Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI


TEXNOLOJİ MAŞIN VƏ AVADANLIQLARIN HİSSƏ VƏ DÜYÜNLƏRİNİN TRİBOTEXNİKİ SINAQLARI HAQQINDA



Yüklə 1,12 Mb.
səhifə15/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
C fakepathTMAMMP mühazireler konspekti

14. TEXNOLOJİ MAŞIN VƏ AVADANLIQLARIN HİSSƏ VƏ DÜYÜNLƏRİNİN TRİBOTEXNİKİ SINAQLARI HAQQINDA

Maşın və avadanlıqların layihələndirilməsində onların texniki ehtiyatlarının və iş proqnozlarının təyini üçün tribotexniki sınaqlar böyük əhəmiyyət kəsb edir.


Avadanlığın konstruksiyasının və iş rejiminin mükəmməlləşməsində yeni-elmi və texniki-nəzəri sınaqların istifadəsi ilə həyata keçirilir.
Bildiyimiz kimi nəzəri sınaqların keçirilmə metodu kifayəy qədər öyrənilmiş və öz həllini tapmışdır. Hər bir obyektə öz texniki şərtlərinə görə müxtəlif eksperimental sınaqlar keçirilir.
Tribotexniki düyünlərin yeyilməyə davamlılığın təyini və friksion cütlərin seçilməsi üçün, onların dayanıqlığını araşdırmaq üçün eksprimental sınaqlar aaparılır. Alınmış nəticələrə əsasən kontakt növünə, elementlərin formasına, sürtünən cütlərin materialına görə, istilik ötürməsinin şərtlərinə görə daha effektiv friksion cütlər seçilir.
Tribotexniki sınaqlar bir çox faktorların (sürət, yüklənmə, temperatur, ətraf mühitin) geniş diopazonda dəyişməsini tələb edir.Tribotexniki sınaqlar maşın və aqreqatların bütün düyünlərinda aparılır.
Eksperimental sisitemin əsas vəzifəsi qərarın qəbulu üçün vacib və kifayət qədər məlumatın alınmasıdır. Eksperimentin məqsədinin seçilməsində parametrlərin əhəmiyyətini bilmək vacibdir. Eksperiment aparılarkən mütləq nəzarət parametrlərini və ölçmə parametrlərini nəzərə almaq lazımdır.
Bütün natura və laboratoriya şəraitində aparılan sınaqlarda modellərin dəyişən ölçülərini mütləq ölçmək və nəzərə almaq lazımdır.
Tribotexniki sınaqlar aşağıdakı tapşırıqların həlli üçün aparılır:

  • Konstruksiyaların layihələndirmə mərhələsində tribodüyünlərin iş qabiliyyətinin proqnozlaşdırılması;

  • Sürtünən cütlərdə xarici faktorların təsirindən fundamental asılılıqların tədqiqi.

Keçirilən sınaqlar maşın və avadanlıqların təlimatlarına əsasən aparılır.Yeni materialların tədqiqatı zamanı əmin olmaq lazımdır ki, tədqiq olunan parametrlər(yüklənmə, sürət, temperatur və s.) buraxıla bilən həddədir.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə