Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI


KONSTRUKSİYANIN MÖHKƏMLİK PROBLEMLƏRİ. FRİKSİON VƏ ANTİFRİKSİON MATERİALLAR



Yüklə 1,12 Mb.
səhifə2/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
C fakepathTMAMMP mühazireler konspekti

2.KONSTRUKSİYANIN MÖHKƏMLİK PROBLEMLƏRİ. FRİKSİON VƏ ANTİFRİKSİON MATERİALLAR

Müasir maşınların yastıqlarında sürtünmə adətən neqativ rol oynayır. Hər hansı düyünün hərəkətdə olması üçün hissələrin sürtünməsini dəf etmək etmək məqsədilə əlavə iş görmək lazımdır ki, bu da nəticədə istiliyə cevrilir. Sürtünmə, məmulatın xidmət müddətini müəyyən edən yeyinti ilə müşaiyət olunur. Vakuumda işləyən düyünlərdə sürtünmə, hissələrin soyuq qaynağına və gözlənilməyən imtinara gətirib cıxara bilər. Hissələrin sürtünməsini mexaniki f.i.ə. müəyyən edir.


Sürtünmə ilə mübarizə müxtəlif yollarla aparılır ki, bunlardan biri də kiçik sürtünmə əmsalına malik antifiriksion materialların yaradılmasıdır.
Lakin bir sıra maşınların elə düyünləri vardır ki, bunların işləməsi yüksək sürtünməsiz mümkün deyil. Məsələn, əyləclər, friksion muftalar, qayış və kanat ötürmələri, bərkidici yivli birləşmələr və s. quruluşlar. Bunlarda hissələrin işci səthləri xüsusi yaradılmış materiallarla örtülür ki, onlar firiksion materialları adlanır və yüksək qiymətli sürtünmə əmsalına malik olurlar.
Sürtünmənin faydalı istifadəsinə ən parlaq nümunə hamıya yaxşı tanış olan ayaqqabının altı ilə torpaq təmasıdır. Yer donmuş olduqda kiçik qiymətə malik sürtünmə əmsallı altlığın buz üzərində tətbiqinin nə kimi nəticələr verəcəyi hamıya aydındır.
Şərti olaraq sürtünmə əmsalı f   0,2 olan materialları friksion, f   0,2 olan materialları isə antifriksion materiallara bölürlər.
Istər friksion, isrərsə də antifriksion materiallar yeyilməyə davamlı və möhkəm olmaqla maşınların layihə müddəti həddində etibarlılığını və uzunömürlülüyünü təmin etməlidir. Bu tələbatları yerinə yetirmək üçün elmi - texniki inqilab şəraitində alimlər və mühəndislər müasir friksion və antifriksion materialların modernləşdirilməsi və yenilərininin yaradılması üzərində fasiləsiz işləyirlər. Belə ki, axırıncı 30 il ərzində təyyarələrin sürəti 10 dəfə artmışdır. Təxminən o qədər dəfə təyyarə oturan zaman əyləmə anında yaranan istilik miqdarı artmışdır. Belə böyük istilik miqdarı məhdud zamanda əyləmə anında ətraf mühitə yayıla bilər və bu da təyyarənin təkərinin əyləmə hissələrinin 1200  - yədək qızmasına səbəb olur, ona görə də 1947 – ci ildə aviaəyləclərdə tətbiq olunan friksion materiallar 80 – cı 90 – cı illərin təyyarələri üçün məqbul sayıla bilməz. Artan hərəkət sürəti yeni yastıq materiallarının yaradılmasını tələb edirdi. Bu materiallar saniyədə yüzlərlə metr sürüşmə sürətində və - 250   - dən 1000  - yədək həddə temperatur fərqində işləməlidir. Aydındır ki, belə şəraitlər üçün 40 – 50 – ci illərin çuqunu, bürüncü və babbitləri yaramayacaqdır. Onların əvəzinə çinidən, polimerlərdən, metaldan və digər təbii və sintetik materiallardan hazırlanmış daha mürəkkəb antifriksion kompozisiyalar tətbiq olunur. Bu materiallar ekstremal şəraitlərdə, məsələn, vakuumda, yüksək enerji hissəciklərinin şüalanmasında işləmək imkanına malikdirlər.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə