Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə4/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   2   3   4   5   6   7   8   9   ...   44

10 
tərkibində nə qədər digər muğam köklü şöbələr və guşələr var. Məsələn, 
bir  muğamın  tərkibindəki  şöbənin  öz  kökü  var,  onun  da  içində  öz  gu-
şələri var. Bunların hamısını saysaq, mücərrədlik yaranar. Hər muğamın 
tədqiqi böyük bir elmi əsərin yaranmasına gətirib çıxarır. Kamil müəllim 
bu musiqi alətinin bütün texniki xüsusiyyətlərini, funksiyasını çox gözəl 
bilirdi  və  ifaçılıq  sənətinin  nəzəriyyəsinin,  fakturasının,  metodolo-
giyasının hazırlanmasında da onun zəngin biliyindən istifadə olunurdu.  
Kamil  Əhmədovun  böyüklüyü  onun  istedadında  olub,  onunla  eyni 
dövrdə tar çalmış bəlkə də onlarla tarzənin arasında biliyi, tara bir qədər 
fərqli münasibəti, çalğısının zənginliyi ilə seçilməsi olub. O, lap gənclik 
illərindən  musiqinin  tarixi,  nəzəriyyəsi  ilə  bağlı  kitabları  oxumuş,  iti, 
yapışqan hafizəsi ona dayaq olmuşdu.  
Kamil  müəllim  Əhmədxan  Bakıxanov  kimi  böyük  sənətkardan  dərs 
almışdı və təkcə ifaçılıqla deyil, muğamata incəliyinə qədər vaqif olmuş-
du.  Sonralar  özü  də  ustad  sənətkar  olduğu  vaxtlarda  başqa  musiqiçilər, 
xanəndələr, tarzənlər  çətinə düşəndə, mübahisələr  yarandıqda məhz ona 
mürəciət edirdilər.  
O,  bütün  musiqi  istedadını  tar  vasitəsilə  inkişaf  etdirmişdi.  Onun 
ifasını dinləyən tələbələri ustadın dolğun mizrablarını, qüvvətli biləngini, 
cazibəli çalğısını yaxşı xatırlayırlar. 
Muğam  çox  qədim  zamanların  naməlum  dövründə  doğuldu,  insanlar 
onu öz nəfəslərində, boğazlarında, sevgilərində  yaşatdı ki,  yox olmasın, 
itib-batmasın  və  beləcə,  nəsildən-nəslə  ötürüldü.  Muğamın  fəlsəfəsini 
anlayanlar,  bu  misilsiz  xəzinəyə  aşina  olanlar  onu  sələflərindən  alaraq 
yaşatdı və xələflərinə əmanət etdi. Kamil Əhmədov da bu sonsuz zəncirin 
dəyərli həlqələrindən biriydi. 
O,  Seyid  Şuşinski  kimi  nəhəng  xanəndəni  uzun  illər  müşayiət  edib. 
Xalq artisti Əlibaba Məmmədov müsahibələrindən birində belə deyir: 
“Bir  gün  dərsə  gəldim,  gördüm  ustadın  əhvalı  (S.Şuşinskini  nəzərdə 
tutur  -  M.Ə)  yaxşıdı,  eləməyib  tənbəllik  dedim,  “Dəşti”  oxumağın 
vaxtıdı.  Dedi  ki,  “nə “Dəşti” deyib  durmusan, ay  Əlibaba?” Bu bir növ 
etiraz  idi.  Dedim  ki,  axı  siz  Ağasız,  gərək  sözününüz  üstündə  dayana-
sınız. Ta gördü ki,  əl  çəkmirəm,  Kamil  müəllimə işarə elədi ki,  bir kök 
versin.” (xalq artisti Ə.Məmmədovun “Lent.az” saytına müsahibəsindən) 
Kamil  Əhmədov  1997-ci  ildə  dünyasını  dəyişib.  Çox  istərdik  ki,  bu 
böyük  sənətkarın  irsi  öyrənilsin,  əksər  istedadlardan  yan  keçməyən 
unudulmaq  bəlası  onun  da  özündən  sonrakı  mənəvi  ömrünə  hakim 
kəsilməsin.  O  qədər  unudulmuş  sənətkarlar  var  ki,  biz  bəzən  onları 
xatırlamaqda  çətinlik  çəkəndə  canımızı  qurtarmaq  üçün  onlar  haqqında 
“və başqaları” ifadəsini işlədirik və bununla da işimizi bitmiş sayırıq.  
Biz bu  yazını  yazmaqla  gələcək nəsli bir növ çətinlikdən xilas etmiş 


11 
oluruq.  Kamil  Əhmədov  unudulmağa  layiq  insan  deyil.  O,  sadə  və 
təmənnasız bir ömür yaşadı, öyrətdiklərinin müqabilində heç bir təmənna 
ummadı. Tələbələrinin uğurları onun ən böyük qazancı idi. Onun ifaçılıq 
sənətimizdəki  rolu  və  yeri  haqda  musiqişünaslarımız,  sənətşünaslarımız 
öz  sözünü  deməlidirlər.  Kamil  müəllimin  həyatı,  fəaliyyəti  geniş 
araşdırma istəyir və öz araşdırıcılarını gözləyir. 
Bu yazını yazmaqda məqsədimiz həm də o araşdırmalara təkan vermək-
dir. Kamil Əhmədov elə sənətkarlardandır ki, irsi bu gün də gənc ifaçılara 
gərəklidir. Onun həyatı əsl örnəkdir. Onda olan sənət yanğısı, fədakarcasına 
öz sənətinə bağlılıq gənc ifaçılar üçün nümunə olası bir faktdır.  
Kamil  müəllimi  həyatda  şəxsən  görmüş,  onunla  ünsiyyətdə  olmuş, 
ondan  dərs  almış  insanların  sayı  azalıb.  Onun  müasirlərinın  əksəriyyəti 
artıq dünyasını dəyişib. Tələbələri isə hal-hazırda Azərbaycan muğamına 
çox  böyük  uğurlar  qazandırmış,  fəxri  adlara  yiyələnmiş  tanınmış  tar-
zənlərdir,  onlar  özləri  artıq  neçə  illərdir  ki,  gənc  nəslə  tar  ifaçılığından 
dərs deyirlər.  
Bu  gün  də  Kamil  müəllimin  muğam  tədrisinə  dair  metodik  töv-
siyələrindən istifadə olunur. O, özündən sonra zəngin bir irs qoyub getdi. 
Hər  ifaçıya  öz  məktəbini  yaratmaq  qismət  olmur.  Kamil  Əhmdəov 
ifaçılıq sənətində öz məktəbini yaratmış nadir sənətkarlardan idi. 
Kamil  müəllim  öz  tələbələrini  övladları  hesab  edirdi.  Bu  hesabla 
Kamil müəllimin nəsli indi muğam ərazilərinin dörd bucağına şaxələnib. 
Muğam səltənətinin hər guşəsində onun vurduğu xallar, naxışlar yaşayır. 
Onun  ifaçılıq  məktəbi  hələ  neçə-neçə  nəslə  istiqamət  verəcək,  onları 
doğru səmtə yönləndirəcək. 
Bu mənada Kamil Əhmədov xoşbəxt sənətkardır. Onun adı da, sənəti 
də yaşayır və bundan sonra da yaşayacaq. 
Allah Kamil müəllimə qəni-qəni rəhmət eləsin! 
 
 
РЕЗЮМЕ 
 Статья  посвящена  жизни  и  деятельности  выдающего  учителя  по  мугаму  Ка-
милю Ахмедову,внесшего новизну в преподaвание мугама в Азербайджане.  
Ключевые слова: Камиль Ахмедов, исполнительское искусство, тар, мир му-
гама
 
SUMMARY 
 This article is devoted to live and creative work of famous teacher of mugam Kamil 
Ahmedov. He included newness to mugam teaching. 
Key words: Kamil Akhmedov, the art of performance.  
  
 Rəyçilər:   AMK-nın professoru A. Abdullayev; 
AMK-nın professoru M. Quliyev. 
 


12 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
İfaçılıq sənəti       Искусство исполнения 
 
Elçin HƏŞİMOV 
Azərbaycan Milli Konservatoriyasının досенти  
 
ƏHMƏD BAKIXANOVUN AZƏRBAYCAN MUSİQİ 
İNCƏSƏNƏTİNİN İNKİŞAFINDAKI ROLU 
 
Açar sözlər: Əhməd Bakıxanov, muğam, tar, musiqişünaslığın tədqiqi. 
Azərbaycanın  xalq  artisti,  görkəmli  tarzən,  muğam  ustadı  Əhməd 
Bakıxanovun (1892-1973) adı milli musiqi mədəniyyətinin səhifələrinə qızıl 
hərflərlə  yazılmışdır.  Əhməd  Bakıxanovdan  danışarkən,  onun  Azərbaycan 
musiqi  mədəniyyətinin  inkişafındakı  xidmətləri  göz  önunə  gəlir.  Ustad 
sənətkarın  çoxcəhətli  yaradıcılığına  nəzər  saldıqda  isə,  həqiqətən  də 
heyrətlənməmək  mümkün  deyil.  Əsas  məsələ  də  bundadır  ki,  Əhməd 
Bakıxanov  bir  tarzən  kimi  fəaliyyət  sahəsini  çox  genişləndirmiş,  həm 
ansambl  ifaçısı,  həm  solist,  həm  də  müəllim  kimi  tanınmış,  həm  muğam 
sənətinin, həm bəstəkar  yaradıcılığının inkişafında  mühüm  rol oynamışdır. 
Ə.Bakıxanovun muğam sənətinin sirlərini gənc nəslə aşılayan pedaqoq, xalq 
çalğı alətləri ansamblının bədii rəhbəri kimi böyük bir musiqiçilər nəslinin 
yetişməsində xidmətləri dəyərlidir. Onun sənətindən təkcə xalq çalğı alətləri 
ifaçıları deyil, həmçinin, bəstəkar və musiqişünaslar da bəhrələnmişlər. 
Ə.Bakıxanov məqalələrinin birində belə yazırdı: “…insanı gözəl və ağıllı 
edən  vasitələrdən  biri  də  musiqidir.  Ömrümün  yarım  əsrdən  çoxunu 
dinləyiciləri  musiqi  vasitəsilə  mənəviyyatca  gözəl  adamlar  kimi  tərbiyə 
etmək  işinə  həsr  etdiyimə  görə  özümü  xoşbəxt  sayıram…  Mən  musiqi 
sənətinin pərəstişkarlarından biriyəm və demək olar ki, bu musiqi ilə nəfəs 
alıram, yaşayıram” (1, s. 77). 
Əhməd  Bakıxanovun  yaradıcılığı  musiqişünaslıqda  həmişə  diqqət 
mərkəzində  olmuşdur.  Onun  haqqında  bir  sıra  kitab  və  məqalələr  çap 
olunmuşdur: Davud Məmmədbəyovun “Muğam ustası Əhməd Bakıxanov” 
(1966),  Əvəz  Rəhmətovun  “Əhməd  Bakıxanov”  (1977),  Cabir  Səfərovun 
“Azərbaycan xalq çalğı alətləri” (1971) monoqrafiyalarında sənətkarın həyat 
və yaradıcılıq yolu, ifaçılıq üslubunun xüsusiyyətləri tədqiq olunmuşdur. 
Əhməd  Bakıxanovun  (1892–1973)  həyat  və  yaradıcılıq  yolu  bir  neçə 
mərhələdən  ibarətdir.  Onun  Azərbaycanın  musiqi  mədəniyyətinin 
inkişafındakı  rolunu  araşdırarkən,  geniş  əhatəli  fəaliyyət  dairəsi  xüsusilə 
diqqəti  cəlb  edir  ki,  bu  fəaliyyət  sahələrinin  hər  birinə  o,  müəyyən  yeni 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə