Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə3/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
dunya land. - копия 2018

Şərqi Avropa düzənliyi (6) qurunun ən böyük düzənliklərindən biridir (sahəsi 4 mln. km2 çox). Onun böyük hissəsi kembriyəqədər plitədə, çox az hissəsi, cənubu Skif (epipaleozoy) platformasında yerləşmişdir. Relyef yüksəkliklərin və ovalıqların növbələşməsi ilə xarakterizə olunur. Onun şimal hissəsini pleystosendə bir neçə dəfə materik buzlaqları örtmüşdür. Buzlaşma özündən sonra buzlaq, su-buzlaq çöküntüləri və relyef formaları qoymuşdur. Cənubda lyös və lyösəoxşar çöküntülər geniş yayılmışdır, erozion relyef inkişaf etmişdir. Tundradan yarımsəhralara qədər landşaftların enlik zonallıq diferensiasiyası çox aydın seçilir. Uzunluq boyu landşaftların iqlimi zəifdən tipik kontinentala qədər dəyişir.
Krım-Qafqaz dağlıq ölkəsi (7) Alp qırışıqlıq qurşağına aiddir. Bura, aralarında Rioni və Kür-Araz tektonik çökəklikləri yerləşən Böyük Qafqazın (5642 m) qayma-qırışıq qalxmaları və Kiçik Qafqazın (3724 m) silsilələri, həmçinin Krım dağları (1545 m) aiddir. Dağlıq ölkə müxtəlif landşaft zonalarının kəsişdiyi yerdə yerləşdiyindən enliyarpaqlı və subaralıq dənizi landşaft tiplərinin sədd-yağışlı variantları, həmçinin hər biri üçün müəyyən hündürlük qurşaqları xas olan subboreal çöl və yarımsəhra, subtropik səhra landşaftlarının böyük müxtəlifliyi səciyyəvidir. Adları çəkilən landşaft tiplərində hündürlük qurşaqlığı hündürdağlıq çəmənlərlə və buzlaqla yekunlaşır.
Ural-Yeni Torpaq dağlıq ölkəsi (8) Arktikadan yarımsəhralara qədər meridional istiqamətdə uzanan, uzunmüddətli denudasiya və müasir qalxmalara məruz qalan, alçaq və orta dağlar (1895 m) əmələ gətirmiş hersin qırışıqlığına aiddir. Şimaldan cənuba hündürlük qurşaqları sistemi mürəkkəbləşir. Dağlıq qütb səhraları, tundra və tayqa landşaftları üstünlük təşkil edir. Rütubətli mülayim kontinental qərbi və nisbətən quru tipik kontinental şərq yamacları arasında fərq əhəmiyyətli dərəcədədir.
Şimali Asiya (Sibir) subkontinenti iri çaylar tökülən, Şimal Buzlu okean istiqamətdə sanki geniş yamac əmələ gətirir. Geniş düzənliklər yaylalar və dağ silsilələri ilə qarışır. Subkontinent mülayim və subarktik enliklərdə yerləşmişdir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə