Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI


YEYİLMƏNİN NÖVLƏRİ VƏ YORULMA YEYİLMƏSİ



Yüklə 1,12 Mb.
səhifə6/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
C fakepathTMAMMP mühazireler konspekti

5. YEYİLMƏNİN NÖVLƏRİ VƏ YORULMA YEYİLMƏSİ


Molekulyar mexaniki yeyilmə. Hissələrin əvvəlcədən sıxılma təzyiqi həddindən nisbətən çox olduqa səthin üst qoruyucu hissəsi dağılır, plastik deformasiya yaranır və hissələr sıx əlaqədə olur, nəticədə onlar arasındakı əlaqə hissəciklərin ilişmə təsir qüvvəsi üzrə alınır. Bu hadisə ilişmə adlanır. Detallar bir-birinə nisbətən hərəkət etdikdə bu ilişmə dağılır, digər hallarda isə yenisi əmələ gəlir. Hissəciklərin qarşılıqlı təsir qüvvəsi və temperatur təsir nəticəsində səthlərin zədələnməsi kinetik – mexaniki yeyilmə adlanır.
Kinetik – mexaniki yeyilmənin ən təhlükəli qrupu metalın qoparaq bir səthdən digər müstəviyə yapışmasıdır. Bu halda ən çox səthdəki bərk material qopur və əzilərək başqa sahəyə yapışmaqla onun üzərində ləkə yaranır. Material qopan səthdə isə ölçüsü 200-300 mkm olan yekə cırıqlar yaranır. Belə yeyilmə növü qoparaq yeyilmə adlanır.
Sürüşmə sürtünmə sürəti kiçik olan hallarda kontakt səthində kiçik temperatur yaranır və səthlərdə sürtünən yağ başqa qoruyucu xassəsini itirir. Yüksək temperatur şəraitində detallar görüşdükdə səthləri bir-birinə yapışaraq qopmaqla yeyilir. Bu təhlükəli yeyilmənin qarşısını almaq üçün xüsusi qızdırma sistemi nəzərdə tutulmalı və yeyilmə cütü daha münasib seçilməlidir.
Erroziya olunmaqla mexaniki yeyilmə. Maşın hissələrinin yeyilən səth qatı bir müddətdən sonra öz xassəsini itirir. Səthin çox nazik qatının kövrəkliyi artır və bu, metal ilə daxili mühit komponentləri arasında bir qədər sıx kimyəvi əlaqə yaratmağa başlayır. Nəticədə metal səthində müəyyən qat yaranır. Bu təbəqə sürtülüb yeyildikdən sonra proses yenidən təkrar olunur. Qovuşan səthlərin bu cür sürtünərək yeyilməsi, korroziya olunmaqla mexaniki yeyilmə yaradır. Misal üçün, dəniz neft şəraititndə estakadaları saxlayan dayaq borularının müəyyən hissəsi suda, digər hissəsi isə havada qalır. Su ilə torpağın görüşmə sərhəddindəki «yuyulan» hissə güçlü korroziya olunaraq dağılır. Belə səth dalğa qalxdıqda islanır, endikdə isə quruyur. Boru səthində əvvəlcədən kimyəvi qat əmələ gəlir. Suyun təkrar təsirindən həmin qat gedir və yenisi əmələ gəlir. Bununla, borular «yuyulan» səth üzrə qalınlaşır və qırılma təhlükəsi azalır. Oksidləşmə reaksiyası ilə alınan mexaniki yeyilmənin müqaviməti çox kiçikdir. Lakin tərkibinə sahəsi aktiv maddələr əlavə olunan sürtgüdən istifadə etdikdə metal səthində əmələ gələn bərk qatın sürtünməyə müqaviməti başqa materialdan daha çox olur. Belə qatın yeyilmə dərəcəsi əsas detalın dağılmasını qabaqcadan müdafiə etməyə imkan verir.
Korroziya olunmaqla hissənin yeyilməsi kiçik sürtünmə sürətlərində, hissələrin dağılması və bəndlərdəki boşalmalarla birgə baş verərsə belə yeyilməyə abraziv-korroziya deyilir. Frettinq erroziya prosesi çox kiçik sürətlə alınır. Ona görə də frettinq erroziya uzun müddət belə şəraitdə yeyilən hissələrin dağılmasına səbəb olur.
Frettinq korroziyanı azaltmağın əsas növlərindən biri hissələrin işçi səthinin kövrəkliyini artırmaqdır. Bu, azotlaşdırma termik təbəqə üsulu ilə aparıldıqda xüsusilə keyfiyyətlidir. Digər səmərəli üsullardan biri ancaq fosforlaşdırılmış işçi səthlərin disulfid kalsiumla örtülməsidir.
Yeyilməni xarakterizə edn parametrlərdən biri yeyilmə intensivliyidir. Bu, yeyilən qatın qalınlığının , yeyilmə yoluna L nisbəti kimi təyin olunur:

Yorulma yeyilməsi mexaniki yeyilmənin bir növü olub, səth qatında materialın mikrohəcminin təkrar deformasiyasından yorulma dağılması zamanı yaranır. Belə yeyilmə istər diyirlənmə, istərsə də sürüşmə sürtünmələri zamanı yaranır.
Yorulma yeyilməsi prosesi adətən diyirlənmə və ya sürtünmə təmasındakı çox saylı təkrarlaşan gərginlilər tsikli ilə bağlı olur.
Yorulma yeyilməsinin intensivliyi aşağıdakı amillərlə müəyyən olunur: qalıcı gərginliklərin və səthi gərginlik konsentratorlarının olması; səthlərin keyfiyyəti; qovuşmada yüklərin paylanması; sürtünmənin növü; sürgü materialının olması.
Maşınların texniki vəziyyətindəki dəyişiklilik proseslərini səmərəli idarə etmək və maşın hissələrinin yeyilmə intensivliyinin azaldımasına yönəldilmiş tədbirləri əsaslandırmaq üçün hər bir konkret halda səthlərin yeyilməsi növünü müəyyənləşdirmək lazımdır. Bunun üçün aşağıdakı xarakteristikaları vermək tələb olunur:
1.Səthlərin nisbi yerdəyişməsinin növü ( friksion təmasın növü )
2.Aralıq mühitin xarakteri (sürtgü materialının yaxud işci mayenin növü)
3.Yeyilmənin əsas mexanizmi
Aralıq mühitin növünə görə sürtgü materialı olmadıqda sürtünmə zamanı yeyilmə, sürtgü materialı olduqda sürtünmə zamanı yeyilmə, abraziv materiallı sürtünmə zamanı yeyilmə növləri fərqləndirilir. Hissələrin materialının, sürtgü materiallarının yaxud abraziv materialların xassələrindən, eləcə də onların qovuşmadakı münasibətlərindən asılı olaraq iş zamanı səthlərin dağılmasının mütəlif növləri baş verir. Yeyilmə üzrə aşağıdakı növlərə bölünür:
1.Mexaniki ( abraziv, hidro – və qazabraziv, eroziya, hidro – və qazeroziya, kavitasiya, yorulma, toxunma zamanı yeyilmə, frettinq yeyilmə )
2.Korroziya – mexaniki ( oksidləşmə, fretinq – korroziya zamanı yeyilmə )
3.Elektrik cərəyanının təsiri altında yeyilmə ( elektroeroziya )
Mexaniki yeyilmə sürtünmə səthinə mexaniki təsir nəticəsində baş verir.
Materialın mühitlə kimyəvi və yaxud elektirik qarşılıqlı təsiri ilə müşayiət olunan mexaniki təsir nəticəsində yaranan yeyilmə korroziya – yeyilmə adlanır.
Elektrik cərəyanı keçdikdə yüklərin təsiri nəticəsində səthin yeyilməsi eroziyalı yeyilmə adlanır. Bu cür yeyilməyə elektrik avadanlığı elementlərində: generatorlarda, elektrik mühərriklərində, eləcə də elektromaqnit işə salıcılarında rast gəlinir.
Sərbəst yaxud bərkidilmiş vəziyyətdə yerləşən abraziv hissəciklərin kəsici yaxud cırmaq təsiri nəticəsində materialın mexaniki yeyilməsi abraziv yeyilmə adlanır.
Metala nəzərən bərkliyi böyük olan abraziv hizzəciklər hissələrin səthini dağıdır və onların yeyintisini xeyli artırır. Bu növ yeyilmənin ən geniş yayılma növüdür.
Polimerlərdən hazırlanmış hissələrin işi zamanı da abraziv yeyilmə baş verə bilər. Bu nəinki abraziv hissəciklərin səthə düşməsi nəticəsində baş verir, eləcə də sürtünmə zamanı kələ - kötürləri qovuşan hissənin səthini cırır və uzununa cırıqlar yaranır.
Hidro – və qazabraziv yeyilmə mayedə ( yaxud qazda ) asılı halda olub yeyilən səthə nəzərən yerdəyişmədə olan bərk hissəciklərin təsiri nəticəsində baş verir. Hidroabraziv yeyilmə hidrodinamiki ötürmə hissələri üçün, qazabraziv yeyilmə isə kompressor və pnevmoalət elementləri üçün xarakterikdir. Bu növ yeyilmələr üçün yeyilmə intensivliyi
J = kvm
Burada k – abrazivin xassələrindən və qaz yaxud maye axını parametrlərindən asılı olan əmsal; v – axının sürəti, m ; m - dərəcə göstəricisidir.
Abraziv hissəciklərin ölçüləri artdıqca yeyilmə intensivliyi monoton olaraq artır.
Yeyilmənin növünü müəyyən etdikdə eroziya, hidro- qazeroziya və kavitasiya yeyilmələrini hidro – və qazabraziv yeyilmədən fərqləndirmək lazimdir.
Maye və (yaxud) qaz axının təsiri nəticəsində səthin mexaniki yeyilməsi eroziyalı yeyilmə adlanır.
Maye (qaz) axınının təsiri nəticəsindəki eroziya yeyilməsinə hidroeroziya (qazeroziya) yeyilməsi deyilir.
Bərk cismin mayeyə nəzərən hərəkəti zamanı hidro eroziya yeyilməsinə kavitasiya yeyilməsi deyilir, bu zaman qaz qovuqcuqları səth yaxınlığında toplanır və beləliklə təzyiqin yaxud temperaturun yerli artması baş verir. Bu növ yeyilmə boru kəmərlərində və kollektorlarda müşayiət olunur.
Qovuşmanın real işi zamanı eyni zamanda bir neçə növ yeyilmə müşahidə oluna bilər. Bunlardan hansının aparıcı olması yeyilən səthlərin öyrənilməsi nəticəsində müəyyən oluna bilər ki, bunun da nəticəsində maşının uzunömürlülüyünün artırılması üzrə tədbirlər işləmək olar.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə