkiledicisi azala, arta və hətta dəyişməz ola bilər.
Xarici sürtünmə prosesində sürtünmə qüvvəsinin hissələrin işçi səthlərinin temperaturundan asılılığı adətən minimumdan keçir. Bu minimum qovuşmanın ən yaxşısı temperatur rejiminə uyğun gəlir. Mexanizmin işinin temperatur rejimi göstəricilərinin sürtünmə və onların dəyişmə qanunauyğunluqlarının müəyyən olunması imkan verir ki, konstruksiya olunma, hazırlanma və istismar mərhələlərində qovuşmanın iş şəraiti dəyərləndirilsin və əsas elementlərin etibarlılığının təmini üzrə idarəedici təsirlər əsaslandırılsın.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə