78
1. Şur
11. Əşiran
2. Dəraməd
12. Əbülçəp
3. Bayatı-türk
13. Bayatı-Şiraz
4.
Simai-şəms
14. Şəhri (Tehrani)
5. Şahnaz
15. Hacı Yuni
6. Bayatı-kürd
16. Rak-Hindi
7. Həzare-Ərak
17. Giləyi
8. Həzare –Azərbaycan 18. Cüdai
9. Mübbəriqə
19. Gəbri
10. Novruz -əcəm
20. Saqinamə
Bir qədər keçəndən sonra Mirzə Ağa Kərim də “Şur” dəstgahı oxudu.
Onun oxuduğu “Şur” bu hissələrdən ibarət idi:
1.
Mayə
11.
Şəhr-aşub
2.
Dəraməd
12.
Şahnaz
3.
Cudai
13. Şikəsteyi-fars
4.
Gərayili
14. Əşiran
5.
Gövhəri
15.
Simai-şəms
6.
Gülriz
16. Tizək
7.
Mübərriqə
17. Hicaz
8.
Busəlik
18. Şah-Xətai
9.
Bayatı-türk
19. Mehri-zərrabı
10. Dügah
Bu cədvəlləri göstərməkdə məqsədimiz iki sənətkarı müqayisə etmək
deyil. Çünki onların hər biri ayrı-ayrılıqda böyük sənətkar və şəxsiy-
yətdir. Bu muğamları oxuyanda Ağabalanın 28, Mirzə Ağa Kərimin isə
45 yaşı var idi. Bu məclisdə oxuyandan sonra Ağabala 40 il, Mirzə Ağa
kərim isə 11 il yaşadı.
Sonralar, neçə onilliklər keçəndən sonra Kəbleyi Ağabala “Şur”
dəstgahını daha da mürəkkəbləşdirib, belə ardıcıllıqda oxudu:
1.
Mayə
22. Mehdi-zərrabı
2.
Dəraməd
23. Gəbri
3.
Cudai
24. Mənəvi
4.
Gərayi
25. Sarənc
5.
Gövhəri
26. Dügah
6.
Gülriz
27. Ruhül-ərvah
7.
Mübərriqə
28. Nişibi-fəraz
8.
Muyə
29. Həzare-Ərak
9.
Busəlik
30.
Həzare-Azərbaycan
10.
Bayatı-türk
31. Mübərriqə
11.
Şəhr-aşub
32. Muyə
12.
Dügah
33. Novruz-əcəm
13.
Ruhül-ərvah
34. Əbülçəp
14.
Zəmin-xarə
35. Bayatı-şiraz
79
15.
Şikəsteyi-fars
36. Şəhri(Tehrani)
16.
Əşiran
37.Hacı Yuni
17.
Simai-şəms
38. Rak-hindi
18.
Tizək
39. Nişibi-fəraz
19.
Hicaz
40. Təxti- kavus
20.
Şah-Xətai
41.
Bazəm-şur
21.
Mavərənnəhr
Məşədi Məlikin vəfatından sonra, onun davamçısı – oğlu Məşədi Sü-
leyman Mənsurov “Bakı muğam məclislərinin” rəhbəri oldu.
Məşədi Süleymanın təşkil etdiyi muğam məclislərində Cabbar Qar-
yağdıoğlu, Seyid Şuşinski, Üzeyir bəy, Müslüm bəy, Əbdülbağı, Şinas,
Məşədi Zeynal, Keçəçi oğlu Məmməd, Şirin Axundov, Qurban Pirimov
və bir çox tanınmış musiqiçilər iştirak edərdilər.
Məşədi Süleyman bir çoxlarından onunla fərqlənirdi ki, o, təşkil etdiyi
məclisləri sonradan xatirə kimi qələmə alırdı. Bu əlyazmaların biri 1925-
ci il tarixi ilə qeyd olunub.
“...Bakının ən gözəl xanəndələrindən biri Mirzağa Hacı Ağababa oğlu
idi. Muğamları mükəmməl bilirdi, “do” kökündə oxuyurdu. 1926-cı ildə
50 yaşında rəhmətə gedib.
...Bir dəfə dostlarımdan biri bizi qonaq eləmişdi. Mən - Süleyman,
Xalıq, Hacı Yaquboğlu, qardaşım Mirzə Mənsur, Allahverdi Manafov və
Hacı Məhəmməd Kərim Ramazanov idi. Dəvət olunanlar içərisində Cabbar
Qaryağdıoğlu, Qurban Pirimov, Mirzağa Hacı Ağababa oğlu da var idi.
Cabbarın yanında bir uşaq var idi, onu özü ilə hər yerə aparırdı... Cabbargil
başladı “Şur” oxumağa. Qurban elə ki, tarı qoydu yerə, o saat Mirzə Mənsur
götürdü tarı. Məclis adamları xahiş elədilər ki, Mirzağa oxusun, Mənsur
çalsın. Mənsur “Şur”un “Hicaz” pərdəsindən başladı çalmağa. Mənsur bir
tar çaldı ki, divarlar titrədi. Qurban dedi Mənsura “A başına dönüm, tarım
indi sınar?” Mənsur dedi:“Ondan qorxma, ustad əlidir”. “Mirzağa başladı
“Hicaz”dan sonra, keçdi “Mehdizərrabı”ya, Şah Xətai, Baba-Tahir, Sarənc
və Məsnəvi ilə bitirdi. Cabbar Qaryağdıoğlu öz qavalını çevirdi torbasına
və Qurbana dedi: “Mən gedirəm sən özün bilərsən...”
Bakı xanəndələri elə oxuyublar ki, qeyri yerdən gələnlər onlarla bəhsə
girə bilməyiblər. O vaxtlar məclislərdə, toylarda muğam biliciləri
oturardılar. Elə ki, xanəndə bir guşəni, ya zənguləni, ya da muğamın
özünü düz oxumurdu, o muğam biliciləri onu saxlayıb deyərdilər ki,
həmən yeri təzədən, düzgün oxusun.
Muğam məclislərinin daimi iştirakçısı olan Mirzə Mənsur Mənsurov
öz dövrünün mahir ifaçısı olmaqla yanaşı, həm də muğamları nəzəri
cəhət-dən çox yaxşı bilirdi. O, uzun illər boyu Uzeyir Hacıbəyli ilə
dostluq etmiş, muğam sahəsində onun əsas məsləhətçisi olmuşdur. Mirzə
Mənsurun musiqi məktəbləri üçün hazırladığı muğam proqramı 1935-ci
il tarixi ilə qeydə alınıb. Həmin proqramda “Şur” dəstgahı belə
80
ardıcıllıqla düzülüb:
1.Cudai
6. Busəlik
2. Gərayili
7. Bayatı-türk
3. Hüseyni
8. Şikəsteyi-fars
4. Səlmək
9. Əşiran
5.
Şur-Şahnaz
10. Simai-şəms
11. Hicaz
13. Sarəng
12. Şah-Xətai
14. Baba Tahir
Əvvəldə qeyd etdiyimiz kimi, Şur məqamı təkcə Azərbaycanda deyil,
bir sıra Şərq məmləkətlərində də mövcuddur. “Şur” dəstgahı iki ölkədə -
Azərbaycanda və İranda daha çox intişar tapıb. Iran “Şur”unun şöbələrini
nəzərdən keçirsək müəyyən yaxınlıq və fərqləri görə bilərik:
1.
Dəraməd
16. Forud
2.
Kereşme
17. Həzin
3.
Guşeyi-rahab
18. Şure-pəmindəste
4.
Nəğmə
19. Guşeyi-rahab
5.
Zirkeşe –səlmək
20. Çahar-guşə
6.
Molla –Həci
21. Müqəddemeyi-gərayili
7.
Səlmək
22. Rezavi
8.
Gülriz
23. Şahnaz
9.
Məclise-əfruz
24. Qarrəçə
10. Üzzal
25. Şahnaze-guş ya Aşıq-guş
11. Cafə
26. Rənge üsul
12. Bozorg
27. Gərayili
13. Dübeyti
28. Şəhr-aşub
14. Xara
15. Qacar
Muğamın klassik dövrünü Ü.Hacıbəylinin qeyd etdiyi “Şur” dəstgahı-
nın şöbələri ilə yekunlaşdırırıq.
1.
Bərdaşt
13. Simai-şəms
2.
Mayeyi-şur
14. Hicaz
3.
Səlmək
15. Hacı-yuni
4.
Cüdai
16. Məvərənnəhr
5.
Gövhəri
17. Şah-Xətai
6.
Gərayili
18. Saqinamə
7.
Hacı-dərvişi
19. Sarənc
8.
Şəhr-aşub
20. Əbu-əta
9.
Şahnaz-xara
21. Qəməngiz
10. Bayatı-türk
22. Dügah
11.
Şikəsteyi-fars
23. Zəmin -xara
12. Əşiran
24. Nişibi-fəraz
Yuxarıda göstərilən cədvəllərdən aydın görünür ki, ifaçının biliyindən,
ustalığından asılı olaraq hər hansı bir muğam istənilən ardıcıllıqda ifa