N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 0,86 Mb.

səhifə1/31
tarix08.07.2018
ölçüsü0,86 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   31


 

M.S.Xəlilov, A.İ.Qurbanov, N.N.Musayeva 

 

 

 

 

 

 

 

 

KİTABXANA 



İNFORMATİKASI 

 

 

 

Azərbaycan Respublikasının Təhsil Nazirinin 21.08.01 tarixli 

917 saylı əmri ilə Ali məktəb tələbələri üçün  

dərs vəsaiti kimi tövsiyyə edilmişdir



 

 

 

 

II cild 

 

 

Bakı‐2002 


 

 

 



 

 

Xəlilov M.S.,Qurbanov A.İ.,Musayeva N.N.  



Kitabxana informatikası.  Bakı,

 ʺOdlar Yurduʺ nəşriyyatı.

 

2001‐162s., şəkilli 



 

 

 



 

Elmi redaktor: dos.İ.Ə.Qurbanov 

 

Rə’y verənlərdos.A.Y.Əliyev  



                   dos.Y.Ə.Əbilov 

 

 

 

 

 

Kitab  kitabxanaçılıq  fakültəsinin  tələbələri  üçün  nəzərdə 

tutulmuşdur. Kitabda kitabxanaların avtomatlaşdırılmasının əsas 

prinsipləri,  nəzəri  əsasları  şərh  olunmuş,  maşınla  oxunan 

formatlar  :  USMARC  və    UNIMARC  formatları,  Korporativ 

Kitabxana  İnformasiya  şəbəkəsi  haqqında  məlumat  verilmişdir. 

“İRBİS”,  “Biblioteka  5.0”,  “Marc‐Sql  1.5”,  “Opac‐Global”, 

“RUSLAN”  Avtomatlaşmış  Kitabxana  İnformasiya  Sistemləri 

izah edilmişdir.  

 

 



 

©ʺOdlar Yurduʺ nəşriyyatı 




 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Xəlilov Mübariz Sevdimalı oğlu 



Qurbanov Azad İsa oğlu 

Musayeva Nigar Nurəddin qızı 

 

Kitabxana informatikası 

 

II cild 

 

 

 

 

 

 

 

 

Yığılmağa verilmiş 12.08.2002. Format 84x108. 5ç.v. Tiraj 500 



X2001, ©ʺOdlar Yurduʺ nəşriyyatı 

 

     


 

3

GIRIŞ 



 

Kitabxanalar  əsrlər  boyu  İnsan  dühasının  yaratdığı 

ideya və nəzəriyyələrin,  «yazılı abidələrin» qorunduğu  ən 

böyük  informasiya  mənbəyidir  və  bəşər  sivilizasiyası  öz 

inkişafına  görə  kitabxanalara  borcludur.  Bəşəriyyətin 

inkişafetdirici  qüvvəsi  olan  bütün  elmi  nəzəriyyələr  və 

texnologiyalar  kitabxanalardan  bəhrələnmiş,  cəmiyyətin 

qabaqcıl ordusu‐ziyalılar isə          kitabxanalardan istifadə 

etməklə  yetişmişlər.  Kitabxanalar  yarandığı  vaxtdan  bu 

günə  kimi  insanların  informasiya  təlabatını  ödəmək  və 

informasiyanın  gələcək  nəsillərə  ötürmək  funksiyasınını 

yerinə  yetirir  və  cəmiyyətin  infrastrukturunda  mühüm 

həlqədir.  Bu  gün  kitabxanalar  informasiyalaşmış  vətəndaş 

cəmiyyətinin  əsas  göstəricisi  olan  qlobal  informasiya 

mühitinin,  beynəlxalq,  milli  və  regional  səviyyədə 

informasiya  mübadiləsi  sistemlərinin  yaradılmasında, 

informasiyanın əmtəəyə çevrilməsində, informasiya və bilik 

bazarının  yaradılması  və  inkişafında,  təhsil  sisteminin  və 

səviyyəsinin  təkmilləşməsində,  cəmiyyətin  peşə  və  ümumi 

mədəniyyət 

səviyyəsinin 

artmasında 

aparıcı 

rol 


oynamalıdır.  Bunun  üçün  kitabxana  işinin  təkmilləşməsi, 

kitabxananın  müasir  səviyyəyə  uyğun  qurulması,  ilk 

növbədə isə avtomatlaşdırılması zəruridir. 

Kitabxanaların  avtomatlaşdırılmasına  keçən  əsrin 

50‐60‐cı  illərindən  başlanılsa  da,  kitabxanaların  kompleks 

avtomatlaşdırılması  70‐80–cı  illərdə,  kitabxananın  bütün 

bölmələrini əhatə edən ümumkitabxana kompüter şəbəkəsi 

və  «klient‐server»  texnologiyasına,  biblioqrafik  yazıların 

maşınla oxunan MARC formatına əsaslanan, əsas kitabxana  

proseslərinin  kompleks  avtomatlaşdırılmasını  təmin  edən 

Avtomatlaşdırılmış 

Kitabxana‐İnformasiya 

İdarəetmə 

Sistemlərinin  yaradılması  ilə  mümkün  olmuşdur[7‐8].  Bu 

 



gün 



kompüter‐şəbəkə 

və 


telekommunikasiya 

texnologiyalarının  naliyyətlərinin  kitabxanalara  tətbiqi 

nəticəsində, 

kitabxanaların 

avtomatlaşdırılması 

öz 


inkişafında  yeni  mərhələyə‐qlobal  korporativ  virtual 

kitabxana‐informasiya şəbəkəsinin yaradılması mərhələsinə 

qədəm qoymuşdur.  

Təssüflər  olsun  ki,  böyük  kitabxana  şəbəkəsinə 

malik 

olan 


Azərbaycanda 

kitabxanaların 

avtomatlaşdırılması işinə son bir neçə ildə başlanılmışdır və 

bu sahəyə həddən artıq maraq, təlabat vardır. Lakin qarşıya 

çıxan problemlərin çoxluğu, ayrı‐ayrı naliyyətlərin olmasına 

baxmayaraq, 

hələ 

nəzərəçarpacaq 



nəticələrin 

əldə 


olunmasına imkan vermir. Bu problemlərdən biri də yüksək 

ixtisaslı  kadr    çatışmamazlığıdır.  Bu  məqsədlə  Əməkdar 

elm  xadimi,  BMT  yanında  Beynəlxalq  İnformasiyalaşdırma 

Akademiyasının  Akademiki,  professor  Abuzər  Xələfovun 

təşəbbüsü  ilə  Bakı  Dövlət  Universitetində  yeni  fənnlər‐

«Kitabxana 

proseslərinin 

kompüterləşdirilməsi», 

«Avtomatlaşmış kitabxana sistemlərinin proqram təminatı» 

fənnləri  tədris  olunur  və  ayrılmış  tədris  saatı  çərçivəsində 

tələbələr  kitabxanaların  avtomatlaşdırılmasının  nəzəri 

əsasları  ilə  tanış  olur  və  texniki  imkanlar  çərçivəsində 

praktik  vərdiş  alırlar.  Aydın  məsələdir  ki,  Ana  dilimizdə 

müvafiq  ədəbiyyatın  olmaması,  rus  və  ingilis  dilli 

ədəbiyyatların  əldə  olunmasında  obyektiv  problemlər, 

tədrisdə  müəyyən  çətinliklər  yaradır,  tədrisin  səviyyəsinə 

təsir edirdi. Oxuculara təqdim olunan bu kitab  «ədəbiyyat 

qıtlığı»  problemini  qismən  də  olsa  həll  etmək  məqsədi  ilə 

yazılmışdır.    Müəlliflər  izah  etdikləri  məsələləri  sadə  və 

geniş  oxucu  kütləsinin  başa  düşəcəyi  dillə  şərh  etməyə 

çalışmışlar və hesab edirlər ki, kitabxananın avtomatlaşması 

ilə  maraqlanan,  kitabxana  işi  və  kompüter  texnologiyasına  






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə