Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi


davulçalan döyüş zamanı öldürülüblər.   “Keyxosrovla  Əfrasiyabın  vuruşması”



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

43 
davulçalan döyüş zamanı öldürülüblər.  
“Keyxosrovla  Əfrasiyabın  vuruşması”  (Firdovsi,  “Şahnamə”,  Təb-
riz,  1537-ci  il,  Nyu-York,  Metropoliten  Muzeyi)  illüstrasiyasında  döyüş 
səhnəsində üzbəüz 2 hərbi orkestr təsvir edilib: I dəstədə gərənay, dəvə 
(cift)  kosu,  surnay  və  gavdum;  digərində  isə  dəvə  kosu,  gərənay  və 
surnay aləti ifaçıları.  
Tablonun yığcam məzmununu təqdim edirik: Səyavuş e.ə. I minilliyin 
I  yarısında  İran  padşahı  və  Kəyan  tacdarı  olmuş  Keykavusun  oğludur. 
Onun  başı  Turan  padşahı  Əfrasiyab  tərəfindən  kəsildiyindən  Keykavus 
və İranın əfsanəvi pəhləvanı Rüstəm-Zal qisas almaq üçün Turanla böyük 
müharibələr edir. Onlar Turan qoşununu məğlubiyyətə uğradırlar. Bəlkə 
də rəssam Səyavuşun oğlu Keyxosrovun qələbəsini göstərmək məqsədilə 
onu  təmsil  edən  orkestrin  heyətində  bir  alət  artıq  (gərənay,  dəvə  kosu, 
surnay və gavdum) təsvir etmişdir. Bu səhnə daha qabarıq K.Kərimovun 
kitabında eyni başlıqla fraqment şəklində verilmişdir.  
AMK-nın  “Milli  musiqi  alətlərinin  təkmilləşdirilməsi”  elmi-tədqiqat 
laboratoriyasının  əməkdaşları  2005-ci  ildən  etibarən  bir  sıra  çalğı  alət-
lərini  təkmilləşdirmişlər.  Öncədən  qeyd  edək  ki,  laboratoriyada  işlənən, 
təkmilləşdirilən  alətlər  Azərbaycan  Milli  Konservatoriyasının  rektoru, 
xalq artisti, professor Siyavuş Kəriminin layihəsi və tövsiyələri əsasında 
düzəldilir. Həmçinin, görülən işlər AMK-nın Elmi işlər üzrə prorektoru, 
əməkdar  incəsənət  xadimi,  professor  Vaqif  Əbdülqasımovun  nəzarəti 
altında həyata keçirilir.  
Laboratoriyada hər hansı alət hazırlanarkən tarixi, ədəbi, arxeoloji və 
etnoqrafik  mənbələrə  istinad  edilir.  Əldə  edilən  məlumatlar  əsasında  bu 
və  ya  digər  alətin  öncə  eskizi,  rəsmi  çəkilir,  sonra  təxmini  ölçülər 
əsasında  bərpa  və  ya  təkmilləşmə  işləri  görülür.  Bərpa  edilən,  yaxud 
təkmilləşdirilmiş  alətlər uzun elmi  axtarışlardan  və riyazi  hesablamalar-
dan  sonra  ərsəyə  gəlir.  Kos  da  belə  membranafonlu  zərb  alətidir.  Öncə 
rəssam  Seyran  Bədəloğluna  (Təbriz  miniatür  rəssamlarının  illüstra-
siyaları əsasında) kosun eskizini sifariş verdik.  
Laboratoriyanın  keçmiş  əməkdaşı,  kiçik  elmi  işçi  Cavanşir  Qasımov 
qədim  kos  alətini  kökləyici  Məzahir  Həsənovun  köməkliyi  ilə  qədim 
variantını  bərpa  etmişdir.  Daha  sonra  laboratoriyada  kosun  təkmilləş-
dirilmə  işinə  başlanıldı.  Cavanşir  Qasımov  kos  alətinin  içərisinə  xüsusi 
dartı mexanizmi tətbiq etməklə alətin köklənməsinə nail olmuşdur. Yəni, 
bu  üsulla  aləti  artıq  istənilən  tonallığa  kökləmək  mümkündür.  Qədimdə 
zərb  alətlərinin  dərisini  sıxmaq  üçün  kəndirdən  istifadə  edilirdisə, 
C.Qasımov kökün uzun müddət sabit qalmasından ötrü kosun sağanağına 
bolt  sistemi  tətdiq  edib.  Ümumiyyətlə,  laboratoriyada  alətlər  hazırla-
narkən ustalar müasir dövrün elmi-texniki nailiyyətlərindən bəhrələnirlər. 


44 
Deyək  ki,  qədimdə  zərb  alətlərinə  heyvan  dərisi  çəkilirdisə,  müasir 
dövrdə süni membranolardan istifadə edilir. Belə dərilər sıxıldıqda hava-
nın  temperaturundan  asılı  olmayaraq  kökünü  sabit  saxlayır,  yəni  nə-
mişliyə, soyuqa, istiliyə daha davamlı olur.  
Nəticə  olaraq  təqdim  etdiyimiz  bu  kiçik  məqalədə  kosun  yaranma 
tarixinə, etimologiyasına, morfologiyasına diqqət yetirdik, aləti ədəbi və 
miniatür  mənbələrdə  izlədik.  Nəhayət,  təkmilləşdirilmiş  kosa  diqqət 
yetirdik. Kosun təkmilləşdirilmə işi bu gün də davam etdirilir.  
 
Ədəbiyyat siyahısı 
1.
 
Kitabi  Dədə  Qorqud  (tərtibçi,  çapa  hazırlayanı,  ön  sözün  və  lüğətin  müəllifi 
Samət Əlizadə). B.: Yeni nəşrlər evi, 1999.  
2.
 
Azərbaycan dastanları, beş cilddə, IV cild, B.: Lider nəşriyyatı, 2005, “Koroğlu” 
dastanı. 
3.
 
Əfzələddin Xaqani.  “Divan”,  “Amixteənd”  (“Tökürlər”) qəsidəsi,  Tehran, 1958 
(fars dilində).  
4.
 
N.Gəncəvi.  “İskəndərnamə”  (“Şərəfnamə”),  B.:  “Lider  nəşriyyat”,  2004 
(tərcümə: Abdulla Şaiq). 
5.
 
M.Zərir. “Yusif və Züleyxa”, B.: “Şərq-Qərb”, 2006. 
6.
 
Fədai. “Bəxtiyarnamə”, B.: Azərbaycan Universiteti nəşriyyatı, 1957.  
7.
 
M.Əmani. “Əsərləri”, B.: “Yazıçı”, 1983. 
8.
 
R.M.Məsihi. “Vərqa və Gülşa”, B.: “Azərnəşr”, 1977.  
9.
 
Kaempfer  E.  Amoenitatum  exoticarum  politico-physico-medicarum.  Fasciculus 
V. Lemgoviae, Typis & impensis H.W/ Meyeri, 1712. 
10.
 
 Yılmaz Öztuna, I cild, Başbakanlıq  Basımevi, Ankara, 1990.  
11.
 
 Kərim Kərimov. Azərbaycan miniatürləri, B.: İşıq, 1980. 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: Кос, мембранофонные музыкальные инструменты, миниа-
тюры, литературные источники. 
В  статье  "Военно-ударный  инструмент  кос  усовершенствуется"  Аббасгулу 
Наджафзаде уделяет внимание  истории создания «Коса», его этимологии и мор-
фологии,  исследует  инструмент  описанных  в  литературных  и  миниатюрных  ис-
точниках. Также в статье представлен усовершенствованный  вид «Коса». 
 
SUMMARY 
 
Key  words:  Kos,  membranofonnye  musical  instruments,  miniature  indicator 
boards, literary sources.  
In  the  article  "Military  percussion  instrument  kos  improve"  Abbasgulu  Najafzadeh 
traces  attention  to  the  history  of    "Kos",  its  etymology  and  morphology,  and  explores 
the  tools  in  the  literature  and  miniature  sources.  The  article  also  presented    improved 
form of the "Kos". 
 
Ряйчиляр:  Сянятшцнаслыг доктору, профессор Сяадят Абдуллайева; 
АДМИУ-нун досенти Эцлаьа Зейналов. 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə