Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI



Yüklə 1,12 Mb.
səhifə9/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
C fakepathTMAMMP mühazireler konspekti

9.YAĞLAMA VƏ YAĞLARIN TƏSNİFATI

Maye sürtgülərinə bütün növ yağlar aid olunur. Yağların ən vacib xarakteristikları özlülük əmsalı 𝜼, onun temperaturdan və təzyiqdən asılılığı və yağlılığıdır.


Yağlılıq dedikdə sürtünmə zamanı nazik səth qatının özünün aparması və friksion xarakteristikaya təsirini xarakterizə edən xassələr toplusu başa düşülür. Yağlılıq sürtünmə əmsalının qiyməti ilə dəyərləndirilir. Sürtünmə əmsalı az olduqda yağlılıq az olur. Aydındır ki, yağlılıq təkcə yağın xarakteristikası yox, eləcə də bütövlükdə friksion cütü xarakterizə edir.
Antifriksion xassə nöqtəyi – nəzərindən yağın baş əsas xarakteristikası özlülük yox, yağlılıqdır. Tətbiq sahəsindən asılı olaraq yağlara ən vacib tələb sürtünmənin və yeyintinin azaldılmasıdır.
Yağın uzun molekul zənciri səthə nəzərən cəhətlənir və onunla ilişir. Belə struktur iki təmasda olan səthin ayrılmasına səbəb olur. Yağların yüksək özlülüyü fiziki cəhətlə onunla izah olunur ki, uzun molekul zəncirləri bir- birilə ilişir və bir – birinə daxil olur. Bitki yağları molekullarında aktiv radikalların olması onların metala güclü cəzb olunması, yəni adgeziya ilə nəticələnir.
Aktiv radikalları olmayan mineral yağlar bu qabiliyyəti almaq üçün onlara xüsusi aşqarlar daxil edirlər.
Yağ molekulunun aktiv ucları ilə metal arasında sabun pərdəsinin əmələ gəlməsilə kimyəvi reaksiyalarda mümkündür. Mineral yağlar neftdən alınır. Bütün sürtgü yağlarından onların əhəmiyyəti artıqdır. Neft yağların tətbiqi. D.İ.Mendeleyevin, M.P.Petrovun, O.Reynoldsun, Y.Məmmədəliyevin xidmətləri sayıla bilər.
Istənilən neft yağının alınması üçün ilkin məhsul mazutdur. Təyinatından asılı olaraq öz xassələri ilə secilən yağlar fərqləndirilir: industrial, transmissiya, silindr, turbin, dizel, motor, aviyasiya, avtol və başqaları. Bu bölünmə şərti xarakter daşıyır, məsələn, motor yağının ayrı – ayrı hallarda sənaye avadanlığını yağlamaq üçün də istifadə olunur.
Bütün mineral yağlar karbohidrogen zənciri əsasında olur.
Piy yağları qileserin və piy turşularından təşəkkül tapır. Bu yağların yağlama xassələri neft yağlarından yaxşıdır, lakin onlar yüksək temperaturlarda tez oksidləşirlər, yəni istismar zamanı qeyri sabitdirlər.
Sintetik yağları sadə karbohidrogenlərdən sintez yolu ilə alırlar. Sintetik yağlar öz yağlama xassələrinə görə neft yağlarından geri qalırlar, lakin xüsusilə yüksək və alçaq temperaturlarda işləmə qabiliyyətinə görə fərqlənirlər. Məhz ona görə də onlar reaktiv aviasiyada tətbiq olunurlar ( 60  - dən 300  - dək ). Sintetik yağlar 4 qrupa bölünürlər: efirlər,qlikollar, silikonlar, ftor karbonlar.
Efirlər aviasiya cihazlarını yağlamaq üçün tətbiq olunur və 60  - dən 300 - dək işlədilir. Oksidləşməyə qarşı aşqarlar qatılıqda 200  - yədək işləyə bilər. Qlikollar nisbətən yüksək olmayan temperaturlarda ( 60  ilə 100 ) silikonlar əsasında hazırlanır. Onların özlülüyü 60  . . . + 250   həddində temperaturdan az asılı olur.
Karbonlu yağlar, bütün sintetik yağlardan üstün olaraq yüksək termooksidləşmə qabiliyyəti ilə seçilir.
Yağlama qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün müxtəlif növ aşqarlar tətbiq olunur.
Öz təyinatına görə aşqarlar aşağıdakı növlərə bölünürlər:
Yuyucu – sürtünmə səthindən yağın oksidləşmiş məhsulun kənar olunması ücün;
Oksidləşməyə qarşı – yağların oksidləşmə prosesinin ləngidilməsi üçün;
Sürtünən səthlərdə möhkəm pərdə əmələ gətirməsi üçün;
Korroziyaya qarşı – metalların korroziyadan qorunması üçün;
Antifriksion – sürtünmə əmsalının qiymətinin aşağı salınması üçün;
Yeyintiyə qarşı - səthlərin yeyintisinin azaldılması üçün;
Köpüklənməyə qarşı – mühərriklərin yağlanması zamanı yağların köpüklənməsi üçün;
Çox funksiyalı.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə