N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   2   3   4   5   6   7   8   9   ...   31

 

17

markeri  biblioqrafik  yazının  strukturuna  aid  məlumatları: 



yazının  tipi,  onun  biblioqrafik  səviyyəsi,  iyerarxik 

səviyyədə  vəziyyəti,  yazının  tamlıq  dərəcəsi,  ISBD 

qaydalarına  uyğunluğu  və  s.  haqqında  kodlaşmış 

məlumatları əks etdirir. 

Yazı  markerindən  sonra  məlumat  kitabçası  gəlir. 

Məlumat  kitabçası  12  simvoldan  ibarət  olub  3  hissəyə 

ayrılır.  Birinci  hissə  3  simvoldan  ibarət  olub,    sahələrin 

nişanını  göstərir.  İkinci  hissə  4  simvoldur  və  məlumat 

sahəsinin  uzunluğunu  göstərir,  yəni  birinci  hissədə  verilən 

sahənin  simvollarının  (bura  indikatorlar,  altsahənin 

identifikatoru,  mətn  və  ya  kodlaşdırılmış  məlumatlar  və 

sahə ayrıcılları da daxildir.) sayını müəyyənləşdirir. Üçüncü 

hissə  5  simvoldan  ibarət  olub,  başlanğıc  simvolun 

mövqeyini  göstərir.  Dəyişən  uzunluqlu  məlumatlar  sahəsi 

isə  məlumat  kitabçasından  sonra  gəlir  və  biblioqrafik 

məlumatları əks etdirir.  

 UNIMARC  və  USMARC  formatlarının  əsas  fərqi 

sahələrin,  altsahələrin  və  indikatorların    bir‐birinə  uyğun 

gəlməməsidir.  Həmçinin  UNIMARC  formatında  sahələrin 

sayı  ilə  USMARC‐ın  sahələrinin  sayı  üst‐üstə  düşmür, 

UNIMARC‐da sahələrin sayı çoxdur. Bu onunla bağlıdır ki, 

UNIMARC  formatı  USMARC‐dan  sonra  yaradılıb  və  daha 

geniş təsvir imkanlarına malikdir. Bundan əlavə, iki format 

arasında  digər  fərqlər:  sahə  daxilində  altsahələrin  sayı, 

sahələrin  uzunluğu,  indikatorların  qiymətində  fərqlər  və  s. 

kimi  kiçik fərqlər vardır. Oxucu  dərs vəsaitində  verilmiş, 

kitablar  üçün  UNIMARC  və  USMARC  formatı  ilə  tanış 

olduqda bu fərqləri özləri müəyyən edə biləcəkdir. 

 

1.4 USMARC formatı 

 

 



18

USMARC    formatında  hazırlanmış  hər  bir 

biblioqrafik  yazı,  Yazı  markerindən  və    USMARC 

sahələrində  və  altsahələrində  yazılmış  məlumatlardan 

ibarətdir. Yazı markeri yazının işlənilməsi üçün vacib olan, 

kodlaşmış məlumatları  əks etdirir.  Hər bir məlumat üçün  

konkret  mövqe  müəyyən  edilmişdir.  Mövqelər  0‐dan  23‐ə 

qədər nömrələnir. Belə ki,

 kitablar üçün : 

 Yazı  markerinin  0‐4  mövqeyi  biblioqrafik  yazının 

uzunluğu  üçün  nəzərdə  tutulmuşdur.  O,  avtomatik  olaraq 

Avtomatlaşmış  Kitabxana‐İnformasiya  Sistemi  tərəfindən 

müəyyən olunur. 

Mövqe  5‐də  yazının  statusunu  bildirən  aşağıdakı 

kodlardan biri yazılır: 

 

s‐düzəldilmiş (korrektə olunmuş) yazı; 



 

n‐ yeni yazı; 



 

d‐xaric edilmiş yazı



2

Mövqe  6‐8‐  də  kitablar  və  bir  yazı  ilə  təsvir  olunan 



coxcildli  kitablar  üçün  «am0»,  iki  yazı  ilə  təsvir  olunan 

coxcildli  kitabların  ümumi  seriyası    üçün  «am1»,  ayrı‐ayrı 

cildləri  üçün  «am2»  kodu  yazılır.      Burada  a  

kataloqlaşdırılan  materialın  tipini‐çap  materialı  olduğunu, 

m‐  biblioqrafik  səviyyəni‐monoqrafik  nəşr  olduğunu,  0‐2 

kodları isə yazının iyerarxik səviyyəsini bildirir

3

.  


Mövqe  9  kitablar  üçün  təyin  edilmədiyindən 

probellə doldurulur. 

Mövqe 10 və 11‐də müvafiq olaraq sahə və  altsahə 

identifikatorlarının uzunluqlarını bildirən 2 kodu yazılır. 

                                                           

2

  Müvafiq  nəzarət  nömrəsinə  malik  olan  digər  yazının  etibarlı 



olmadığını göstərmək üçün mübadilədə iştirak edən yazı. 

3

  İyerarxik  əlaqədən  istifadə  edilmədikdə  onun  yerinə  probel  



qoymalıdırlar 


 

19

Mövqe 12‐16 məlumatların baza ünvanını bildirir və 



avtomatik  olaraq  Avtomatlaşmış  Kitabxana‐İnformasiya 

Sistemi tərəfindən müəyyən olunur.  

Mövqe  17  və  19  kitablar  üçün  təyin  edilməyib  və 

mövqelərə 

probel 

qoyulur. 



 

Mövqe 


18 

–də 


kataloqlaşdırılmış  təsvir  formasını  bildirən  kodlardan  biri 

yazılır: 

 

_  ‐tam  ISBD  formatındadır;  yazıda  verilmiş  təsvir 



məlumatları  (sahə200‐225)  ISBD  qaydalarına  uyğun 

hazırlanmışdır. 

 

n‐  yazı  ISBD  formatında  deyil;  yazıda  verilmiş  təsvir 



məlumatları  (sahə200‐225)  ISBD  qaydalarına  uyğun 

hazırlanmamışdır. 

 

i ‐ yazı qismən ISBD formatındadır.  



Mövqe  20  formatın  hər  sahəsinin  uzunluğunu  bildirir 

və 4 kodundan ibarətdir. 

Mövqe 21‐də həmişə 5, mövqe 22‐də isə 0 kodu yazılır. 

Mövqe 23 kitablar üçün müəyyən olunmayıb.  



Nümunə: 00999nam0_22002651_i_450_ 

 Formatın  kitablar  üçün  biblioqrfik  informasiya  

daşıyan 

sahələrini 

formal 

olaraq 


aşağıdakı 

təsvir 


qruplarında birləşdirmək olar: 

1.

 



İdentikləşmə və kodlaşmış məlumatlar; 

2.

 



Yazının başlığı və ya intellektual məsuliyyət; 

3.

 



Sərlövhə; 

4.

 



Nəşr, yayım və fiziki xarakteristika;  

5.

 



Qeydlər; 

6.

 



Predmet rubrikası; 

7.

 



Lokal məlumatlar. 

 

I.



 

İdentikləşmə və kodlaşmış məlumatlar. 

 

20



001  Yazı  identifikatoru.  Sahə  indikatorlara  və  

altsahələrə malik deyil. Sahə hər bir yazı üçün mütləqdir və 

yazını  bir  qiymətli  təyin  edən  simvolları  əks  etdirir. 

Təkrarlanmır. 

Yazı 

identifikatoru 



olaraq 

istənilən 

beynəlxalq  standart  nömrələrdən  də  (ISBN,  ISSN,  milli 

biblioqrafiya   nömrəsi) istifadə edilə bilər. 



005  Redaktə  tarixi.  Sahə  16  simvoldan  ibarət  olub, 

yazının  axırıncı  dəfə  redaktə  olunduğu,  əgər  yazı  redaktə 

olunmayıbsa  yaranma  tarixini  və  vaxtı  əks  etdirir.  Bu 

sahəyə  informasiya  avtomatik  olaraq  əksər  Avtomatlaşmış 

Kitabxana  İnformasiya Sistemi  tərəfindən  daxil  edilir.  Sahə 

indikatorlara və  altsahələrə malik deyil. 



Nümunə: 005  19860901141236.0

4

    



008  Kodlaışdırılmış  materiallar.  Sahə  indikatorlara  və  

altsahələrə  malik  deyil  və  həm  kataloqlaşdırılan  obyektin 

xüsusi  biblioqrafik  aspektləri  haqqında  və  həm  də 

bütünlükdə  yazı  haqqında  40  simvoldan  ibarət  kodlaşmış 

məlumatı əks etdirir.  Kodlaşdırılmış məlumat ünsürlərinin 

hər  biri  müəyyən  mövqedə

5

  yazılır(00‐39).  Belə  ki,  sahənin 



00‐17 və 35‐39‐cu mövqeləri bütün növ materiallar üçün, 18‐

34‐cü  mövqelər  isə  biblioqrafik  səviyyədən‐materialın 

tipindən  asılı  olaraq  doldurulur.  Bütün  mövqelər  onlar 

üçün  müəyyənləşmiş  kodları,  probeli  və  ya  doldurucu 

simvolları özündə saxlamalıdır.  

 Mövqe  00‐05–da  biblioqrafik  USMARC  yazısının 

kompüterə  daxil  etmə  tarixi  yazılır.  Tarix  il,  ay,  gün‐ 

formatında daxil olunur.  

                                                           

4

  [1 sentyabr, 1986-ci il, saat 2:12:36] 



5

 

Mövqelər 0‐dan 39‐a kimi nömrələnir. 




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə