Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə10/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

25 
ilk  muğam  operası  olan  “Leyli  və  Məcnun”un  yaranmasında  bilavasitə 
Üzeyir  Hacıbəyli  ilə  yanaşı  zəhməti  olan  şəxsiyyət  adlandırsaq 
yanılmarıq. 
Teatr  səhnəsi  B.Mansurovun  yaradıcılıq  fəaliyyətinin  böyük  və 
ayrılmaz  hissəsini  təşkil  etmişdir.  O,  Ü.Hacıbəylinin  bütün  muğam 
operalarının  –  ilk  növbədə  “Leyli  və  Məcnun”,  “Əsli  və  Kərəm”, 
Z.Hacıbəyovun  “Aşıq  Qərib”,  M.Maqomayevin  “Şah  İsmayıl” 
operasında,  həmçinin  musiqili  komediyalarında  da  solist-tarzən  kimi 
cıxışlar  etmişdir.  Özünəməxsus  improvizəyə  malik  çalğısı  onu  tez  bir 
zamanda  dinləyici  kütləsinə  sevdirmişdir.  Bir  faktı  da  qeyd  etmək 
istərdim  ki,  B.Mansurov  Azərbaycan  opera  səhnəsində  H.Sarablı, 
H.Hacıbababəyov, M.Bağırov, A.Rzayev, Ə.Sadıqov kimi məşhur aktyor 
və  muğam  ustadları  ilə  çalışmaq  şərəfinə  nail  olmuşdur.  Deyilənlər 
həqiqətən  də  bir  tarzənin  yaradıcılıq  tərcümeyi-halı  üçün  unudulmaz 
səhifələrdir.  
Opera  teatrının  kollektivi  ilə  məhsuldar  iş  B.Mansurovu  təkcə 
Azərbaycanda  deyil,  keçmiş  sovetlər  dönəmində,  eyni  zamanda 
Azərbaycanın bir çox rayon və şəhərlərində də öz sənətinə vurğun tarzən 
və  istedadlı  improvizator  kimi  tanıtmışdır.  O,  opera  kollektivi  ilə  birgə 
dəfələrlə qastrol səfərlərində olmuşdur. Bu səfərlərdən 1938-ci ildə Bakı 
Opera Teatrının Moskva şəhərində keçirilən dekadanı xüsusi qeyd etmək 
yerinə  düşərdi.  Azərbaycan  İncəsənəti  ongünlüyündə  B.Mansurov 
Qliyerin  “Şahsənəm”,  M.Maqomayevin  “Nərgiz”  operalarında, 
Ü.Hacıbəylinin  “Arşın  mal  alan”  operettasında  tarın  partiyasını  böyük 
ustalıqla ifa etmişdir.  
İranda,  Cənubi  Azərbaycana  səfəri  də  B.Mansurovun  yaddaqalandır. 
1941-ci  ildə  baş  tutmuş  qastrol  səfərində  M.F.Axundov  adına 
Azərbaycan  Dövlət  Opera  və  Balet  teatrının  kollektivi  Azərbaycan 
musiqisini,  xüsusilə  də  muğamlarını  dərin  məhəbbətlə  sevən 
soydaşlarımız  qarşısında  bir  sıra  muğam  operalarımızı,  o  cümlədən 
sazəndə  dəstəsinin  ifasını  məsuliyyət  hissilə  təqdim  etmişlər.  Artıq 
Cənubi  Azərbaycan  dinləyiciləri  B.Mansurovun  əvəzolunmaz  ifası  ilə 
tanış  idilər.  Onu  canlı-canlı  dinləmək  isə  bu  musiqisevər  insanların 
qəlbinə  yeni  ruh,  həyəcan  bəxş  etdi.  B.Mansurov  sazəndə  dəstəsinin 
tərkibində və solo ifası ilə maraqlı proqramla çıxış edirdi. 
1944-cü  ildə  isə  təkrar  olaraq,  bir  daha  B.Mansurov  Cənubi 
Azərbaycana konsert səfərinə gedir. Bu dəfə artıq tarzən M.Maqomayev 
adına Bakı Dövlət Filarmoniyasının kollektivi ilə birlikdə çıxışlar edir.  
Fikrimizcə,  opera  teatrı  heç  bir  tarzənin  yaradıcılığında  bu  qədər 
önəmli  yer tutmamışdır. B.Mansurovun isə  yaradıcılıq qayəsini, özəyini 
məhz  musiqili-səhnə  fəaliyyəti  təşkil  edirdi.  Etiraf  etmək  lazımdır  ki, 


26 
aktyor kollektivi ilə çalışmaq çox çətin işdir, lakin illərin təcrübəsini əldə 
etmiş istedadlı tarzənin səhnə bacarığının inkişafında bu, mühüm mərhələ 
olmuşdur. 
Məhz tarzən-improvizator qabiliyyətinə, müxtəlif ifaçılıq priyomlarına 
malik olan B.Mansurov daşıdığı məsuliyyətli işin dərinliyini, dəqiqiliyini 
və  ciddiliyini  dərk  etmişdi.  Onun  məhz  bu  xüsusiyyətlərini  yüksək 
qiymətləndirərək  muğam  operalarının  yeni  quruluşda  səhnələşdirilməsi 
kimi diqqəti cəlb edən çətin işlərə dəvət edirdilər. Belə bir dəvət 1952-ci 
ildə  Gəncə  şəhərində  “Leyli  və  Məcnun”,  “Aşıq  Qərib”  muğam 
operalarının yeni quruluşda tamaşaya qoyulması ilə əlaqəli olmuşdu.  
Görkəmli tarzən uzun zaman hər opera üçün ona uyğun artistlər seçi-
mi edirdi. Əsas rollarda Bakı solistləri Ə.Sadıqov, A.Rzayev, H.Həsənov 
çıxış  etsələr  də,  digər  rolları  B.Mansurov  özü  Gəncə  xanəndələrinə 
öyrədirdi. Həmçinin o, orkestrlə işi də öhdəsinə götürərək premyeralarda 
özü  dirijorluq  edirdi.  B.Mansurovun  Gəncə  musiqi  həyatındakı  rolu 
şəhərin Opera Teatrının tarixində silinməz iz qoymuşdur.  
Bəhram  Mansurovun  bir  sıra  tanınmış  xanəndələrin  opera  səhnəsinə 
cəlb  olunması  və  həmin  xanəndələrin  əsas  rolların  mahir  ifaçılarına 
çevrilməsindəki  əməyindən də bəhs etmək istərdim.  B.Mansurov səsləri 
opera  səhnəsinə  uyğun  olan  xanəndələrə  xüsusi  diqqət  yetirərək 
istedadlarını  üzə  çıxarmışdır.  Onlara  muğam  operalarında  müxtəlif 
rolların  partiyalarını  məşq  edərək  öyrətmişdir.  Bu  xanəndələr  sonralar 
baş rollarda öz ifaları ilə Azərbaycan opera sənəti tarixində ad qazanmış 
sənətkarlar kimi şöhrət qazanmışdılar.  
Belə ki, öz istedadı, əvəzsiz, məxməri səsi ilə Leyli rolunu canlandıran 
mərhum qadın xanəndəmiz Rübabə Muradova, özünəməxsus ifa tərzi ilə 
seçilən  Sara  Qədimova  məhz  B.Mansurovun  vasitəsilə  opera  teatrının 
səhnəsinə qədəm qoymuşlar. M.Maqomayevin “Şah İsmayıl” operasında 
baş  rolun  (Şah  İsmayıl)  ifaçısı  B.Haşımovu  isə  istedadlı  tarzən  Ağdam 
rayonundan gətirərək ona həmin partiyanı öyrətmişdir. Beləcə, Ağdamda 
vaxtilə  qaynaqçı  işləyən  B.Haşımov  Şah  İsmayıl  obrazını  çox  böyük 
ustalıqla canlandıran Bakı Opera teatrının solistinə çevrilmişdir.  
Bundan  başqa,  B.Mansurov  bir  çox  aktyorların  da  rollarının  hazır-
lığına diqqət yetirirdi. Q.Əsgərovun “Əsli və Kərəm” operasında Kərəm 
rolunu, “Aşıq Qərib”də Qərib rolunu yaratmağa köməklik edirdi.  
Keçən  əsrin  60-cı  illərində  Ş.Hacıyev,  R.Sadıqov,  M.Salmanov, 
N.Məmmədov  kimi  opera  teatrının  solistləri  də  B.Mansurovun  çalışdığı 
aktyorlar  sırasına  daxildirlər.  Onun  köməkliyilə  bu  sənətkarlar  muğam 
operalarında əsas partiyaların  tanınmış  ifaçıları olmuşlar. Onlar Bəhram 
Mansurovu öz ustadları sayaraq, ona hər zaman dərin minnətdarlıqlarını 
bildirmişlər.  Mərhum  opera  müğənnisi  Y.Kələntərli  deyirdi  ki, 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə