Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə16/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

41 
Kosdan əsasən hərbi yürüşlərdə istifadə olunmuşdur. Alətin səsi o qə-
dər güclü idi ki, döyüş meydanlarında səslənərkən düşmən lərzəyə gələr-
di.  
Alman  səyyah  və  təbiətşünası  Engelbert  Kempfer  (1651-1716)  XVII 
əsrin sonunda (19 dekabr 1683-cü ildə Şamaxıda, 6-9 yanvar 1684-cü il-
də Bakıda) İsveç səfirliyinin nümayəndəsi kimi Azərbaycanda olmuşdur. 
O,  yol  qeydlərinin  “XVII  əsr  Şərq  musiqi  mədəniyyəti”  fəslində  kosun 
quruluşu və istifadə qaydaları haqqında dəyərli məlumat vermişdir  (9, s. 
740-745).  
Azərbaycan ərazisində müxtəlif deyimli koslardan istifadə edilmişdir. 
Onlardan ən geniş yayılanı “ana kos”dur. Ana kos qədimdə böyük ölçülü, 
hərbi  yürüşlər  zamanı  istifadə  olunan  koslara  deyilib.  Koslar  bir  qayda 
olaraq başı toxmaqlı çubuqlarla səsləndirilirdi.  
Bəzi  çalğı  alətlərimizin  (ana  saz,  ana  kos)  əvvəlində  işlədilən  “ana” 
sözü həmin alətin ən əsası, vacibi, daha dəqiqi həmin alətin simvolik mə-
nada “ana”sı kimi qəbul edilir. Ana kos deyimi də kos alətinin əsas növü-
nü bildirir. 
Kosun  bir  sıra  növləri  həcmcə  çox  ağır,  iri  olduğundan,  onu  xüsusi 
arabalarda  yerləşdirir  və  minik  hevanları  (at,  öküz,  dəvə,  fil)  çəkib  apa-
rarmış.  Bir  qayda  olaraq  belə  kosların  adlarının  əvvəlində  müvafiq 
heyvanın adı da çəkilirdi. Məsələn, bu şəlildə: at kosu, öküz kosu, dəvə 
kosu, fil kosu. Ən kiçik ölçülü koslar at və ya qatır kosları adlanırdı. At 
arabasında yerləşdirilən kosa bəzən cift kos da deyirdilər. Adından bəlli 
olduğu  kimi,  bu  cür  alət  qoşa  kosdan  ibarət  olmuşdur.  Dəvə  kosu  isə 
adətən  karvan  yola  düşdüyü  zaman  çalınardı.  Bu  zaman  dəvələrin 
boynundan asılan zəngi-şütür adlı özən səsli (idiofonlu) çalğı alətinin səsi 
kosun səsinə qarışaraq, ətrafa əsl “səhra musiqisi” yayılardı.  
Qədimdə bəzən iri ölçülü kosları qeyd edildiyi kimi, öküz arabalarında 
yerləşdirirdilər.  Çünki  belə  alətlər  çox  ağır  olduğundan  əllə  daşınmazdı. 
Aləti hazır vəziyyətdə arabanın içində  yerləşdirirdilər. Bu səbəbdən alət 
“öküz  kosu”  adlanırdı.  Yəni,  bu  söz  kosun  öküzlə  daşınan  növünə 
işarədir. Öküz kosu da unudulmuş alətlərimizdəndir.  
Orta  əsr  Təbriz  miniatür  rəsm  əsərlərindən  də  bəlli  olur  ki,  iri  zərb 
alətləri olan kosları minik heyvanlarının belində yerləşdirib hərb aləti ki-
mi  istifadə  edərdilər.  Qeyd  edildiyi  kimi  koslar  yerləşdirildiyi  heyvanın 
adı ilə çağrılardı. “Fil kosu” deyimi də belə yaranmışdır.  
“Böyük  türk  musiqisi  ensiklopediyası”nda  Əsgəri  muzeydə  Sultan-
Kanuninin  1566-cı  il  Sigetvar  səfərində  çalınan  “fil  kosu”nun  ölçüləri 
təqdim edilir: hündürlüyü 127 sm, eni 130 sm  (10, s. 464-465).  
Elə  həmin  mənbədə  XVII  əsrin  ortalarında  Odunqapısındakı  kos 
fabrikində  Evliya  Çələbinin  ordu  üçün  hazırlanan  150  cüt  fil  və  dəvə 


42 
koslarını gördüyü bildirilir.  
Kos  yarım  yumurta  şəklində  olan  zərb  alətidir.  Onu  ağacdan 
düzəldilmiş  başı  toxmaqlı  bir  cüt  çubuqla  və  ya  dəridən  hazırlanmış 
xüsusi qamçılarla döyəcləməklə səsləndirərdilər.  
Kos  qədim  azər-türk  sözüdür,  məcazi  mənada  yumru,  girdə  formalı 
dəri deməkdir. Bu söz dilimizdə müxtəlif mənalarda istifadə olunur: kol-
kos (dəvətikanı, yaxud alaq otu), kosa (kələ-kötür, adda-budda tüklü baş), 
kos-kosa (heç-heçə, kosa kosla cavab vermək) və s.  
Kos  aləti  unudulsa  da,  müasir  dövrdə  onun  quruluşca  fərqli 
deyimindən – “kos nağara” və “bala kos”dan  az da olsa, Azərbaycanda 
ara-sıra istifadə edilir. Kos nağarada zurnaçılar dəstəsində musiqinin yal-
nız güclü vurğuları  ifa  olunur. Bəzi bölgələrdə belə ifa olunan nağarala-
ra  çombaq  nağara  da  deyilir.  Kos  nağaranın  respublikamızda  ən  mahir 
ifaçılarından  biri  də  Şəkinin  Böyük  Dəhnə  kənd  sakini  Zakir  Məmmə-
dovdur.  Xatırladaq  ki,  Z.Məmmədov  respublikanın  əməkdar  artistləri 
Gülyanaq və Gülyaz Məmmədovaların atasıdır.  
Miniatür  rəsm  sənətində  kos  alətinə  rast  gəldiyimiz  tabloları  təqdim 
edirik. 
“Mənuçöhrün  Tur  ilə  vuruşması”  (Təbriz  1370-ci  il,  İstanbul, 
Topqapı  Saray  Muzeyi,  “Fateh  murakkası”,  albom  N.  2153,  v.  65  b; 
19,5X26  sm.)  illüstrasiyasında  hərbi  ansambl  təsvir  edilib.  Əsərdə 
böyüdücü şüşə (lupa) ilə aydın görünən zurna, 2 gərənay, at (cift) kosu 
alətləri,  öldürülmüş  davulçu  və  döyüşçünün  atından  sallanmış 
davulumbaz alətlərinin rəsmi verilib.  
“Mənuçöhrün  Tur  ilə  vuruşması”  səhnəsində  göründüyü  kimi  (öl-
dürülmüş davulçu) belə döyüş meydanlarında əsasən ilk növbədə musi-
qiçilərə  hücum  edilirdi  ki,  onların  səsi  susdurulsun.  Döyüşlərdə  hər  iki 
tərəfi  musiqiçilər  ruhlandırırdı.  Musiqiçilərini  itirmiş  döyüşçülər  asan-
lıqla məğlub edilirdi. Musiqiçilərin silahı əllərindəki çalğı aləti olurdu.  
Tablonun yığcam məzmunu belədir: İranın əfsanəvi şahlarından biri olan 
Cəmşid  nəslinin  nümayəndəsi  Firidun  hakimiyyətə  gəlir.  Onun  üç  oğlu 
vardı: İrəc, Tur və Səlim. Firidun dünyasını dəyişdikdən sonra Tur ilə Səlim 
birləşib  İrəci  öldürür,  şahlığı  ələ  keçirirlər.  Sonra  başda  İrəcin  oğlu 
Mənuçöhr  olmaqla  onun  tərəfdarları  qisas  almaq  üçün  Tur  və  Səlimlə 
müharibələr  aparmışlar.  Əvvəlcə  Tur,  sonra  isə  Səlim  öldürülür.  Bu 
hadisələri əks etdirən illüstrasiyalar K.Kərimovun kitabında təqdim edilir.  
“Mənuçöhr  döyüşdən  qayıdarkən”    (Firdovsi,  “Şahnamə”,  Təbriz, 
1524-cü  il,  v.  33,  14,5X17  sm.)  illüstrasiyasında  döyüş  meydanından 
zəfərlə qayıdan hərbiçilər və onları ruhlandıran musiqiçilər – gərənay və 
gavdum  çalan  təsvir  edilib.  Tablodan  görünür  ki,  döyüşə  gedən 
musiqiçilər  –  zurnaçalan,  gərənayçalanın  biri,  at  kosu  ifaçısı  və 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə