Tələbə: Qəmbərli Lamiyə Fakültə: gkf qrup: 119. 21 Fənn: Geokimya



Yüklə 6,63 Kb.
tarix30.12.2023
ölçüsü6,63 Kb.
#165844
geokimya lamiyə


Tələbə: Qəmbərli Lamiyə
Fakültə:GKF
Qrup:119.21
Fənn:Geokimya
Müəllim: Aslanov Həmid
Mövzu:Hidrosferin geokimyası
Hidrosfer-Yerin su örtüyüdür.Hansı ki bu örtüyə okeanlar,dənizlər,çaylar,yeraltı sular,buzlaqlar,qar örtüyü həmçinin atmosferdə olan su buxarları daxildir.
●Yerin hidrosferi 94% okean və dənizlərin duzlu sularından ibarətdir.
●Bütün şirin suların 75%dən çoxu Arktika və Antarktikanın qütb buz papaqlarında konservləşmişdir.

Yeraltı suyun əsas komponentləri, yəni 5 mq / L-dən çox olan elementlər


kalsium, maqnezium, sodyum, silikon, karbon dioksid, bikarbonat, xlorid və sulfatdır.
Kiçik tərkibli, yəni 10 mq / L-dən az olan elementlər
kalium, dəmir, ammonium, oksigen, karbonat, bromid və nitratdır. Bunlardan başqa komponentlər yeraltı sularda az miqdarda tapılır.

yeraltı sularda olan üzvi komponentlər

  • Yeraltı sularda olan üzvi komponentlər asetat, humik turşusu, karbohidratlar, amin turşuları, taninlər və karbohidrogenlərdir.
  • Onların konsentrasiyaları çox aşağıdır.

Hidrosferə təbii təsir
Hidrosferin çirklənməsi çaylara göllərə,dənizlərə sənaye,kənd təsərrüfat və çirkli məişət sularının axıdılması nəticəsində baş verir.
Quru sularının çirklənməsi
Sənaye hər il çaylara 160 km3 təmizlənməmiş və kifayət dərəcədə təmizlənməmiş sular axıdır.Onlar ümumi çay axınlarının 10% ni çirkləndirir.Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə bu rəqəm 30 % ə çatır
●Dünya okeanı və dənizlərin çirklənməsi
Dünya okeanının çirklənməsi neft hasilatı və daşınması zamanı tökülən çayların çirklənməsi,radioaktiv və zəhərli maddələrin okean dibində saxlanılması zamanı baş verir.
Ən çox çirkləndirən maddələr:
1.Neft və neft məhsulları
2.Kimyəvi sentetik maddələr
3.Ağır metallar
4.Radioaktiv elementlər
5.Kənd təsərrüfatı
6.Termik çirklənmə
  • Dəniz suyu əksəriyyəti azlıq təşkil edən 72 kimyəvi elementin birləşməsindən ibarətdir. Başqa sözlə, dəniz suyunda təbiətdəki bütün elementlərin, demək olar ki, hamısı mövcuddur.
  • Dəniz suyunun tərkibində çoxluq təşkil edən elementlər
  • Xlor (Cl), natrium (Na), sulfat (S), maqnezium (Mg), kalsium (Ca) və kaliumdur (K).
  • Bütün mineralların 90%-ni təşkil edən bu 6 elementdən başqa brom (Br), karbon (C), qızıl (Au), iridium (İr) və hətta platinə (Pt) qədər müxtəlif elementlər dəniz suyunda mövcuddur.
  • Həm qütb, həm də tropik dənizlərində sıxlıq dəyişsə də, karbonsuz birləşmələrin nisbəti, demək olar ki, eynidir.
  • Dəniz suyundakı əsas kimyəvi maddələr və nisbətləri:

Okeanların kimyəvi tərkibi
Suda həll olunmuş sərvətlər (qızıl, gümüş, xörək duzu və s.).
Dibdən, yer qabığından çıxarılan sərvətlər (neft, qaz vəs.).
Okean və dənizlərin suyunun acı və şor olmasının səbəbi
Maqneziumun və xörək duzunun çox olmasıdır.
1 litr suda həll olunmuş maddələrin qramlarla miqdarına suyun duzluluğu deyilir və promill (o/oo) ilə ifadə olunur.
Okean suyunun orta duzluluğu 35 o/oo-dir.
İzoqalin Nədir ?
Eyni duzluluğa malik olan nöqtələri birləşdirən xətlərə izoqalin deyilir.
Hidrosferin çirklənməsinin əsas nəticələrindən yoluxucu xəstəliklər,sahil sularının evtrofikasiyası,oksigen çatışmazlığı müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar.
Dənizləri neftlə çirklənmədən qorumaq üzrə 1954 cü il Beynəlxalq konvensiya BMT tərəfindən qeydə alındı.Beynəlxalq hüquqi sənəd qəbul edilərək dövlətlər dəniz mühitini qoumağı öhdələrinə götürdülər.Çirkli suların təmizlənməsi:
1.Mexaniki təmizləmə 4.Dezinfeksiya
2.Bioloji təmizləmə
3.Fiziki-kimyəvi təmizləmə
Şirin su ehtiyatı ilə zəngin dövlətlər
ALLAHın yaratdığı sərvətlərin israfına yol verməmək hamımızın insanlıq borcudur..
Diqqətiniz üçün minnətdaram
Yüklə 6,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə