Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə3/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   2   3   4   5   6   7   8   9   ...   44


zərif səsləri də - musiqini də, dəhşətli səsləri də - top sədalarını da insan 
yaradır. Birinci xeyirxahlıq, səadət zövq üçündür, ikincisi bədxah, xəbis 
niyyətlərə xidmət edir, müsibətlər gətirir, fəlakət daşıyır. 
Böyük  Vətən  müharibəsi  başlananda  bütün  evlərdən  radioqəbuledi-
cilər  yığılmışdı,  onları  müharibə  bitəndən  sonra  qaytaracaqdılar.  Amma 
bəzi insanlar hələ də inad edir, radioqəbulediciləri evlərində gizlədirdilər, 
ona görə yox ki, xarici radiostansiyaların əcnəbi dildə verilişlərinə qulaq 
assınlar, ona görə ki, onlar musiqi dinləmək istəyirdilər. Kamil müəllim 
məhz  belə  ağır  bir  dövrdə,  insanların  musiqiyə,  şirin  təranələrə  tamarzı 
qaldığı zamanlarda tarını yerə qoymadı, mizrabını simlərə toxunduraraq 
insanlara sevgi, ümid, inam hissi aşıladı, onun ifası qəlbləri həyəcanlan-
dırdı,  təlatümə  gətirdi.  Bu  da  savaşa  qarşı  bir  etiraz  idi.  Musiqinin 
savaşıydı! 
Kamil  müəllim  həmin  ağır  illərdə  inanırdı  ki,  həmin  o  birinci  səs 
ikinci səsi mütləq batıracaq. İnanmasaydı, hələ müharibə bitməmiş gəlib 
tarını  götürüb  yenidən  cəbhəyə  qayıtmazdı.  O,  üfüqdəki  qələbəni 
görürdü, ona inanırdı. Amma bu üfüqə aparan məşəqqətli yolda nə qədər 
yoxuşlar, yarğanlar da vardı. Bu yolları keçmək lazım idi. 
Kamil Əhmədov bütün çətinliklərə sinə gərərək o keçilməz yolları dəf 
etdi, dizləri bərkidi, inadı daş qıran oldu, dözümü daha da mətinləşdi. 
Hərbi xidmətdən tərxis olunduqdan sonra Kamil müəllim Asəf Zeynallı 
adına  Musiqi  Məktəbinə  işə  düzəlir,  bu  təhsil  ocağında  muğam  sənətinin 
korifeylərindən  olmuş  Seyid  Şuşinskinin  konsertmeysteri  kimi  öz  sənətini 
daha  da  təkmilləşdirərək  muğamın  sirlərinə  yiyələnir.  Onun  ömrünün 
sonrakı illəri yaradıcılıq axtarışları və uğurları, sevincləri ilə dolu olub. 
Kamil Əhmədov bütün həyatı boyunca doğma tarına sadiq qalıb. Uzun 
illər Azərbaycan Dövlət Kukla Teatrında, Gənc Tamaşaçılar Teatrında solist 
kimi fəaliyyət göstərib. Sadıqcanın, XIX-XX əsrlərdə yaşamış, zəmanəsinin 
görkəmli tarzəni Mirzə Fərəcin təkmilləşdirdiyi tarı Kamil müəllim bir qədər 
də  mükəmməl  və  öz  sələflərinin  başladığı  missiyanı  uzun  illər  boyu 
çiyinlərində daşıdı. Azərbaycan tarına o da öz əlavələrini elədi. 
Tarda  zəng  simlərin  xüsusi  yerləşdirilməsi  muğama  aid  akkord 
sistemini  qurmağa  imkan  verir.  Sadıqcanın  tarında  7  əsas  sim,  cəmi  11 
sim, 9 aşıx var. Sonralar tarda müəyyən dəyişikliklər edildi və son dövr 
tarda dəyişikliklər edənlərdən biri də Kamil Əhmədov olmuşdur.  
Musiqimizin çoxşaxəli olması onunla sübuta yetirilir ki, burada bütün 
Şərq aləmindən nümunələr var. Muğamlarımız 17-19 pərdəli sistemdə ifa 
olunur.  Tar  ümumbəşəri  musiqini  özündə  təcəssüm  etdirir,  sırf  Azər-
baycan  musiqisinə  aid  olan  alət  deyil,  bütün  dünyaya,  Şərq  musiqisinə 
açılan qapıdır. 
Lad  düz  oxunarsa,  muğamı  istədiyin  kimi  improvizə  edə  bilərsən. 



Muğaç  istənilən  qədər  improvizasiyanı  qəbul  edən  bir  musiqidir. 
Müəyyən lad hüdudunda muğama istədiyin formada sonluq vermək olur. 
Kamil  müəllim  bütün  bu  incəlikləri  tələbələrinə  başa  salırdı.  O,  tar 
ifaçılığının inkişafı üçün çox çalışırdı.  
Onun  tələbələri  arasında  Azərbaycanın  adlı-sanlı  tarzənləri  var  ki, 
onlar  bu  gün  də  muğamatımızı  yaşadırlar,  öz  bilik  və  bacarıqlarını  yeni 
gələn nəslə öyrədirlər. Tanınmış tarzənlərdən Ceyran Haşımova, Əkrəm 
Məmmədov, Əbdülağa Nəcəfov, uzun illərdir “Xatirə” xalq çalğı alətləri 
ansamblına rəhbərlik edən Adil Bağırov, professor, Əməkdar Elm Xadi-
mi  Məmmədağa  Kərimov,  Qədir  Məmmədov,  Ağasəlim  Abdullayev, 
konservatoriyanın  professoru  Malik  Quliyev  və  başqaları  məhz  Kamil 
Əhmədov məktəbinin məzunlarıdırlar.  
Tale elə gətirib ki, mən də Kamil Əhmədov məktəbini keçmişəm. Mən 
onun ən sevimli tələbələrindən olmuşam, buna sübut kimi deyə bilərəm 
ki,  o,  heç  kəsə  öyrətmədiyi  “Nəva”  muğamını  təkcə  mənə  öyrətmişdi. 
Özü də bunu dəfələrlə qeyd etmişdi. Sonralar el  şənliklərində də Kamil 
müəllimlə  birlikdə  iştirak  etmişəm  və  ondan  bacardıqca  çox  şey 
öyrənmişəm.  Kamil  müəllim  mütəmadi  olaraq  bizim  evə  gəlib-gedirdi. 
Dayım,  tanınmış  muğam  ifaçılarının  müəllimi,  ustadı  olmuş  xanəndə 
Nəriman  Əliyevlə  çox  yaxın  dostluq  münasibətləri  vardı.  Onlar  sənətlə, 
muğam  dünyasıyla  əlaqədar  saatlarla  söhbətlər  edərdilər  və  mən  də  bu 
söhbtlərdən çox şey əxz edirdim. 
Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində 
əsasdır, onda Kamil Əhmədovun tarının son nəticədə Azərbaycan musiqi 
sənətinin  inkişafında  dönüş  yaratdığını  inamla  demək  olar.  Kamil 
müəllimin  yorulmaz  fəaliyyəti  nəticəsində  Azərbaycan  muğamlarının 
mahiyyəti,  onların  ifadə  vasitələri,  təsir  gücü  və  ifa  üsulları  yeni  bir 
mərhələyə qədəm qoymuşdur. 
Məsələn,  “Rast  Pəncgah”  muğamına  “Dilkeş-Kürdi”  şöbəsini  Seyid 
Şuşinski  əlavə  etdiyi  kimi,  “Rakı”  şöbəsini  də  Kamil  Əhmədov  əlavə 
edib.  1982-ci  ildə xalq  artisti,  görkəmli  bəstəkar  Süleyman Ələsgərovun 
rəhbərliyi  ilə  “Muğamların  tədrisinə  dair  metodik  tövsiyələr”  (Orta 
ixtisas  musiqi  məktəblərinin  xalq  çalğı  alətləri  şöbələri  üçün  metodik 
tövsiyələr)  dərsliyi  məhz  Kamil  Əhmədovun  zəngin  iş  təcrübəsi,  elmi-
metodik mülahizələri əsasında hazırlanmışdır.  
Kamil  Əhmədov  tarda  rekonstruksiya  etmiş  nadir  sənətkarlardan  biri 
idi. Onun çox gözəl nəqqaşlıq qabiliyyəti vardı və bu qabiliyyətindən də 
sədəfli tarın hazırlanmasında istifadə edirdi, nəticədə tarın çanağını nəfis 
naxışlarla  bəzəyirdi.  Hamı  bilirdi  ki,  bu  tar  Kamil  Əhmədovun  əliylə 
cilalanıb, bu musiqi aləti Kamil Əhmədov sənətinin bəhrəsidir. 
Muğamın  səs  sırası  əsasında  ladlar  yaranır,  amma  görün  muğamın 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə