Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI



Yüklə 1,12 Mb.
səhifə3/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
C fakepathTMAMMP mühazireler konspekti

Friksion materiallar ( FM)
FM – də mexaniki xassələrin müsbət qradiyenti iki yolla əldə edilir. Birinci yol ondan ibarətdir ki, təmas ara boşluğuna aralıq plastik qat daxil edilir, elə bir qat ki, onun sürüşmə müqaviməti qarşılıqlı təsirdə olan cisimlərinkindən azdır. Bu qat metal və qeyri-metal əsaslı plastik maddələrdən, oksid pərdəsindən, bərk sürtgülərdən əmələ gələ bilər. Ikinci yolda tətbiq olunan belə FM sürüşmə gərginliyinin və təmas zonasındakı yüksək temperaturun təsiri altında termiki parcalanır və yumşalır. Sürtünmə səthində plastiki pərdə yaranır.
FM – lərin aşağıdakı növləri mövcuddur;

  1. metal

  2. asbokauçuk

  3. asboqətran

  4. üzvi

  5. metalkeramik

Kontrcisim kimi adətən tərkibində yüksək karbon olan və legirləşdirilmiş poladlar, termiki emaldan keçmiş çuqunlar (ÇNMX, SÇ – 21 - 41 və b.) tətbiq olunur.
Metal friksion materiallara adətən U7, U8 yüksək karbonlu polad cütü ilə işləyən boz çuqunları aid edirlər. Çuqunlarda karbon qrafit şəklində iştirak edir. Qrafit yeyinti məhsulları ilə birlikdə azaldılmış sürüşməyə malik müqavimətli pərdə yaranır. Belə cütlərin çatışmayan cəhəti kiçik sürtünmə əmsalının olması, üstün cəhəti isə qiymətinin ucuz olması və etibarlı işləməsidir. Göstərilən cütlər dəmiryol nəqliyyatında təkərlərin əyləclərində istifadə olunur.
Asbokauçuk materiallar avtomobillərin, traktorların və digər maşınların əyləclərində və ilişmə muftalarında tətbiq olunur. Əsas komponentləri: asbest, sintetik kauçuk, sink oksidi, qurğuşun, tunc yonqarı, konifol və s.dir. Asbest lifli struktura malik oluduğundan məmulatın karkasını yaradır və istiliyə davamlı edir. Onun sürtünmə əmsalı temperaturdan az asılıdır. Kauçuk bütün komponentləri əlaqələndirir və böyük sürtünmə əmsalına malikdir. Sink oksidi plastikdir və səth qatı əmələ gəlməsinə səbəb olur. Bütövlükdə asbokauçuk materiallar aşağı istilik keçirməyə malik olduqlarından səth qatı daha tez yaranır. Bu materialların sürtünmə əmsalı temperatur artdıqda kauçuk yumşaldığından güclü sürətlə aşağı düşür. Ikinci vacib çatışmayan cəhəti odur ki 370  . . . 400  temperatur zamanı material dağılaraq tökülür. Ona görə də onu yüngül rejimli əyləclərdə ( avtomobillərdə ) istifadə etmək mümkündür.
Üzvi friksion materiallar ( ağac, dəri, tıxac, rezin, keçə ) zəif yüklənmiş sürtünmə düyünlərdə ( əyləclərdə, friksion ötürmələrdə, qoruyucu quruluşlarda ), əsasən cihazlarda tətbiq olunur. Ancaq rezin əsaslı üzvi materiallardan hazırlanmış friksion qayış ötürmələri və qoruyucu quruluşlardan müxtəlif təyinatlı maşınlarda: kənd təsərrüfatı maşınlarından tutmuş ağır maşınqayırmanın güclü proseslərinə qədər istifadə olunur. Üzvi materialların tətbiq sahəsi onların istilik kecirməsinin və istiliyə davamlılığının az olmasına görə məhduddur, bununla əlaqədar olaraq onlar uzunmüddətli nisbi sürüşmədə işləyə bilmirlər. Bundan başqa onların qiymətləri də bahadır.
Müasir texnikada metal – keramik materialların xüsusi rolu vardır. Belə materiallar tozmetallurgiya üsulu ilə alınır. Əvvəlcə toz halında olan birləşmə preslənir və sonrada bişirilir. Bu materialların aparıcı səthlərə diffuziya qaynağı ilə çəkilməsi də mümkündür. Metal – keramik friksion materiallar istiliyə çox davamlıdırlar. Onların istilik tutumu və istilik keciriciliyi yüksəkdir, ancaq onlar tutulmağa meyilli olub sürtünmə əmsalının azalan temperatur xarakteristikasına uyğun gəlir.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə