Microsoft Word Cənub – Qərbi Asiya



Yüklə 167 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü167 Kb.
#18815
növüYazı


Cənub – Qərbi Asiya

 

Coğrafiya  ən  qədim  elmlərdən  biridir.Bu  sozün  hərfi  mənası  yunanca  (“geo”-



yer,”qrafo”-yazıram)  Yerin  təsviri  deməkdir.<>  adlı  ilk  kitabı  bizim 

eradan  əvvəl  3-cü  əsrdə  yaşamış  əslən  misirli  olan  yunan  alimi  Eratosfen 

yazmışdır.Həmin  kitabda  Dünya  haqında  o  dövrlər  üçün  insanlara  bəlli  olan 

təsəvvürlər verilmişdir. 

  Qədim  xalqların  təsəvvürlərində  Dünya  Cənubi  Avropa,Şimali  Afrika  və  Qərbi 

Asiyadan  ibarət  idi.İlk  coğrafiya  kitablarında  (Eratosfen  <>,Strabon 



<>)  Yerin  təsviri  iki istiqamətdə verilirdi.Ümumi hissədə  bütövlükdə 

Yer  haqqında  məlumatlar-onun  forması,böyüklüyü,təbiəti,Ölkəşünaslıq  adlanan 

ikinci hissədə isə ayrı-ayrı ərazilər təsvir edilirdi. 

  Uzun  müddət  ilk  coğrafiyaçılar  adlandırılan  səyyah  və  dənizçilər  gəzib 

dolaşdıqları yerlərin yalnız təbiətini təsvir etməklə məşğul olmuşlar.Sonralar yerdə 

baş  verən  proses  və  hadisələrin  səbəblərini,onların  inkişaf  qanunauyğunluqlarını  

öyrənən  bu  elmi  fiziki  coğrafiya  adlandırdılar.Coğrafiyanın  ikinci  qolu  olan 

iqtisadi coğrafiya isə əhalini və onun təsərrüfat fəaliyyətini öyrənir. 

  Təbiətdə  baş  verən  hadisələr,dəyişiliklər,insanların  təbiətə  təsiri  müasir    fiziki 

coğrafiyanın əsas tədqiqat obyektidir.Fiziki coğrafiyanın ən mühüm vəzifələrindən 

biri  də  coğrafi  proqnozdur.Yəni  təbiətin  dəyişmə  qanunlarını  öyrənib,gələcəkdə 

baş verə biləcək təbii hadisələri qabaqcadan söyləməkdir. 

  Yer  haqqında  ilk  təsəvvürlər    babillərə  məxsusdur.Onların  yaratdığı  əfsanələrdə 

Dünyanın ayrı-ayrı qatlardan ibarət olduğu təsəvvür edilir.Babillərin fikrincə,onlar 

özləri mərkəzdə,başqaları isə göyün üst və ya Yerin alt qatlarında yaşayırlar. 

  Dörd cəhət və hər cəhətdə bir dünyanın olduğunu ifadə ilk fikirlər eraməzdan altı 

ə

sr əvvəl şumerlərə məxsus olmuşdur.Onların təsəvvürlərinə görə mərkəzdə Kiçik 



Asiya  yarımadası  ,onun  ətrafında  isə  Qara  dəniz,Egey  dənizi  və  Aralıq  dənizi 

yerləşir.Emumiyyətlə,qədim  zamanların  insanları  Dünyanın  öküz,əjdaha  və  başqa 

canlıların üstündə dayandığını güman edirdilər. 

  Yüzilliklər  keçdikcə  insanların  təsəvvür  dairələri  genişlənirdi.Kiçiik  gəmilərdə 

səfərə  çıxan  dənizçilər  kənərlardakı  quru  əraziləri  öyrənərək  Dünya  haqqında 

ə

vvəlki fikirləri genişləndirməyi başladılar. 



  Eramızdan əvvəl 3-cü əsrdə yaşamış Eratosfenin tərtib etdiyi ilk xəritədə artıq üç 

quru  ərazi  təsvir  edilmişdir:Şimali  Afrika(Liviya),Avropa  və  şərqdə  skiflərin 

yaşadığı Asiya.O həmçinin ilk dəfə olaraq Yerin ölçülərini hesablamışdır. 

  Bizim  eranın  2-ci  əsrində  yaşamış  Ptolomeyin  xəritələrində  Yer  haqqında 

təsəvvürlər  daha  geniş  idi.Onun  xəritəsində  yüzlərlə  məntəqənin  adı  qeyd 

olunmaqla  bərabər,ilk  dəfə  olaraq  meridian  və  paralellərdən  də  istifadə 

edilmişdir.Sonrakı  əsrlərdə  Dünya  haqqında  biliklər  daha  sürətlə  inkişaf    etməyə 

başlamışdır.Hələ  bizim  eradan  əvvəl  7-ci  əsrdə  bəzi  xalqlara  Yerin  küürə 

formasında olması haqqında fikirlər məlum idi.10-11-ci əsrlərdə yaşamış görkəmli       

alim Əl-Biruni bu fikirlərə əsaslanaraq ilk qlobusu düzəltmişdir. 

www.behruzmelikov.com



  12-ci  əsrdə  yaşamış  dahi  şairimiz  Nizami  Gəncəvinin  <<İsgəndərnamə>> 

ə

sərində  verilmiş  Yerin  əmələ  gəlməsi  ,onun  forması  ,hərəkəti  və  başqa 



xüsusiyyətlərinə aid fərziyələr o dövrdə Şərq aləmi üçün məlum təsəvvürlərin 

cəmi  idi.Həmin  dövrdə  yaşamış  Azərbaycan  alimi  Nəsirəddin  Tusi 

müasirlərindən daha irəli gedərək ,nəinki Yerin kürə şəklində olması haqqında 

,hətta  onun  fırlanmasına  aid  hesablamalar  aparmışdır.Nəsirəddin  Tusi  o  vaxt 

aldığı nəticələr indiki hesablamalardan az fərqlənir. 

  11-16-cı  əsrlərdə  Yer  haqqında  təsəvvürlər  sürətlə  inkişaf  etməyə 

başladı.Belə ki,okeanlarda iri gəmilərlə səfərə çıxan səyyahlar gördükləri yeni 

torpaqların  xəritəsini  çəkir,həmin  ərazilərin  təbiəti  haqqında  yazılar  dərc 

etdirirdilər.Belə  səyyahlardan  biri  Azərbaycanın  görkəmli  coğrafiyaşünası 

Ə

.Bakuvi Olmuşdur. 



  <>  dedikdə  Qərb  yarımkürəsində  Amerika  qitəsi  nəzərdə 

tutulur.Amerika  kəşf  edilənə  qədər  <>  da,yəni  Avropada 

yaşayanlara 

Amerika 


qitəsi 

haqqında 

heç 

nə 


məlum 

deyildi.Doğrudur,Avropanın  şimalında  yaşayan  vikinqlər  10-11-ci  əsrlərdə 

dəniz yolu ilə Atlantik okeanını üzüb keçmiş və Amerikanın ucqar şimal-şərq 

sahillərində  ,o  cümlədən  ,Qrelandiya  adasında  olmuşdular.Lakin  sonralar  bu 

ə

laqə  tamamilə  kəsilmiş  və  unudulmuşdur.Amerikanın  kəşfi  Kristofor 



Kolumbun  adı  ilə  bağlıdır.Kristofor  Kolumb  1492-ci  lildə  Hindistana  dəniz 

yolu  axtarmaq  məqsədilə  səfərə  çıxır.60  gün  dənizdə  üzdükdən    sonra 

səyyahlar  torpaq  görürlər.Həmin  torpaqları  Vest  (qərb  mənasında)Hind 

adaları,yerli əhalini isə hindular adlandırırlar.K.Kolumb güman edirdi ki,onun 

ekspedisiyası  qərb  tərəfə  üzməklə  Hindistanın  sahillərinə  gəlib  çıxıb.Çünki 

Kolumba Yerin kürə formasında olması haqda təsəvvürlər məlum idi.  



 

 

 

2.Coğrafi movqeyi. 

 

 

Fiziki coğrafi mövqeyi. 

Cənubi-Qərbi  Asiya  dünya  sivilizasiyasının  ən  qədim  mərkəzlərindən  biri 

olmuşdur.Bu 

geniç 


regionda 

Anadolu,İran 

yaylaları 



Mesopotamiya 

ovalığı,Ərəbistan  yarımadası  yerləşir.Ön  Asiya  dağlıq  yaylalarında  yerləşən 

Anadolu və İran yaylaları,Əfqanıstan əsasən dağlıq ərazilərdir.Burada hündür dağ 

silsilələri  arasında  geniş  çökəklər  yerləşir.Hinduquş  dağları  regionun  ən  hündür 

dağlarıdır.Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları 

adlanır. 

  Ön Asiya yayalaları çox parçalanmış relyefe malikdir.Yüksək dağ silsilələri dərin 

çökəkliklərdə növbələşmişdir.Ön Asiya yaylaları Kaynazoy yaşlı Alp-Himalay fəal 

www.behruzmelikov.com



dağlıq  və  seysmik  qurşağının    bir  hissəsini  təşkil  edir.Bunu  regionda  baş  verən 

güclü zəlzələlər sübut edir. 

  Ərəbistan  yarımadası  qədim  Afrika-Ərəbistan  platformasına  daxildir.Ərəbistan 

yayalasını  İran  yayalasından  ayıran  əyilmə  (çökmə)  sahəsində  Mesopotamiya 

ovalığı  yerləşir.Ovalıq  Dəclə  və  Fərat  çaylarının  gətirdiyi  allüvial  çöküntülərlə 

örtülmüşdür. 



İ

qtisadi coğrafi mövqeyi. 

Cənub  Qərbi  Asiya  qədim  mədəniyyət  mərkəzlərindən  biridir.Dünyanın  dörd  ən 

geniş 

yayılmış 



dinlərindən 

üçü 


(yəhudi,xristian,islam 

dinləri) 

burada 

yaranmışdir.Onun  tərkibinə  daxil  olan  on  altı  ölkə  dünya  ərazisinin  4,7%-ni 



tutur.Regionun  simasını  ilk  növbədə  onun  əlverişli  mövqeyi  və  zəngin  neft 

yataqları müəyyən edir. 

  İqtisadi coğrafi mövqeyinin başlica əlaməti üç qitənin yolayrıcında ,mühüm 

hava  və  dəniz  yollarının  (Bosfor,Dardanel,Ba-ül-Məndəb  boğazları  ,Süveyş 

kanalı)  kəsişdiyi  terdə  yerləşmişdir.Belə  coğrafi  mövqe  Cənub-Qərbi  Asiya 

xalqlarının siyasi və iqtisadi həyatına əsəslı təsir göstərmiş və onun tərkibində 

Mesopotamiya  (Dəclə  və  Fərat  çayları  arasında),Levant  (Aralıq  dənizi 

sahilində)  kimi  tarixi  vilayətlərinin  yaranmasına  səbəb  olmuşdur.Siyasi 

cəhətdən Cənub-Qərbi Asiya  həmişə dünyanın  ən narahat  regionlarından biri 

“barıt çəlləyi” olmuşdur.İndi də regionda siyasi veziyyət qeyri-sabitdir. 

   Yaxın  Şərq,İraq-Qərb,kürd,Kipr  problemlərinin  uzun 

müddət  həll 

olunmaması  regionda  siyasi  gərginlik  yaradır.Cənub-Qərbi  Asiya  regionunu 

Afrikanın Şimalında yerləşən Misir və Sudanla birlikdə,Həm də Yaxın və orta 

Şə

rq adlandırırlar.OrtaŞərqə yalnız İran və Əfqanıstan aid edilir. 



 

 

 



Ə

halinin milli tərkibi,təkrar artımı və yerləşməsi. 

 

Regionun  əhalisinin  80%-ni  türklər,ərəblər  və  farslar  təşkil  edir.Başqa  xalqlar 

arasında  kürdlər,yəhudilər,bəluçular  üstünlük  təşkil  edir.İslam  dini  və  əxlaqının 

rolu güclü olan regionda əhalinin təbii artımı yüksəkdir(hər 1000 nəfərə ildə 28-30 

nəfər). 

  İslam aləmində müqəddəs sayılan dini mərkəzlərin hamısı –

Məkkə,Mədinə(Səudiyyə Ərəbistanı),Kərbəla,Nəcəf (İraq),Məşəd,Qum 

(İran),Məzari Şərif (Əfqanıstan),Qüds(İsrail) Cənub –Qərbi Asiyadadır. 

Regionda əhalinin orta sıxlığı (1kvadrat kilometrdə 37 nəfər) təxminən orta dünya 

göstəricisinə bərabərdir.Lakin ərazi üzrə əhali olduqca qeyri-bərabər 

yerləşmişdir.İran körfəzi,Qara və Aralıq dəniz sahillərində,çay vadilərində və 

vahələrdə əhali sıx məskunlaşmışdir. 

www.behruzmelikov.com



  Cənub-Qərbi Asiya ölkələrində urbanizasiya səviyyəsi 

yüksəkdir.Əfqanıstan,Yəmən və Oman istisna olmaqla,regionun bütün ölkələrinin 

ə

halisinin yarıdan çoxu şəhərlərdə yaşayır.Ən iri şəhərləri 



Tehran,İstanbul,Ankara,Bağdad,İzmir,İsfahan,Dəməşq,Ər-Riyad ,Təbriz və 

başqalarıdır. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.İqlim. 

 

Region tropik və subtropik iqlim qurşaqlarında yerləşmişdir: 



Tropik  iqlim-quru  və  qızmarlığı  ilə  seçilir.Tropik  hava  kütlələri  (Th) 

hökmrandır.Yüksək  atmosfer  təzyiqinin  hakim  olması  il  boyu  aydın  və  buludsuz 

hava  şəraitinin  yaranmasına,bu  isə  öz  növbəsində  sutka  ərzində  tempratur 

amplitudasının 40c-yə çatmasına səbəb olur.Mümkün buxarlanma kəmiyyəti 2000 

mm-ə çatır.İl ərzində (hətta bir neçə ildə ) 1-2 dəfə yağan yağıntının miqdarı  50-

www.behruzmelikov.com




100  mm-ə  çatır.Havanın  temperaturu  gündüz  +42c-yə  çatdığı  halda  gece  -2c-yə 

çatır.Temperatur il boyu az dəyişir.Qış ayları seçilir. 

  Tropik  iqlim  qurşağı  bir-birindən  kəskin  fərqlənən  iki  vilayətə  ayrılır.  Belə 

ki,okean üzərində güclü buxarlanma havada rütabətin artmasına səbə olur-rütubətli 

tropik iqlim tipi yaranır.Quru üzərində isə səhra iqlimi hakim olur. 

  Subtropik  iqlim-Temperatur  və  yağintıların  paylanması  il  boyu  aydın  seçilən 

fəsli  rejimə  malikdir.Yayda  quru  isti  tropik,qışda  isə  mülayim  rütubətli  mülayim 

hava kütlələri hökmran olur. 

  Okeanların  təsiri  burada  az  hiss  olunur.Yalnız  Aralıq  dənizi  sahillərində  qışda 

Atlantik okeanının təsiri hiss olunur. 

Cənub-Qərbi Asiyanın ayrı-ayrı hissələrinin iqlim şəraitində fərqlər olsa da, onlar 

üçün  ümumi  cəhət  quraq  iqlimin  olmasıdır.Regionda  ilin  çox  hissəsində  quru  və 

isti  tropik hava hakim olur.Ərəbistan yarımadası daha quraq iqlimə malikdir.Onun 

cənub  hissəsində  havanın  temperaturu  +45,+55c-yə  qədər  çatır,yağıntı  isə  demək 

olar  ki,çox  az  düşür.Ümumiyyətlə,Cənub-Qərbi  Asiya  materikin  ən  quraq 

regionudur.Düzənliklərdə əsən güclü isti,quru səmum küləyi qum və toz fırtınaları 

yaradır.Yaylalarda isə iqlim kontinentaldır,qış davamlı və soyuq keçir. 

  Aralıq  və  Qara  dəniz  sahillərində  yağıntıların  miqdarı  daha  çoxdur.Həmin 

ə

razilərdə qışı mülayim və yağıntılı Aralıq dənizi iqlimi hakimdir. 



  Regionda  çay  şəbəkəsi zəif inkişaf  etmişdir.Ö  n  Asiya  yaylalarının nadir  çayları 

qısa  və  azsuludur.Ərəbistanyarımadasının  bəzi  yerlərində  isə    vadi  adlanan  quru 

dərələr mövcuddur.Böyük qumlu səhralarda vahələrə də rast gəlinir. 

  Mesopotamiya ovalığında regionun ən iri çayları (Dəclə və Fərat) axır.Bu çaylar 

mənsəblərindən  200  km  yuxarıda  birləşərək,Şətt-əl-Ərəb  çayını  əmələ 

gətirir.Çayların suyundan suvarmada geniş istifadə olunur. 

  Regionda  ara-sıra  kiçik  axarsız  duzlu  göllərə  təsadüf  edilir.Buradakı  Ölü  dəniz 

dünayada  ən  duzlu  göl  və  okean  səviyyəsindən  ən  aşağıda  (405m)yerləşən 

çökəklikdir. 

 

 

       

                   

4.Təbii ehtiyyatları və sənayesi 

 

Sənayenin  inkişafı  üçün  təbiət  Cənub-Qərbi  Asiya  regionuna  qiymətli  sərvətlər 

bəxş  etmişdir.Zəngin  neft  və  təbii  qaz  resurslarından  başqa,region  ölkələri 

filiz,qeyri-filiz  və  qiymətli  metal  sərvətlərinə  malikdir.Xrom  (Türkiyə),xörək 

duzu(İordaniya),təbii  kükürd  və  fosforit(İraq)  ehtiyatı  dünya  əhəmiyyətlidir.İran 

dəmir filizi,Türkiyə mis filizi ilə zəngindir. 

  Neft  və  təbii  qaz  emalını,həmçinin  bu  xammal  növlərilə  əlaqədar  istehsal 

sahələrini  çıxmaq  şərtilə,Cənub-Qərbi  Asiyanın  emaledici  sənayesi  hələ  zəif 

www.behruzmelikov.com



inkişaf  etmişdir.Emaledici  sənayenin  müxtəlif  sahələrinin  ,o  cümlədən 

maşınqayırmanın  inkişaf  sürətinə  görə  İsrail,Türkiyə  və  İran  fərqlənir.Toxuculuq 

sənayesi  xüsusuilə  Türkiyə,İraq  və  Suriyada  inkişaf  etmişdir.Regionda  ənənəvi 

kustar  sənətkarlıq,xüsusuilə  məhsulları  bir  çox  ölkələrə  ixrac  edilən  xalçaçılıq 

(İran,İraq,Əfqanıstan,Türkiyə  və  s.)  fərqlənir.Emaledici  sənayenin  başlıca 

mərkəzləri  İstanbul,Bağdad,İsfahan,Təl-Əviv,İzmir,Dəməşq,Ər-Riyad,Küveyt  və 

başqa şəhərlərdir. 

İ

ran.Ölkə  faydalı  qazıntılarla  (dəmir,mis  filizi  və  s.)  zəngindir.Neft  və  təbii  qaz 

ehtiyatları isə dünya əhəmiyyətinə malikdir.Sənayenin inkişafı üçün ölkədə bir sıra 

imkanların  olmasına  baxmayaraq  ,onun  artım  sürəti  sənaye  məhsullarına  olan 

tələbatı  tam  ödəyə  bilmir.İran  iqtisadiyyatının  sürətli  inkişafına  mane  olan 

amillərdən  biri  enerji  istehsalının  məhdudluğudur.İstehsal  olunan  enerjinin  2/3 

hissəsi  İES-in  üzərinə  düşür.Son  illər  Rusiyanın  köməkliyi  ilə  Buşir  şəhərindəki 

AES-in istehsal gücü artırılır. 

  Neft-qaz  sənayesi  İran  iqtisadiyyatının  başlıca  sahəsidir  və  dövlətin  valyuta 

gəlirinin  90%-ni  verir.Bu  sahə  İran  Milli  Neft  Şirkətinə  məxsusdur.Ölkənin 

cənubu,cənub-qərbi  və  şimal-qərbi  neft  və  qazala  zəngindir.Ən  böyük  neft  emalı 

zavodları Abadan və Tehran sənaye rayonlarındadır. 

  Metalurgiya  yerli  xammala  əsaslanır.İsfahan  şəhərində  tam  dövriyyəli  qara 

metallurgiya müəsssisəsi fəaliyyət göstərir.Əlvan metallurgiya zavodlarında əsasən 

mis  və  alüminium  istehsal  edilir.Maşınqayırma  sənayesinin  inkişafında  AFR  və 

Böyük Britaniya məxsus şirkətlərin fəaliyyəti böyükdür. 

Ə

rəb  ölkələri.Neft  və  təbii  qaz,xurma  ağaclarıCənub-Qərbi  Asiyanın  ərəb 

ölkələrinin  iqtisadi  rəmzidir.Dünya  əhəmiyyətli  neft  və  təbii  qaz  ehtiyatları 

Səudiyyə 

Ə

rəbistanında 



,İraqda,Küveytdə 

,BƏƏ-də,həm 

də 

Bəhreyndə 



təmərküzləşmişdir.Qatar  təbii  qaz  ehtiyyatları  ilə  zəngindir(ehtiyatlarına  görə 

Rusiya,ABŞ  və  İraqdan  sonra  dördüncü  yeri  tutur).Məhz  bu  resurslarla  əlaqədar 

regionun  bütün  ölkələrində  neft  emalı  ,neft-kimya  sənayesi  inkişaf  etmişdir.Son 

illər,xüsusilə  Qatarda  təbii  qazın  mayeləşdirilməsi  üzrə  iri  müəssisələr 

tikilmişdir.Alüminium  istehsalı  regionun  sənaye  sahələri  arasında  əhəmiyyətinə 

görə ikinci yerdədir.Bu sahənin inkişafına əsasən təbii qazla işləyən İES-də alınan 

ucuz  elektrik  enerjisi(Şuranın  üzvü  olan  ölkələrin  əksəriyyətində  adambaşına  12-

15  min  kwt/saat  elektrik  enerjisi  istehsal  olunur)  geniş  imkan  açır.Alüminium 

istehsalının  iri  müəssisələri  Manama,Doha,Dubay  və.b.şəhərlərdir.Emaledici 

sənayenin digər mərkəzləri Dəməşq,Bağdad,Küveyt cə Ciddədir. 

 

 

5.Kənd təsərrüfatı. 



 

Regionda  səhra  və  yarımsəhra  landşaftının  üstünlük  təşkil  etməsi  suvarma 

ə

kinçiliyinin  ,köçəri  və  yarımköçəri  heyvandarlığın  tarixən  inkişafına  səbəb 



www.behruzmelikov.com


olmuşdur.Yayda  quru  və  isti  xəmsin(ərəbcə  “50”  deməkdir)  və  səmum  (“Odlu 

külək”)  küləkləri  təsərrüfata  böyük  ziyan  vurur.Çayların  (Fərat,Dəclə,Qızıl 

İ

rmaq,Harum,Kür,Araz  və  s.)və  yeraltı  suların  suvarma  üçün  olduqca  böyük 



ə

həmiyyəti var. 

  Regionun Kipr adasında,Livan,İsrail və Suriyanin Aralıq dənizi ,Türkiyənin Qara 

və Mərmərə dənizlərinin ,İranın Xəzər dənizi sahillərinin ensiz zolağında rütubətli 

subtropik  iqlim  hakimdir.Bu  zolaqlar  regionda  kiçik  sahələr  tutsalar  da,kənd 

təsərrüfatında mühüm rol oynayırlar. 

  Cənub-Qərbi  Asiyanın  kənd  təsərrüfatında  əkinçilik  üstünlük  təşkil  edir.Bu 

sahədə  istehlak  bitkilərinin  yetişdirilməsi  (taxıl,tərəvəz)  başlıca  yer  tutur.Əkin 

sahələrinin  bir  hissəsi  üzümlük  ,meyvə  bağları,pambıq  plantasiyaları  ,səhra  və 

yarımsəhraların  vahələrində  xurma  ağacları  ilə  tutulmuşdur.Kənd  təsərrüfatı 

məhsullarından qiymətli qaragül dərisi (Əfqanıstan) ,xurma(İraq) ,kişmiş və fındıq 

(Türkiyə),sitrus 

bitkiləri 

(Livan,İsrail,Suriya,Türkiyə),badam,zəfəran,püstə 

(İran),pambıq(Türkiyə  ixrac  edilir.Ərəbistan  yarımadasında  yerləşən  ərəb 

plkələrinin  əksəriyyətinin  aqroiqlim  şəraiti  kənd  təsərrüfatı  üçün  əlverişli 

deyil.Yalnız  Aralıq  dənizi  sahilində  (Livan,Suriya),Ərəbistan  yarımadasının 

cənubunda (Yəmənin cənubunda) və Mesopotamiya ovalığında müxtəlif bitkilərin 

(dənli,sitrus,tərəvəz  və  s.)  yetişdirilməsi  üçün  əlverişli  şərait  var.Səhra  və 

yarımsəhralarda  xurma  ağacları  geniş  sahələr  tutur.Son  vaxtlar  yeraltı  sulardan 

istifadə  etməklə  səhra  ölkələrində  əkin  sahələri  genişləndirilir.Bu  sahələrdə  sitrus 

bitkiləri,tərəvəz,gül,hətta 

Avropa 

ölkələrinə 



ixrac 

edilən 


çiyələk 

də 


yetişdirilir.(BƏƏ-də). 

  Taxıl  təsərrüfatının  inkişafında  xüsusilə  Səudiyyə  Ərəbistanı  böyük  nailiyyətlər 

ə

ldə  etmişdir.Müasir  irriqasiya  sisteminin  yaradılması,dünyada  ən  yaxşı  taxıl 



toxumlarından,qabaqcıl  aqrotexnikadan  istifadə  bu  ölkə  səhra  şəraitində  nəinki 

ə

halinin taxıla olan tələbatını təmin etmiş,hətta onun ixracatçısına çevrilmişdir. 



  Ümumiyyətlə,demək  olmaz  ki,Ərəbistan  səhralarının  təbii  mənzərəsi  tamamilə 

yekrəng  və  cansıxıcıdır.İndi  səhralara  “hücum”  edilir,burada  yeni-yeni  sənaye 

müəssisələri,fermalar,yaşayış 

qəsəbələri 

salınır.Səhralarda 

uzanan 


neft 

buruqlarını,sənaye  müəssisələrini  tez-tez  tünd  yaşıla  bürünmüş  vahələr  əvəz 

edir.Vahələr səhraya sərilmiş yaşıl xalçaya bənzəyir və ətrafa gözəllik verir. 

  Regionun dağlıq ərazilərində (İraqın şimalında)  davar,qaramal,Mesopotamiyanın 

bataqlıq  ərazilərində  camış  saxlanılır.Sahil  bölgələrdə  isə  balıq  ovlanır,mirvari 

çıxarılır. 



 

 

 

 

 

 

www.behruzmelikov.com




 

6.Nəqliyyatı. 

Regionun  xarici  əlaqələrində  dəniz  nəqliyyatı  əsas  rol  oynayır.Regionun  ən  iri 

portları 

İ

ran 



körfəzində 

(Küveyt,Dubay,Əbu-Dabi),Qara 

dənizdə     

(İatanbul,İzmir,İzmit,İsgəndərun)  və  Aralıq  dənizində  (Hayfa)  yerləşir.Dəmiyol 

nəqliyyatı  zəif  inkişaf  etmişdir.Dəmiryol  şəbəkəsi  Aralıq  dənizinin  sahil 

bölgələrində,Türkiyə  və  İranda  sıxdır.Daxili  yükdaşımada  avtomobil  nəqliyyatı 

mühüm rol oynayır.Son illər neft və təbii qaz hasilatı rayonlarını dəniz portları ilə 

birləşdirən boru kəməri xətləri çəkilir.Hava nəqliyyatı inkişafı etdirilir. 

 Cənub-Qərbi 

Asiya 


ölkələrinin 

xarici 


ticarəti 

başlıca 


olaraq 

İ

EÖ-ə 



istiqamətlənmişdir.İxracatında  neft  və  neft  məhsulları,mayeləşdirilmiş  qaz,əlvan 

metallar,yüngül  sənaye  və  ənənəvi  kənd  təsərrüfatı  məhsulları  ,idxalatında  isə 

sənaye məhsulları üstünlüktəşkil edir. 

 Hələ  qədim  zamanlarda  mühüm  ticarət  yolları  (Şah  yolu,İpək  yolu)  İranın 

ə

razisindən 



keçirdi.Müasir 

dövrdə 


asfalt 

örtüklü 


mühüm 

magistrallar 

fəaliyyətdədir.Yükdaşımanın 

80%-i 


avtomobil 

nəqliyyatının 

payına 

düşür.Transiran dəmiryolun iqtisadi əhəmiyyəti böyükdür. 



 İranla  Azərbaycan  arasında  Xudafərin  körpüsünün  (Araz  çayı  üzərində)  açılması 

hər  iki  istiqamətdə  yük  avtomobillərinin  müntəzəm  hərəkətinə  imkan  verir.Baki-

Təbriz  marşurutu  üzrə  beynəlxalq  sərnişin  qatarlarının  işlənməsi  də  nəzərdə 

tutulmuşdur. 

 Ölkənin  xarici  ticarət  əlaqələrində  dəniz  nəqliyyatından  geniş  istifadə  olunur.Ən 

mühüm portları Ənzəli,Bəndər,Xomeyni,Bəndər-Abbas,Buşehrdir.Xark və Abadan 

neft  daşınan  portlardır.Boru-kəmər  nəqliyyatının  inkişafı  neft  və  qaz  sənayesi  ilə 

bağlıdır.  



 

 

7.Ekoloji problemlərin yaranması və  onlarla mübarizə. 

 

Ekologiya-yunan  sözlərindən  ibarət  olub,”məskən,ev,ətraf  mühit  və  öyrənirəm” 

deməkdir.Elmin  tarixi  qədim  deyil,beləki  bu  məvhumu  1858-ci  ildə  ilk  dəfə 

Q.Toro  istifadə  etmiş,1866-cı  ildən  alman  bioloqu  E.Hekkel  onu  yeni  bir  elm 

sahəsinə  qədər  inkişaf  etdirmişdir.Ekologiyanın  baniləri  bu  elmi  orqanizmləri  öz-



“evində”,yəni  onu  təbii  sığınacaq  yerində  öyrənmək  kimi  anlatmışlar.Lakin 

sonralar  ekologiya  elmi-orqanizmlərin  bir-biri  ilə  və  onları  əhatə  edən  mühitlə 

qarşılıqlı əlaqələrini öyrənən elmə çevrilmişdir. 

  Ekologiyanın  tədqiqat  xarakterinə  görə,mühitə  görə,canlıların  yaşama  yerinə 

görə,elmlərlə  əlaqəsinə  və  s.  Görə  çox  sayda  mövcuddur.”Yerşünaslıq”  kursunda 

ə

sasən 



qlobal 

ekologiya 

məsələlərindən 

bəhs 

olunur.Bu 



sahə 

litosferin,atmosferin,litosferin  ayrı-ayrılıqda  ekologiyasını,elece  de  onlara  təsir 

edən insanın yaratdığı problemləri öyrənir.İnsanın ətraf mühitə təsiri həmişə heç də 

www.behruzmelikov.com




indiki  kimi  olmamışdır.İnsan  daim  həyat  üçün  zəruri  üç  başlıca  mənbəni-Günəş 

enerjisini,hava və suyu   əsas hesab etmiş,onların  mütənasibliyindən   asılı olaraq 

məskunlaşmışdır.Əgər  ilk  insan  (sürüləri)  təbiətin  hazır  vasitələrindən  istifadə 

edərək  mənimsəmə  iqtisadiyyatı  ilə  məşöul  olurdusa  ,daha  sonra  insanlar  onlara 

lazım olan  maddi nemətləri istehsal etməyə başladı.Odun əldə edilməsi isə qlobal 

ə

həmiyyətkəsb  etməklə  yanaşı  bir  sıra  ciddi  ekoloji  problemlərin  meydana 



çıxmasına gətirib çıxardı. 

  Cəmiyyətin təbiətə təsiri 5 mərhələdən ibarət olub,təqribən 30-40 min il əvvəldən 

başlanır.İnsanın  təbiətə  “daxil  olması”  və  təbii  prosəslərə  müdaxiləsi  zaman 

keçdikcə gücləndi. 

  Hazırda “ultramüasir” texnologiya dövründə süni (antropogen) landşaftlar sürətlə 

öz  ərazilərini  genişləndirərək,bir  vaxtlar  dünya  xəritələrində  “ağ  ləkələr”  adı  ilə 

tanınan  insanın  toxunmadığı  ərazilərə  irəliləyir.İnsanın  təbii  landşaftın  bir 

komponenti  dəyişdirməsi  kifayətdir  ki,digər  komponentlər  də  dəyişsin.Çünki  hər 

hansı  komponenet  (torpaq,bitki,relyef  və  s)  digər  komponentlərlə  sıx  əlaqə 

kompleks  halda  mövcud  olaraq  təbiətdə  bütövlük  yaradır.Təbiətdəki  canlıların 

ə

traf  mühitlə  qarşılıqlı  əlaqəsi  zamanı  yaranan  enerji  və  maddələr  mübadiləsi 



sistem ekosistem adlanır. 

  Geniş və dar mənada başa düşülən ekosistem anlayışı (dünya və məhəl) bu və ya 

digər dərəcədə noosferin  (düşünən insanın) təsirinə  məruz  qalmışdır.Doğrudan da 

ele  maddələr  yaradılır  ki,  onlar  təbiətdə  heç  vaxt  olmamışdır.Təbii  dövrana  təsir 

edən  atmosferdə,litosferdə,hidrosferdə  və eyni  zamanda  biosferdəki  bu  “əlavələr” 

insan beyninin məhsuludur. 

  “İnsan-istehsal-təbiət”  prinsipi 

ilə 


yaşayanlar 

hələ 


də 

öz  planetinin 

xüsusiyyətlərini  dərindən  dərk  etmirlər.Əslində  insan  təbiəti  dəyişməklə  özünün 

yaşayış şəraitini dəyişdirir, bu isə ekoloji problemlərə çevrilib insanın sağlamlığına  

qarşı yönəlir. 

Ümumilikdə,qlobal  ekoloji  problemlər  planetin  ayrı-ayrı  təbəqəsinə,o  cümlədən 

coğrafi  təbəqəyə  cəmiyyətin  təzyiqi  nəticəsində  yaranır.XX  əsrin  sonlarında 

ekoloji  gərginlik  mənbələri  xeyli  artmış  və  bir  sıra  ölkələrdə,regionlarad  insan 

həyatını təhlükə altına almışdır. 

   Litosferin  ekologiyası-Yerin  təkindən  çıxarılan  faydalı  qazıntılar  sənayenin  və 

kənd  təsərrüfatının  inkişafı  ilə  əlaqədardır.Sənaye  istehsalının  artması  təbii 

ehtiyyatların,xüsusi ilə enerji daşıyıcılarından  filiz və mineral ehtiyyatların,tikinti 

materiallarının  daha  çox  çıxarılmasını,yəni  hasilat  sənayesinin  inkişafını  tələb 

edir.hazırda hər il 200 adda ,140 milyard tondan çox faydalı qazınti çıxarılır. 

  Müəəyyən edilmişdir ki,yaxın gələcəkdə faydalı qazıntıların çıxarılması sürəti və 

miqdarı  indiki  kimi  saxlanılarsa  əksər  mineral  ehtiyyatlarının  tükənməsi  reallığa 

çevriləcəkdir. 

Xammal 


Neçə illik ehtiyyatı var 

Tükənmə ili 

1.dəmir filizi 

                150 

            2150-ci 

www.behruzmelikov.com




2.neft 

                100 

            2100-cü 

3.kömür 


                600 

            2600-cü 

4.nikel 

                100 

            2100-cü 

5.Alüminium xammalı 

               60-70 

       2060-2070-ci 

6.mis 

                60 



            2060-cı 

7.uran 


                40 

            2040-cı 

 

  İqtisadi  inkişaf  səviyyəsinin  yüksək  olduğu  bəzi  regionlarda  uzun  müddət 



istismarda olan  mədənlər artıq əhəmiyyətini itirmişdir.Həm də istehsal prosesində 

mədənlərin  kənarlarına  xeyli  miqdarda  “tullantılar”  tökülür.Bu  “tullantılar”  ın 

istifadəsi  iqtisadi  cəhətdən  səmərəli  deyil,çünki  süxurdakı  filizin  tərkibi 

“kasıbdır”.Sənayenin 

tullantılarının 

litosferdə 

toplanmasına 

və 


onu 

çirkləndirilməsinə ən tipik misal terrikon təpələrdir. 

  Terrikon  təpələr  özləri  ekoloji  gərginlik  yaratmaqla  yanaçı-adətən  məhsuldar 

torpaqlardan istifadəni mümkünsüz edir. 

  Torpaqların ekologiyası.Hesablamalar göstərir ki,hər il 6 milyard hektar torpaq 

sahəsi 


itirilir.Bunun 

səbəbləri 

müxtəlifdir:yeni 

yaşayış 


məntəqələrinin 

tikintisi,yolların 

çəkilməsi,su 

anbarlarının,digər 

qurğuların 

inşa 


edilməsi,mədənlərin istismarı və s. 

  Lakin  yaralı  torpaqların  ekoloji  baxımdan  korlanmasının  əsas  səbəblərindən  biri 

kənd təsərrüfatında istifadə olunan gübrələr və zərərvericilərə qarşı istifadə olunan 

maddələrdir.Dünyada hər il tarlalara 40 milyon ton gübrə,4 milyon ton isə kimyəvi 

zəhərli  maddələr  verilir  və  bu  rəqəm  ildən-ilə  artır.100  növdən  çox  pestisid  və 

herbisidlərin  torpağa  əlavə  edilməsi  isə  torpaq  əmələ  gəlmə  prosesində  mövcud 

olan enerji və maddələr dövranına mənfi təsir göstərir. 

  Torpağa  tullantı  şəkilində  atılan  neft  məhsulları,metallar  (civə,mis  və 

s.),radioaktiv,elementlər,məişət  tullantıları  onu  çirkləndirir  və  məhsuldarlığını 

azaldır,torpaqda olan canlı orqanimzləri məhv edir. 

  Torpaqların  məhv  edilməsi  bilavasitə  səhralaşma  prosesinin  inkişafına  səbəb 

olur.Səhralaşma-mövcud  olan  səhraların  ərazisinin  genişlənməsi    və  səhraların 

ə

vvəlki  arealında  bu  prosesin  daha  da  güclənməsinə  gətirib  çıxarır.Hazırda 



insanların  təsiri  ilə  mövcud  səhralara  13  mln  kvadrat  kilometr  ərazinin  də  əlavə 

olunmaq təhlükəsi vardır. 

  Sadalanan  faktlar,insanın  əsas  ərzaq  mənbəyi  olan  torpağın  mühavizəsinin  nə 

qədər  vacib  olduğunu  göstərir.Torpaqların  qorunması  məqsədi  ilə  tələb  olunan 

tədbirlər sistemini aşağıdakı istiqamətlərdə qruplaşdırmaq olar: 

-torpaqları eroziyadan qorumaq; 

-torpaqları kimyəvi,fiziki,bioloji və mexaniki çirklənmədən qorumaq; 

-torpaqların şoranlaşma və bataqlaşmasına qarşı tədbirlər görmək; 

-torpaqlarda sürüşmə və sel axınlarının qarşısını almaq; 

-Səhralaşmaya qarşı mübarizə aparmaq-yeni meşə və kol zolaqları salmaq; 

www.behruzmelikov.com



-torpaqlarda düzgün melorativ işlər aparmaq; 

-daha  kiçik  ölçülü  tarlalara  üstünlük  vermək  (əkin  tarlası  böyüdükcə  külək 

eroziyası geclənir). 

  Atmosferin  ekologiyası.Havanın  tərkibi  (78,08%  azot,20,94%  arqon,0,035 

karbon  və  s.  təsirsiz  qazlar  və  su  buxarı)  uzun  sürən  təbii-tarixi  prosesin 

nəticəsidir.Hava qatı yer planetində  canlı orqanizmlər üçün əsas mühit olmaqdan 

başqa ,yer səthində istilik rejimini tənzimləyir,və onu günəşdən gələn məhvedici və 

ultrabənövşəyi  şüalardan  qoruyur.Atmosfer  dövranı  isə  iqlimə  təsir  edir,çayların 

rejimini  tənzimləyir  ,torpaq-bitki  örtüyünə  göstərir,relyefəmələgəlmədə  iştirak 

edir.Havanın tərkibindəki oksigen bütün canlılar,o cümlədən insan üçün əsas həyat 

mənbəyidir. 

  Atmosferi  çirkləndirməklə  əslində  insam  bilavasitə  özünü  məhv  edir  və  eyni 

zamanda  planetin  iqlimini  dəyişdirir.İqlimin  dəyişməsinə  aid  hazırda  üç  baxış 

mövcuddur. 

  1.Son  yez  il  ərzində  atmosferdə  karbon  qazının  artması  qlobal  istiləşməyə  səbə 

olur.Yaxın  yüzillikdə  iqlimin  istiləşməsi  fəlakətli  nəticələrini  göstərəcək,ilk 

növbədə Dünya okeanın səviyyəsi qalxacaqdır. 

  2.Atmosferin 

çirklənməsi 

günəş 


radiasiyasını 

azaldır,buludlarda 

nüvə 

kondensasiyasının  miqdarını  artırır,bu  da  növbəti  buzlaşma  mərhələsini 



sürətləndirəcək. 

  3.Bir  sıra  tədqiqatçılar  çiklənmənin  təbii  yolla  tənzimləndiyini,Yerin  iqliminə 

onun heç bir təsir etmədiyini əsaslandırmağa çalışırlar. 

  Atmosferin  çirklənməsinin  əsas  mənbəyi  yanacaq-energetika  kompleksinin 

müəssisələri,dağ-mədən sənayesi və nəqliyyat vasitələridir. 

  Atmosferdəki  tullantıların  80%-dən  çoxu  karbon  oksidləri,kükürd,azot,hidrogen 

və  bərk  maddələrdir  ki,bütün  bunlar  istehsal  prosesində  ayrılır  və  xüsusilə  canlı 

orqanizmlər  üçün  təhlükə  yaradır.Atmosferə  daxil  olan  tozlar-(kül,his,xüsusilə 

absest tozu) çox yüngül olduğundan asanlıqla canlıların tənəffüs orqanlarına keçir 

və  həll  olmayan  konsragen  maddələrlə  birləçərək  təhlükəli  xəstəliklərin 

yaranmasına  səbə  olur.Atmosferin  çirklənməsi  nəticəsində  ozon  deşiyinin 

yaranması da ən mühüm qlobal problemdir. 

  Ozon  təbəqəsinin  başlıca  əhəmiyyəti  ondan  ibarətdər  ki,o  yer  səthinə  daxil  olan 

məhvedici  ultrabənövşəyi  şüaları  udur  və  həyatın  mövcudluğuna  şərait 

yaradır.Əsrlər boyu ozon qayı ilə bağlı heç bir problem qeydə alınmamışdır.Lakin 

1973-ci ilin yazında Antarktida üzərində ozon təbəqəsində ozon qazının həcminin 

təqribən 50% azaldığı ,bunun nəticəsində isə Ozon deşiyinin əmələ gəlməsi və vaxt 

keçdikcə  onun  böyüməsi  məlum  oldu.Daha  sonralar  Şimali  Amerika  və  Avropa 

üzərində  də  ləkələr  müşahidə  olundu.Alimlər  belə  hesab  edir  ki,ozon  qatının 

“nazikləşməsi”  ilə  ultrabənövşəyi  şüaların  yer  səthinə  daxil  olması  okeanlardakı 

planktonların məhvindən başlayaraq,insanın immum sistemində ciddi dəyişiklər bir 

vaxtda baş verməsinə gətirib çıxarar. 

www.behruzmelikov.com



  Ozon qatında deşiklərin yaranma səbəblərinə aid çoxlu fərziyyələr mövcud olsada 

ə

sas 



səbəbi 

freon 


qazlarının 

istehsalı 

hesab 

edilir.Aerozol,soyuducu 



kompressor,əridici maddələr istehsalında geniş istifadə olunan bu maddə-xlor ftor 

karbon birləşmələrinin istehsalının azaldılmasına 1987-ci ildə Monrealda keçirilən 

Ozon  qatına  aid  ilk  konfransda  qərar  qəbul  edilmişdir.Ozon  deşiyinin 

yaranmasında  digər  mənbələrdən:lazer  vasitəsi  ilə  görülən  işlər,avialaynerlərdən 

çıxan qazlar və s.-də müəyyən rol oynayır. 

  Atmosferdə  ixtixana  effekti-son  illər  hava  qatı  qlobal  çirklənməyə  məruz 

qalmışdır.XIX  əsrin  sonunda  amerikalı  fizik  Vud  adi  şüşədən  hazırlanan  ilk 

parnikin  modelini  yaratmış  və  göstərmişdir  ki,istiliyin  udulması  və  əks  olunması 

arasındakı balansı pozmaqla əlavə istilik almaq mümkündür. 

  Məlumdur  ki,atmosfer  günəşdən  gələn  qısadalğalı  şüaları  asanlıqla  keçirir  və 

ş

üalar  yer  səthi  tərəfindən  udulur.Udulan  radiasiya  hesabına  Yer  səthi  havanı 



qızdıran  mənbəyə  çevrilir.Atmosferdəki  karbon  4  oksid  qazı  yeri  həddən  artıq 

qızdırmağa  qoymur.Son  illər  insanın  təsərrüfat  fəaliyyəti    bu  tarazlığı 

pozmuş,günəş  istiliyinin  udulması    və  əks  olunması  arasındakı  balans  itmiş  və 

“istixana effekti” adlanan təhlükəli problem yaranmışdır.İstixana effektini yaradan 

başlıca  səbəb  havada  karbon  qazının  (eləcə  də,metanın  və  azot  oksidlərinin) 

miqdarının artmasıdır.Maraqlıdır,getdikcə artan istixana effektinin hansı nəticələri 

ola bilər? 

  Birincisi-havada  karbon  qazının  artması  XXI  əsrin  sonlarında  havanın  qış 

temperaturunun  3-5  dərəcə  qızmasına  səbəb  ola  bilər.Nəticədə  şimal 

yarımkürəsində,xüsusilə mülayim enliklərdə yay daha isti və quru keçər. 

  İkincisi-orta temperaturunun qalxması qütbətrafı enliklərdə buzlaqların əriməsinə 

və nəticədə dünya okeanının səviyyəsinin 20-65 metr qalxmasına səbəb ola bilər. 

  Üçüncüsü-Göstərilənlərdən  çox  fərqli  bir  ehtimaldır:  atmosferdəki  CO2  qazının 

artması  kənd  təərrüfatında  məhsuldarlığa  müsbət  təsir  edə  bilər.Belə  ki,bitkilərin 

yarpaq  sistemi,toxum  və  meyvələrinin  ölçüsü  artar,məhsul  vermə  müddəti 

azalar,məhsuldarlıq isə artar. 

  Beşincisi-canlıların  qanında  oksigen  mübadiləsinin  pozulması,onların  məhvinə 

səbəb  olar.Beləliklə,istixana  effekti  özü  ilə  xeyli  sayda  naməlum  problemlərin 

yaranmasına  səbəb  olar.Alimlərin  əksəriyyəti  istiləşmənin  mütləq  baş  verəcəyinə 

(XX əsrdə 1C və hətta artıq birinci fazasının baş verdiyinə) inanırlar. 

  İstixana 

effektinin 

insan 

fəaliyyəti 



ilə 

yaranması 

artıq 

məlumdur.Maraqlıdır,problemi  yaradan  qazlar  atmosferə  haradan  daxil  olur  və 



onlardan qorunmaq olarmı?Aşağıdakılara diqqət yetirək: 

  a)avtomobillərin daxili yanacaq mühərriklərindən ; 

  -bunu daxili yanacaq mühərriklərini təkmilləşdirməklə azaltmaq olar. 

  b)Zavod ,fabrik borularından və istilik enerji mərkəzlərindən; 

  -sənaye  borularına  toztutucu  qurğular  qoymaqla  onun  qarşısını  almaq 

mümkündür. 

www.behruzmelikov.com



  c)meşələrdə baş verən geniş miqyaslı yanğınlar nəticəsində; 

  -xüsusilə  rütubətli  tropik  meşələrin  qırılmasını  qadağan  etməklə  gərginliyi 

zəiflətmək olar. 

  o)məişətdə  istifadə  olunan  enerji  mənbələrindən;    -enerjinin  istifadəsinə  ciddi 

qənaət və enerji verən mənbələri təkmilləşdirməklə problemdən qaçmaq olar. 

  e)beynəlxalq  miqyasda  aparılan  nüvə  sınaqları  və  atom  elektrik  stansiyalarında 

istifadə olunan radioaktiv maddələrlə çirklənmə; 

  təcili  olaraq  nüvə  silahlarının  sınaqlarını  dayandırmaq  ,yyəni  AES-lər  tikməmək 

və  köhnələrini  tədricən  sökmək,enerjiyə  olan  tələbatı  daha  təmiz,tükənməyən 

mənbələrdən  (külək,günəş,yerin  daxili  istiliyi  və  s.)  almaqla,problemi  zəiflətmək 

mümkündür. 

  Göründüyü  kimi  ,istixana  effektini  və  bununla  bağlı  problemləri  yaradan  insan 

özüdür.Deməli problemin həlli də insanın əlindədir. 

  Atmosferin çirklənməsindən danışarkən “Turşulu yağışlardan” söhbət açmamaq 

mümkün deyil.Təbiətdə daima kimyəvi  reaksiyaların baş verməsi  faktı sizin üçün 

yeni  deyil.Antropogen  təsir  digər  sahələrdə  olduğu  kimi,burada  da  özünü 

göstərir.Külli 

miqdarda 

yanacağın 

yandırılması 

nəticəsində 

(təyyarə,avtomobil,İES,məişət)  havaya  daxil  olan  “sulfidli  və  kükürdlü”  qazlar 

havadakı  rütubət  ilə  birləşərək  zəhərli  duman  yaradır.İnsanlarda  katlıq  əlaməti 

ə

mələ gətirən belə çirklənmə demək olar ki,iri şəhərlərin hamısında mövcuddur. 



  Havanın  yüksək  dərəcədə  çirklənməsi  özünü  turşulu  yağışlar  yağmasında  da 

göstərir.Zavod  ,fabrik  boruları  və  avtomobillərdən  çıxan  azot  və  kükürd 

havadakısu  buxarı  ilə  ilə  kimyəvi  reaksiya  girir  və  yağıntı  şəklində  yerə 

qayıdır.Atmosferin olduqca yüksək dinamikliyi turşulu yağışların yalnız bir ölkədə 

deyil,ətraf 

ölkələrdə 

də 

yaömasına 



səbəb 

olur.Turşulu 

yağışlardan 

bitkilər,heyvanlar,insanlar,su  hövzələri,hətta  heykəllər  belə  zərə  çəkir.Qərbi 

Avropa,Şimali Amerika və başqa iri sənaye rayonlarının atmosferi çirklənmənin bu 

növünə daha çox məruz qalmışdır. 

  Turşulu yağışların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir: 

  a)nəqliyyat vasitələri,zavod,fabrik və s. borularında filtr qoymaq; 

  b)qeyri-kimyəvi gübrələrdən istifadə etmək; 

  c)qeyri-ənənəvi enerji mənbələrindən istifadə etmək. 

  Son  illər  atmosferi  çirkləndirən  mənbələrə  elektromaqnit  dalğaları,radar 

siqnalları,səs  və  s.-də  əlavə  olunmuşdur.Xüsusilə  iri  şəhərlər  üçün  səciyyəvi  olan 

belə  “çirklənmə”  mənbələri  ilk  növbədə  insanların  sağlamlığı  üçün  təhlükə 

yaradır,əsəb,xərçəng,allergiya,göz 

xəstəliklərinin 

artmasına 

səbəb 

olur.  


Hidrosferin ekologiyası. 

Təbiətdə  suyun  əhəmiyyəti  ,onun  bitki  və  canlıların  həyatında  rolu  (bitkilərin 

90%,canli və insanların 75% sudan ibarətdir) haqqında məlumatınız var.Suyun ən 

qədimdən  məişətdə  yüksək  qiymətləndirilməsi  hamıya  aydındır.Hesablamalar 

göstərir  ki,şəhər  əhalisi  hər  gün  150  litr  ,kənd  əhalisi  isə  55  litr  su  istifadə 

www.behruzmelikov.com




edir.Moskva,Sankt-Peterburq,Daşkənd,Bakı  kimi  iri  şəhərlərdə  təsərrüfatsızlıq 

üzündən  bu  rəqəm  daha  böyükdür.(600-700l/sutka).Sudan  istifadöə  etməyin  ən 

perspektiv yolu,ondan qənaətlə istifadə etmək olsa da,hazırda suyun təkrar istehsalı 

texnologiyası  daha  sərfəli  hesab  edilir.Lakin  bütün  hallarda  Hidrosferi 

çirklənmədən 

təmizləmək 

yox,onu 

qorumaq,mühafizə 

etmək 

daha 


məqsədəuyğundur. 

  Buna cavab vermək üçün ilk növbədə suyu çirkləndirən aşağıdakı mənbələri  və 

onların törətdiyi nəticələri bilmək lazımdır. 

  a)Neft  və  neft  məhsullarının  su  hövzələrindən  çıxarılması  və  daşınması  zamanı 

yaranan  qəzalarda  okeana  ildə  1  mln.  Tondan  çox  “qara  qızıl”  tökülür.Suyun 

üzərini pərdə kimi örtən neft məhsulları ilk növbədə okeanda ən qiymətli qidanın –

zooplankton və fitoplanktonların məhvinə səbəb olur. 

Bundan  əlavə  neftlə  çirklənmə  dəniz  heyvanları  o  cümlədən  quşları  üçün  böyük 

təhlükə  yaradır.Quşların  lələkləri  neftlə  -uça  bilmir,özlərini”təmizləməyə” 

çalışdıqda isə mədələrinə neft daxil olduğu üçün məhv olurlar. 

  b)Sintetik  yuyucu  maddələrin  su  hövzələrinə  axıdılmasının  təsiri  ilə  yaranan 

köpük  qatı  da  canlılar  üçün  böyük  təhlükə  yaranmasında  iştirak  edir.İri  liman 

sahillərində köpük qatının qalınlığı 1 m-dən çox olur. 

  c)Əlvan 

metallurgiya 

sənayesində 

təhlükəli 

istehsal 

sahələrindən 

qurğuşun,sink,mis,xrom,qalay  və  s.  radiokativ  elementlərin  tullantılarının  okeana 

axıdılması onun canlı aləminin məhv olmasına şərait yaradır. 

 d)Kənd  təsərrüfatında  istifadə  olunan  gübrələr  bu  və  ya  digər  şəkildə  su 

hövzələrinə axır.Azot və fosfor gübrələrinin su hövzələrinə axıdılması nəticəsində 

su  bitkilərinin  intensiv  çoxalması  müşahidə  olunur.Zəngin  bitki  kütləsinin 

çürüməsi  nəticəsində  yaranan  hidrogen  isə  biyki  aləminin  məhv  olmasına  səbə 

olur. 


  e)Kənd təsərrüfatında zərəvericilərə qarşı istifadə olunan pestisidlər (xüsusilə alaq 

otlarına  qarşı  istifadə  olunan  herbisidlər)  suyu  zəhərləyir.Yüksək  temperatura 

malik ərazilərdə zəhərli kimyəvi maddələrin təsiri daha güclüdür. 

  k)Elektrik  stansiyalarında  ,metallurgiya  zavodlarında  istifadə  olunmuş  qaynar-

çirkli  sular-su  hövzələrinə  töküldükdə  temperaturu  +10C  +30C  –dək  qızdıra 

bilər.Bu  suda  oksigenin  miqdarını  azaltmaqla,göy  yosunların  miqdarını  artırır  

ki,bu da canlı aləm üçün çox təhlükəlidir. 

Ekoloqların  hesablamalarına  görə  hər  il  göstərilən  mənbələrdən  Dünya  okeanına 

25-30 mln. Ton maye qarışır.Bunlar əsasən: 

  -28% çaylar vasitəsilə; 

  -17% tankerlərə neft doldurulması zamanı; 

  -16% sahilboyunda yerləşən sənaye müəssisələrindən; 

  -10% atmosfer yağıntılarından; 

  -5% gəmi qəzalarından; 

  -1% şelfdəki mədənlərdən daxil olur. 

www.behruzmelikov.com




  Dünya  okeanın  qlobal  miqyasda  çirklənməsi  haqqında  həyəcanı  XX  əsrin  50-ci 

illərində  fransız  okeanoloqu  Jak-iv  Kusto  qaldırmışdır.O  bildirmişdir  ki,okeanda 

yaranan  ekoloji,iqtisadi,texniki  və  sosial  problemlərin  birgə  həllində  əsaslı  dönüş 

yaranmasa insanın gələcək həyatı təhlükə qarşısında olacaqdır. 

Dünya  okeanını  və  digər  su  hövzələrini  təmizləmək  üçün  ilk  növbədə  həmin 

hövzələrə 

axıdılan 

sularda-mexaniki,bioloji 

(biokimyəvi),fiziki-

kimyəvi,dezinfeksiyaedici tədbirləri həyata keçirmək tələb olunur. 



Biosferin  ekologiyası-əslində  insanın  özünə  olan  münasibətdir:Yarandığı  gündən 

insan  ilk  növbədə  ətrafındakı  bitki  və  heyvanlar  aləminə-qida  mənbəyi  kimi 

yanaşmış və ondan istifadə etməyə çalışmışdır. 

  Eyni zamanda insan özü bəzən təbiətin güclü  müqavimətinə rast gəlmişdir.Uzun 

müddət müalicəsi mümkün olmayan epidemiyalar-vəba,taun,cüzam və s. yoluxucu 

xəstəliklər kütləvi sürətdə yayılmış on minlərlə insan ölümünə səbəb olmuşdur. 

  Uzun  dövr  ərzində  bitkilərin  kökündən  və  meyvəsindən,çöl  heyvanlarından 

istifadə  edən  insanlar,özləri  də  bilmədən  onların  yer  kürəsində  kökünün 

kəsilməsində  yaxından  iştirak  etmişlər.Biologiya  kursundan  sizə  məlumdur  ki,hər 

hansı  bir  bitki  təbiət  üçün  zərərli  deyil.Lakin  əkin  sahələrində  alaq  oyunun  məhv 

edilməsi  düzgün  sayılır.Hazırki  dövrdə  ən  təhlükəli  qlobal  landşaft-ekoloji 

problem,bitkilərin  o  cümlədən  meşələrin  qırılmasıdır.Meşələri  əkin  tarlalarına 

çevirməklə - oranı bir qayda olaraq səhraya çevirən insan,eyni zamanda torpaqların 

(eroziya  prosesi),havanın  (qaz  tərkibinə)  və  suyun  (yeraltı  suların  səviyyəsinə) 

ekologiyasına mənfi təsir göstərir. 

  Tədqiqatçılar  fikrincə  200  il  əvvəl  qurunun  47%  meşə  ilə  örtülü  olmuşdur.XX 

ə

srin  ikinci  yarısından  meşənin  sənaye  əhəmiyyətinin  artması,hər  ildə  125  min 



kvadrat kilometr meşə sahəsinin məhv edilməsinə səbəb oldu. 

  Bu  rəqəmə  başqa  istiqamətdən  yanaşsaq  görərik  ki,sutka  ərzində  planetimizdə 

1000  00  (1  milyon)  ağac  kəsilir.İnkişaf  etmiş  ölkələrin  əksəriyyətində  kəsilən 

ağacların yerində yeniləri əkilir-meşə bərpa olunur. 

  Oksigen  fabriki  adlanan  tropik  meşələr  (xüsusulə  Braziliya  meşələri)  daha 

təhlükəli  vəziyyətdədir.Qırılan,yandırılan  meşələrin  yerində  onların  kökləri  belə 

çıxarılaraq banan,yağ palması,qəhvə,heveya və s.plantasiyalarına çevrilir. 

  Tropik meşələr bərpa olunmadığına görə,həmən regionlarda torpaqların eroziyası 

güclənir,səhralaşma problemləri qarşıya çıxır. 

  Meşələrin  məhv  edilməsi  ilk növbədə orada  yaşayan  quşların  və digər canlıların 

oradan  uzaqlaşmasına  və  yaxud  kökünün  kəsilməsinə  səbəb  olur.Əslində 

isə,əhalinin  artması  nəticəsində  yaradılan  yeni  yaşayış  məskənləri  heyvanlar 

aləminin  sayını  azaltmaq  üçün  kifayət  edərdi:  məlumdur  ki,canlı  aləmin  praktik 

ə

həmiyyəti  çox  cəhətlidir,belə  ki,canlılar  qida  mənbəyi  olmaqla  yanaşı,həm  də 



təbiətdə baş verən bütün proseslərdə iştirak edirlər.Canlılar üçün yaşayış mühitinin 

kiçilməsi  (bu  azlmaqda  davam  edir),onların  ovlanması  və  ya  onların  qida 

mənbələrinin  məhv  edilməsi,kimyəvi-zəhərli  maddələrin  təbii  mühitə  yayılması 

www.behruzmelikov.com




yüzlərlə heyvan növünü  məhv olma təhlükəsində qoymuş və  ya onlarda qeyri adi 

mutasiyalara,(yəni,orqanizmdə  gen  dəyişməsinə)  səbəb  olmuşdur.Canlıların 

bəzilərinin azalması o həddə çatmışdır ki,insanın köməyi olmadan onu bərpa etmək 

mümkün  deyil.Bu  sahədə  ən  uğurlu  tədbir  qoruq  və  yasaqlıqların  təşkil 

edilməsidir. 

  Təbiətin  bütün  komponentlərini  eyni  vaxtda  məhv  edə  bilən  ən  təhlükəli 

çirklənmə-radioaktiv  çirklənmədir.Sizə  məlumdur  ki,enerji  istehsalının  3%-ni 

AES-lərin  payına  düşür.Bu  stansiyalarda  tükənməz  enerji  mənbəyinə  malik  olan 

radioaktiv  elementlər-uran,plutonium,germanium  və  s.  istifadə  olunur.AES-lərdə 

baş  verən  kiçik  bir  qəzadan  yaranan  təhlükəli  vəziyyət  min  kilometrlərlə  ərazidə 

ciddi problemlər yaradır. 

Ekologiya  və  siyasət.Müasir  dövrdə  ekoloji  məsələlər  ölkələrarası  siyasət 

səviyyəsinə  qədər  yüksəlmişdir.Ekologiya  ilə  məşğul  olan  beynəlxalq  təşkilat  və 

cərəyanların fəaliyyəti getdikcə genişlənir. 

  Məlumdur  ki,ətraf  mühit  çox  tərəfli  çirklənməyə  məruz  qalır.Belə  şəraitdə  hər 

hansı  maddənin  kefiyyətini  qiymətləndirmək  üçün  biomonitorinq  üsullarından 

istifadə  olunur.Yəni  ətarf  mühitdə  toksik  (zəhərləyici)  maddələrin  mövcudluğu 

müəyyən  edilir.Ekoloqlar  ətraf  mühitin  korlanmasının  əsas  səbəbini  istehsalın 

artmasından deyil,istehsal mədəniyyətindən asılı olduğunu əsaslandırırlar. 

  İstehsal  mədəniyyətinin  nizamlamaq  məqsədilə  hazırda  beynəlxalq  ekoloji 

standartlar  qəbul  edilmişdir.Hər  hansı  ölkədə  nəzərdə  tutulan  iqtisadi  layihələrin 

həyata  keçirilməsindən  əvvəl  həmin  dövlət  həyata  keçirilməsi  nəzərdə  tutulan 

lahiyənin ətraf mühitə təsirini hərtərəfli ekspertizadan keçirməlidir. 

  “İqtisadi  layihələrin  ətraf  mühitə  potensial  təsirinə  dair”  sənədlər  beynəlxalq 

hüquq  normalarının  tələbi  olmaqla  1991-ci  ildə  Finlandiyada  keçirilən  toplantıda 

qəbul olunmuş konvensiya ilə tənzimlənir. 

  Göründüyü kimi ekoloji problemlər əsasən qlobal xarakter daşıyır,onu həlli də ən 

azı bir neçə dövlət tərəfindən həyata keçırilməlidir.Miqyasından asılı olaraq ekoloji 

tədbirlər  ikitərəfli  saziş  (iki  qonşu  ölkənin  malik  olduğu  kompleks  ,məsələn  , 

Xəzəryanı  ölkələrdə  dənizdə  balıq  ovunu  tənzimləyən  saziş)  və  konvensiya 

(ümumi  qaydaları  tənzim  edən  saziş-daima  tərkibinə  daxil  oan  ölkələrin  sayını 

artırır)  xarakterli  olur.Hazırda  dünyada  60-dək  müxtəlif  məzmunlu  ekoloji 

konvensiyalar qüvvədədir.Bunlardan: 

  -ətraf mühitin ümumi məsələlərinə aid; 

  -atmosferin müfavizəsinə aid; 

  -təhlükəli maddələrə aid; 

  -dənizətrafı mühitə aid; 

  -dənizdə olan bioloji maddələrin qorunmasına aid; 

  -nüvə təhlükəsinə aid; 

  -sərhədyanı şirin suların qorunmasına aid və s. misal göstərmək olar. 

www.behruzmelikov.com




Gənc  respublika  olmasına  baxmayaraq  ölkəmiz  bir  sıra  konvensiyalara 

qoşulmuşdur.(Beynəlxalq  Dəniz  Təşkilatı(1995),BMT-nin  İqlim  Dəyişməsinə  Aid 

Konvensiya (1992),və s.). 

  Ətraf  mühitin  kefiyyəti  təkcə  dövlətin  siyasətindən  asılı  ola  bilməz.İstehsal 

prosesinin  aparıcıları  olan  iri  şirkətlər  bu  məqsədlə  özəl  ekoloji  siyasət  həyata 

keçirir  və  onu  təbliğ  edir.Nəticədə  ictimaiyyətin  həmən  şirkətin  məhsullarına 

marağı daha da artır. 

  1990-cı  illərdə  BMT-də  tükənən  təbii  ehtiyyatların  istifadəsinə  aid  “gələcəksiz 

inkişaf”  anlayışı  irəli  sürüldü.Bu  anlayışa  görə  istehsal  müasir  sürətlə  inkişaf 

edərsə  və  yaxud  tükənən  ühtiyyatlar  indiki  sürətlə  istifadə  olunarsa  belə 

inkişaf,gələcəksiz inkişaf hesab edilir. 

Lakin  nikbin  iqtisadçılar  iqtisadi  inkişaf  ,sosial  inkişaf  və  ətraf  mühitin 

qorunmasına  əsaslanan  “davamlı  inkişaf”  konsepsiyasını  irəli  sürür  və  onu 

ə

salandırırlar.  



 

 

www.behruzmelikov.com




Yüklə 167 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə