Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Qərbi Sibir tayqasının landşaftları



Yüklə 0,75 Mb.
səhifə16/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   42
dunya land. - копия 2018

Qərbi Sibir tayqasının landşaftları. Tipik kontinental iqlimi ilə xarakterizə olunur. İstilik və rütubət təminatına görə onlar Şərqi Avropa analoquna yaxındır, ancaq daha uzun və sərt qışı ilə fərqlənir. Arktik hava kütlələrinin və Sibir antisiklonunun müdaxiləsi iqlimin formalaşmasında böyük rol oynayır. Landşaftların çox hissəsi Qərbi Sibir epihersin platformasının düzənliklərinə aiddir. Bataqlıqlaşma prosesi burada kütləvi hal almışdır. Bataqlıqlar çox vaxt bütövlükdə suayırıcıları örtür. Çay şəbəkəsi sıx olsa da, dərin deyil. Çoxlu sayda kiçik bataqlıq, termokarst, subasar göllər var.
Qərbi Sibirdə tayqanın hər 3 yarımzonası daha aydın təzahür edir. Şimali tayqa daha geniş zolaqla uzanır. Onun şimal hissəsində yernik kolluqlu, təpələrdə mamır, şibyə, qumotu, tüklücəli bataqlıqlar üstündür. Meşə sahəsi azdır. Çayların kənarlarında seyrək-davamlı qara şam-küknar və qara şam meşələri üstündür. Yarımzonanın cənub hissəsində donuşluq sahələri daha da kiçilir və tədricən itir. Qara şam qumlucalarda ağ şam, gilli torpaqlarda qara şam-küknar-sidr meşələri ilə əvəzlənir. Çayların arasında qabarıq oliqotrof (sfaqnumlu) bataqlıqlar üstündür. Bu tip bataqlıqlar orta tayqada da yayılmışdır, ancaq onlar meşəsizdir. Meşələri əsasən tipik boreal kolluqlar, ot və mamırlı küknar-sidrdən ibarətdir. Yüngül torpaqlarda şam, yanmış yerlərdə 2-ci dərəcəli tozağacı və ağcaqovaqlar üstündür. Şimali və mərkəzi tayqanın plakor torpaqlarının səthi əsasən qleylidir. Yuyulma rejimi şəraitində (qumlarda) illüvial-humuslu və illüvial-dəmirli podzollar formalaşır.
Cənubi tayqa üçün dovşan kələmi, qumotu, sedmiçnik və s. ibarət ot örtüklü sıx yaşıl sidr-küknar-ağ şamlı meşələr xarakterikdir. Qərbdə onlarda cökə, torpaq örtüyündə müxtəlif otlar iştirak edir. Hal-hazırda onların yerində 2-ci dərəcəli ağcaqovaq-tozağacı meşələri üstünlük təşkil edir. Suayırıcıların mərkəzi hissəsi də həmçinin qabarıq yuxarı bataqlıqlar sistemi ilə tutulmuşdur. Gilli torpaqlardakı drenajli ərazilər üçün 2-ci (relikt) humus horizontlu çimli-podzol torpaqlar tipikdir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə