N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   2   3   4   5   6   7   8   9   ...   31

 

9

olunmalı  və  onun  içərisindən  ən  optimalı  seçilməlidir. 



Müasir  dövrdə  avtomatlaşdırmanın  səviyyəsi  əsasən 

proqram  təminatından  asılı  olduğundan,  kompüter‐

informasiya  texnologiyası  sürətlə  inkişaf  etdiyindən  və  tez 

«texniki  baxımdan  qocaldığından»  proqram  təminatının 

seçilməsi  həddən  artıq  məsuliyyətli  bir  işdir  və  o,  yüksək 

ixtisaslı  mütəxəsisslər  tərəfindən  yerinə  yetirilməlidir. 

Kitabxananın  avtomatlaşdırılmasının  proqram  təminatı  iki 

qrupdan‐Ümumi  sistem  və  Tətbiqi  proqram  vasitələrindən 

ibarətdir.  Ümumi  sistem  proqram  vasitələri  kompüter 

şəbəkə  sisteminin  və  onlara  qoşulan  qurğuların  fəaliyyəti 

üçün  və  ümumi  istifadə  olunan  (məs:  Office  proqramları) 

proqramlardan ibarətdir[4‐5].     

Kitabxananın  kompleks  avtomatlaşdırılması  üçün 

yaradılmış  Tətbiqi  Proqram  Paketlərini  Avtomatlaşmış 

Kitabxana‐İnformasiya 

Sistemləri 

adlandırmaq 

qəbul 


edilmişdir. 

Avtomatlaşmış 

Kitabxana‐İnformasiya 

Sisteminin seçilməsində aşağıdakı tələblər önəmlidir: 

  

1.  «Açıq»  tipli  olması.  Yeni  sistem  beynəlxalq 



maşınlaoxunan  biblioqrafik,  texniki‐sistem  standartlarına 

(USMARC,  UNIMARC,  ISO  və  s.)  uyqun  olmalıdır.  Əks 

təqdirdə  sistemin  ümumi  şəbəkədə  istifadəsi,  uzaq 

məsafədən 

istifadə, 

digər 


sistemlərlə 

informasiya 

mübadiləsi qeyri‐mümkün olacaq. 

  

2.Internet  və  Intranet  texnologiyasına  inteqrasiya 



olma imkanının olması. Bu  Web texnologiyanın tətbiqi  ilə 

paylanmış  informasiya  bazalarından  istifadəni,  oxucu 

sorğusunu 

uzaq 


məsafədən 

operativ 

ödənilməsini, 

kitabxananın  biblioqrafik  və  informasiya  ehtiyatlarını 

dünya  informasiya  məkanına  inteqrasiyasının  təmin 

edilməsini nəzərə tutur. 

  

3.  «Genişlənə»  bilən  olması.  Yeni  sistem  qeyri‐



məhdud  sayda  məlumat  bazaları  ilə  işləmək,  qeyri–

 

10



məhdud  həcmli  informasiyanı  operativ  idarə  etmək  və 

qeyri–məhdud  sayda  istifadəçiyə  xidmət  göstərmək 

xüsusiyyətinə malik olmalıdır  

4.  Adaptasiya  və  modernizasiya  oluna  bilən 



olması.  Tətbiq  olunduğu  kitabxanalara  uyğunlaşdırıla 

bilməli,  ümumi  kitabxana  proseslərindən  əlavə,  lokal 

xarakterli  və  ya  yeni,  əvvəllər  nəzərdə  tutulmayan 

funksiyaların  yerinə  yetirilməsi  üçün  modernizasiya  oluna 

bilməlidir. 

  

5.  İnformasiyanın  bütövlüyünü  təmin  etməli, 



qəzalara və viruslara qarşı davamlı olmalı, yüksək, çoxqat 

informasiya  təhlükəsizliyi  və  etibarlılıq  tədbirlərinə 

malik olmalıdır

  

6.  İnformasiyanın  bütün  növləri  ilə  işləmək 



imkanının  olması.    Müasir  kitabxana  ənənəvi  yazı 

materialları ilə yanaşı digər video, audio materiallar, ən çox 

da 

elektron 



sənədlərlə 

işlədiyindən 

sistem 

OLE 


texnologiyası  –  digər  proqramlardan  obyektlərin  idxal 

imkanına malik olmalıdır. 

7.  Z  39.50    protokolu    əsasında  işləyə    bilməsi

Protokol  gələcəkdə  koporativ  kitabxana  –  informasiya 

şəbəkələrində  biblioqrafik informasiya  mübadiləsini təmin 

etməlidir 

8. UNICODE  şriftlərindən  istifadə

9. Sadə işçi interfeysinin olması. 

10. 

Əsas 

Kitabxana 

proseslərinin 

avtomatlaşdırılmasını 

təmin 

edən 

 

müvafiq 

Avtomatlaşmış İşçi Yerlərinin  olması. 

11.  Avtoritet  faylların,  linqvistik  lüğətlərin, 



predmet  rubrikaların  yaradılmasını  və  ondan  istifadəni 

təmin edə bilməsi; Bununla relevant  informasiya axtarışını 

təmin etmək olar. 




 

11

 



Qeyd  edək  ki,  keçmiş  sovet  kitabxana  işi  ABŞ  və 

Qərbi  Avropa  kitabxana    işindən  xeyli  fərqlənir

3

.  Qərb 


ölkələrində 

hazırlanmış 

Avtomatlaşmış 

Kitabxana‐

İnformasiya Sistemləri  çox baha olub, onu Azərbaycanda o 

cümlədən  MDB  ölkələrində,    kitabxana  işində  mövcud 

fərqlərə  görə  tətbiqi,  uyqunlaşdırılması  böyük  xərc  və 

zəhmət  tələb  edir.  Digər  tərəfdən  onların  istismarı  yüksək 

texniki  göstəricili  avadanlıqların  və  hazırlıqlı  kadrların 

olmasını    tələb  edir.  MDB  ölkələrində  hazırlanmış 

proqramlar  isə  Qərb  standartlarından  bir  qədər  geri  

qalsalar  da  onların  istismarı  on  dəfələrlə    ucuz  başa  gəlir.  

Bu  səbəbdən    MDB  ölkələrinin  kitabxanaları  keçid 

dövründə    «yerli»  proqram  təminatından  istifadə  etməyə 

üstünlük verirlər.  

3.

 



Maliyyə‐smeta səndlərinin hazırlanması. 

4.  Layihə  qabağı  işlərin  görülməsi.    Bu  maliyyə  vəsaitinin 

ayrılmasını,  avadanlıqların  alınmasını  və  texniki 

quraşdırma  işlərinin  görülməsini,  müvafiq  kadrların 

hazırlanmasını  nəzərdə  tutur.  Kadrların  hazırlanması 

məsələsi  ən  önəmli  bir  məsələdir.  Avtomatlaşdırma 

istər  informatika  istərsə  də  müasir  kitabxana  işini 

yüksək səviyyədə bilməyi tələb edir. Bu məqsədlə yeni 

gənc  kadrların,    artıq  avtomatlaşmış  kitabxanalarda 

təcrübə keçmiş kitabxanaçıların cəlb olunması, hazırlıq 

kurslarının yaradılması tələb olunur. Avtomatlaşdırma 

ilə bağlı kitabxanada struktur dəyişikliklərin aparılması 

zəruridir.  Belə  ki,  avtomatlaşdırma  yorucu  və  uzun 

müddətli  insan  əməyindən  imtina  etməyə,  bir  neçə 

şöbənin  işini  bir  Avtomatlaşmış  İşçi  Yeri  vasitəsilə 

                                                           

3

 

Bu səbəbdən bu gün MDB ölkələrinin kitabxana mütəxəsissləri 



qarşısında öz ölkələrinin kitabxana işinin beynəlxalq standartlara 

uyğunlaşdırılması  problemi durur. 

 

12

görülməsinə 



şərait 

yaratdığından, 

Kitabxana 

İnformsiya Kompüter Şəbəkə Sisteminə xidmət zərurəti 

struktur islahatlarının aparılmasını diktə edir.  

5.    Layihənin  yerinə  yetirilməsi.  Layihənin  yerinə 

yetirilməsi  böyük  zəhmət,  xərc  və  müəyyən  vaxt  tələb 

etdiyindən  ilk  öncə  avtomatlaşdırma  üçün  paritet 

istiqamətlər  müəyyən  olunur.  Avtomatlaşdırmanın 

əsas məqsədi  oxucuların informasiya təlabatını coğrafi 

uzaqlıqdan  asılı  olmayaraq,  operativ  və  tam  ödəmək 

olduğundan dünya praktikasında əsas paritet istiqamət 

olaraq  elektron  informasiya  təminatının  yaradılması 

qəbul edilir. 

 Müasir 

 

avtomatlaşmış 



kitabxanaların 

elektron 

informasiya  təminatı  iki  tip:  biblioqrafik  məlumat  və 

elektron  sənəd  bazası    şəklində  yaradılır.  Biblioqrafik 

məlumat  bazası  kitabxana  ehtiyatlarının  (ənənəvi  və  qeyri 

ənənəvi)  biblioqrafik  təsvir  yazılarından,  linqvistik  və 

leksoqrafik 

lüğətlərdən, 

rubrikalardan 

ibarətdir. 

Biblioqrafik  yazılar  maşınla  oxunan  format  (MARC) 

əsasında,  xüsusi  proqramlar‐Avtomatlaşmış  Kitabxana 

İnformasiya 

Sistemləri 

vasitəsilə 

hazırlanır 

və 

Avtomatlaşmış 



Kitabxana 

–İnformasiya 

İdarəetmə 

Sisteminin  axtarış  aparatının‐Elektron  kataloqun  əsasını 

təşkil  edir.  Məhz  oxucu  sorğusu  Biblioqrafik    məlumat 

bazası  əsasında  işlənir,  sifariş  olunur  və  sifariş  yerinə 

yetirilir.  

Müasir dövrdə kitabxanalarda Elektron mətn  bazasının 

yaradılmasının 2 üsulundan geniş istifadə olunur : 

1.

 



Kağız  üzərindəki  informasiyanın  elektron  formaya 

çevrilməsi; 

2.

 

Kitabların,  dövrü  mətbuatın,  dissertasiyaların  və  s. 



elektron formasının alınması. 


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə