Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

22 
digər  bu  kimi  onlarla  bəstəkarın  lirik  mahnı  və  romans  əsərlərinin  tar 
ifaçılığındakı interpretasiyası tarzənlər üçün repertuar yaratmaqla onların 
ifası  radio  və  televiziya  məkanlarında,  Azərbaycan  və  ondan  kənarda 
geniş konsert salonlarında ifa olunur və rəğbətlə qarşılanır.     
Görkəmli  sənətkarın  bu  sahədəki  yolunu  hazırda  Ramiz  Quliyev, 
Möhlət Müslümov, Ağasəlim Abdullayev, Firuz Əliyev, Həmid Vəkilov, 
Malik Mansurov, Firudin Ələkbərov və başqa bu kimi ustadlar layiqincə 
davam  etdirirlər.  Bu  tarzənlərin  ifasında  bəstəkarlardan  Ü.Hacıbəyli, 
S.Rüstəmov,  Niyazi,  F.Əmirov,  S.Ələsgərov,  T.Quliyev,  Q.Hüseynli, 
V.Adıgözəlov  və  başqalarının  ürəklərə  yol  tapmış  mahnıları  yeni  həyat 
qazanmış, tar ifaçılıq ənənələrimizdən istifadə edərək onlar özünəməxsus 
interpretasiyaları  ilə  ifa  olunan  əsərlərin  instrumental  variantda  zəngin 
səslənməsinə nail olmuşlar.  
 
РЕЗЮМЕ  
В  отмеченной  статье,  авторы  рассказывают  об  инструментальном  варианте 
звучания на таре, вокальных произведений азербайджанских композиторов.  
Ключевые  слова:  исполнение  на  таре,  Гаджи  Мамедов,  оркестр  народных 
музыкальных инструментов. 
 
СУММАРЙ 
Тщис  артиъле  ис  девотед  то  инструментал  соундс  оф  азербаижаниан  ъомпо-
серс сонэс on the тар плайинэ. 
Key  words:  performance  the  tar,  Hadji  Mammadov,  the  orchestra  of  the  national 
musical instruments. 
 
Rəyçilər:   AMK-nın professoru Malik Quliyev; 
  
 
Dosent Abbasqulu Nəcəfzadə.  


23 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
İfaçılıq sənəti       Искусство исполнения 
 
Mahmud ƏLİYEV 
Azərbaycan Milli Konservatoriyasının müəllimi 
 
BƏHRAM MANSUROVUN OPERA TEATRINDA  
FƏALİYYƏTİ 
  
Açar sözlərMuğam operası, Bəhram Mansurov, tar ifaçılığı. 
Bəhram  Mansurov  Azərbaycan  xalqının  görkəmli  tarzəni,  misilsiz 
xidmətləri  ilə  musiqi  sənətimizin  inkişafında  əvəzolunmaz  rol  oynamış 
ustadlarımızdandır.  O,  klassik  Azərbaycan  muğamlarını  qoruyub 
saxlayan və təbliğ edən tarzənlərdən biri olmuşdur. Bəhram Mansurov ilk 
azərbaycanlı  musiqiçidir  ki,  onun  ifasında  Azərbaycan  muğamları 
YUNESCO  xətti  ilə  vallara  və  CD-lərə  yazılıb,  bütün  dünyaya  yayıl-
mışdır.  O,  1978  və  1983-cü  illərdə  Səmərqənddə  keçirilən  Beynəlxalq 
Muğam Simpoziumunda Azərbaycanı təmsil etmişdir.  
 Bəhram  Mansurov  opera  səhnəsində  Hüseynqulu  Sarabski,  Yavər 
Kələntərli,  Hüseynağa  Hacıbababəyov,  Əlövsət  Sadıqov,  Həqiqət 
Rzayeva  kimi  korifeylərlə  bərabər  işləmişdir.  Rübabə  Muradova,  Sara 
Qədimova,  Əbülfət  Əliyev,  Gülxar  Həsənova,  Zeynəb  Xanlarova,  Mais 
Salmanov,  Bakir  Haşımov,  Qulu  Əsgərov,  Arif  Babayev,  Nəzakət 
Məmmədova,  Baba  Mirzəyev  və  başqa  sənətkarları  teatra  cəlb  edərək 
onları tamaşalara hazırlamışdır. 
Bu il özünəməxsus ifa tərzinə malik olan tarzən Bəhram Mansurovun 
anadan  olmasının  100  illik  yubiley  ili  kimi  qeyd  olunur.  Bəhram 
Mansurov  təkcə  xalq  musiqisinin  qorunmasında  deyil,  eyni  zamanda 
milli opera sənətinin inkişafı sahəsində də misilsiz xidmətləri ilə seçilən 
sənətkarlardandır. Onun yaradıcılıq sferası çoxşaxəli və genişdir. O, həm 
muğam  ifaçısı,  həm  solist,  həm  pedaqoq,  həm  də  opera  səhnəsində 
fəaliyyəti  ilə  tanınmışdır.  Təqdim  edilən  məqalədə  mən  B.Mansurovun 
opera teatrındakı rolunu ön plana çəkmək istəyirəm. 
Məşədi  Məlik  Mansurov  nəslinin  nümayəndəsi  olan  B.Mansurov 
muğam ustadlarının əhatəsində boya – başa çatmışdır. Əlbəttə ki, bu da 
onun  gələcəkdə  istedadlı  musiqiçi  kimi  tanınmasında  böyük  rol 
oynamışdır.  Atası  Mansur  Mansurov,  xanəndə  Cabbar  Qaryağdıoğlu, 
Bülbül  kimi  musiqi  xadimləri  xüsusilə  onun  yaddaşında  silinməz  iz 


24 
qoymuşlar.  Evlərində  tez-tez  keçirilən  musiqi  məclislərindən  bir  çox 
ifaçılar faydalanmış, hətta onlar üçün bu məclislər bir növ musiqi ocağına 
çevrilmişdi.  
Qabaqcıl  musiqiçi  olaraq  Bəhram  Mansurov  gənc  yaşlarından  səhnə 
həyatına maraq  göstərmişdir. Tələbələrdən ibarət  musiqili-dram  dərnək-
lərində  fəaliyyətə  başlayaraq,  eyni  zamanda  müxtəlif  kollektivlərdə  də 
çalışmışdır.  Bu  kollektivlər  sırasında  1931-ci  ildə  dahi  Üzeyir 
Hacıbəylinin  yaratdığı  Xalq Çalğı  Alətləri orkestrinin adını xüsusi qeyd 
etmək  lazımdır.  Bundan  öncə  o,  Bakı  radio  komitəsində  solist  kimi 
çixişlar da etmişdir.  
Yaşadığı dövrdə musiqi ictimaiyyətində müxtəlif, bir-birinə zidd olan 
fikirlər  mövcud  olsa  da,  B.Mansurov  Üzeyir  Hacıbəylinin  tutduğu 
mövqeyini  dəstəkləyərək,  onun  yaxın  məsləkdaşlarından  birinə  çevrilir. 
Üzeyir  bəyin  Azərbaycan  professional  musiqisinin  gələcəyi  üçün  sərf 
etdiyi zəhmətlərini anlayaraq bu işdə ona yaxından kömək etmişdir. Eyni 
zamanda Ü.Hacıbəylinin sayəsində not dərsləri almış, professional tarzən 
kimi  inkişaf  etmək  üçün  savadlı,  not  bilən  musiqiçi  olmağın 
mühümlüyünü  anlamışdır. Notu üzündən oxumağı  öyrənən B.Mansurov 
Ü.Hacıbəylinin  2  Fantaziyasının  ifasında  yaxından  iştirak  etmişdir. 
Həmçinin  klassik  bəstəkarların  əsərlərindən  işləmələri  də  (“Karmen” 
operasından antrakt, Şubertin “Hərbi marşı”, Qriqin “Anitranın rəqsi” və 
s.) böyük ustalıqla səsləndirmişdir.  
Hələ  o  dövrdə  həm  şəhərlərdə,  həm  də  kəndlərdə  milli  musiqimizin 
inkişafı  və  təbliği  ilə  bilavasitə  məşğul  olan  musiqiçilər  çox  böyük 
ifaçılıq  fəaliyyəti  ilə  diqqəti  cəlb  etmişlər.  Həmin  sənətkarların  ifaçılıq 
sənətindəki  əsas  cəhətlər  heç  şübhəsiz,  Azərbaycanda  vokal  və 
instrumental  musiqi  ifaçılığı  məktəbinin  yaranması,  formalaşması  üçün 
möhkəm zəmin yaratmışdır.  
Keçən  əsrin  20-30-cu  illərində  görkəmli  bəstəkarımız  M.Maqoma-
yevin  rəhbərlik  etdiyi  Azərbaycan  Opera  və  Balet  Teatrının  səhnəsi 
B.Mansurovu  daha  çox  özünə  cəlb  edir.  İfaçılıq  sənətində  improvizə 
üsulları onun daha çox marağına səbəb olur. Yeni  yaradıcılıq axtarışları 
nəticəsində B.Mansurov 1932-ci ildən M.Maqomayevin dəvəti ilə Opera 
Teatrında  solist-tarzən  kimi  çalışmağa  başlayır.  Həmin  dövrdən  onun 
yaradıcılıq  həyatı  bilavasitə  səhnə  musiqisi  ilə,  daha  doğrusu,  muğam 
operaları ilə qırılmaz tellərlə bağlanır. 
Qeyd  edək  ki,  Bəhram  Mansurov  bu  sahədə  özünəməxsus  ifaçılıq 
qabiliyyətini nümayiş etdirmiş, öz yolunu seçmişdir. Düzgün olaraq, onu 
Qurban  Pirimov  ənənələrinin  davamçısı  hesab  edirlər.  Mahir  tarzənin 
məsləhətləri həmişə B.Mansurov üçün örnək olmuşdur. Qeyd edək ki, Q. 
Pirimovu Azərbaycan opera səhnəsinə gəlmiş ilk tarçalan, eyni zamanda 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə