Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Mühazirə 3 Şərqi Asiya subqitəsi. Cənub-Qərbi Asiya subqitəsi



Yüklə 0,75 Mb.
səhifə11/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   42
dunya land. - копия 2018

Mühazirə 3
Şərqi Asiya subqitəsi. Cənub-Qərbi Asiya subqitəsi
Plan:

  1. Şərqi Asiyanın subqitısi fiziki coğrafi mövqeyi

  2. Şərqi Asiyanın landşaftları

  3. Cənub-Qərbi Asiya subqitəsinin fiziki coğrafi mövqeyi

  4. Cənub-Qərbi Asiya subqitəsinin landşaftları

Avrasiyanın Sakit okean sektorunda Qərbi Avropa çəmən landşaftlarının analoqu xeyli cənubda, 590 və 460 şimal enlikləri arasında yerləşmişdir və Kamçatka və Kuril adalarının böyük hissəsini əhatə edir. Ərazinin cənuba uzanması alçaq yay temperaturlarını müəyyən edən (avqustun orta temperaturu 100-140C təşkil edir) soyuq dənizlərin təsiri ilə əlaqədardır. Atlantikyanı sektora nəzərən qışı daha isti və uzunmüddətlidir: ən soyuq ayın temperaturu -60C, -120C-dir ki, bu da Şərqi Sibirdən kontinental boreal havanın güclü axını ilə əlaqədardır. Qanunauyğun olaraq, kontinentallıq dərəcəsi yuxarıdır və sahildən uzaqlaşdıqca onun qiyməti 4-dən 7-ci pilləyə qədər artır (dənizdən mülayim kontinental iqlimə qədər). Kontinentin şərq qurtaracağı üçün xas olan atmosferin sirkulyasiyasının musson xarakteri burada qışda bol yağıntı gətirən və dövrlər üzrə (illik cəmi 1000 mm-dən çox olmaqla) kifayət qədər bərabər paylanmasına şərait yaradan qış sakit okean siklonlarının intensiv fəaliyyəti ilə zəifləyir. Dağlıq relyefin üstünlük təşkil etməsi iqlimin çox aydın seçilən hündürlük diferensiasiyasını və dağlıq buzlağa qədər qurşaq sisteminin inkişafını müəyyən edir.


İntensiv axın bol yağıntı ilə əlaqədardır, illik axın layı Kamçatkanın cənub-şərqində 500 mm-dən yuxarıdır, dağlıq sutoplayıcılarda 1200-1700 mm-ə çatır. Axın il ərzində nisbətən bərabər paylanmışdır ki, buna da qruntla qidalanmanın 50%-dən çox hissəsini təmin edən vulkanik süxurların sukeçirməsi şərait yaradır. Qarla qidalanma 20-40% təşkil edir, dağ qarlarının əriməsi yayda daşqınlara səbəb olur.
Kamçatka və Kuril adalarında müasir təbii proseslər bir çox hallarda fəal vulkanizmlə müəyyən edilir. Burada 60-dan çox fəaliyyətdə olan vulkan var. Onların fəaliyyəti nəinki spesifik relyef formalaşdırır, həm də atmosfer proseslərinə - havanın tozluluğunu və karbon oksid tutumunun yüksəlməsinə (bununla əlaqədar buludluluq artırır) və günəş radiasiyasının azalmasına təsir göstərir. Vulkanların püskürməsi buzlaqların əriməsinə gətirir, güclü palçıqlı daşqınlar yaradır, torpaq-bitki örtüyünü məhv edir. Bu cür təsirdən sonra geosistemlər sanki yenidən formalaşmağa (canlanmağa) başlayır.
Kuril-Kamçatka landşaftlarının zonal bitkiləri - inkişaf etmiş hündürotlu yarusa malik daş tozağacından (Betula ermanii) ibarət seyrək (park) meşələrdir. Xarakterik nümayəndələri kamçatka allafı və ya şelamaynik (Filipendula camtschatica), ovucaoxşar allaf (F. palmata), ayı kökü (Angelica ursina), borşevikdir (Heracleum lanatum). 600-800 m-dən yuxarıda dağlıq tundra ilə əvəzlənən sidr (Pinus pumila) və qızılağac (Duschekia camtshatica) meşəlikləri qurşağı yerləşmişdir. Fitokütlə ehtiyatına görə (təxminən 100 t/ha, həmçinin assimilyasiya edən yaşıl hissələr 4-5 t/ha) daş tozağacı meşəliyi şimal tayqa meşələrindən geri qalır, illik məhsuldarlığına görə isə (təxminən 10 t/ha) onu üstələyir (yəqin ki, qalın ot örtüyü hesabına).
Heyvanat aləmi tayqaya yaxındır. Burada kamçatka samuru, sincab, tülkü, ayı, Sibir porsuğu, canavar, su samuru, ağ dovşan, dələ, çöl siçanı, quşlardan daş Sibir xoruzu, ağacdələn və s. rast gəlinir. Sürünənlər yoxdur, suda-quruda yaşayanlar çox azdır.
Torpaqlar bitki çürüntüsünün bolluğu, çox da dərin olmayan (təxminən 25 sm) dövri donma, intensiv yuyulma rejimi, ancaq mikrobioloji fəaliyyətin nisbətən zəif olması nəticəsində əmələ gəlir. Kül hissəcikləri torpağın filtrasiyasının və aerasiyasının yaxşılaşmasına şərait yaradır, onu fosfor, kalium və digər elementlərlə zənginləşdirir. Bu cür şəraitdə zəif turş çimli torpaqlar formalaşır. Təzə vulkanik küllərdə torpaq-bitki örtüyü olmur. Püskürmənin dövri təkrarlanması bir neçə basdırılmış humus təbəqəli torpaqların laylı profilinə şərait yaradır. Dağ sidrləri və qızılağac meşəliklərinin altında az qalınlıqlı çınqıllı turş az humuslu torpaqlardır.
İllik siklin ən uzun fazası qışdır. Davamlı qar örtüyü noyabr ərzində formalaşır. Qışda ərazidən tez-tez siklonlar (oktyabrdan aprelə kimi) keçir, bol qar yağır, fırtınalı küləklər əsir, ancaq istiləşmə və yağış da olur. Qışın sonuna siklonlar zonası cənuba yerini dəyişir. Martda bərk şaxtalar qurtarır, lakin qar örtüyünün qalınlığı aprelin 1-ci yarısına kimi artmaqda davam edir. Aprelin 2-ci yarısında müsbət orta sutkalıq temperatur bərpa olur, mayın 1-ci yarısında davamlı qar örtüyü əriməyə, çaylar buzdan azad olmağa başlayır. Kamçatkanın daha kontinental qərb rayonlarında orta temperaturun 50C-ni keçməsi mayın sonuna, Kuril adalarının şimalında yalnız iyunun 2-ci yarısına təsadüf edir. Bu vaxta qədər vegetasiya bərpa olur. Adətən iyunda gursululuq müşahidə edilir. Orta temperaturun 100C-dən yuxarı olduğu dövr, rayonların çoxunda iyulun 1-ci dekadasında başlayır. Yayı rütubətlidir, tez-tez dumanlar müşahidə olunur, avqust ən isti aydır. Sentyabrın 1-2-ci dekadasında temperatur aşağı enərək 100C-ni keçir, şaxtasız dövr böyük hissəsində oktyabrda, sutkalıq temperaturun 50C-ə qədər endiyi vaxt qurtarır. Bu vaxta qədər yarpaqlar saralır və tökülür. Avqustdan oktyabra kimi Kamçatkada və xüsusən də Kuril adalarında tayfunlar müşahidə olunur. Sentyabr-oktyabrda axının ümumi enmə fonunda yağış daşqınları müşahidə olunur. Kamçatkanın qərbində mənfi orta temperatur oktyabrın 2-ci dekadasında, Kuril adalarının şimalında bir ay gec bərpa olur.
Düzənlik sahələri Kamçatkanın əsasən qərbində yerləşir. Mərkəzi Kamçatka depresiyası tayqa tipli landşaftlara aid olduğundan ona baxılmayacaq.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə