Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI



Yüklə 1,12 Mb.
səhifə13/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
C fakepathTMAMMP mühazireler konspekti

12. NÖQTƏVİ DEFEKTLƏR

Hesab edək ki, bir atom kristal qəfəsində tutduğu yerdə möhkəm oturaraq, yalnız tarazlıq vəziyyəti ətrafında istilik rəqsləri edir. Lakin, real kristal qəfəsinin atomları həmişə ideal olaraq öz yerlərini tutmurlar, bundan əlavə, kənar aşqar atomları da kristal qəfəsinə daxil olur; hər iki halda kristal qəfəsinin quruluşunda defektlər yaranır.


Riyazi, ideal kristal nəzəriyyəsi kristal qəfəsinin bir çox xassələrini-sıxlıq, dielektrik nüfusluğu, xüsusi istilik tutumu, elastiki xassələr və s. izah etməyə imkan verir. Bütün bu xassələr, həcmə və ya quruluşa həssas olmayan xassələr adlanır. Kristallarda həmişə qeyri-mükəmməllik və ya defekt dlanan, həddindən artıq quruluş pozuntuları olur. Yuxarıda saydığımız xassələr həmin qeyri-mükəmməlliklərdən zəif asılıdır, ancaq quruluş pozuntuları krastalın bir çox digər xassələrinə-möhkəmliyinə, elektrik keçiriciliyinə, ferromaqnit metallarda histerezis itgilərinə çox güclü təsir edir. Kristalın mükəmməlliyindən çox kəskin asılı olan xassələr quruluşu həssas xassələr adlanır.
Bərk cismin atomlarının istilik rəqsləri böyük əhəmiyyət kəsb etsə də, kristalın ideal quruluşunun ciddi pozulmasına səbəb olmur. Ona görə də hər bir atom mükəmməl kristal quruluşuna uyğun olan, lazımi qədər yaxın qonşuları ilə əhatə olunmuş vəziyyətdə olur. Əgər bu şərt pozularsa, onda kristal qəfəsinin defektləri yaranır: ya atomların yaxın qonşilarının sayı, ya da verilən atomdan yaxın qonşulara qədər məsafələr müxtəlif olur. Həmin defektlərin, həndəsəsindən asılı olaraq onları üç qrupa ayırmaq olar.
1. Nöqtəvi defektlər:
a) vakansiyalar;
b) daxil edilən atomlar (aşqarlar);
v) aşqarların izole olunmuş toplusu.
2. Xətti defektlər-dislokasiyalar;
3. Səth defektləri:
a) bərk cismin xarici səthi;
b) bərk cismin daxili səthləri.

Bu fəsildə, nöqtəvi defektlər haqqında məlumat verilir. Hal-hazırda bərk cismin fizikasıı sahəsində aparılan tədqiqatlarında əksəriyyəti qeyri-mükəmməl kristallara həsr olunur. Bu, onunla əlaqədardır ki, bərk cisimlərin bir sıra mühum xassələri kristalların kimyəvi təbiəti, qəfəsin həndəsəsi ilə deyil, əsasən defektlərlə təyin olunur. Məsələn, müəyyən edilmişdir ki, yarımkeçiricilərin keçiriliciyi kristala daxil olmuş cüzi miqdarda kimyəvi aşqarlardan kəskin asılıdır. Bir sıra kristalların rənglənməsi də onlarda olan defektlərlə əlaqədardır. Kristalın lüminessensiyası demək olar ki, aşqarlarla əlaqədardır. Aşqarlar və defektlər olduqda bərk cisimlərdə diffuziya prosesləri daha da sürətlənir. Bərk cisimlərin mexaniki və plastik xasəələri adətən dislokasiyalarla təyin olunur. Müəyyən şəraitdə kristal yetişdirmə prosesi dislokasiyaların iştirakı olmadan demək olar ki, baş tutmur. Beləliklə, bu və sonrakı fəsildə yuxarıda deyilənlərə aid təcrübi və nəzəri işlər haqqında qısa məlumat verəcəyik.





Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə