Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   2   3   4   5   6   7   8   9   ...   44

15 
Azərbaycan  Televiziyası  və  Radiosunun  nəzdində  geniş  fəaliyyət  göstərir. 
Ansambla  1973-cü  ildən  (Ə.Bakıxanovun  vəfatından  sonra)  Həbib 
Bayramov  rəhbərlik  etmişdir.  1994-cü  ildən  isə  ansamblın  rəhbəri  Möhlət 
Müslümovdur.  
Onu  da  deməliyik  ki,  Əhməd  Bakıxanovun  rəhbərliyi  ilə  Azərbaycan 
xalq  çalğı  alətləri  ansamblının  fəaliyyəti  respublikamızda  bu  tipli 
ansamblların  təşkilinə  böyük  təkan  verdi.  Hal-hazırda  respublikamızda  bu 
cür  kollektivlərin  sayı  çoxdur  və  onların  çıxışları  dinləyicilər  tərəfindən 
maraqla qarşılanır.  
Əhməd  Bakıxanov  yarım  əsrdən  artıq  bir  vaxtda  müəllim  kimi  də 
fəaliyyət göstərmiş, onlarca istedadlı tarzən yetişdirmişdir. Onun yetirmələri 
respublikanın  hüdudlarından  uzaqlarda  da  tanınırlar.  Azərbaycan  musiqi 
mədəniyyətində  özünəməxsus  layiqli  yeri  olan  Əhməd  Bakıxanovun 
ənənələri  bu  gün  onun  davamçılarının  və  onların  da  yetirdiyi  yeni  nəsil 
muğam  ifaçılarının  yaradıcılığında  qorunur,  yaşadılır.  Bu  varislik  ənənəsi 
həm  də  Azərbaycan  muğamının  yaşamasını  təmin  edən  qaynaqlardan 
biridir. 
XX  əsrin  30-cu  illərindən  Üzeyir  Hacıbəylinin  dəvəti  ilə  Azərbaycan 
Dövlət  Konservatoriyasında,  daha  sonra  Asəf  Zeynallı  adına  Orta  İxtisas 
Musiqi Məktəbində (indiki Bakı Musiqi Kolleci) muğamdan dərs demişdir 
(1930-1973).  O, uzun illik fəaliyyəti  ərzində milli  musiqinin inkişafında iz 
salmış tarzənlər nəsli yetirmişdir: Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər 
İbrahimov,  Əliağa  Quliyev,  Əlikram  Hüseynov  onun  tələbələri  olmuşlar. 
Ə.Bakıxanov  həmçinin,  bir  çox  bəstəkarların  -  Arif  Məlikov,  Hacı 
Xanməmmədov, Nəriman Məmmədov, İranlı musiqiçilər Əli Səlimi və Adil 
Axundzadə və başqalarının muğam müəllimi olmuşdur.  
Ə.Bakıxanovun  etnomusiqişünaslıq  sahəsində fəaliyyəti diqqətəlayiqdir. 
O,  şifahi  ənənəli  professional  musiqi  nümunələrinin  nota  köçürülməsində 
xüsusi  rol  oynamışdır.  Bu  sahədə  onun  fəaliyyətini  iki  istiqamətdə 
xarakterizə  etmək  olar:  bir  tərəfdən,  onun  ifasından  muğamların  nota 
yazılması, digər tərəfdən isə özünün not yazılarının müəllifi olması.  
Ə.Bakıxanovun  ifasından  bəstəkar  N.Məmmədov  tərəfindən  bir  çox 
instrumental  muğamlar:  “Rast”,  “Şur”,  “Bayatı-Şiraz”,  “Segah-Zabul”, 
“Rahab”,  “Şüştər”,  “Hümayun”,  “Şahnaz”  muğamları  nota  salınaraq  çap 
olunmuşdur.  Ə.Bakıxanovun  oğlu,  bəstəkar,  xalq  artisti  Tofiq  Bakıxanov 
onun  ifaçılıq  üslubundan  bəhrələnərək,  “Dügah”,  “Nəva”,  “Şahnaz”, 
“Hümayun”, “Rahab” simfonik muğamlarını bəstələmişdir.  
Əhməd  Bakıxanovdan  başqa,  bu  sahədə  tarzənlər  Qurban  Pirimovun, 
Mirzə  Mansur  Mansurovun,  xanəndə  Cabbar  Qaryağdıoğlunun  və 
başqalarının da əhəmiyyətli fəaliyyəti olmuşdur. Onların da ifasından vaxtilə 
M.Maqomayev, Niyazi, Qara Qarayev, Tofiq Quliyev, Zakir Bağırov, Fikrət 


16 
Əmirov, Süleyman Ələsgərov və bir sıra digər bəstəkarlar muğamları nota 
salmış və onların əsasında əsərlər bəstələmişlər.  
Ə.Bakıxanovu  digər  muğam  ifaçılarından  fərqləndirən  əsas  cəhət  isə 
onun  özünün  şifahi  ənənəli  musiqi  nümunələrinin  –  muğamların,  zərbi 
muğamların, rənglərin nota yazılması ilə məşğul olması və müəllifi olduğu 
musiqi  nümunələrini  çap  etdirməsidir  (bu  işdə  tarzənin  oğlu,  tanınmış 
bəstəkar  Tofiq  Bakıxanovun  ona  yaxından  köməyini  də  qeyd  etməliyik). 
Ə.Bakıxanov  “Azərbaycan  xalq  rəngləri”  (1964),  “Azərbaycan  ritmik 
muğamları”  (1968),  “Muğam,  mahnı,  rəng”  (1975)  kimi  not  nəşrlərinin 
müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli 
vəsaitdir və öz elmi-təcrübi əhəmiyyətini bu gün də saxlayır.  
 “Muğam, mahnı, rəng” məcmuəsində “Nəva” muğamının not  yazısı da 
öz  əksini  tapmışdır  ki,  bu  da  çox  əhəmiyyətlidir.  Belə  ki,  “Nəva”  qədim 
muğamlardan biri olub, hal-hazırda ifaçılıq təcrübəsində çox az ifa olunan 
muğamlardandır.  Ə.Bakıxanov  tərəfindən  təqdim  olunmuş  bu  not  yazısı 
“Nəva”  muğamını  tamam  unudulmaqdan  qoruyan  bir  nəşr  kimi  çox 
qiymətlidir.  
Ə.Bakıxanovun  yaradıcılığında  “Nəva”  muğamı  mühüm  yer  tuturdu. 
Onun muğam tədrisi üzrə cədvəllərində də bu muğam yer almışdır ki, həmin 
tərkib  not  yazısında  da  əks  olunur:  “Bərdaşt”,  “Nəva”,  “Nişapur”,  “Əbu-
əta”, “Dəşti”, “Gövhəri”, “Mənəvi”, “Pəhləvi”.  
Muğamları  və  şifahi  ənənəli  musiqi  nümunələrini  nota  salan  digər 
müəlliflərdən  (S.Rüstəmov,  N.Məmmədov  və  b.)  fərqli  olaraq, 
Ə.Bakıxanovun not yazısı tar və fortepiano üçün işlənmişdir.  
Ə.Bakıxanovun  “Azərbaycan  xalq  rəngləri”  məcmuəsində  də  bir  sıra 
yeni rənglərə rast gəlirik ki, bu da Ə.Bakıxanovun öz bəstələri kimi ifaçılıq 
təcrübəsinə  daxil  olmuşdur.  Bu  məcmuələrdə  Azərbaycan  muğam  və 
rəngləri  ilə  yanaşı,  Ə.Bakıxanovun  özünün  bəstəsi  olan  “Səlami”  rəngi, 
“Sevgilimsən, gözəl yar” mahnısı da yer almışdır.  
Əhməd  Bakıxanov  həmçinin  böyük  kolleksiyaçı  olmuş,  xalq  çalğı 
alətlərinin  müxtəlif  növlərini  toplamışdır.  İndi  Əhməd  Bakıxanovun 
mənzilində  Azərbaycan  Dövlət  Musiqi  Mədəniyyəti  Muzeyinin  filialı 
yaradılmışdır  və  burada  tarzənin  xalq  çalğı  alətlərindən  ibarət  zəngin 
kolleksiyası nümayiş olunur.  
1994-cü  ildə  Əhməd  Bakıxanovun  100  illiyinə  həsr  olunmuş  tələbə  və 
gənclərin  tar  alətində  muğam  ifaçılığı  üzrə  respublika  müsabiqəsi 
keçirilmişdir  ki,  bu  da  ustad-tarzənin  xatirəsinə  olan  ehtiramı  və  onun 
ənənələrinin  gələcək  tarzənlər  nəslinin  yetişməsindəki  rolunu  nümayiş 
etdirir.  
Azərbaycan  bəstəkarları  Əhməd  Bakıxanovun  yaradıcılığından  qiymətli 
mənbə  kimi  faydalanmışlar.  Onun  ifasından  muğamların  nota  yazılması, 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə