84
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» № 2, 2011
___________________
Muğamşünaslıq
Мугамоведение
Elxan MANSUROV
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi
ZƏRB MUĞAMLAR VƏ ŞİKƏSTƏLƏR
Açar sözlər: zərbi mugamlar, şikəstələr, muğam, ifaçılıq sənəti.
XIX əsrin II yarısından, XX əsrin I yarısına qədər muğam sənəti, mu-
ğam ifaçılığı Azərbaycanda yüksək zirvəyə qalxmışdı. O dövrün muğam
ustadları-sənətkarları muğam məclislərində yığışıb bizim muğamlara
yeni səs, yeni boğaz artırmaqla muğamlarımızı iri bir dəstgah halına
çevirmişlər.
Elə həmin dövrlərdə də bizim zərbi muğamlarımız yaranmışdır.
7
əsas zərbi muğam mövcuddur:
1.
Heyrat-Kabili
2.
Osmanlı
3.
Üzzal – zərbilə
4.
Heydəri
5.
Ovşarı
6.
Mənsuriyyə
7.
Səba-şəms
Müəyyən bir zamanda zərbi muğamlar “ritmik” muğamlar da deyir-
dilər. Lakin yaddan çıxartmamalıyıq ki, “Ritmik” sözü Azərbaycan
xalqına yad bir sözdur. “Ritm” sözünün mənası “ölçü” deməkdir.
Zərbi muğamların özünəməxsus bir çox gözəl xüsusiyyətləri var.
Məsələn: zərbi muğamları həm instrumental variantda - üçlük - yəni, tar,
kamança, qaval, həm də xanəndənin ifasında üçlüklə çalınıb oxuna bilər.
Yəni, tar – kamanca çalır, xanəndə isə qavalda zərb vurmaqla bərabər
özünün xanəndəlik məharətini göstərir.
Zərbi muğamların hər birinin öz ölçüsü var. Zərbi muğamların
bəziləri əsasən hərbi yürüş marşlarından yaranıb. Ona görədə zərbi
muğamda çalınan instrumental musiqi parçaları ancaq zərb aləti ilə
müşayət olunmalıdı. Zərb ilə müşayət olunan instrumental musiqi
parçalarının
daxilində oxunan muğama zərbi muğam deyilir.
Zərbi muğam igidlik və qəhrəmanlıq timsalıdır. O, elə ifa olunmalıdır
ki, insanı ancaq mərdliyə ruhlandırsın. Zərbi muğamların “dəstgah”
85
muğamlarından fərqi ondadır ki, bu muğamlar ölçü ilə çalınır. Həm də
zərbi muğamlar “dəstgah” muğamlara ona görə bənzəmir ki, dəstgahlar
bir saat – saat yarım çalınıb oxunduğu halda zərbi muğamlar uzağı on –
on beş dəqiqə ifa olunur.
Zərbi muğamın digər xüsusiyyətlərindən biri də odur ki, yuxarıda
qeyd etdiyim kimi həm müstəqil şəkildə ifa olunub oxuna bilər, həm də
hər hansı bir muğam dəstgahının daxilində çalınıb oxuna bilər. Buradan
da bir sual yarana bilər ki, nəyə görə zərbi muğamlar müstəqil olduğu
halda muğam dəstgahlarının daxilində ifa olunur? Necə olur ki, əvvəllər
muğam dəstgahları təmiz sırf muğam formasında çalınıb oxunub, indi isə
Zərbi muğamlarla bir yerdə ifa olunur. Əlbəttə ki, bu sualın bir cavabı
var. O da bizim xanəndələrin ustalığından, məharətindən irəli gələn
amildir. Keçmiş zamanlarda bizim xanəndələrimizin əksəriyyəti zil səsə
malik olublar. Və o dövrdə bizim muğamlarımızın
əksər hissəsi yəni şöbə
və guşələri zildə
(yüksək registrdə) ifa olunurdu. Məsələn, “Heydəri”
muğamını götürək.
“Heydəri” muğamının 13 hissədən ibarət şöbə və guşələri var. Bu
muğamın 6 hissəsi bəmdə və orta registrdə oxunursa, qalan 7 hissəsi
zildə oxunurdu. Bəhram Mansurovun xatirələrində “Heydəri” mugamı
barədə Cabbar Qaryağdı oğlu ilə söhbətini təqdim edirəm.
B.M.: “Cabbar əmi, nəyə görə “Heydəri” muğamını xanəndələrimiz
çox az ifa edirlər?
C.Q.: Bilirsən, “Heydəri” muğamı o qədər zildən oxunur ki, xanən-
dərin boğazını yorur. Bu muğamdan sonra başqa bir muğam oxumaq
çətindir.”
Odur ki, “Heydəri” muğamından bizə miras qalan Bəhram Mansuro-
vun ifasında çalınan “Heydəri” zərbi muğamıdır. Məhz Bəhram Man-
surovun sayəsində “Heydəri” zərbi muğamı bu gün də yaşayır. Və hətta
tədris proqramına da salınıb. Onu da qeyd edim ki, Bəhram Mansurov
“Heydəri” zərbi muğamının oxumaq variantını ilk dəfə Alim Qasımova
öyrətmiş və ondan sonra bütün xanəndələr tərəfindən ifa olunmağa
başlamışdır.
Xanəndələrin səs telləri yorulmamaq üçün hər bir dəstgahın ladına
uyğun zərbi muğam salınırdı ki, arada xanəndələr dincəlib rahat
oxusunlar. Ümumiyyətlə, zərbi muğamlar irihəcimli muğamların, yəni
təkcə dəstgah formasında olan muğamların daxilinə çalınıb oxunurdular.
Məsələn, XIX əsrin sonları, XX əsrin əvvəllərində “Mahur-Hindi”
dəstgahı oxunanda “Şikəsteyi-fars” şöbəsi oxunur – “Əşiran” guşəsi ilə
“Mahur-Hindi” muğamına ayaq verir. Və “Əraq” şöbəsinə keçməmişdən
“Heyrat-Kabili” zərbi muğamı çalınır ki, bu zərbi muğamda “Əraq”
şöbəsi hissə-hissə xanəndə tərəfindən rahat oxunur.
86
Ümumiyyətlə, biz hər bir zərbi muğamın oxunmasına diqqət yetirsək,
görərik ki, bütün zərbi muğamlar zildən oxunur. Bu məqam bir daha
mənim yuxarıda dediklərimi təsdiq edir.
“Heyrat-Kabili” zərbi muğamında “Mahur-Hindi” dəstgahının “Əraq”
şöbəsi;
“Üzzal-zərbilə” zərbi muğamında “Bayatı-Şiraz” dəstgahının “Üzzal”
şöbəsi;
“Səba-şəms” zərb muğamında “Şur” dəstgahının “Səba-şəms”,
“Hicaz”, “Qəməngiz” və “Sarənc”
şöbələri;
“Mənsuriyyə” zərbi muğamında “Cahargah” dəstgahının zil
“Cahargah” və “Üzzal” şöbələri;
“Ovşarı” zərbi muğamında “Şüştər” muğamının zil “Şüştər” kimi
şöbələri oxunur.
Bildiyimiz kimi bütün muğamlar və bu muğamlara aid olan şöbə və
guşələrin adları 4 qismə bölünür:
1.
Say adları (Yegah, Dügah, Segah, Çahargah, Pəncgah, Şeşgah).
2.
Yer, məkan adları (İsfahan, Şiraz, Katar, Dehri, Ovşar,
Kərkük, Xorasan, Kəşmir, Heyrat, Kabil və s.)
3.
Tarixi şəxsiyyət və ifaçıların adı ilə bağlı muğam və şöbə adları
(Hümayun, Hüseyn, Abdulla, Hüsniyyə, Baba Tahir və s.)
4.
Müxtəlif adlar (Üşşaq, Gərduniyyə, Üzzal, Dilkeş, Cüdai,
Əbülçəp, Rak, Busəlik, Mücrü və s.)
Eləcə də zərbi muğamların və şikəstələrin adları da yer, məkan adları
ilə əlaqəli olduğu təsdiqini tapır.
“Heyratı” zərbi muğamının yaranması 1830 – cu illərə təsadüf edir.
Zərbi muğamların və “ Şikəstə”lərin yaranmasında aşıq musiqisinin çox
əhəmiyyətli rolu olmuşdur. Aşıq sənətinin çox qədim kökləri var. Hələ
keçmiş zamanlarda aşıq sənətiylə məşğul olanlar oz kiçik saz alətini
götürüb bir çox Şərq ölkələrini qarış-qarış gəzirdilər. Olduqları ölkələrin
musiqisi ilə tanış olur və o ölkələrin xalq havalarını, musiqisini,
marşlarını çox böyük məharətlə improvizə edib çalırdılar. O zamanlarda
bizim tarzənlərimiz də aşıqlar tərəfindən eşitdiyi musiqi parçalarını tarda
gözəl
ifa edib, üçlük formasında çalırdılar.
Və həmin dövrlərdə XIX əsrin
II yarsına yaxın “Heyratı” zərbi muğamı sazəndələrimiz tərəfindən
çalınıb. Bir müddət keçdikdən sonra xanəndələrimiz də öz gözəl səsləri
ilə bu zərbi muğama rəngarənglik gətirib, onu daha da genişləndirib iri
həcmdə oxuyublar. “Heyratı” zərbi muğamının əsl adı
“Heyrat-
Kabili”dir. Əsli Əfqanıstanın qədim yürüş marşıdır.
Göründüyü kimi, Heyrat və Kabil Əfqanıstanın ən böyük
şəhərlərindən biridir. O vaxtlar hərbiçilər bir şəhərdən o biri şəhərə hərbi
yürüş edəndə bu marşı çalıb oxuyardılar. Ümumilikdə Azərbaycanda bu