87
zərbi muğamın 2 adı olub:
1.
“Heyrat-Kabili”
2.
“Əraq-Kabili”
Əgər hər hansı bir məclisdə oturan dinləyicilər “Heyrat-Kabili”ni
sifariş edirlərsə, deməli üçlük, yəni хanəndəsiz (tar-kamança-xanəndə
qavalla) instrumental variantda dinləyicilər tərəfindən dinlənmək
istənilir.
Əgər “Əraq-Kabili” sifariş olunarsa, onda xanəndə səsini düzəldib
oxumağa hazır olmalıdır. Çünki dinləyicilər xanəndənin ifasında “Əraq-
Kabili” zərbi muğamını dinləmək istəyirlər.
Diqqət yetirsəniz keçmiş zamanlarda bizim sənətkarlarımız, ustad-
larımız necə də incə və aydın bir formada muğamlarımıza yanaşırdılar,
hər hansı bir sözlə nə demək istədiklərini göstərirdilər. Xanəndə
tərəfindən “Mahur-Hindi” muğamının “Əraq” şöbəsi oxunduğuna görə
ona “Əraq-Kabili” adı verilmişdir. Bir daha qeyd etmək istəyirəm ki,
“Heyrat-Kabili ” deyəndə ancaq üçlük (tar – kamança – qaval), “Əraq-
Kabili ” deyəndə üçlük (tar – kamança – xanəndə) nəzərdə tutulur.
Bu zərbi muğamını XIX əsrin II yarısından Hacı Hüsü, Əbdülbağı
Zülalov (Bülbülcan), Məşədi İsi və başqaları Sadıqcanın müşayiəti ilə ilk
ifaçıları olmuşlar. Amma “Əraq-Kabili” zərbi muğamının təkmilləşdiril-
məsində və onun geniş bir formada oxunmasında Cabbar Qaryağdı
oğlunun böyük rolu olmuşdur. 1914-cü ildə “Əraq-Kabili” zərb muğamı
Cabbar Qaryağdı oğlunun ifasında Varşavada qrammofon valına yazılıb.
Cabbar Qaryağdı oğlundan sonra “Əraq-Kabili”zərbi muğamının gözəl
ifaçısı Seyid Şuşinski olmuşdur. Müasir dövrdə bu zərb muğamı bir adla
– “Heyratı” zərbi muğamı kimi tanınıb, ifa olunur.
“Heyratı-Kabili” zərbi muğamından başqa “Osmanlı” zərbi muğa-
mının da adı dəyişmiş və “Mani” adı ilə ifa olunmuşdur. Halbuki “Mani”
adının bu zərbi muğamına heç bir aidiyyatı yoxdur.
“Osmanlı” zərbi muğamı da hərbi yürüş marşı əsasında yaranıb.
“Osmanlı” türklərin hərbi marşı olub. XX əsrin əvvəllərində Sovet
hakimiyyətinin quruluşu yaranandan sonra “Osmanlı” zərbi muğamının
siyasi məsələlərə görə adı dəyişdirilib, “Mani” adı ilə sazəndələr və
xanəndələr tərəfindən ifa olunub. “Osmanlı” zərbi muğamının gözəl
ifaçılarından XIX əsrin axırlarında Məşədi İsi, Hacı Hüsü, Keçəçi oğlu
Məmməd olmuşdur.
O zamanlar xanəndələr “Kürdü-Şəhnaz” muğamını oxumaq üçün
əvvəl “Osmanlı” zərbi muğamını ifa edərdilər, sonra keçid alardılar
“Kürdü-Şahnaz” muğamına. Çünki “Osmanlı” zərbi muğamı ifa
olunanda səs telləri yavaş-yavaş açılır, pərdəyə yatır və “Kürdü-Şahnaz ”
muğamını ifa etmək rahat olurdu. Bizim bəstəkarlar da “Osmanlı” zərbi
88
muğamını öz operalarında gözəl bir şəkildə istifadə ediblər. Məsələn,
Üzeyir Hacıbəyli “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında,
Zülfüqar Hacıbəyov “Aşiq Qərib” operasında istifadə etmişlər.
“Osmanlı” yeganə zərbi muğamdır ki, onun mətni bayatılarla oxunur,
digər zərbi muğamların mətni qəzəllərlə oxunur.
XX əsrin əvvəllərində Seyid Şuşinski tərəfindən “Arazbarı” adı ilə
tanınan vokal-instrumental əsər yaranmışdır. “Arazbarı” aşıq musiqisinə
çox yaxındır. Seyid Şuşinski öz xatirələrində qeyd edib ki, hələ 9 yaşı
olanda bibisi onu Cəbrayıl rayonundakı Arazbar kəndində aşıqlar
dəstəsinə düzəldir və 14 yaşına qədər Seyid bu dəstədə oxuyub –
calmağını inkişaf etdirir. Bu dəstədən ayrılandan sonra “Arazbarı” zərbi
ilə instrumental musiqi əsərini yaradır. “Arazbarı” Cəbrayil rayonundakı
Arazbar kəndinin adı ilə bağlıdır.
XX əsrin əvvəllərində “Segah” muğamını başlamamışdan əvvəl
“Arazbarı” zərbi ilə ifa olunurdu. Bir növ yuxarıda qeyd etdiyim kimi
“Kürdü – Şahnaz” muğamından əvvəl “Osmanlı” zərbi muğamı çalınıb
oxunurdu. Eləcə də “Segah” muğamından əvvəl “Arazbarı” zərbi ilə ifa
olunurdu ki, bu da “Segah”ın oxunmasında və səsin açılmasında xanəndə
üçün köməkçi rolunu oynayırdı.
İllər keçdikcə Seyid Şuşinski “Arazbarı” və “Osmanlı” zərbi muğam-
larını bir-birinin ardınca oxuyub, sonda iki bənddən ibarət təsniflə biti-
rirdi. Bu ardıcıllıq ondan irəli gəlmişdir ki, “Arazbarı” və “Osmanlı” zər-
bi muğamları həm lad, həm də tonallıq cəhəddən bir - birinə yaxın
olmuşlar.
“Arazbarı” zərb ilə çalınır. Ancaq onun zərbi muğamına heç bir
aidiyyatı yoxdur. Çünki zərbi muğam dedikdə qeyd etdiyimiz kimi,
zərbin içində muğam parçası oxunursa o, zərbi muğam olur. Ancaq
“Arazbarı” bütünlüklə təsnifəbənzər vokal–instrumental əsərdir.
“Arazbarı”nın tərkibində heç bir muğam parçası oxunmur. O, daha çox
aşıq musiqisinə yaxındır. “Arazbarı”nı – zərbi – Arazbarı” kimi qəbul
etmək daha düzgün olardı, nəinki “Arazbarı” zərbi muğam kimi. Halbuki
müasir dövrdə “Arazbarı” zərbi muğam kimi qələmə verilir. Bu məntiqə
sığmayan haldır.
Bəhram Mansurovun Seyid Şuşinski barədə zərbi muğamlarla olan
bəzi xatirələrini yada salmaq istərdim. Bəhram Mansurov deyirdı: “Seyid
ilə məni bir dəfə şəhərdə toy məclisinə dəvət etdilər. Toyda
pərəstişkarları ona dedilər: “Ağa, çoxdandı səni eşitmirik, bizi bir
“Arazbarı”, “Osmanlı”, “Rahab” dəstgahına qonaq elə. Ağanın
“Arazbarı” oxumağı məlumdur. Onun “Osmanlı”sı da zil pərdələrdə
oxumağı ilə ürəyi deşir. Sonra da “Rahab”.... Ağa başladı nə başladı, bir
saat yarıma yaxın bunları oxudu. Qurtarandan sonra əl çaldılar və çox
Dostları ilə paylaş: |