Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə12/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

30 
tərkibi  müxtəlif  olmuşdur.  Oqtay  Quliyevin  yazdığına  görə:  "XIX  əsrin 
birinci  yarısında  fəaliyyət  göstərən xanəndə,  tar, kamança,  yastı  balaban 
və  qoşanağaradan  ibarət  ansambl  dəstəsini  xüsusi  göstərmək  lazımdır... 
XX  əsrin  əvvəllərində  xanəndə,  tarzən  və  kamançaçalandan  ibarət 
sazəndə  dəstəsi  geniş  fəaliyyət  göstərirdi.  Bu  dövrdə  xanəndələrin  hər 
birinin  tarzən  və  kamança  çalandan  ibarət  olan  dəstələri  var  idi.  Onlar 
xalq  şənliklərində,  toylarda  və  məclislərdə  ancaq  öz  dəstələri  ilə  çıxış 
edirdilər".  
Teymur Sadıqovun fikrincə isə:  "Şuşada ilk dəfə sazəndə üçlüyünü – 
yəni  tar,  kamança  və  qoşanağara  çalandan  ibarət  olmaq  üzrə  dörd 
nəfərdən, sonralar, XX əsrin əvvəllərindən isə xanəndə dəstəsi əsasən üç 
nəfərdən – xanəndədən, tarzəndən və kamançaçalandan ibarət olmuşdur. 
Xanəndə  ansambllarında  qoşanağaraya  və  yastı  balabana  təsadüf 
edilmirdi". 
Muğam  sənətinin  tamlığı  ilə  ifasını  yerinə  yetirmək  ancaq  sazəndə 
dəstəsinin  işi  olsa  da,  muğamlar  ara-sıra  aşıq  dəstələrinin  də 
repertuarında  səslənmişdir.  V.M.Belyayev  yazırdı:  "XVII  –  XVIII 
əsrlərdə aşıq yaradıcılığı ilə yanaşı Azərbaycan şəhərlərində xanəndə və 
sazəndə  yaradıcılığı  öz  inkişafını  tapır.  Qeyd  edək  ki,  xanəndə  və 
sazəndə yaradıcılığı öz inkişafında Azərbaycanın müxtəlif təbəqəli şəhər 
əhalisinin  zövqünü  təmin  edirdi.  Məhz  şəhərlərdə  xanəndə  və  sazəndə 
yaradıcılığı geniş yayılır. Ancaq o zaman bu ifaçılar estrada konsertlərinə 
çıxmırdılar.  Əsas  etibarilə  toylarda,  ailə  şənliklərində  iştirak  edirdilər. 
Xanəndələrin  repertuarına  vokal-instrumental  muğamlar,  təsniflər  və 
populyar xalq mahnıları daxil idi". 
XX  əsrin  əvvəllərindən  sazəndə  dəstəsi  üç  nəfərdən;  xanəndə-
qavalçan,  tarzən  və  kamançaçalandan  ibarət  olaraq  altmışıncı  illər  kimi 
çox  parlaq  şəkildə  fəaliyyət  göstərdi.  Azərbaycanda  radio  və  televiziya 
konsertlərinin  inkişafı,  yeni-yeni  bədii  kollektivlərin  yaranmasına  təkan 
verdi.  Belə  kollektivlərdə  xanəndə  daha  çox  müğənni  kimi,  ayaq  üstə 
dayanaraq  ifaya  üstünlük  verirdi.  Xüsusilə  də  muğam  dəstgahları 
ansamblın  ifasında  çalındıqda  muğam  epizodlarını  da  ayrıca  olaraq 
kamança,  klarnet,  qarmon,  balaban,  tütək,  saz,  qanun,  fortepiano  və 
başqa  alətlər  müşayiət  edirdi.  Yaşlı  sənətkarların  dünyasını  dəyişməsi 
iyirminci  yüzilliyin  60-cı  illərindən  sonra  ümumiyyətlə  xanəndələrin 
qaval  çalaraq  oxuması  ilə  məhdudlaşdı.  Xüsusilə  də  gənc  xanəndələrin 
qavalsız  oxuması  bir  növ  dəb  halını  aldı.  Xanəndəlik  sənətinin 
atributlarından biri sayılan qaval unudulmağa doğru getdi. Onun yenidən 
tamlığı ilə istifadəsi bir neçə on illik çəkdi. Qaval yalnız iyirminci yüzilin 


31 
sonuna  yaxın  xanəndələrin  əlində  yenidən  görünməyə  başladı.  Təbii  ki, 
xanəndəlik  sənətinin  öz  qayda-qanunları  var.  Bu  barədə  Bülbül 
Məmmədov  yazırdı:  "...  xanəndəliklə,  aşıqlığın  bir-biri  ilə  çox  əlaqədar 
olmağına  baxmayaraq,  öz  xüsusiyyətlərini,  sənət  cizgilərini  həssaslıqla 
mühafizə etmişlər. Oxumaq qaydalarını, yaradıcılıq tərzini, üslubunu öz 
yaradıcılıqlarına  uyğun  bir  tərzdə  saxlamışlar.  Xanəndələr  muğamların, 
dəstgahların  quruluşundan,  tərtibatından  asılı  olaraq  təsnif  düzəldir, 
mahnı  qoşur,  rəng  seçir  və  qəzəllər  ifa  edirlər.  Öz  səsinin,  bacarığının 
daxilində  bilik  səviyyəsindən  asılı  olaraq  qəzəllər  oxuyur,  qaval  vurur, 
guşəxanlıq  eləyir,  gəzişir,  zəngulə  vurur,  məclisi  qızışdırırlar... 
Xanəndələr  özləri  qaval  vurur,  qaval  vasitəsilə  ritm  saxlayırlar,  həm  də 
onları tar və kamança müşayiət edir. Əgər xanəndə qaval vura bilmirsə, 
bir özgəsi onun əvəzinə qaval çala bilər. Halbuki aşıqların özləri mütləq 
çalmalı, oxumalı və oynamalıdırlar. Xanəndə və muğamatçılar isə mətni, 
qəzəlləri  yazılı  ədəbiyyatdan  alır,  divan  və  kitablardan  öyrənirlər. 
Xanəndələrin şair olmağa ehtiyacları yoxdur". 
Sazəndə  dəstəsinin  işi  iyirminci  yüzillikdə  daha  uğurlu  addımlarla 
irəliləməyə  başladı.  Tarzən  Qurban  Pirimovun  (1880  –  1965)  fəaliyyəti 
bu sahədə daha maraqlı olub tarixi baxımdan yaradıcı bir iz qoymuşdur. 
Onun  1903-cü  ildə  xanəndə  İslam  Abdullayevlə  (1876  –  1964)  birgə 
çıxışlar  etməsi  Azərbaycan  ifaçılıq  sənətində  yaddaqalan  səhifələrə 
çevrilmişdir.  1905-ci  ildə  Qurban  Pirimovun  Bakıya  köçməsi  və 
zəmanəsinin  ən  qüdrətli  və  nüfuzlu  xanəndəsi  Cabbar  Qaryağdı  oğlu  və 
kamançaçalan  Saşa  Oqanezaşvili  ilə  üçlük  yaratması  və  fəaliyyəti 
sazəndəçilik  sənətində  ən  maraqlı  hadisəyə  çevrilmişdir.  Bu  barədə 
Ə.Bədəlbəyli  yazırdı:  «Cabbar  Qaryağdı  oğlu,  Qurban  Pirimov  və  Saşa 
Oqanezaşvilidən  ibarət  trio,  sözün  əsl  mənasında  ansambllığı  ilə  o 
zamankı xanəndə və sazəndələrdən ibarət bir çox dəstələrdən fərqlənirdi. 
Burada məsələ Cabbar Qaryağdı oğlunun gözəl və qaltanlı səsə malik bir 
xanəndə  və  onun  yoldaşları  Qurban  Pirimovun  və  Saşa  Oqanezaşvilinin 
hər birisinin özlüyündə ən yaxşı sazəndə olması ilə bitmir, - şübhəsiz, bu 
cəhətin  böyük  əhəmiyyəti  var  –  lakin  bu  barədə  əsl  məsələ  bu  dəstənin 
ifaçılığında olan ideya-yaradıcılıq vəhdəti, üslub birliyi, həmahənglik, ifa 
zamanı  bir-birinin  niyyətini  dərhal  duyub  hiss  etmək  üçün  lazım  olan 
sövqi  təbii,  incə  bir  intuisiyanın  varlığından  ibarətdir".  Görkəmli 
musiqiçi və incəsənət xadimi olan Ə.Bədəlbəyli  bu üçlüyün fəaliyyətini 
şərh  edərək  muğam  ifaçılığı  sahəsində  ən  başlıca  amillərə  toxuur,bu 
dəstənin  işinin  böyük  örnək  olduğunu  açıqlayaraq  yazır:  "Şübhəsiz, 
burada  məsələ  tarçı  və  kamançaçalanın  bir  yerdə,  unison  çalması  ilə 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə