Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Şərqi Sibir tayqasının landşaftları



Yüklə 0,75 Mb.
səhifə17/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
dunya land. - копия 2018

Şərqi Sibir tayqasının landşaftları 200 şimal enliyi boyu uzanaraq, təxminən 6 mln. km2 sahəni əhatə edir. Bu landşaftlar üçün kəskin və son dərəcə kontinental iqlim, qalın çoxillik donuşluq və onunla əlaqədar olan proseslər xarakterikdir. Burada demək olar ki, podzol əmələgəlmə müşahidə olunmur və donuşluq-tayqa torpaqları formalaşmışdır. Yağıntıların azlığında, relyef tez-tez çaylarla kəsildiyindən və dağ süxurları çatlı olduğuna görə bataqlıqlaşma zəif gedir. Meşə əmələgətirən növlər Qmelin qara şamı və ona yaxın olan Kayandera qara şamıdır (şimal-şərqdə). Şərqi Avropa və Qərbi Sibirdən fərqli olaraq burada dağ landşaftları geniş yayılmışdır. Şərqi Sibir tayqasının qərb qurtaracağı daha rütubətli iqlimi, qalın qar örtüyü, podzol tipli torpaq və meşələrinin tərkibində qaranlıq iynəyarpaqlı növlər qarışıqlı xüsusi keçid təşkil edən anqar-yenisey və mərkəzi Sibir sektoraltı kimi ayrılmalıdır. Cənubi tayqada bu sektoraltı demək olar ki, Baykala qədər genişlənir.
Şərqi Sibirdə daha çox sahəni, bir çox əlamətlərində meşə-tundraya yaxın olan şimali tayqa landşaftları tutur. Bu yaxınlıq dağlıq relyeflə daha da artır. Burada donuşluq prosesləri çox geniş yayılmışdır. Hipoarktik kolluqlu, bəzən balacaboy tozağaclı (Betula exilis) seyrək-davamlı meşələr alçaq sahələrdə bataqlıqlaşmaya məruz qalmışdır və qumotu-tüklücəli bataqlıqlarla növbələşir. Qleyli-donuşluq tayqa torpaqları tipikdir. Orta tayqa üçün donuşluq, tayqa torpaqlarında Qmelin qara şamı, ladan ağacı və cır mərsinli meşələr xarkterikdir. Yeniseyyanı (Priyenisey) hissədə meşələr duşekiya, mərsin, qaragilə, cır mərsin, tayqanın xırda otları və mamırlardan ibarət aşağı yaruslu, küknar və sidr qarışıqlı Sibir qara şamından əmələ gəlmişdir. Cənubi tayqa nisbətən kiçik sahəni tutur və tayqanın keçid təşkil edən mərkəzi Sibir tipinə aid etmək olar. Onun üçün küknar-ağ şam və sidr-küknar, qalın ot örtüklü meşələr tipikdir, şam və şam-qara şam meşələri yayılmışdır. Orta Sibir yaylasının ən cənub hissəsi - Predsayan dağətəyi çökəkliyini çox vaxt tayqaaltına aid edirlər, ancaq cənubi tayqadan onu şərti ayırmaq mümkündür.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə