Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI



Yüklə 1,12 Mb.
səhifə12/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
C fakepathTMAMMP mühazireler konspekti

11. DAĞILMA MEXANİKASI

Praktiki olaraq bütün materiallarda müstəvi defektlər (qüsurlar) olur, bunlar ya çatabənzər dağıntılar şəklində və ya müstəvi formada olurlar. Bunlardan bəzilərini sadalayaq:



  1. Mikroçatlar – bunların oxboyu kəsimi 10-7 – 10-3 sm ölçüdə dəyişir;

  2. Sürüşmə çatı – metallardakı dislokasiyalar 10-8 – 10 sm ölçüdə;

  3. Metallarda və polimerlərdə texnoloji çatlar –10-3 – 10 sm ölçüdə;

  4. Metallarda və polimerlərdə istismar çatlar –10-3 – 10 sm ölçüdə. İstismar çatlarına yorğunluq çatları, korroziya çatları, differensiya çatları və i.a. daxildir;

  5. Metallardakı çatlar – metallurgiya prosesində ( –10-5 – 1 sm ölçüsündə) yaranan. Bunlara aiddir: ərplər, boşluqlar, metalların oksidləşməsi zamanı əmələ gəlir.

  6. Polimerdəki struktur çatlar 10-7 – 1 sm ölçüdə

Defektlərin (qüsurların) təsnifatı


Təkmil kristal atomları düyünlərdə simmetrik yerləşən kvant mexaniki vəziyyətdə olan qəfəsdir. Hər hansı bir atomların yerləşməsinin pozulması və ya həyacanlandırılması nəticəsində kristallar təkmil olmayan vəziyyətdədir deyillər. Bu baxımdan defektləri aşağıdakı kimi təsnif edirlər:

  1. Qəfəslərin rəqsi.

  2. Qəfəsdə boş vakansiya və düyünlər arası atomların olması.

  3. Qatışıqlar. Qeyri bircins atomlar hansı ki, düyünün özününkü deyil, bu qatışıq yertutma adlanır.

  4. Dislokasiya. Xətti defektlər dislokasiya adlanır. Disblokasiyalar özü də iki tipdə olur:

  1. Sərhəd dislokasiyası. Bu tip dislokasiya nöqtəsi defektlərin bir növ mənbəidir.

  2. Vintli dislokasiya. Bu tip dislokasiya atomların müstəvisi səviyyəsində fırlanır və spiral kimi burulur.

  1. Nizamsızlıq. Bir çox kristallar müxtəlif fərd atomlardan ibarət olur. Eyni ilə bu ərintilərdə müşahidə olunur. Nizamsız atom birləşmələri nizamlı atomlara nisbətən daha çox fəallaşır, məsələn Cu3Au xəlitəsinin kristalının daxilində buna oxşar yenidən qurma əhəmiyyətli səviyyə çatır.

  2. Səth deffekti. İstənilən kristallarda, lap ideal kristal da olmuş olsa, yenə də kristalın səthində elektronların həyacanlanması və qəfəslərin relaksiyası çaş verir. Dağılmanın əmələ gəlməsində səth defektinin rolu böyükdür.

  3. Elektron defektləri. Bundan əvvəlki defektlər qəfəslərdə atomların yerdəyişməsi ilə əlaqədardır. Təcübələr göstərir ki, qəfəs strukturunda bir atom belə həyəcanlandırılırsa, buna baxmayaraq bu qəfəs üçün izolyator rolunu oynayaraq elektron ötürücü ilə “eksiton” deffektləri yaradacaq.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə