Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə23/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

57 
orkestrin  səlis  səslənməsinə,  bəstəkar  fıkrinin  musiqi  dilində  real 
təcəssümünə, harmoniya uyarlığına nail olmuşdur. O, heç zaman səhnədəki 
opera  ifaçılarını  yalnız  dirijor  çubuğundan  asılı  vəziyyətdə  qoymamış, 
quruluşçu  rejissorla  "ümumi  dil"  taparaq  solistlərin  dramaturji  və  musiqi 
materialını  dərindən  əxz  etmələrinə  səy  göstərmişdir.  Odur  ki,  maestro 
Əfrasiyab  Bədəlbəylinin  orkestri  idarə  etdiyi  tamaşalarda  ifaçılar  səhnədə 
özlərinin  yalnız vokal istedadını deyil,  eyni zamanda aktiyorluq bacarığını 
da nümayiş etdirmək imkanı tapmışlar. Ə.Bədəlbəyli həm opera və həm də 
balet tamaşalarına eyni dərəcədə müvəffəqiyyətlə dirijorluq etmişdir. 
Musiqişünaslar  haqlı  olaraq  yazırlar  ki,  Ə.Bədəlbəylinin  yaradıcılığı 
bir  bəstəkar,  dirijor,  tənqidçi,  librettoçu,  nəzəriyyəçi  və  maarifpərvər 
kimi Azərbaycan musiqi sənətinin inkişafında müxtəlif mərhələləri təşkil 
edir (16). Ə.Bədəlbəyli Azərbaycan bəstəkarlarının yaşlı nəslinə mənsub 
idi,  bu  nəslin  yaradıcıları  musiqi  sənətinə  yeni  janrlar  gətirmişlər. 
Əfrasiyab bəyin ən böyük xüsusiyyəti odur ki, indiyədək öz əhəmiyyətini 
və  dəyərini  itirməyən,  Azərbaycanda,  o  cümlədən  də  Yaxm  Şərqdə  ilk 
balet sayılan "Qız qalası"nın yaradıcısıdır. 
1940-cı il aprelin 18-də ilk dəfə tama.aya qoyulan "Qız qalası" baleti 
ilə Əfrasiyab milli musiqi tariximizdə yeni dolğun səhifə açmaqla yanaşı, 
özünün monumental yaradıcılıq axtarışlarında ilk böyük uğurunu tapdı.  
Ü.Hacıbəyli «Qız qalası» – İlk Azərbaycan baletinin premyerası» adlı 
məqaləsində  (Məqalə  ilk  dəfə  «Pravda»  qəzetinin  1940-ci  il  25  aprel 
tarixli  nömrəsində  çap  edilmişdir.  Rus  dilindən  tərcümə  olunmuşdur) 
yazırdı:  «Yerli  Konservatoriyanın  yetişdirməsi  olan  Bədəlbəyli  gənc 
bəstəkarların  elə  bir  dəstəsinə  daxildir  ki,  həmin  dəstə  nəinki  musiqi 
yazıçı  texnikasına  yiyələnməyə  can  atır,  həm  də  xalq  yaradıcılığını 
dərindən  öyrənir,  xalqdan  səmərəli  surətdə  öyrənir.  Bədəlbəyli  öz 
baletində  gözəl  orkestovka  vermiş,  bəstəkar  fikrini  sərbəst  inkişaf 
etdirmiş,  habelə  xalq  melodiyalarının  gözəlliyindən  həvəs  və  diqqətlə 
istifadə etmişdir. «Şaloxo», «Ay bəri bax», «Kikican» kimi xalq havaları 
orkestrin  ifasında  xüsusilə  təravətli,  rəvan  və  dolğun  yaradılmışdır. 
Bədəlbəylinin musiqisi bədii yüksəkliyinə görə fərqlənməklə yanaşı, həm 
də son dərəcə aydın və anlaşıqlıdır» (1, s. 326).  
Tanınmış  yazıçı-publisist  və  sənətşünas  Fazil  Rəhmanzadə  özünün 
“Bədəlbəylilər” kitabında yazır: "Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" 
operası  həm  milli  musiqi  tariximizdə,  həm  də  Yaxm  Şərq  mədəniyyəti 
aləmində  hansı  qiyməti  qazanıbsa,  "Qız  qalası"  da  məhz  həmin 
dəyərdədir.  "Qız  qalası"  12  il  sonra  "Yeddi  gözəl"in  doğulmasına  və 
dünya şöhrəti qazanmasına müəyyən zəmin oldu. Bütün bunlardan sonra 
"Gülşən", "İldırımlı yollarla", "Məhəbbət əfsanəsi", "Min bir gecə" kimi 
klassik baletlərimiz pərvəriş tapdı, yer kürəsinin möhtəşəm səhnələrində 


58 
göstərildi,  xalqımızın  intellekti,  mədəniyyəti,  musiqi  qabiliyyəti,  estetik 
zövqü barədə müsbət təsəvvür oyatdı" (3, s. 17). 
Janr  müxtəlifliyinə  çalışan  bəstəkar  böyük  simfonik  orkestr  üçün 
yaratdığı  əsərləri ilə milli  simfonik musiqinin bərqərarlığı  istiqamətində 
ilk  cəsarətli  addımlar  atmışdır.  Heç  şübhəsiz,  ciddi  xoreoqrafık  əsəri  - 
"Qız qalası" baleti onun bu cəsarətli addımlarının yekunudur. Hərçənd ki, 
bu  əsərdə  xalq  mahnıları,  el  musiqisi  motivləri  az  deyil.  "Qız 
qalası"nadək  milli  baletimizlə  səhnədə  qarşılaşmayan  tamaşaçı  üçün 
musiqili səhnəqrafiyada məhz bu yolu tutmaq daha doğru idi. Tamaşaçı 
sadədən mürəkkəbə estetik zövqünü cilalamalı idi. Və həyat göstərdi ki, 
həmin balet öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi (3, s. 18). 
Tamaşa  teatrda  baletmeystrlərin,  xoreoqrafların  böyük  bir  dəstəsinin 
tərbiyə  olunub  yetişdirilməsinə  ciddi  təkan  vermişdir.  Xüsusən 
xoreoqrafların,  rəqs  ustalarının  geniş  şöhrət  tapmasını  öncə  nəzərə 
çarpdırmalıyıq.  Qəmər  Almazzadə,  Maqsud  Məmmədov,  Rəfıqə 
Axundova,  Konstantin  Bataşov,  Leyla  Vəkilova,  Tamilla  Şirəliyeva, 
Çimnaz Babayeva və digərləri balet teatrımızın şöhrət tacıdırlar. 
Əsər klassik dünya və rus bəstəkarlarının balet yaradıcılığının ən təq-
dirəlayiq  ənənələri  ruhunda  yazılsa  da  bütün  çalarları  ilə  milli  koloritə 
malikdir.  Azərbaycan  xalq  musiqisi  ilə  klassik  musiqi  stilinin  uyarlı 
vəhdətindədir.  
Görkəmli  müğənni  Bülbül  isə  "Kommunist"  qəzetində  çıxan  "Xo-
reoqrafıya sənətimizin nailiyyəti" adlı yazısında fikrini belə ifadə etmişdir: 
"Üzeyir Hacıbəylinin opera sahəsində "Koroğlu" əsəri ilə açdığı doğru 
cığır  kimi  Əfrasiyab  Bədəlbəylinin  "Qız  qalası"  baleti  də  xoreoqrafiya 
sənətimizin düzgün inkişafında parlaq bir nümunədir... 
Əfrasiyab  Bədəlbəylinin  "Qız  qalası"  baleti  xoreoqrafiya  sənətimizin 
inkişafında  ilk  addımdır.  Böyük  ustalıqla  mükəmməl  bir  balet  əsəri 
meydana  çıxarmaq  bəstəkarın  el  havalarını  məharətlə  işlədiyini  və 
Avropa  xoreoqrafıya  sənəti  ilə  Azərbaycan  xalq  oyun  havalarını 
birləşdirməyi  bacardığını  göstərir.  Ə.Bədəlbəyli  xalq  oyun  havalarının 
simfonik  orkestrlə  işlənməsi,  xalq  musiqi  alətlərinin  orkestrlə 
ahəngləşdirilməsi  işində  böyük  müvəffəqiyyət  qazanmış  və  oyun 
havalarımızı primitiv haldan qurtararaq gözəlləşdirmişdir"... (3, s. 20) 
Görkəmli  rus  baletmeysteri  Olqa  Lepeşinskaya,  xalq  yazıçısı  Mirzə 
İbrahimov,  Moskva  bəstəkarı  Nikolay  Elyaş  və  onlarca  başqası  onu 
nəinki  Azərbaycan,  habelə  SSRİ-nin  xoreoqrafıya  sənətində  mühüm 
hadisə  kimi  səciyyələndirmişlər.  1959-cu  ildə  Moskvada  keçirilmiş 
Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  ongünlüyü  repertuarında  "Qız 
qalası" baleti də vardı. Tamaşa Moskva bədii ictimaiyyətinin və paytaxt 
qonaqlarının böyük marağına səbəb olmuşdu. Moskva mətbuatında çıxan 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə